Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə1/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   125


Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

 

 

 

 

İLQAR HÜSEYNOV 



NİGAR ƏFƏNDİYEVA 

 

 

  



 

 

TURİZMİN ƏSASLARI 

 

DƏRSLİK 



 

 

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 



06 mart 2007-ъи il tarixli 196 saylı əmri ilə təsdiq olunmuşdur 

 

 



 

 

 



 

                            

 

 

 



 

 

 



BAKI   2007 


 

2

         Dərslik Azərbaycan Dövlət Mədəniyyət və 



İncəsənət 

Universitetinin «Tətbiqi kulturologiya» kafedrasının müdiri,  İlqar  

Həsrət oğlu  Hüseynov və  fəlsəfə elmləri namizədi, dosent Nigar 

Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır. 



 

  Redaktor:              Pərviz Rzaquliyev,  «Azərbaycan   nəşrləri»          

                                jurnalının redaktoru,  

azerbaijan_books@mail.ru

 

 

Elmi redaktor:             Nigar Rüstəmova, filologiya elmləri  

                                                                     namizədi,dosent 

         Rəyçilər:             Arif Salmanov,  coğrafiya elmləri doktoru,      

                                                                БСУ-нун professorу; 



                                     Ramiz Ağayev, ADMİU-nun «Muzeyşünaslıq»   

                   kafedrasının   müdiri, professor 



          Dizayn:              Rəşad Rzaquliyev,  

rashad156@rambler.ru

                  

 

İlqar Hüseynov, Nigar Əfəndiyeva  

 

TURİZMİN ƏSASLARI. Dərslik. Azərbaycan dilində. 

    “Turizmin  əsasları” adlı  dərslik Azərbaycan Dövlət Mədəniyyət və 

İncəsənət Universitetinin tarixində yenilik  kimi qiymətləndirilə bilər. 

      Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm 

elminin müasir tələbləri nəzərə alınmışdır.  

      Dərsliyin hazırlanmasında  ölkədaxili və beynəlxalq turizmin 

təcrübəsinə geniş  şəkildə istinad edilmiş, milli adət və  ənənələr, dini  

xüsusiyyətlər, turizmin сосиал-игтисади mahiyyəti, tarixi və mənşəyi, tədris 

problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri, 

turizmin təşkilinin forma və metodları, növləri və tipləri, turist qrupları 

ilə  mədəni maarifləndirici iş, dövlətin tənzimləyici rolu, uşaq və 

yeniyetmələrlə ekskursiya işinin təşkili və digər problemlər kulturoloji 

aspektdə tədqiq olunmuşdur.  

       Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və 

tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi 

mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 

 

«Mars-Print» nəşriyyat-poliqrafiya müəssisəsi,  2007,       səh. 



60X84/16, sayı 1000 

 

ISBN 9952-8087-1-2                                                       © İlqar Hüseynov 



     ИСБН 978-9952-8087-1-1 


 

3

                                                 



Turana qılıncdan daha kəskin, ulu qüvvət 

                                                Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! 

                                                                                        Hüseyn Cavid 

 

Giriş 

 

         Turizmin  təşkili işi istirahət və  əyləncənin  ən fəal 



formalarından biri  olmaqla yanaşı  həm də bir çox sosial-

iqtisadi, mədəni-siyasi və kulturoloji  funksiyaların həyata 

keçirilməsində  xüsusi  əhəmiyyət kəsb edir. Turizm müasir 

dünyanın qlobal  əhəmiyyətə malik olan, sosial və iqtisadi 

əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında  

qarşılıqlı  münasibətlər yaradan, biznes  maraqlarının  əhatə  

dairəsini  genişləndirən sahədir. 

Dünyanın hər yerində  turizmin  inkişafına dövlətlər 

və sivilizasiyalar  səviyyəsində  böyük maraq göstərilir. Elə 

buna görə  də, hazırda beynəlxalq maliyyə qurumları  və  

təşkilatları turizmin  inkişafına  öz maraq və diqqətlərini 

artırırlar. Aparılan sosialожи  tədqiqatlardan məlum olmuş-

dur ki, hələ keçən  yüzilliyin sonlarında turizm sahəsindən 

dünyada  əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 

milyardı  ötüb keçmişdir. Onun inkişafının orta  illik artım 

faizi isə 4.3 faizdən çox olmuşdur. 

Sovetlər İttifaqı  dağıldıqdan sonra  müstəqillik əldə 

etmiş Azərbaycan Respublikasında da turizmin inkişafına 

maraq artmış və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı  

göstərilir. Hələ 2002-ci ilin avqust ayının 27-də «Azərbaycan 

Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına 

dair Dövlət Proqramı» qəbul olunmuşdur. Ölkədə  turizmin 

inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. 

Respublikamızın bir sıra ali  məktəblərində turizmin təşkili-

nin elmi  əsaslarının tədris olunması bu sahəyə    göstərilən 

maraqı əks etdirir. Məhz bu baxımdan «Turizmin əsasları» 

dərsliyi  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət  

Universitetində  «Turizmin əsasları»  fənninin tədrisində 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə