Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə14/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   125

 

41

 



tədbirlilik  əksəriyyətə  müyəssər olmur. Ona görə  də onlar 

turist  təşkilatlarının yerli xidmətlərindən istifadə etməli 

olurlar. 

     


Turist  şirkətlərində  müxtəlif mədəni xidmət 

sənədlərinin yaradılması  əhalinin müxtəlif qruplarının işlə 

təmin  olunmasına da şərait yaradır. Turist mərkəzlərində 

kitab, buklet, suvenir və s. məmulatların  satış yerləri də 

nəzərdə tutulur. 

       


Qeyd edək ki, turizmin təşkili prosesi həm də  bir sıra 

sahələrin təbliğinə, reklamına da əlverişli şərait yaradır. Belə 

ki, turizmin təşkil olunduğu  ərazilərdə yerli məhsulların 

reklamına həsr olunmuş plakatlar asılır.  Şirkətin  özünün 

təbliği də bu plakatlar vasitəsilə  həyata keçirilir.  Ölkənin 

daxili və xarici siyasətindən bəhs edən plakatlara da geniş 

yer ayrılır. Bu işin həyata keçirilməsi üçün turist təşkilatları 

yaradıcı  təşkilatlarla işgüzar  əlaqələr qurur. 

          Ölkənin və  ərazinin tarix və  mədəniyyət  abidələri  

haqqında muzeylər  tərəfindən  hazırlanmış  məlumat 

kitabçaları maarifləndirici  əhəmiyyətə malikdir. Həmçinin, 

belə  kitabçalarda ərazinin təbii-coğrafi  quruluşu haqqında 

da geniş məlumatlar verilir. 

          Dini  yerlər və  ziyarətgahlar haqqında da  maraqlı 

kitabələr  hazırlanır ki, bunların hər  biri həm də təbliğat  və 

təşviqat əhəmiyyətinə malikdir. 

         Xalqın milli adət və    ənənələrinə, milli  bayram və 

mərasimlərinə  həsr olunan  kitabçaların, video kasetlərin 

satışının təşkili də  çox aktualdır.  Çünki, turistlər arasında  

etnoqrafik  məlumatlar əldə etmək marağı olanlar da vardır. 

Bunlar  əsasən məqsədli  şəkildə  öz peşələrinə uyğun  şəkildə 

turizm səfərinə  çıxan mütəxəssislərdir. Bu mütəxəssislər 

müxtəlif  ölkələr və xalqlar haqqında məlumatlar toplayır, 

özlərinin elmi araşdırmaları zamanı həmin  materiallarından 




 

42

istifadə edirlər. 



       

Öz xalqının adət və  ənənələrini təbliğ etmək 

məqsədilə    turizm  şirkətləri  sırf etnoqrafik  xarakter  

daşıyan kütləvi  tamaşalar da hazırlayırlar. Kütləvi 

tamaşalara xarici  turistlər böyük maraq göstərirlər. Belə 

tamaşalar  əsasən xalqın bayram və    mərasimlərini  əks 

etdirir. Bu  tamaşaların hazırlanmasına adət və  ənənələri 

yaxşı bilən ssenaristlər, alim-məsləhətçilər və  rejissorlar 

dəvət  olunur. Bədii tərtibatçılar isə adət və ənənələrə uyğun 

olan etnoqrafik geyimlər hazırlayır, musiqi tərtibatı verirlər. 

İfa olunan mahnı  və    rəqslər də  özlərinin tarixiliyi ilə 

fərqlənir. 

       

Məlumdur ki, hər bir xalqın  özünəməxsus adət və 



ənənələri, milli  bayramları var. Bu baxımdan Azərbaycan  

xalqının da çoxlu adət və ənənələri,  bayramları, kütləvi xalq 

tamaşaları və eləcə də zəngin  bədii tarixi materialları vardır. 

Elə  təkcə Novruz bayramına aid olan çoxlu xalq oyunları, 

məzhəkələr, tamaşalar, mahnılar və s. mövcuddur. Bütün 

bunların xarici turistlər qarşısında nümayiş etdirilməsi 

xalqımız və ölkəmiz haqqında xaricilərin xatirəsində zəngin 

təəssüratlar yarada bilər. Bu tədbirlərdə maarifləndirici 

elementlərin zənginliyi ilə yanaşı estetik dəyərlər də çoxdur. 

Həmin estetik dəyərlər turistlərin mənəvi aləmini daha da 

zənginləşdirir, onlarda  yerli əhali haqqında yadda qalan 

fikirlər, mövqelər yaradır. 

         Ümumiyyətlə, etnoqrafik əhəmiyyət kəsb edən kütləvi  

tamaşaların  yaradılmasında əsasən özfəaliyyət  kollektivlə-

indən  эениш  istifadə olunur. Təəssüflər olsun ki, sovet 

imperiyası    dağıldıqdan sonra mədəniyyət müəssisələrində 

özfəaliyyət kollektivlərinin təşkili nəzərə  çarpacaq dərəcədə  

azalmışdır. Respublikanın Müstəqil Həmkarlar Konfe-

дerasiyası, Mədəniyyət və Turizm Nazirliyi də    özfəaliyyət 

işinin təşkilinə kifayət qədər məsuliyyətlə yanaşmırlar. 




 

43

Əslində indiki  mərhələdə    özfəaliyyət  kollektivlərinə daha 



çox ehtiyac vardır. Çünki Azərbaycanda Sovet  hakimiyyəti 

illərindən fərqli olaraq turizmin təşkilinə, milli 

dəyərlərimizin təbliğinə  maraq daha çoxdur. 

            Azərbaycan dünyanın  başqa  ölkələrindən fərqli 

coğrafi quruluşa malikdir. Elə  təkcə Abşeron yarımadası 

özünün  əhali potensialına və  təbii-coğrafi quruluşuna, tarix 

və  mədəniyyət abidələriнин  zənginliyinə  görə xarici turistlər 

üçün  çox maraqlı  bölgədir. Tədqiqatçı alimlər haqlı olaraq 

qeyd edirlər ki, turizmin təşkili  üçün  aşağıdakı  imkanlar 

mövcuddur: 

-  бöyük turizm  bazarına yaxınlıq və bir neçə milyon 

əhalinin Abşeronda yaşaması; 

- dəniz vasitəsilə turistlərin istirahət zonasına çatdırılması;  

-Abşeron  ərazisində  саьламлыг    вя  истиращят  мяркязляринин              

даща чох əhalisi sıx olan йерлярдя олмасы;   

-  əhalinin  сых yaşadığı yerlərə  екскурсийалар  тяшкил  етмяк  вя  

istirahət günlərində iki günlük turist səfərləriня  эетмяк.

1

   



      

Бу  эцн Abşeronda yaşayan  əhalinin  милли adət və 

ənənələri də özünəməxsusluğu ilə fərqlənir. Burada  adət və 

ənənələrə qarşı  mühafizəkar münasibətlər formalaşmışdır. 

Yerli  əhalinin mədəniyyət və incəsənətə marağı  dа başqa 

ərazilərdən fərqlənir. Burada bədii özfəaliyyət yaradıcılığına 

da böyük  maraq vardır. Belə bir şəraitdə turist mərkəzləri 

də  bədii  özfəaliyyət kollektivlərinin təşkilinə  və onların 

yaradılmasının maliyyələşdirilməsinə yardımçı olmalıdır. 

      


Əks halda ölkənin milli  koloritini əks etdirmək, 

xalqımızın adət və  ənənələri, milli-etnik xüsusiyyətləri 

haqqında  əyani məlumatlar  çatdırmaq problemi yarana 

bilər. 


                                                 

1

Сиявуш Т. Еганлы,  Э.М.Гаджиев. Международный туризм и развитие 



туризма в Азербайджанской Республике. Баку 2003, стр. 180. 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə