Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə8/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   296
az tarixi 2


§ 2. £. ə. 
III - II 
minilliklərdə Azərbaycanda erkən dövlətlər. 
Manna dövləti 
Kuti VB Lullubi dövlətləri 
E. ə. III - II minilliklərdə Azərbaycanın cənubunda və şimalında ilkin 
tayfa birlikləri mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno - siyasi 
birliklərdən kutilər, lullubilər, su və turukkilər haqqında qədim Şumer - Ak- kad 
mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E. ə. III minilliyin II 
yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən döv 
11 


lətləri yaranmışdır. 
Kuti dövləti.
Azərbaycanın Urmiya gölü bölgəsində hələ e. ə. XXIV - 
XXIII əsrlərdə Kuti tayfa birləşməsi yaşayırdı. Mənbələrdə kutilərin 
məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kutilər 
maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olur, Mesopotamiyada yaşayan 
əhali, xüsusilə şumerlərlə iqtisadi-siyasi əlaqələr saxlayırdılar. E. ə. XXIII əsrdə 
daha da güclənmiş Akkad hökmdarlarının aramsız hücumlarının qarşısını almaq 
üçün kutilər qonşuluqda yaşayan digər etno - siyasi toplumlarla hərbi ittifaqa 
girmiş və müttəfiqlər üç dəfə Akkad ordularını məğlubiyyətə uğratmışdılar. 
E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi. 
Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə malik olan Kuti dövləti 
Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq Akkad qoşunlarını darmadağın 
etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü 
«Kutiumun və dünyanın dörd tərəfinin hökmdarı» adlandırmışdır. 
E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və 
Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını 
yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin əhalisini kütləvi şəkildə 
məhv edirdilər. Şumerlərin müqəddəs Nippur şəhərini viran qoyan akkadlar, 
hətta onların Ekur məbədini belə dağıtmışdılar. Bu hadisə şumerlərin səbr 
kasasım doldurmuş və onlar yardım üçün Akkadm əsas düşməni olan güclü 
Kuti dövlətinə üz tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına 
birdəfəlik son qoymuşdular. 
Qədim Azərbaycanın çox qüdrətli etnosu olan kutilər 91 il (e. ə. 2195 - 
2104) Dəclə və Fərat çayları arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir. 
Bu zaman inzibati vəzifələri daşıya biləcək çoxlu adamlan olmadığından işğal 
olunmuş əraziləri yerli Şumer və Akkad əyanlanndan təyin etdikləri canişinlər 
vasitəsilə idarə edirdilər. Kuti hökmdarı, həm də Akkad çan titulunu daşıyır və 
hakimiyyətə seçki yolu ilə gəlirdi. Şəhərləri en və ya ensi rütbəli hakimlər idarə 
edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və yenilərini 
tikdirmişdilər. 
Mesopoteımiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq, ərzaq 
məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar. 
Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha 
yaxşı qorunmuş, ticarət yollannda tam təhlükəsizlik təmin olunmuşdu. 
Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tannlan haqqında 
məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla, 
öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə yeniliklər yerli 
kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı. 
E. ə. XXII əsrin sonlannda Mesopotamiyamn cənubunda başda Şumer 
Uruk şəhərinin hakimi Utiheqal olmaqla kutilərə qarşı müqavimət başladı. 
Utiheqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanlan, tanrılann düşməni. Şumer 
dövlətçiliyini dağlara aparan. Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqlan 
valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» 
12 


bir toplum adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini 
gözdən salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və 
əhalini ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri 
arasında baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasmda ağalıq edən 
sonuncu kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala 
bilmişdi. E. ə. 2104-cü ildə həm onun, həm də İkiçayarasmda Kuti 
hakimiyyətinə son qoyuldu. Bundan sonra kutilər öz doğma torpaqlarına 
qayıtdılar. Onlar burada lullubi tayfaları tərəfindən sıxışdırılaraq torpaqlarının 
bir hissəsini itirərək bir qədər şimal-şərq səmtinə çəkilməli oldular. 
Şumer mixi yazılannda İkiçayarasmda hökmranlıq edən 21 Kuti çarının 
adı çəkilmişdir. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə