Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə14/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   296
az tarixi 2

Yevstafi 
və başqalan Atropatenada torpağın məhsuldarlığını qeyd 
edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, 
bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin 
əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması 
haqqında qiymətli məlumatlar var. Pohbinin məlumatına görə Atropatenanın 
Kaspiana 
vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir 
antik müəllif 
Ammian Marseliniyə 
görə Atropatenada dünya şöhrəti qazanmiş 
«Nisa» cinsli 
atlar 
bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə 
edilən atların yetişdirilməsində 
yonca 
əsas yem bazası idi. Plininin «Midiya 
otu» adlandırdığı 
yonca toxumu 
Avropamn digər ölkələrinə Atropatenadan 
aparılmışdır. Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu 
ölkələrdən fərqlənirdi. 
Ölkənin çaylan və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. 
Kaspilər ovladıqlan balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə 
yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın 
içalatından çox möhkəm yapışqan düzəldirdilər. 
Atropatena qədimdən yüksək inkişaf etmiş 
sənətkarlıq ölkəsi 
kimi 
məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı 
qazıntılara malik idi. Burada dəmir, mis, qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. 
Arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyalan ölkə zərgərlərinin yüksək 
ustalığından xəbər verir. Ərdəbil yaxınlığında tapılmış boyalı, naxışlı və şirli 
qablar bu ölkədə 
dulusçuluq məktəbinin 
olduğunu ğöstərir. Atropatena 
sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah növləri
toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyalan istehsal 
edirdilər. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti çox vaxt «Midiya yağı» 
adlandırırdılar. Urmiya gölünün suyundan duz istehsal edilirdi. 
Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Ölkənin 
ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin 
inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən 
mühüm ticarət yollan da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya), 
Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə