Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə10/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   125

 

29

       



Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət  

Universitetinin əməkdaşları tərəfindən  hazırlanmış  «Tətbi-

qi kulturologiya» dərsliyində turizm işinin təşkili  tətbiqi  

kulturologiyanın bir sahəsi    kimi    qiymətləndirilir. Həmin 

kitabda turizm işinin tərbiyəvi və ideoloji əhəmiyyətinə  də 

xüsusi diqqət yetirilir. Kitabda aşağıdakı  şərtlərə  əməl 

olunması tələb olunur: 

-turist-ekskursiya işinin istiqaməti və  nəzəri-ideoloji  

səviyyəsi müasir  tələblərə nə  dərəcədə cavab verir; 

-səyahət və ekskursiyalar  zamanı    kütlələrin sosial-mədəni 

fəaliyyətinin təşkilində istifadə olunan formalar hansı  

pedaqoji yanaşma və metodlarla təmin olunur; 

-bu fəaliyyətin nəticəsində insanların əldə etdikləri yeni bilik 

və bacarıqlar gələcəkdə onlara lazım ola bilərmi?; 

-səyahət və ekskursiyalar zamanı    şəxsiyyətin sosial 

 

özünüdərketmə, kollektivçilik hissinin möhkəmlənməsi, 



ictimai fəallığın artması, istedadının və s. keyfiyyətlərinin 

üzə  çıxarılması  araşdırılır».

1

 

       



 Turistlərlə ekskursiya işi rasional və empirik  biliklər 

əsasında formalaşır. Belə ki, ekskursiya marşrutu  turist-

lərin marağına səbəb ola  biləcək  əraziləri  əhatə etməlidir. 

Bu ərazilər, muzeylər, eksponatlar,  memarlıq abidələri və s. 

özünün  tarixiliyi,  elmiliyi və estetikliyi ilə diqqəti cəlb 

etməlidir. Turistlər ekskursiya zamanı  həm  maariflənməli, 

həm də  mənəvi rahatlıq tapmalıdır. Eyni zamanda 

ekskursiyada iştirak edən hər bir fərd tarix və  mədəniyyət  

abidələrinin elmi və  mənəvi  əhəmiyyətini dərk edir. Bunun 

da  nəticəsində tarixi  abidələrin qorunmasına və  mühafizə 

olunmasına ümumxalq marağı  formalaşır. Tarixi abidələrin 

qorunması  ənənəsi genişlənir və turizmin inkişafına  şərait 

                                                 

1

 



Tətbiqi kulturologiya. Bakı, 2004, “Mars-Print”,  səh. 199-200.                                           

 



 

30

yaranır. 



       

Ümumiyyətlə, tarixi abidələr təklikdə deyil, bölgələr 

üzrə qorunur. Tarixi abidələrin qeyd olunan prinsip 

əsasında qorunması  ərazinin  qədimliyinin  görüntüsünü 

mühafizə edir. Sözsüz ki,  qədimliyi  əks  etdirməyən 

ekskursiyaların da maraq dairəsi zəif olur. Çünki, tarixi 

abidələr ekskursiyanın maarifləndirici obyektidir. Elə buna 

görə  də tarix və  mədəniyyət abidələrinin qorunmasına 

dünyanın bütün  ölkələrində böyük maraq göstərilir.  

          Bu  abidələrin qorunması  üçün turizm şirkətləri də 

konkret fəaliyyət proqramı hazırlayırlar. Yeri gəldikdə 

həmin  abidələrin bərpasına və onlar yerləşən  ərazilərin  

abadlaşdırılmasına külli miqdarda vəsait sərf edirlər. Belə ki,  

tarixi abidələri qorumaq marağı  əsasən  şirkətlərin iqtisadi 

maraqları ilə  üst-üstə düşür. 

     


Turizm  marşrutuna daxil olan tarixi abidələr  

ixtisaslaşmış  mütəxəssislər tərəfindən vahid sistemə salınır. 

Onların səciyyəvi xüsusiyyətləri  aydınlaşdırılır, vəzifələri 

əsaslı  şəkildə  müəyyənləşdirilir. Hər bir abidənin elmi 

pasportu  hazırlanır. Ciddi  dağıntıya məruz qalmış 

abidələrin bərpası  üçün  əlaqədar təşkilat və institutlarla  

danışıqlar aparılır. Lazım olduqda həmin abidələrin  

bərpasına turizm şirkəti tərəfindən maddi kömək edilir. 

       

Turizmin  təşkili işi məkan etibarı ilə bir-birindən 



fərqlənir. Məkanın müxtəlifliyi birbaşa turizmin növlərinin 

müxtəlif olmasına təsir göstərir. Məhz məkanın xarakterinə 

uyğun olaraq turizmin ixtisaslaşdırılması prosesi  baş verir. 

Bunlara misal olaraq macəra turizmini, kənd turizmini, su 

nəqliyyatı turizmini, dağ turizmini və s. göstərmək olar. 

Turizmin bu növləri  əsasən təbiəti sevən və onun 

 

qorunmasına xüsusi qayğı ilə yanaşan insanlar arasında çox 



geniş yayılmışdır. 

     


Öz ixtisası ilə  əlaqədar olaraq turizm səfərlərinə 


 

31

qatılan insanların da sayı çoxdur. Dünyanın flora və faunası 



ilə  maraqlanan, arxeoloji  materiallarla tanış olmaq istəyən 

bu qrup insanlar əsasən elmi məqsədlər  üçün turizm  

səfərlərinə qatılan  peşəkar mütəxəssislərdir. Turizmin bu 

növünə elmi ədəbiyyatlarda ixtisaslaşdırılmış turizm növü 

kimi qiymət verilir. İxtisaslaşdırılmış turizmin əsasında 

müxtəlif həvəs və maraqlar da  dayanır. Adam var ki,  

quşların, vəhşi heyvanların, sürünənlərin və s. canlıların 

üzərində  müşahidələr aparır, gördüklərinə aid filmlər çəkir, 

kitabçalar yazır. 

      


Turizm  səfərləri zamanı macəra və  əyləncə  məqsədi  

güdənlər də  çoxdur. Buna görə  də  turizm    təşkilatları eyni 

zamanda  əhalinin maraq  istiqamətlərini də    dəqiqləşdi-

rirlər. Hal-hazırda marağa görə macəra turizm növünün 

təşkilinə  də geniş yer verilir. Bu turizm növü  əsasən  

çayların, göllərin, dənizlərin ətraflarında yaradılır. Çünki bu 

turizm növünə meyl edən adamlar balıq tutmağa, üzgüçülüyə 

və s. əyləncəli gəzintilərə xüsusi maraq göstərirlər. 

       

Dünya miqyasında kənd turizmi növü  də  çox geniş 



yayılmışdır. Kənd turizmi növü ilə  əsasən yerli sakinlər 

özləri məşğul olurlar. Onlar turistləri evlərində yaradılmış 

şəraitdə  qəbul edir, onlara ailə xidməti göstərirlər. Lakin  

kənd  turizmin təşkili də peşəkarlıqla həyata keçirilməlidir. 

       

Kənd turizmi əhalinin yerli istehsalın müxtəlif 



növlərinə olan marağını da artırır. Bu növün inkişafı  kənd 

əhalisinin gəlirini artırır, onların həyat tərzini yaxşılaşdırır. 

Bu növün inkişaf  etdirilməsi fərdi xarakter daşıyır və bunun 

üçün kapital  qoyuluşuna ehtiyac yoxdur. Belə ki, əsasən  

stasionar xarakter daşıyan bu turizmin növünün  

infrastrukturu tədricən formalaşır. Xüsusilə, zaman-zaman 

əldə olunan gəlir  hesabına yerli xidmət növlərinin  

yaradılması imkanı formalaşır. 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə