Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə7/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   125

 

19

üzərində qurur, həm  rəhbərliklə, həm də başqa  insanlarla 



əlaqələr yaratmaq, onların potensial  imkanlarından istifadə 

etmək fəaliyyətində  bulunur. Çünki menecerlərin  əsas 

вязифяси «istehsalın idarə olunması  və  техники, texnoloji 

bazaнın inkişafı da daxil olmaqla, istehsal prosesinin 

səmərəli təşkili vasitəsilə firmanın  fəaliyyətinin mənfətliyini 

təmin etmək, habelə  hər bir  işçinin ixtisasını  və yaradıcı  

fəallığını artırmaqla kadr potensialından  səmərəli istifadə 

etməkdir»

1

 

Turizm  şirkətinin bütün maliyyə  fəaliyyətini 



mühasibat uçotu və  nəzarəti bölməsi idarə edir. Şirkətin 

mədaxili və    məxarici bu bölmənin  əməkdaşları  tərəfindən 

hesablanır. Bütün  sahələrə  aid olan bank  əməliyyatı, 

əməkdaşların  əmək haqlarının verilməsi, xidmət sahələrinə 

ayrılan xərclərin müəyyənləşdirilməsi, müəssisənin malik 

olduğu maliyyə ehtiyatlarının hesablanması, məsrəflərin  

dəqiqləşdirilməsi və s. bu bölmənin funksiyasına daxildir. 

Kadrlar  şöbəsi müxtəlif mütəxəssislərin seçilib işə 

qəbul olunmasına  təminat yaradır. Həmçinin, bu şöbənin 

nəzdində texniki təhlükəsizlik bölməsi də  fəaliyyət göstərir. 

Həmin bölmə  işə  qəbul olunanların sağlamlıqlarının 

qorunması  və    təhlükəsizliklərinin qorunması  üçün xüsusi 

təlimatlar hazırlayır, texniki vasitələrlə davranmağın  

mexanizmini onlara öyrədirlər və s. 

Mütəxəssislər, marketinqlər və    tarixçilər qrupunun 

funksiyasına isə  turizmin    təşkilinin rasional və empirik  

tərəflərinin həlli aiddir. Həmin bölmənin  əməkdaşları 

turizmin səmərəli təşkilinə aid  alternativ  variantlar 

hazırlayır, zehni fəaliyyətlə bağlı olan problemləri həll edir, 

işin  dinamik şəkildə inkişaf etdirilməsi  üçün morfoloji 

əhəmiyyət kəsb edən təhlillər aparırlar. Ekskursiya 

 

                                                 



1

 Bilalov B.Ə. Turizmin menecmenti. Bakı, мцтяръим, 2005. səh. 11. 




 

20

marşrutlarına daxil olan tarix və  mədəniyyət abidələri, yer 



adları  və başqa informasiya əhəmiyyətinə malik olan 

obyektlər haqqında məlumatlar  hazırlayırlar. Həmçinin,  

müxtəlif turist təşkilatları ilə informasiya mübadiləsi 

yaradır, səmərəli  əməkdaşlıqları  əlaqələndirir, ayrı-ayrı 

məsələlərin  düzgün həllini tapır. Belə ki,  əlaqələr  intensiv 

şəkildə  koordinasiya olunur və  idarəetmənin keyfiyyətinə 

təminat yaradır. Bu işlərin 

öhdəsindən 

əsasən 

ixtisaslaşdırılmış alimlər və menecerlər gəlir. 



Ümumiyyətlə, turizmin təşkilində menecerlər 

qrupunun  çox böyük rolu vardır. Adətən bələdçilər qrupu 

da menecerlər qrupunun tərkibində  fəaliyyət göstərir. 

Bələdçilər qrupu  alimlər tərəfindən hazırlanmış material-

larla tanış olur, marşrutlar  üzrə  özlərini daima 

təkmilləşdirirlər. Bu işdə onlara  ixtisaslaşmış menecerlər də 

yaxından kömək edirlər. Bələdçilərin  hazırlığına  marşrut-

lar  üzrə baxış keçirilir və  onlara  müəyyən peşəkarlıq 

dərəcələri verirlər. 

İqtisadçılar qrupu isə  dünya turizm  aləmində baş 

verən iqtisadi  məlumatları  informasiya  blokuna daxil edir, 

turizm işinin elmi-iqtisadi tərəflərini qabaqcadan 

 

proqnozlaşdırır, dəqiqləşdirilmiş iqtisadi məlumatların 



təhlilini aparır. Bu  təhlillərə  əsasən turizmin yaxın və 

uzunmüddətli iqtisadi perspektivlərini işləyib hazırlayır. 

Yuxarıda qeyd olunan bölmə  və qruplara nəzər 

yetirdikdə turizm  şirkətlərinin  və firmalarının kifayət qədər 

böyük strukturlara malik olduğunu görürük. Bu  nəhəng 

strukturun  bütöv  bir orqanizm kimi idarə olunması 

məsuliyyəti isə    təşkilatın birinci rəhbərinin  üzərinə  düşür. 

Belə  çoxsahəli bir strukturu idarə etmək  üçün təşkilatın 

rəhbəri  liderə xas olan bütün keyfiyyətləri  özündə 

cəmləşdirməlidir. Lider rəhbərliyin müxtəlif tiplərindən 

istifadə etməyi bacarmalıdır. Bu  rəhbərlik tipləri isə əsasən 



 

21

avtoritar, demokratik və  məşvərət tiplərindən ibarətdir. 



Avtoritar tip dedikdə  əsasən  xarizmatik liderlik başa 

düşülür. Xarizmatik lider həmişə öz gücünə və  qabiliyyətinə 

əsaslanır, o, müstəqillik  nümayiş  etdirir, işçinin onun 

əmrlərini  danışıqsız yerinə  yetirməsini tələb edir. 

Rəhbərliyin demokratik tipi özünün fəaliyyətini tam 

şəkildə hüquqi əsaslar üzərində  qurur, öz işçisinə qismən də 

olsa müstəqil fəaliyyət imkanı verir. Bəzən işçinin 

fəaliyyətinin nəticəsi onun məsuliyyət hissinin dərəcəsindən 

asılı olur. 

Məşvərət tipinə aid olan rəhbərlər isə    müəyyən işi 

görərkən məsləhətləşmə yolu ilə hamının rəyini öyrəndikdən 

sonra qərar çıxarır. 

Ümumiyyətlə, tarixin bütün mərhələlərində  xariz-

matik hakimiyyətə daha çox üstünlük  verilmişdir. İdarəçilik 

sisteminin başqa sahələrində də xarizmatiklik yüksək effekt 

verir. 


İdarəçilik sistemində formal təşkilat tipləri də 

mövcuddur. Bunlardan birincisi müəssisənin  əsas rəhbər-

liyini  əhatə edən komanda  qrupudur. Bu qrup ən yüksək 

idarəetmə səviyyəsi nümayiş etdirir. 

İkinci qrup öz  əmək fəaliyyətlərini nisbi olaraq  

planlaşdırmaq imkanına malik olan, yeni  tapşırığa  əməl 

edən və vahid fəaliyyət  ətrafında birləşən mühasiblərdən, 

turizm üzrə ixtisaslaşmış menecerlərdən ibarətdir. 

Bir sıra təftiş və  icraedici funksiyaları yerinə yetirən 

komitələr də vardır.  Bu    komitələr müxtəlif məsələlərin, 

yaxud problemin operativ şəkildə həll olunması məqsədi ilə 

yaradılır. Belə komitələr təşkilatın  imkanları daxilində 

daimi fəaliyyət göstərən komitələr kimi də yaradıla bilər. 

Turizm şirkətinin yaradılması və fəaliyyət göstərməsi 

üçün konkret şərtlər  mövcuddur. Bu şərtlərdən birincisi 

təşkilatı yaratma ərəfəsində ilk növbədə onun 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə