Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4


Режим работы смесительных установок УС6-30 в процессе приготовления растворов из различных тампонажных материалов



Yüklə 9,87 Mb.
səhifə36/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   36
tamamlama mühazrə

Режим работы смесительных установок УС6-30 в процессе приготовления растворов из различных тампонажных материалов

Тампонажный материал

Плотность, г/см3

Водоцемент. отношен.

Диам. штуцера в смесит. устр., мм

Давление жидкости затвор. перед штуцером, МПа

Включен. передача коробки

КПП


Производ. приготов. р-ра, дм3

сухого материала

приготов. р-ра

1

2

3

4

5

6

7

8

Портландцементы тампонажные ГОСТ 1581-91; ПЦТ Д 0-50; ПЦТ Д 20-50; ПЦТ Д 0-100; ПЦТ Д 20-100; цементы по ТУ 39-00147-001-170-97; ЦТГ-160, ЦТГ-250, ЦТБР

3,00-3,20

1,81-1,86

0,5

12-15

1,0-2,5

II-III

10-15

Облегченный цемент ОЦГ

2,8

1,45-1,55

0,95

14-16

1,0-1,2

II

17-20

Облегченные портландцементы ГОСТ 1581-91; ПЦТ П 50-150, ПЦТ 0-100

2,8

1,55-1,65

0,8

14-16

1,0-1,2

II

16-20

Утяжеленные портландцементы:






















УЦГ-1




2,06-2,15

0,35

10

2,5-3,0

III

8,5-10,5

УЦГ-2

2,8

2,16-2,25

0,32

10

2,5-3,0

III

8,0-10

Утяжеленные портландцементы ГОСТ 1581-91; ПЦТ У-50; ПЦТ У-100; ЦТГ У 1,2-160, ЦТГ У 1,2-250

3,50

1,95-2,15

0,36

10

2,0-3,0

III

9-11

3,50

2,00-2,25

0,36

10

2,0-3,0

III

8-10

Шлаковые цементы:






















ШПЦС-120, ШПЦС-200

2,9

1,78-1,82

0,43-0,40

12-14

1,0-1,5

II-III

10-13

Утяжеленные шлаковые цементы:






















УШЦ 1-120, УШЦ 1-200

3,50

2,06-2,15

0,35

10

2,5-3,0

III

8,0-10

УШЦ 2-120, УШЦ 2-200

3,65

2,16-2,25

0,32

10

2,5-3,0

III

8,0-10

Yüngülləşdirilmiş tamponaj sementləri baza sementinin tərkibinə bentonit və ya polimerlərin qarışdırılması nəticəsində hazırlanır.

Ağırlaşdırılmış sement hazırlamaq üçün baza tamponaj portland sementin daxilinə ağırlaşdırıcı materiallar olan siderit (FeCO3), barit (BaSO4), hematit (Fe2O3) və xüsusi hallarda isə qаlenit (PbS) toz halında qatışdırmaqla hazırlanır. Hal-hazırda zavodlar tərəfindən aşğıdakı ağırlaşdırılmış sementlər buraxılır: УЦГ1, УЦГ-2, УШЦ1-200, УШЦ2-200.

20 Quyuların sementlənməsi və sementləmə üsulları

Sementləmə üsulları

Yataqda qazıma aparılan zaman açılmış lay dəstələri yatım şəraitinə, litoloji tərkibinə, keçiriciliyinə, lay məhsulları ilə doyma dərəcəsinə görə bir-birindən fərqlənir. Bu faktların çox olması qazılan quyularda aparılan sementləmənin müxtəlif üsullarla aparılmasını tələb edir. Hal-hazırda aşağıdakı üsullarla sementləmə aparılır: bir pilləli sementləmə, iki pilləli sementləmə, quyruqcuğun sementlənməsi, manjetlə sementlənmə, təzyiq altında sementlənmə, əks sementlənmə və s.Bundan başqa qəza, təcrid olunma və quyuların əsaslı təmirində də sementləmələr aparılır.

Sementləmənin aparılmasında əsas məqsəd məhsuldar layın ətraf mühitdən təcrid olunması ilə quyuya maksimal neft və qazın gəlməsini təmin etməkdir.















Bir pilləli sementləmə. Fırlanma üsulu ilə aparılan qazımanın ilk mərhələsindən başlayaraq indiyə qədər ən geniş tətbiq edilən sementləmə üsuludur. Qazıma texnikasının hazırki inkişafı səviyyəsində güclü sementləmə aqreqatların mövcud olması nisbətən dərin quyularda bir pilləli sementləmə aparmağa imkan yaradır.

Bir və iki pilləli sementləmə aparılan quyularda aralıq və istismar kəmərlərini quyuya endirdikdə, kəmərin aşağı ucuna başmaq bağlanır. Bu başmaqdan yuxarıda yerləşən sement məhlulunun çıxması üçün dəlikləri olan sementləmə boru hissəciyi, daha sonra əks klapan, bir və yaxud iki borudan sonra borunun içərisinə istinad halqası qoyulur. Bunların üstündən qoruyucu kəmərin bölmələri bağlanılır.

Qoruyucu kəməri quyuya buraxıb qurtardıqdan sonra onun (kəmərin) içərisi ilə quyu bir neçə dövran yuyulmalıdır. Quyuda yuma dayandırıldıqdan sonra quyuya buraxılımış kəmərə sementləmə başlığı bağlanılır. Sementləmə başlığı sementləyici aqreqatlarla diametri 50 mm olan yüksək təzyiqə davam gətirən borularla birləşmiş idarə blokunabirləşdirilir. Sonra quyunun sementlənməsi başlayır. Əvvəlcə semetn qatışdıran SQM maşınının bunkerindən gələn quru sement bunkerin qatışdırıcısında sementləyici aqreqatla vurulan su ilə qarışaraq əmələ gələn sement məhlulu ikinci aqreqatla idarə blokuna və oradan da hazırlanan sement məhlulu dərhal qoruyucu borunun içərisi ilə quyuya vurulur.

Kəmərin içərisi ilə sement məhlulu birinci ayırıcı sementləmə tıxacını aşağıya aparır. Hesablanmış həcmdə sement məhlulunu vurduqdan sonra sementləmə başlığındakı kranı bağlanır sement vurulan boruları və nasosun atqı xətlərini sementdən yuyub təmizləyirlər.

Sement məhlulunu tamamilə vurduqdan sonra sementləyici başlıqda saxlanan ikinci sementləmə tıxacının stopor boltlarını açaraq tıxac basıcı məhlulla quyuya vurulur. Basqı məhlulu vurulan ikinci tıxacla kəmər içərisi ilə aşağıya hərəkət edir. Birinci tıxac istinad halqasına oturduqdan sonra əmələ gələn, izafi təzyiq qəbul olunur. Sement məhlulu əks klapandan keçərək yönəldici və sementləmə patrubkası dəliklərindən çıxıb kəmər arxası fəzaya keçir və basılaraq yuxarıya qalxır. İkinci tıxac istinad halqasının üstünə çatdıqda təzyiq birdən qalxır. Bu isə sementləyici başlıqdakı manometr əqrəbinin sıçrama hərəkəti ilə müşahidə edilir. Sement məhlulunun kəmər arxası fəzayatamamilə basılmasının sonu sementləmə prosesinin qurtarmasını göstərir. Bundan sonra quyu sement məhlulunun bərkiməsi üçün 12-24 saat müddətində dayandırılır.

Sement məhlulunun vurulması və basılmasında onun hərəkəti əvvəlcə kəmərin içərisi ilə aşağıya, sonra isə kəmər arxası fəza ilə yuxarıya doğru yönəlir. Bununla əlaqədar olaraq aqreqatlardakı nasosun təzyiqi əvvəlcə düşür (qazıma və sement məhlulları sıxlığının fərqinə görə), sonra isə sement məhlulu kəmər arxası fəzaya keçib yuxarıya qalxdıqda təzyiq artmağa başlayır.



İki pilləli sementləmədən aşağıdakı hallarda istifadə olunur:

-kəmər arxası fəzaya (bir bölmə ilə buraxılan kəmərdə) sement məhlulunuqaldıran zaman sementləyici aqreqatların hidravliki gücü kifayət etmədikdə və bir pillə ilə sementləmənin aparılmasınaçox vaxt tələb edildikdə;

-aşağı laylarda udulma olduqda;

-sement məhlulunun qaldırdığı yüksəklikdə onun tez tutuşması şəraitinə gətirib çıxaran temperatur fərqli zolaq olduqda;

-buruğa və onun yanına sayı çox alınan sementləmə aqreqatları və SQ maşınları gətirilməsi mümkün olmadıqda.

İki pilləli sementləmə aparılması üçün qoruyucu kəməri hündürlüyü üzrə iki hissəyə bölürlər. Kəməri quyuya endirdikdə onun bölünmə sərhədləri arasına xarici səthində dəlikləri olan xüsusi sementləmə muftu bağlanır. Həmin muftadan yuxarı və aşağı qoruyucu kəmərin xarici səthinə mərkəzləşdirici fənərləri yerləşdirirlər. Hər bir halda sementləmə muftunu kəsiliş üzrə gilli və keçiriciliyi olmayan süxurların önündə yerləşdirmək məsləhət görülür.

Kəsilişdə iki məhsuldar layın bağlanması üçün xüsusi sementləmə muftu yuxarıdakı horizontdan 10-30 m aşağıda yerləşdirilməlidir.

Əgər iki pilləli sementləmə sement məhlulunun qalxma yüksəkliyinin ancaq böyük alınmasına görə aparılırsa, onda sementləmə muftunu layihə üzrə qalxma yüksəkliyi intervalının təxminən ortasında yerləşdirilir.

Qaz quyularında sementləmə muftunun məhsuldar horizontun alt sərhədindən 100-200 m yuxarıda qoymaq lazımdır.

İki pilləli sementləməni fasiləsiz olaraq bir-birinin ardınca və fasilə ilə aparmaq olur. Yəni, əvvəl aşağı pilləni sementləyib, məhlulun bərkiməsi üçün fasilə verdikdən sonra yuxarı pilləni sementləmək olar.

Fasilə ilə iki pilləli sementləməni aşağıdakı ardıcıllıqla aparırlar. Əvvəlcə kəmərə aşağı – birinci pilləni sementləmək üçün, başmaqdan sementləmə muftuna qədər məsafədə, kəmər arxası fəzanın həcminə uyğun sement məhlulu vurulur. Sonra onun üstündən kəmərə daxili həcmi qədər basqı mayesi vurulur. Onu vurduqdan sonra kəmərin içərisinə kürə buraxılır. Ağırlıq qüvvəsinin təsiri altında kürə hərəkət edərək sementləmə muftunun aşağı oymağına oturur.

Bunun ardınca kəmərə yenə də basqı mayesi vurulur. Tıxacın üstündəki təzyiq artdığı üçün aşağı oymaq yerindən dəbərib muftun dayağına qədər hərəkət etməklə muftun dəliklərini açır, dəliklərdən çıxan basqı mayesi kəmər arxasına keçir: həmin dəliklərdən çıxan basqı mayesi ilə quyunu uzun müddət sement məhlulu bərkiyənə qədər yuyurlar. Sementin bərkimə vaxtı OZS adlanan bu müddət 8 saatdan bir sutkaya qədər davam edə bilər.

Birinci pillə qurtardıqdan sonra kəmərə ikinci pillənin sement məhlulunu vururlar. Sonra sementləmə başlığındakı yuxarı tıxacı ikinci pillənin basqı mayesini vurmaqla kəmərin içərisi ilə aşağıya hərəkət etdirirlər.

Tıxac sementləmə muftunun örtüyünə ştiflərlə bağlanmış yuxarı oymağı aşağıya hərəkət etdirir. Bu zaman yuxarı oymaq öz örtüyü ilə muftadakı dəlikləri bağlayır, bununla da kəmərin daxilinin xarici həlqəvi ilə əlaqəsi kəsilir.

Sement məhlulu bərkidikdən sonra sementləmə tıxaclarını qazıyırlar.

Quyruq kəmərlərinin sementləməsi. Müasir dərin qazımada buraxılan quyruq kəmərlərinin uzunluğu böyük olmadığı üçün onları başmaqdan yuxarı bir pilləli üsulla sementləyirlər. Quyuya sement məhlulu, quyruq kəmərini endirən qazıma kəmərinin içərisi ilə vurulur. Sementləmədə birinci ayırıcı tıxac işlədilir.

Yuxarı ayırıcı tıxac (sement məhlulunu basqı mayesindən ayırmaq üçün) iki seksiya hissələrdən ibarət hazırlanır. Tıxacın aşağı seksiyası quyruq kəmərinin daxili diametrinə uyğun hazırlanır. Kəməri qazıma boruları ilə endirdikdə kəmər –ayırıcı qovşaqdan istifadə olunur.

Quyruq kəmərinin içərisinə sement məhlulunu vurub qurtardıqdan sonra dərhal qazıma kəmərinin içərisinə ayırıcı tıxacın yuxarı seksiyasını buraxıb ardınca basqı mayesi vurulur. Həmin mayenin həcmi qazıma kəməri ilə qoruyucu quyruq kəmərinin daxili həcmlərinin cəminə bərabər olmalıdır. Vurma davam etdikdə tıxacın yuxarı seksiyası aşağıya hərəkət edərək ayırıcı qovşaq içərisində yerləşən həmin tıxacın aşağı seksiyasına oturur. Bu zaman daxildəki mayenin təzyiqi artıb şpilkalar kəsilir və iki seksiyadan əmələ gəlmiş bütöv tıxac quyruq kəmərinin içərisi ilə hərəkət edən sement məhlulunu aşağıya itələyir və başmağın yönəldicisindən kəmər arxası fəzaya basır.

Birləşdirilmiş tıxac istinad halqasına çatdıqda dayanır (bu da bir pilləli sementləmədə olduğu kimi manometrin əqrəbinin hərəti ilə bilinir). Bu zaman quyruq kəmərinin içərisi basqı mayesi ilə dolur və sement məhlulu kəmər arxası fəzaya basılmış olur.

Bu proses qurtardıqdan sonra quyruq kəmərinin yuxarı hissəsi (ayırıcıdan yuxarıya həlqəvi fəzada sement məhlulu qalxa bilər deyə) yuyulur. Bunun üçün basqı mayesi vurulmasının sonuna hələ bir qədər qalmış qazıma kəmərinin içərisinə kürə (şar) salınır, həmin kürə ayırıcının yuxarı piston oymağı üzərindəki keçidi bağlayır. Bu zaman təzyiq artmasından yuxarıdakı şpilkalar kəsilir və piston aşağıya hərəkət etməklə örtükdən sonra dəlikləri açır. Həmin dəliklərdən çıxan maye (məhlul) cərəyanı ilə yuma aparılır.

Manjetli sementləmə. İşlənmiş zəif laylara qazılan az debitli quyulara buraxılan qoruyucu kəmərləri “manjetli” üsulla sementləyirlər. Bu üsulun xüsusiyyəti ondan ibarətdir ki, kəmərin aşağı hissəsində az təzyiqli məhsuldar layın üst sərhədi önündə üzərinə manjetlər bağlanmış sementləmə bilərziyin yerləşmiş olur.

Manjetlər elastiki metal karkasa bağlanmış brezent qıfdan ibarətdir. Manjet qıfının açılmış şəkildə diametri quyunun diametrindən (hermetiklik yaradılması üçün) bir qədər böyükdür.

Manjet bilərziyindən yuxarıdakı boru hissəsindən sement məhlulu çıxması üçün dəliklər vardır. Manjetin vəzifəsi sement məhlulunu aşağı filtr hissəsinə buraxmamaqdır. Əks halda sement məhlulu zəifləmiş məhsuldar layın məsamələrinə dola bilər.

Qaz quyularında manjet əvəzinə kəmərdə xarici paker işlədilir.

Kəməri endirdikdə manjetli muftun aşağısına (başlıqdan yuxarı) üzərinə uzununa dəliklər açılmış süzgəc borusu bağlanır. Manjet bilərzikdən yuxarı kəmərin içərisində əks klapan və bir qədər yuxarıda istinad halqası yerləşdirilir.

Manjetli sementləmədə kəmərin içərisinə vurulan sement məhlulunu qazıma və basqı mayesindən ayırmaq üçün bir pilləli sementləmədə olduğu kimi tıxac işlədilir. Basqı mayesinin həcmi sementləmə bilərziyindən quyunun ağzına qədər kəmərin daxili həcminə bərabər olur.

Müasir manjetli sementləmədə işlədilən sementləmə muftu işləmə prinsipinə görə iki pilləli sementləmədəki bilərziyə oxşayır.

Birinci tıxacın üstündən kəmərə vurulan sement məhlulu tıxacı aşağıya hərəkət etdirib sementləmə bilərziyin aşağı oymağına oturdulur. İkinci tıxacın üstündən vurulan basqı mayesinin hərəkəti ilə birinci tıxacla oymaq yerindən itələyib aşağı dayağa oturdulur, bununla da bilərziyin yan dəlikləri açılır və sement məhlulu kəmər arxası fəzaya keçir. İkinci tıxac isə yuxarı oymağa oturub, onu aşağıya itələyərək birinci tıxacın içərisindəki dayağa oturulduqda bilərziyin yan dəlikləri bağlanır. Bu zaman sementləmə başlığında və nasosdakı manometrdə təzyiqin dərhal artması tıxacların bir-birinin üstündə oturmasını sement məhlulunun tamamilə kəmər arxası fəzaya keçməsini və basqı mayesi vurulmasının dayandırılmasını göstərir. Sonra sementləmə başlığındakı çıxış kranlarını bağlayırlar.

Əgər kəmər hermetik əks klapanla və sementləmə bilərziyi ilə təchiz edilibsə, nasosları saxladıqdan sonra, sementləmə başlığındakı izafi təzyiqi səlistliklə salınıb, kranları bağlamaqla quyu sement məhlulunun bərkiməsi üçün dincə qoyurlar. Bərkimə müddəti ərzində (12-24 saat) nəzarət aparıb sementləmə başlığındakı təzyiqi lazım gələrsə aşağı salmaq lazımdır.
21Quyunun sementlənməsinin hesabı. Sementləmə aqreqatlarının sayının seçilməsi



Ümid” sahəsində 8 saylı quyuda 101,6x139,7x168,3x177,8 mm



Istismar kəmərinin sementlənməsinin

HESABATI

  1. Dərinlik, m 6050

  2. Kəmərin buraxılma dərinliyi, m 6050

  3. Kəmərin xarici diametri, mm 101,6x139,7x168,3x177,8

  4. Kəmərin divarının qalınlığı və buraxılma dərinliyi, m 101,6x8,38 6050-4780

139,7x10,54 4780-3160

168,3x14,27 3160-150

177,8x12,6 150-0


  1. Baltanın diametri, mm 117,48

  2. Qazma məhlulunun sıxlığı, q/sm3 1,91

  3. Quyudibi temperatur, oC 100

  4. Kaverna əmsalı 1,04

  5. Əvvəl buraxılan kəmərlərin ölçüləri

və buraxılma dərinliyi, m 139,7x10,54 5653-4818

193,7x12,7 4940-3213

273,1x12,6 3420-0



  1. Qazma vaxtı məhlulun sərfiyyatı, l/san 7,13

  2. Sementin markası USQ-1 / “G”

  3. Tamponaj məhlulunun sıxlığı, q/sm3 1,97 / 1.89

  4. Tamponaj məhlulunun qalxma hündürlüyü, m 6050

  5. Sement stəkanının hündürlüyü, m 10

  6. Qazma alətinin kompanovkası AQB – 79 mm – 76 m

q/b – 73 mm – 1475 m

q/b – 102 mm – 1662 m

q/b – 127mm – 2837 m

1. Tamponaj məhlulunun həcmi

V = 0.785 . [ 1.04.(0.11742-0.10162).397 + (0.11862-0.10162).852 +

(0.16832-0.10162).20 + (0.16832-0.13972).1567 + (0.24792-0.13972).53 +

(0.24792-0.16832).3010 + (0.24792-0.17782)150 + 0.084842 .10] = 98,4747 m3

2. Bərk fazanın sıxlığı

pt = 3.5 gr/sm3 – USQ-1 markalı sement

pt = 3.15 gr/sm3 – "G" markalı sement

3. 1 m3 məhlulun alınması üçün sərf olunan tamponaj materialının çəkisi

G1 = 3,7 = 1.358 t USQ-1 markalı sement

G1 = 3,7 = 1.303 t "G" markalı sement

4. Quru tamponaj materialın ümumi çəkisi

Gquru = 1.05 . 1.358 . 94.3736 = 134,567 t USQ-1 markalı sement

Gquru = 1.05 . 1.303 . 4.1011 = 5,6109 t "G" markalı sement

Gquru ümumi = 140,177 t

5. 1 m3 suya qatılan quru material

G1 = = 2,777 t USQ-1 markalı sement

G1 = = 2,272 t "G" markalı sement

6. İstifadə olunan suyun tam həcmi

Vs = 1.1 . 134.567 . 0.36 = 53.288 m3 USQ-1 markalı sement

Vs = 1.1 . 5.6109 . 0.44 = 2.7156 m3 "G" markalı sement

Vümumi = 56 m3

7. Basıcı mayenin həcmi

Vb = 0.785 . 1.03( 0.084842 .1270+0.11862 .1620+0.139762 . 3010+0.15262 .150-0,117482 .10)= 79 m3

Hidravlik hesabat

1. Qazma zamanı boruarxası fəzada hidravlik itkilər

P = 82.6 . 0.035 . 7.132 . 1.92 . [

+ + +

+ + ] = 15,23 kg/sm2

2. Sementləmə zamanı boruarxası fəzada həmin hidravlik itkilərin alınması üçün aqreqatın məsrəfi aşağıdakı kimi olur

Q = = 5,3 l/s

3. Sementləmə zamanı borularda hidravlik itkilər

P = 82.6. 0.035. 5.32 . 1.93.( + + + ) = 6,614 kg/sm2

4. Sıxlıqların fərqindən alınan hidravlik müqavimət

Pbr = 0.1[(6050-10) (1.93-1.92)] = 60,4 kg/sm2

p = 1,93 – boruarxası fəzada sement məhlulunun orta sıxlığı

5. Quyu ağzında gözlənilən təzyiq

P2 = 60.4+15.23+6.61 = 82,24 kg/sm2

6. Quyu dibində gözlənilən maksimal təzyiq

P3 = 0.1. 6040.1.93 +15.23 = 1180,95 kg/sm2

Sementləmə texnikalarının miqdarının hesabatı

1. SMN-20 –nın tələb olunan miqdarı

n = = 5,36 6 maşın USQ-1 markalı sement

"G" markalı sement - 1 maşın

Ümumi maşınların sayı - 7



2. Sementləmə aqreqatlarının miqdarı və növü

ZSA-400A - 9 ədəd (1 aqreqat quyuya işləyəcək, 1 aqreqat - ehtiyat)

SA-320M - 7 ədəd

Sementləmə prosesi müddətinin hesabatı

1.Sement məhlulunun vurulmasına lazım olan vaxt

tvur = = 309,6 dəq

2. Tıxacın basılmasına lazım olan vaxt

t = 10 dəq

3. Sement məhlulunun basılmasına lazım olan vaxt

tvur = = 248,42 dəq

4. Sement paçkalarının basılmasına lazım olan vaxt


Paçka №

tvur

Paçkaların

Vurulma vaxtı

V, m3

Paçkaların

Həcmi

L, m

Bölmənin uzunluğu

1.

568

47.135

1830

2.

419

47.135

2950

3.

262

2.683

1270


5.Qatılaşma vaxtı

Tqatılaşma vaxtı = 1.25 . tvur

1 Paçka – 710 dəq

2 Paçka - 523 dəq

3 Paçka – 327 dəq

Ümid” sahəsində 8 saylı quyuda 101,6x139,7x168,3x177,8 mm

istismar kəmərinin sementlənmə işlərinin aparılması üzrə tədbir və tövsiyələr

1. 6050 – 4780 m intervalında sıxlığı 1,89 q\sm3 olan G markalı sementdən, 4780 m-dən quyu lüləsinədək sıxlığı 1,97 q\sm3 olan USQ-1 tipli ağırlaşdırılmış sementdən istifadə olunsun. “G” markalı sementdən hazırlanmış məhlulun qatılaşma vaxtı 327 dəq., ağırlaşdırılmış sement məhlulunun qatılaşma vaxtı ; 4780 – 1830 m intervalında 523 dəq., 1830 – 0 m intervalında 710 dəqiqə olur.

2. Məlum olmayan hidroyarılma əsasında sement aqreqatlarının vurulmasının hesabatında, sementləmə zamanı məhsuldarlıq qazma vaxtı təzyiq əsasında təyin edilir (quyunun açıq lülə dərinliyində məlum olmayan real hidroyarılma təzyiqi şəraitində), daha doğrusu qazma zamanı məlum məhsuldarlığa görə (udulma olmayan şəraitdə) təzyiq olur. Aşkar edilən bu təzyiq, sementləmə zamanı məhsuldarlığı təyin etmək üçün (qazma zamanı boru aralığından daha az olur) tənliyə daxil edilir. Beləliklə, bu - sementləmədə udulmanın qarşısının alınmasına zəmanətdir.

3. Sıxlığı 1,92 q\sm3 olan “ Space” və “wash” tipli bufer məhlulundan istifadə edilsin.

4. Açıq lülə intervalında 30 mərkəzləşdiricidən (hər boruya bir mərkəzləşdirici) istifadə edilsin.

5. Sement başlığında maksimal təzyiq 8,064 MPa; G tipli sement məhlulunda qatılaşma vaxtı 5 saat 27 dəq., USQ-1 birinci paçkada 11saat 50 dəq., ikinci paçkada 8 saat 43 dəq., məhlulun vurulması və basılması 5,3 l/san ilə aparılır.

6. Sement bərkiməsinin gözlənmə vaxtı 48 saatdan az olmamalıdır.

7. Sement məhlulunun hazırlanması və vurulması zamanı məhlulun sıxlığına hərtərəfli nəzarət təşkil edilsin.

22 Quyuların tamamlanması zamanı UDULMA ZONALARININ TAMPON QARIŞIĞI İLƏ İZOLƏ EDİLMƏSİNİN TEXNOLOGİYASI

Udulma zonasına tampon qarışığını quyu lüləsi, qazma boruları və ya “kolonka” vasitəsilə çatdırmaq mümkündür. Bundan başqa, izolə işləri aparılarkən bilavasitə udulma zonasında alınan teztutuşan qarışıqlardan da istifadə oluna bilər.

Tampon qarışıqlarının quyu lüləsi ilə laya çatdırılması

Tampon qarışıqlarını quyu lüləsi ilə aşağıdakı hallarda vurmaq tövsiyə olunur:

-udulmanın intensivliyi saatda 30 m3-dan çox olduqda;

-udulma aralığının dərinliyi 1000 m-dən çox olmadıqda;

-quyu gövdəsinin açıq hissəsi dəyanətli süxurlardan ibarət olduqda;

-udulma zonasının aralığında şlam stəkanı olmadıqda və udulma zonasından yuxarıa yüksək keçiricili laylar olmadıqda.

Tamponaj qarışığı, quyuya buraxılmış bir boru və ya preventorun atqı xəttindən vurulur. Tampon qarışığının birinci hissəsini vurarkən, onun çökməsinin və quyuda olan məhlulla qarışmasının qarşısını almaq üçün, qarışıqdan əvvəl quyuya 50-100 m aralığında axmaz özlülüklü gilli məhlul vurmaq lazımdır.

Əməliyyata başlamamışdan əvvəl izolə olunacaq lay təzyiqini PL aşağıdakı düsturla dəqiqləşdirmək lazımdır:



Burada, Ht – udulma zonası tavanının dərinliyi, m;

Hst- udulma zonası tam açıldıqdan sonra, quyuda statik səviyyənin dərinliyi, m;

ρ – qazma məhlulunun sıxlığı, kq/m3.

Tamponaj qarışığı quyuya vurulur və bir neçə dəqiqə laya basılır.

Basıcı məhlulun birinci hissəsinin həcmi (V1) tamponaj qarışığının 1/3 hissəsinin, məhlul udulan laya yerləşdirilməsi şərtilə hesablanır:

V1=Fq·Hbm

Burada, Fq – quyunun en kəsiyinin sahəsi, m2;

Hbm – basıcı məhlulun birinci hissəsinin sütununun hündürlüyü, m.

Hbm=(10PL-Hmq·ρmq)/ρbm

Burada, Hmq – quyuda qalmış tampon qarışığının sütununun hündürlüyü, m;

ρmq - tampon qarışığının sıxlığı, kq/m3;

ρbm – basıcı məhlulun sıxlığı, kq/m3.

Basıcı məhlulun birinci hissəsi vurulduqdan sonra quyudakı məhlulun qərarlanmış səviyyəsi (Hst) aşağıdakı düsturla təyin edilir:

H'st=HL-Hmq-H1

Quyuda həqiqi qərarlanmış səviyyə (H'st) elektrotermometrlə və ya digər üsulla ölçülür və aparılan hesablanma ilə tutuşdurulur. Burada iki hal ola bilər:

a) H'st> Hst

Tampon qarışığının 1/3 hissəsi basılqıqdan sonra izafi təzyiqin olması qarışığın düz seçilməsini göstərir.

Əgər ΔP=0,1-0,5 MPa olarsa, qarışığın növündən asılı olaraq, onu quyuda 5 dəqiqdən 3- dəqiqəyə qədər saxlayırlar, sonra məhlul udulan layın tavanından yuxarı 20-30 m körpü saxlayaraq, laya basırlar. Əgər ΔP=0,5 MPa olarsa, körpü saxlamaq şərti ilə qarışıq dayanmadan birbaşa laya basılır.

b)H'st=Hst

Bu halda qarışığın statik sürüşmə gərginliyi çox az olduğu üçün laya izafi təzyiq düşmür. Buna görə tampon qarışığını quyuda saxlamaq lazımdır. Sükunət müddəti yuxarı yerləşən süxurların xüsusiyyətindən, qarışığın plastik möhkəmliyinin dəyişmə sürətindən (qazma vaxtı nümunənin yoxlanması ilə), quyunun diametrindən, tampon qarışığı sütununun hündürlüyündən asılıdır.

Bu halda qarışığı hərəkətə gətirən təzyiq, kəmərin preslənmə və layın hidravliki yarılma təzyiqindən artıq olmamalıdır.

Basıcı məhlulun ikinci hissəsinin həcmi, quyunun 20 metrlik aralığının həcminə bərabər, qarışığın laya vurulması şərtilə təyin edilir. Bundan sonra, quyuda yenə məhlulun səviyyəsiölçülür və hesablanma ilə tutuşdurulur və laya düşən izafi təzyiq tapılır.

ΔP=0,5 MPa olduğu halda, məhlul udulan zonanın tavanından yuxarıda 10-20 m sement körpüsü qoymaq şərtilə tampon qarışığını laya basmaq lazımdır.

Əgər birinci gözləmədən sonra laya izafi təzyiq yaratmaq olmursa, onda qarışığı yüksək dərəcəli plastik möhkəmliyinə çatdırmaq üçün, onu təkrar quyuda saxlamaq lazımdır.

Tampon qarışıqlarının məhlul udulan laya qazma boruları ilə çatdırılması

Tampon qarışığı qazma boruları ilə məhlul udulan zonaya nəql edilərkən, onun qazma məhlulu ilə ən az qarışması, qazma borularını məhlul udulan zonadan aşağıda yerləşdirdikdə mümkündür.

Bu halda, basıcı məhlulun hesablanması, həlqəvi fəzadakı təzyiqin borularda olan təzyiqə bərabərolmaq şərti ilə aparılır.

V'=Fb· H'bm

Burada, V' – borulardakı basıcı məhlulun həcmi, m3;

Fb – boruun en kəsik sahəsi, m2;

H'bm – borularda olan basıcı məhlulun sütununun hündürlüyü, m.

H'bm=(10PL-Hmq·ρmq)/ρbm

Burada şərti işarələr yuxarıdakı kimidir. Alət, məhlul udulan laydan aşağı endirildikdə, bu halda tutulma ehtimalı olduğu üçün, ciddi mürəkkəbləşmələr yarada bilər. Ona görə belə əməliyyatlar quyunun kəsilişində dəyanətsiz süxurlrın olmadığı hallarda aparıla bilər. Bu halda tampon qarışığının suverməsi az olmalıdır və hrəkət edən zaman qatılaşmamalıdır. Bundan əlavə, qazma borularının aşağı hissəsini, tampon qarışığının qaldırlacaq hündürlüyü qədər, alüminium borularından yığmaq lazımdır (polad qıfılsız).

Əksər hallarda, tampon qarışığını məhlul udulan laya çatdırmaq üçün, qazma boruları onun tavanında yerləşdirilir. Belə halda, udulma zonasına yüksək sıxlıqlı tampon qarışığı vurularkən, o, qazma məhlulu ilə qarışır, bu isə onun keyfiyyətini aşağı salır. Qarışmanın qaşısını almaq üçn, tampon qarışığının sıxlığını azaltmaq, pakerdən və ya xüsusi texnoloji tədbirlərdən istifadə etmək lazımdır. Basıcı məhlulun həcmi aşağdakı düsturla hesablanır:

Vb=Fb(Hqb-Hsm)

Burada, Hqb – qazma borular endirilən dərinlik, m.

Dərin quyularda izolə işləri aparılarkən basıcı məhlulun həcmi, həm quyuda olan məhlulun, həm də basıcı məhlulun sıxlığı nəzərə alınaraq təyin edilir. Belə ki, bu məhlulların sıxlıqları arasında hətta az fərq olarsa, quyuda tarazlıq kəskin sürətlə poazulur.

Qazma kəməri, müxtəlif diametrli borularda və divarının qalınlığı müxtəlif olan hissələrədən yığılan hallarda, sementləmə əməliyyatının sonunda borularda olan basıcı məhlul sütununun hündürlüyünü (Hbm) tapmaq üçün aşağıdakı düsturdan istifadə edilir:

Burada, Hmq – tampon qarışığının yuxarı hissəsinin basıcı məhlulla qarışmasını aradan qaldırmaq üçün sementləmə əmliyyatının sonunda borularda saxlanılan tampon qarışığının hündürlüyü (Hmq=15-20 m).

Basıcı məhlul sütununun hündürlüyü təyin edildikdən sonra, onun həcmini ayrı-ayrı hissələr üçün də hesablamaq olar.

İzolə aparmaq üçün lazım olan tampon qarışığının miqdarı, quyunun quruluşundan, udulmanın intensivliyindən, məhlul udulan layın qalınlığından, onun qəbuletmə əmsalından və qarışığın növündən asılıdır. Adətən, qarışığın həcmi quyunun udulma aralığındakı həcmindən 3-5 dəfə artıq götürülür.

Əgər, qarışığı qazma boruları ilə nəql edərkən yaranan itkiləri nəzərə alsaq və qəbul etsək ki, qarışıq, məhlul udulan laylara 0,5 m daxil olur, onda, minimum lazım olan tampon qarışığının həcmini (Vtq) belə təyin etmək olar:

Vtq=0,785[mHud(2d+1)+Hsk·D2]+V'ksm(hqb/1000)

Burada, m – layın məsaməlik əmsalı;

Hud – udulma zonasının qalınlığı, m;

D – quyunun diametri, m;

Hsk – quyuda sement körpüsünün ümumi hündürlüyü, m;

V'ksm – qazma borularının 1000 m-ə düşən korlanmış sement məhlulunun həcmi (0,114-0,141 m diametrli borular üçün), V'ksm=0,7 m3/1000 m-dir.

Əgər, izolə işləri pakersiz, işçi boru vasitəsilə aparılırsa, onda sementləmə vaxtı qazma borularını işçi boru uzunluğunda “yuxarı-aşağı” hərəkət etdirmək lazımdır.

Sementləmə aqreqatlarının quyu ilə əlaqəsi, onların atqı xəttinin şlanq dayağı ilə quraşdırılması nəticəsində alınır.

Qazma borularını endirdikdən sonra işçi borusu sement aqreqatlarının atqı xəttinni şlanq daağına birlədirdikdən sonra, buruq nasoslarının atqı xəttindəki siyirtmə balanır və sement məhlulunun quyuda vurulmasına və basılmasına başnılır.



Quyuda tampon qarışıqları ilə izolə işləri apararkən bütün görülən əməliyyatlar haqqında alınan məlumatlar xüsusi kartada qeyd edilməlidir.



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə