Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə3/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   125

 

7

I FƏSİL 



 

TURİZM VƏ ONUN ELMİ ƏSASLARI 

 

1.1.

 

Turizmin elmi- kulturoloji  mahiyyəti 



və onun ilkin şərtləri 

 

        Turizm  əsasən  sosial-iqtisadi sahə kimi XIX əsrin 



ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə 

turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata 

düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist» 

demişlər. 

         1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığın-

cağında «Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq 

mahiyyəti,  културоложи  вя sosial-iqtisadi əhəmiyyəti müəy-

yənləşdirilmişdir. Yenə BMT-nin 1963-cü ildə keçirilən 

Roma konfransında isə «turist» anlayışına konkret tərif 

vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə 

konkret tərif verə    bilməmişlər. Lakin hal-hazırda turizm 

bütün dünya miqyasında sosial-iqtisadi вя  културоложи sahə 

kimi inkişaf etdiyinə  görə onun  haqqında müxtəlif elmi 

ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə 

Azərbaycan alimlərinin də  müəyyən nailiyyətləri vardır. 

Bunlardan S.T. Yeqanlının, E.M. Hacıyevin, 

Ъ.А.Мяммядовун B.Ə.Bilalovun və    başqalarının adlarını 

xüsusi olaraq qeyd etmək olar.  

B.Ə.Bilalov «turizm» sözünün mənasını  aşağıdakı 

formada izah etmişdir: «Turizm-fransız sözü olmaqla 

mənası fiziki şəxslərin müvəqqəti olacağı  ölkədə (yerdə) 

ödənişli fəaliyyətlə  məşğul olmamaq şərti ilə istirahət, 

sağlamlaşdırma, tanış olma, idrakı (tarix və  mədəniyyət 

sərvətlərindən bəhrələnmə  və sair), iş-peşə (vəzifə  

borclarının icra edilməsi istisna olmaqla), idman və dini 

məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti 




 

8

getmələridir (səyahətləridir)». 



Qeyd  etmək lazımdır ki, ədəbiyyatlarda  kütləvi 

turizmin ilk təşkilatçısı  ingilis Tomas Kuk  adlı şəxs hesab 

olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa 

qədər dəmir yolu ilə 570 nəfərin kütləvi  gəzintisini təşkil 

etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını 

qoymuşdur. O, həmçinin 1847-ci ildə  səyahət və ekskursi-

yalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis 

вятяндашынын  Aralıq dənizində səyahətini təşkil etmişdir. 

         XIX  əsrin sonunda Tомас Kuk tərəfindən yaradılmış 

bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan 

möhtəşəm bir konsernə  çevrilmişdir. Həmin konsernin 12 

min əməkdaşı olmuşdur. 

Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm 

ilə  məşğul olan «Amekso» adlı  şirkət yaratmışlar. 1918-ci 

ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir. 

1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana 

işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci 

ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə  birləşdirilmişdir. 

Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya 

yayılmışdır. Ayrı-ayrı  ölkələrdə turizmin sosial-iqtisadi вя 

културоложи əhəmiyyətini  qiymətləndirərək onun uzun müd-

dətli inkişaf proqramını  işləyib hazırlamışlar. Məsələn, 

Fransada hələ 1960-cı illərdən turizmin  inkişaf proqramı  

hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu 

proqramın realizə olunmasına cəlb etmişdir. Bütün  

çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin 

istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. 

Turistlərə xidmətin keyfiyyətinə  görə  İspaniya 

Fransadan sonra ikinci yeri tutur. Burada 1998-ci ildə  

turistlərin sayı 47143 nəfərə  çatmışdır.  İspaniyaya gələn  

turistlərin  tərkibində  fransızlar, almanlar, niderlandlılar  

çoxluq təşkil edir. İspanlar adı  çəkilən  ölkələri  özlərinin 




 

9

turizm bazarına  çevirə  bilmişlər. Hazırda İspaniyanın pay-



taxtı Madrid Avropanın mədəniyyət, incəsənət və turizm 

mərkəzlərindən biri kimi  qiymətləndirilir. 

İtaliyada isə turizm özünün  ən yüksək təşəkkülünü 

1983-cü ildən tapmağa  başlamışdır. 

Qardaş Respublika olan Türkiyədə  də turizmin 

inkişafına böyük diqqət yetirilir. Burada  turistlərin sayı 

ildən- ilə artır, ölkənin milli gəlirinə böyük xeyir gətirir. Belə 

ki, 1996-cı ildə Türkiyəyə gələn     turistlərin  sayı  7966-ya 

çatmışdısa, 1997-ci ildə 8904, 1998-ci ildə isə 9200 xarici 

turist bu  ölkənin turizm xidmətlərindən istifadə etmişdir. 

1998-ci ildə  Türkiyənin Beynəlxalq turizmdən  əldə etdiyi 

gəlirin miqdarı 8,3 milyard ABŞ dolları həcmində olmuşdur. 

Bütün  bu faktlar turizmin sosial-iqtisadi вя  културоложи  

əhəmiyyətini düzgün dərk  etmək  üçün aydın təsəvvür  

yaradır.  

  

Turizmin inkişaf proqramı bütün ölkələrdə kompleks 



yanaşma prinsipləri əsasında  hazırlanır. Daha doğrusu   bu 

tipli proqramda milli, regional və beynəlxalq amillər nəzərdə 

tutulur. Proqramın bu şəkildə  hazırlanması  həm  yerli,     

həm də beynəlxalq amillərdən istifadə etmək imkanı  

yaradır. Digər tərəfdən beynəlxalq  turizm  şirkətlərinin 

fəaliyyəti də  yerli əhalinin yaşayış  səviyyəsinin  yaxşılaş-

dırılmasına istiqamətləndirilir.  İnsanlara yeni iş yerləri 

yaradılır, eyni zamanda onların bir çox yaradıcılıq 

məhsullarının yeni satış bazarı  açılır. Belə ki, əksər turistlər, 

səfər etdiyi ölkələrin milli аdəт və ənənələri, xalq  yaradıcılığı 

nümunələri ilə  çox maraqlanırlar. Həmçinin, beynəlxalq 

turizm insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi 

əlaqələr yaradır, həmçinin,  достлуг  вя  гардашыг  мцнаси-

бятляринин  мющкямлянмясиня  дя  мцсбят  təsir göstərir. Bu 

sahədə beynəlmiləl  əlamətlər milli elementlərlə    zənginləşir. 

Sözsüz    ki,    bu    zənginləşmə    beynəlxalq  mühiti daha da  




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə