Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə6/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   125

 

16

Deməli,  turizm mahiyyət etibarı ilə ayrı-ayrı  



strukturların fəaliyyəti  əsasında  ölkəyə valyuta  axınına 

imkan yaradır və eyni zamanda yerli  məhsulların istehsalına 

kapital  qoyuluşunu təmin edir. Bu prosesin həyata  

keçirilməsində  idarəetmənin konkret  vəzifələrindən istifadə 

olunur. Buna görə  də turizmin təşkilatçısı ilk növbədə 

idarəetmənin təşkilatı quruluşunu bilməli, bu sahəyə aid 

ədəbiyyatlar oxumalı, turizm sahəsi  üzrə ixtisaslaşmanın 

optimal tələblərini йериня йетирмялидир. 

 

1.2. Turizmin təşkili prosesində 

idarəetmənin təşkilatı quruluşu 

 

İdarəetmənin təşkilatı quruluşu haqqında bir çox 

elmi məqalələr və kitablar mövcuddur.  Бу  бахымдан 

Azərbaycan alimi B.Ə.Bilalovun yazdığı: «Turizmin menec-

menti»  adlı  дярсликдя qeyd olunan mövzuya da geniş yer  

verilmişdir. Müəllif turizm sahəsində idarəetmənin təşkilatı 

məsələlərinə aid olan bir çox график вя sxemlər тягдим етмиш, 

onun xətti  quruluşu haqqında geniş məlumat vermişdir. O, 

idarəetmənin təşkilatı sisteminin layihələşdirilməsini 

aşağıdakı anlayışlar aspektində izah etməyə çalışmışdır: 

  - funksiyanın tərkibi və məzmunu; 

  -  funksiyaların mərkəzləşdirilməsi və parçalanması  həddi, 

həmçinin idarəetmə səviyyəsinin sayı; 

  - hər səviyyənin funksional вя xətti bəndlərinin sayı; 

  - bütün səviyyələrdə hər bəndin funksiyası; 

  - bəndlər arasında tabeçilik.

1

  

Müəllif «bənd» dedikdə 



müxtəlif idarəçilik 

funksiyalarını yerinə yetirən  müstəqil qurumları  və 

adamları  nəzərdə tutur. Əslində  bu turizmin idarəçilik 

                                                 

1

 Bilalov B.Ə. Turizmin menecmenti. Bakı, Мцтяръим, 2005. səh. 42-43. 




 

17

sistemində    mövcud olan və  müxtəlif funksiyaları yerinə 



yetirən strukturlar da adlandırıla bilər. Həmin strukturlar 

hər bir idarəetmə  və istehsalat  bölmələrinin  rəhbər   

orqanlarıdırlar.  Onların  hər biri turizmin idarəetmə xəttinə 

uyğun olaraq görülən işlərin təşkilinə  və  nəticələrinə  görə 

məsuliyyət daşıyırlar. Bütün strukturların rəhbərləri və 

işçiləri  strukturun icra xarakterinə  görə peşəkarlardan 

ibarət olurlar. Bunlar mühasibat, istehsalat, satış  və s. 

sahələri  əhatə edir və  müxtəlif icraedici strukturların 

fəaliyyətini tənzimləyir. Maliyyə işlərini,  təşkilatçılığın digər 

sahələrini  öz nəzarətində  saxlayır, hüquq  pozuntularının 

qarşısını  alır. 

Ümumiyyətlə, turizmin təşkilatı quruluşu firma və ya 

şirkət  qurumunda  formalaşır. «Bu quruluş    çərçivəsində 

müəyyən  məhsul istehsal edən və ya fəaliyyət göstərən və 

qərarların qəbulunda müstəqilliyə malik olan bir neçə  sahə 

fəaliyyət  göstərir. O,  yuxarı orqana ( qərargaha) tabe olur 

ki, həmin orqan da onun fəaliyyətini  əlaqələndirir».

1

  Məhz 



qeyd olunan əlaqələndirmə  tərtib olunan layihənin  

funksional təminatına uyğun olaraq həyata keçirilir. Belə ki, 

turizm  şirkətlərinin və ya  firmalarının konkret funksional 

bölmələri vardır. Bu bölmələrin sayı  işin keyfiyyətinə  və 

əhatə dairəsinə uyğun  şəkildə  təşkilatın rəhbəri tərəfindən  

nizamnamənin və ya əsasnamənin müvafiq bəndlərinə uyğun 

şəkildə  müəyyənləşdirilir.  İdarəçilik funksiyasına uyğun 

olaraq aşağıdakı qrup, yaxud icraedici strukturlar yaradılır: 

- Tədqiqatçılar və turizm məhsullarının  hazırlanması 

qrupu; 


- Turizm fəaliyyətini həyata keçirməklə məşğul olan bölmə; 

- Təchizat bölməsi

- Mühasibat uçotu və nəzarəti bölməsi; 

                                                 

1

 Bilalov B.Ə. Turizmin menecmenti. Мцтяръим, Bakı, 2005. səh 45. 




 

18

- Kadrlar şöbəsi və texniki təhlükəsizlik texnikası bölməsi; 



- Mütəxəssislər, marketinqlər və tarixçilər qrupu; 

- Turizm üzrə menecerlər və bələdçilər qrupu; 

- İqtisadçılar qrupu və s. 

Qeyd olunan qrup və  bölmələr  özlərinə  məxsus olan 

konkret vəzifə və funksiyaları yerinə yetirirlər. Bu bölmə və 

qruplara  kadrların  seçilib   yerləşdirilməsi      vəzifəsini   isə, 

strukturların  rəhbərlərinin bilavasitə  köməyi ilə turizm 

şirkətinin prezidenti və  ya sədri yerinə yetirir. 

Turizm  məhsullarının  hazırlanması bölməsi mövcud 

problemləri dəqiqləşdirir, onların aradan  qaldırılmasının 

vasitələrini  müəyyənləşdirir. Həmçinin, xüsusi dəqiqləş-

dirmələr  əsasında müəyyənləşdirilmiş  turizm    məhsullarının 

və ya əşyalarının hazırlanması istiqamətində  əməli işlər 

görür. 


Turizm fəaliyyətini həyata keçirən bölmə  həm yerli, 

həm də beynəlxalq təşkilatlarla  əlaqələr yaradır, turizmin 

təşkilinə aid  müqavilələr bağlayır. Bu işdə menecerlərin 

təşkilatçılıq fəaliyyətindən geniş istifadə olunur. Menecerlər 

turizm  şirkətinin biznesinin  səmərəliliyi  baxımından 

fəaliyyət göstərir. Turizm bazarının son nəticələrini öyrənib 

ona  münasib olan  müqavilələr bağlayır. Bu  müqavilələrin 

nəticələrinə uyğun olaraq  şirkətin təchizat bölməsinə  

sifarişlər edir və s. 

Təchizat bölməsi isə  turistlərin nəqliyyat,  yaşayış, 

istirahət, məişət problemlərini sifarişə uyğun olaraq yerinə 

yetirir. Müqavilənin  şərtləri  əsasında müxtəlif xidmətlər 

təşkil edir. Turistlərin  qarşılanması, yerləşdirilməsi və yola 

salınması  məsələləri də  təchizat bölməsi tərəfindən həll 

olunur. Təbii ki bu işə  çox məsuliyyətli icraçılar cəlb edilir 

və onlar kifayət qədər  təlimatlandırılırlar. Eyni zamanda 

təchizat bölməsinin fəaliyyəti ali  rəhbərliyin daimi 

nəzarətində olur. Menecer bütün  fəaliyyətini daimi əlaqə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə