Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə284/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   ...   280   281   282   283   284   285   286   287   ...   296
az tarixi 2

Türkiyə 
Respublikası 
ilə münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər 2009-cu 
ilin aprelində çox çətin bir sınaqla üzləşdi. Dünyanın super dövləti ABŞ və bəzi 
Avropa ölkələrinin təzyiqləri altında Türkiyənin Dağlıq Qarabağ münaqişəsi 
həll olunmadan Ermənistanla münasibətlər yaradılması və sərhədlərin açılması 
haqqında protokolları imzalaması Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi 
narazılığı ilə qarşılandı. Çünki Türkiyə Ermənistanla münasibətlərinin 
normallaşdırılması üçün Qarabağ münaqişəsinin nizamlanması şərtindən imtina 
etmək ərəfəsində idi. ABŞ prezidenti Barak Obamanm və Türkiyənin 
liderlərinin dəstək istəyinə mənfi cavab verən 
Prezident İlham Əliyev 
Azərbaycanın milli maraqlarını təhlükə atında qoyan bu addımın qarşısını bütün 
diplomatik vasitələrlə ala bildi. Türkiyə - Ermənistan razılaşması təsdiq 
olunmadı. Türkiyə Azərbaycanın milli maraqlanna qarşı yönələn heç bir addım 
atmayacağına dair öz qəti mövqeyini ortaya qoydu. 
Prezident İlham Əliyev 2004-cü ildə xarici ölkələrdə çalışan 
Azərbaycan səfirləri qarşısında Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın 
haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində 
“hücum diplomatiyası” aparmaq vəzifəsi qoymuşdur. Məhz “hücum 
diplomatiyası” nəticəsində Azərbaycana qarşı bütün dünyada informasiya 
müharibəsi aparan erməni lobbisi və onların havadarlan son illərdə müdafiə 
taktikası seçməyə məcbur olmuşlar. ATƏT-in vasitəçiliyi ilə Dağlıq Qarabağ 
münaqişəsinə dair Azərbaycanla Ermənistan arasında aparılan uzunmüddətli 
sülh danışıqları heç bir müsbət nəticə verməmişdir. 
Azərbaycamn xarici siyasətində 
Amerika Birləşmiş Ştatları 
ilə 
münasibətlər strateji əməkdaşlıq prinsipinə əsaslanır. 
Prezident İlham 
Əliyevin
2006-
cı il aprel ayında ABŞ-a ilk rəsmi dövlət səfəri ölkələrimiz arasında 
qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynamışdır. Azərbaycanın 
ərazi bütövlüyünü dəstəkləyən Amerika Birləşmiş Ştatlarının beynəlxalq 
terrorizmə qarşı apardığı qlobal mübarizədə respublikamız bu dövlətin ən 
etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. 
2004-cü ildə Azərbaycan Respublikası Avropa Birliyinin 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə