Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə30/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   125

 

101


sərəncamı ilə «2002-2005-ci illər  üçün turizmin inkişafının 

Dövlət Proqramı» və bu sənəddən  çıxış edərək xüsusi 

«Tədbirlər Planı»nın təsdiqidir. 

Qeyd etmək vacibdir ki, müstəqilliйини elan etmiş bir 

ölkə üçün bütün fəaliyyət sahələrində olduğu kimi, turizmdə 

də qanunvericilik актларынын hazırlanaraq təsdiq  олунмасы 

çox böyük  ящямиййят  кясб  етмишдир. Azərbaycan 

Respublikası Prezidentinin sərəncamı ilə  qüvvəyə minмиш 

1999-cu il 4 iyun tarixli Azərbaycan Respublikasının 

«Turizm haqqında» Qanunu, Azərbaycan Respublikası 

Nazirlər Kabineti 2004-cü il 16 iyul tarixli 97 saylı qərarına 

əsasən təsdiqlənmiş «Turist-ekskursiya xidmətlərinin 

sertifikatlaşdırılması qaydası» və digər qəbul edilən. sənədlər 

müstəqil  ölkədə ekskursiya-turizm işinin normativ-hüquqi 

bazası rolunu oynayır. «Turizm haqqında» Azərbaycan 

Respublikasının Qanununda bu sahədə Azərbaycan 

dövlətinin əsas vəzifələri aşağıdakılar hesab edilmişdi: 

-Turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin 

əsas istiqamətlərini müəyyənləşdirmək; 

-Turizmin inkişafına dair dövlət proqramını  işləyib 

hazırlamaq; 

-Turizmin normativ bazasını işləyib hazırlamaq; 

-Turizmdə sahələrarası 

və regionlararası 

fəaliyyəti 

əlaqələndirmək; 

-Azərbaycan Respublikasını xaricdə  əhəmiyyətli turizm 

ölkəsi kimi tanıtmaq məqsədilə informasiya şəbəkəsi 

yaratmaq; 

-Beynəlxalq turizm təşkilatlarında Azərbaycan 

Respublikasının nümayəndəliyini təşkil etmək, turizmin 



 

102


inkişafına dair beynəlxalq proqramın işlənib 

hazırlanmasında iştirak etmək, turizm sahəsində əməkdaşlıq 

üzrə  müqavilələr bağlamaq və onların həyata keçirilməsi 

mexanizmini işləyib hazırlamaq; 

-Ərazi - turizm ehtiyacları kimi qəbul edilmiş obyektlərin 

qorunması və fəaliyyətini təşkil etmək. 

«Turizm haqqında» Azərbaycan Respublikasının 

Qanunundan irəli gələn bu vəzifələrin yerinə yetirilməsi bu 

sahənin yeni inkişaf prosesiniн başlıca istiqamətlərini 

müəyyən etdi. 

Ölkənin bu sahədə  məqsədyönlü  tədbirlər planının 

hazırlanması, normativ-hüquqi bazanın dünya standart-

larına uyğunlaşdırılması, yeniləşdirilməsi müasir gündə 

Azərbaycanda turizmin hərtərəfli istiqamətdə təkmilləşdiril-

məsinə geniş imkanlar açır. Xüsusilə, müstəqilliyini bərpa 

etmiş 


müasir Azərbaycan turizmində sahibkarlıq 

istiqamətinin yaranması, formalaşması, habelə turizm 

sahəsində maddi-texniki bazanın gücləndirilməsi yeni 

mərhələnin  ən başlıca prioritetlərindəndir. Hesablamalar 

göstərir ki, 2001-ci ildən etibarən respublikada turizm 

xidmətlərini həyata keçirən 140 özəl firma qeydiyyata 

alınmışdır. Bu turizm firmaları, istər yerli, istərsə  də xarici 

turistlərin gəzinti, ekskursiyalarının təşkilini həyata keçirir. 

Respublika Prezidentinin 27 avqust 2002-ci il tarixli 1029 

saylı «2002-2005-ci illər  üçün turizmin inkişafının Dövlət 

Proqramı» və bundan çıxış edərək təsdiq olunmuş 

«Tədbirlər Planı»nın müddəalarına müavfiq olaraq respub-

likaда daxili turizmin beynəlxalq standartlar çərçivəsində 

təşkili məqsədilə  dörd  əsas və  üç  əlavə istiqamət  üzrə 




 

103


marşrut yaradılmışdır. Bunlar Bakı-Xaçmaz, Bakı-Astara, 

Bakı-Balakən, Bakı-Qazax və Bakı-Abşeron-Qobustan, 

Bakı-Naxçıvan, Bakı-Şuşa istiqamətlərindən ibarətdir. 

Azərbaycanda turizmin müxtəlif növləri üzrə inkişafı 

bu sahəyə məxsus olan digər işlərin həyata keçirilməsinə də 

əlverişli zəmin yaratdı. Belə ki, turistlərin işgüzarlığı, 

istirahət və əyləncəsinə xidmət məqsədilə mehmanxana, otel, 

motellərin, eyni zamanda restoran, kafe və s. şəbəkəsinin 

genişləndirilməsinə  şərait yaradıldı. Hazırda Azərbaycanın 

bir çox bölgələrində, həmçinin Bakıda dünya standartlarına 

cavab verə bilən Avropa Qrand Otel, Bakı Hyatt Recensi, 

Park Hyatt Otel, Radisson Sas Plaza, Delfin otel kimi 

qonaq evləri, Suvar, Lotos, Malibu, Palma, Cənnət bağı, 

Nabran və s. kimi əyləncə və istirahət zonaları, Karvansara, 

İpək yolu, Niaqara, Neolit və s. kimi restoranlar turistlərin 

ixtiyarındadır. 

Müstəqilliyini bərpa etmiş Azərbaycanda geniş 

mənada turizmin beynəlxalq standartlar səviyyəsində inkişaf 

etməsinə baxmayaraq, lakin bu sahədə  hələ  də  dünya 

səviyyəsindən geridə qalma məqamları hiss edilməkdədir. 

Bu, xüsusilə, Azərbaycanda turizm-kurort sahəsində 

durğunluqda daha aydın təzahür edilir. Əgər sovet mərhə-

ləsində Azərbaycana sağlamlıq, kurort məqsədilə  gəlmə 

turizm sahəsində  yüksək göstəricilər  əldə olunmuşdusa, bu 

gün həmin sahədə daha böyük göstəricilərə nail oluna 

biləcəк halda, vəziyyət istənilən  şəkildə deyildiр. Halbuki, 

əvvəldə  də qeyd etdiyimiz kimi, Azərbaycan  çox zəngin 

turizm-rekreasiya imkanlarına malik ölkədir. Təkcə elə bu 

xətlə respublika büdcəsinə  чох  böyük xeyir gətirmək 



 

104


mümkündür. Aparılan hesablamalar göstərir ki, 2003-cü ildə 

respublikaya gələnlərin sayı 1066290 nəfər olmuşdur ki, 

bunun da cəmi 1/3-nü turistlər təşkil etmişdir. Turizmdən 

büdcəyə daxil olan vəsaitin miqdarı 58 mln. ABŞ dolları 

təşkil etmişdir. Müstəqil Azərbaycan hökuməti  ölkənin bu 

zəngin rekreasiya imkanlarını, resurslarını turizmin 

inkişafına yönəltmək məqsədilə regionların sosial-iqtisadi 

inkişafına dair Dövlət Proqramında bir sıra perspektivləri 

nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti 

İlham  Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan 

Respublikası regionlarının sosial-iqtisadi İnkişafının 

Proqramı  (2004-2008-ci illər)» fərmanında turizmin inkişafı 

və  təkmilləşdirilməsi məqsədilə, məhz zəngin təbii, iqtisadi 

rekreasiya resursları olan bölgələrdə kurort, pansionat, 

sanatoriya, istirahət və  əyləncə tikilməsi  ön plana 

çəkilmişdir. Bu məqsədlə, Abşeron (Xızı), Gəncə-Qazax 

(Goranboy),  Şəki-Zaqatala, Lənkəran,  Гuba-Xaçmaz, 

Naxçıvanda (Batabat) kurort-sanatoriya obyektlərinin 

tikilməsinə  mühüm yer verilmişdir. Bundan əlavə, həmin 

Proqramın müddəalarına  əsasən, 2004-2008-ci illər  ərzində 

bir  çox bölgələrdə  müxtəlif turist obyektləri istifadəyə 

veriləcək. Xüsusilə, Xızı,  Şəki, Zaqatala, Lənkəran, quba, 

Xaçmaz,  Şamaxı,  İsmayıllı, Lerikdə turist marşrutları 

yaradılacaqdır. Dövlət Proqramında, həmçinin fəaliyyət 

göstərən kurorot-sanatoriya obyektlərinin təmiri, bərpası 

məsələlərinə də diqqət yetirilmişdir. 

Həyata keçirilən tədbirlərdən görünür ki, son illərdə  

Azərbaycanda turizmin hərtərəfli inkişaf etdirilməsi  üçün 

çox ciddi addımlar atılmışdır. Bu sahədə Azərbaycan dövlət 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə