Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə22/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   125

 

69

mədəniyyət abidələri ilə  çox zəngindir. Vaxtilə    Şuşada 



yerləşən turizm və istirahət mərkəzlərinə  gələn insanlar 

qədim Xocalı  mədəniyyəti ilə  də tanış olmaq imkanı  əldə  

edirdilər. Azərbaycan  arxeoloqları tərəfindən burada   apa-

rılan  arxeoloji qazıntılar zamanı e.ə. I minilliyin ortalarına 

aid  çoxlu  avadanlıqlar, müxtəlif mədəniyyət nümunələri 

aşkar edilmişdir. 

         Alimlər qeyd edirlər ki, «Xocalı Kurqan çölünü bir 

növ  özünəməxsus yeraltı muzey adlandırmaq olar. Burada 

tunc dövrünə aid küllü  miqdarda Azərbaycan abidələri 

saxlanılmaqdadır. 

         Həmin kurqanların birində e.ə.  ХЫВ-ХIII  əsrлярdə 

hakimiyyətдя  олмуш Assuriya şahı  Ы Adadnirarinin 

(е.я.1307-1275)  mixi yazı ilə  üzərində adı qeyd   olunduğu 

qəribə  bir muncuq tapılmışdır. Bu tapıntı  vasitəsilə 

Azərbaycanda tunc dövrü tarixini nisbətən düzgün təyin 

etmək mümkün olmuşdur»

1



          Ermənilər Azərbaycanın Dağlıq Qarabağ    ərazisini 



işğal etdikdən sonra bu  ərazilərdə  imkanları  çatan qədər 

Azərbaycan xalqına məxsus olan tarix və    mədəniyyət 

abidələrini dağıtmış, etnik təmizləmə siyasəti aparmışlar. 

Bakı  Dövlət Universitetinin dosenti T. Həsənovun 

«Ermənistanın Azərbaycan  ərazilərini işğal etməsinin ağır 

sosial – iqtisadi nəticələri» adlı kitabında  Ermənistanın 

etnik tərkibinin dəyişməsinin xronologiyası göstərilir. Rəsmi 

sənədlərə  görə  ХЫХ  əsrin ortalarında, hazırda Ermənistan  

                                                 

1

 



Azərbaycanın tarixi abidələri. Bakı 1958. səh.19. 


 

70

adlı  dövlətin yerləşdiyi  ərazidə  ermənilər azlıqda idilər. 



Xronologiyaya nəzər salaq:  

   -1850-ci  il  -76%  azərbaycanlı, 24% erməni və digər 

millətlər; 

   -1910-cu  il  –  64  %  azərbaycanlı,  33% erməni və digər 

millətlər; 

   -1948 – ci – 52 %  azərbaycanlı, 48 % erməni və digər 

millətlər;  

   -1990-cı il – 98 % erməni, 2 % digər millətlər.  

Beləliklə, bu gün  rəsmi statistikaya görə, Ermənistan 

əhalisinin cəmi  2%    başqa millətlərin nümayəndələri təşkil 

edir. Maraqlıdır ki, ermənilər bu faktdan fərəhləndiklərini 

gizlətmirlər. 

 

          



   

Ermənilər işğal etdikləri  ərazilərdə tariximizi 

saxtalaşdırır,  özlərinin xeyrinə qondarma bir tarix 

uydururlar. Digər  tərəfdən meşə sahələrini məhv edir, şəhər 

və  kəndləri  xarabalıqlara  çevirirlər. Lakin  inanırıq ki, 

yaxın  vaxtlarda Ermənistan tərəfindən işğal edilmiş 

Azərbaycan torpaqları azad ediləcək və xalqımız bu əraziləri 

də turizm  marşrutlarına  daxil edəcəkdir. 

          Azərbaycanın Xanlar rayonu ərazisi həm təbii-

coğrafi  quruluşuna görə, həm də  tarix və  mədəniyyət 

abidələrinin zənginliyinə  görə  bütün  bölgələrdən fərqlənir. 

Йарадылан  вя  инсанлары  щейран  едян istirahət  мяркязляри,  

ağacları  və heyvanat aləmi ilə  zəngin olan meşə    zolaqları, 

çaylar və bir neçə göllər bu ərazinin beynəlxalq turizm üçün 

даща  əlverişli olduğunu bir daha təsdiqляйир. Həmçinin, 



 

71

Gəncəçay ilə  Kürəkçay arasında  yerləşən Xanlar rayonu-



nun  ərazisində aparılmış arxeoloji  qazıntılar bu yerin 

Azərbaycanın qədim yaşayış yerlərindən biri olması  

haqqında məlumat verir. Belə ki, Kilikdağ yaxınlığında, 

Zurnabad kəndində  və başqa yerlərdə aparılan tədqiqatlar 

Xanlar rayonu ərazisinin də  qədim yaşayış yerlərindən biri 

olduğunu təsdiqləyir. Orta əsrlərdə inşa edilmiş (XIII əsr) 

Zurnabad kəndi yaxınlığındakı qala, arxeoloji  qazıntılar 

zamanı  əldə olunmuş  döyüş  və  məişət alətləri Xanlar  

marşrutunun informasiya əsasını təşkil edir. 

       


Qeyd edək ki, turizmin təşkili prosesində  insanların 

zəngin  təbiətlə    təmasda olmaq meylinə daha çox təsadüf 

edilmişdir. Mənzərəli təbiətlə yanaşı  möhtəşəm abidələr  

ecazkar görkəmi ilə insanları valeh edir. Hər iki  xüsu-

siyyətin olması isə turizm obyektini məşhurlaşdırır.  

           Bütün bu xüsusiyyətlər Şəki də daxil olmaqla Qəbələ, 

Qax, Oğuz, Zaqatala və    Balakən  ərazilərinə da aiddir. 

Həmin  ərazilər həm təbiətinə, həm də tarixi abidələrinin 

çoxluğuna görə başqa Azərbaycan ərazilərindən fərqlənir. 

      


Tarixçilərin verdiyi məlumata görə  Qəbələ  hələ e.ə. 

IV  əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu 

haqda antik dövrün  tanınmış  şəxsiyyətləri olan Klavdii 

Ptolomey, Plini Sekund kimi müəlliflər də    Qəbələnin 

(Кабалаканын) Albaniyanın  mərkəzi  şəhərlərindən biri 

olduğunu  qeyd etmişlər. 

            Qəbələ  şəhəri tarixin müxtəlif dövrlərində xarici 

işğalçıların hücumlarına məruz qalmışdır. 644-cü ildə ərəblər 

şəhəri işğal etmiş, yerli əhalinin başına müsibətlər açmışlar.  

           1225-ci  ildə isə Xarəzmşah Məhəmməd  Cəlaləddin 




 

72

Təbrizi tutaraq Eldənizlər dövlətinə son qoymuş, eyni 



zamanda Qəbələni də işğal etmişdir… 

Dünya hökmdarlığı iddiasında olan Ямир Teymurun 

(1370-1405) hücumu  nəticəsində ися Qəbələ şəhəri yandırılıb 

külə döndərilmişdir. 

          Qəbələ  ərazisi hələ Sovet hakimiyyəti dövründə  də 

turistlərin diqqətini  özünə  cəlb etmişdir. Qalın meşələr və 

meşələrin  ətəyində yerləşən  Qohur gölü turistlər  üçün 

əvəzolunmaz yerlər kimi  qiymətləndirilmişdir. Bu yerləri 

gəzib dolaşan alim Telman Haqverdiyev Qəbələ haqqında 

öz təəssüratını belə  ifadə  etmişdir: «Qəbələyə piyada  

səfərimizi Mirzəbəyli kəndindən başladıq. Meşələrin içi ilə  

yeridikcə  qarşımıza zoğal,  əzgil,  alma, armud,  fındıq,  

şabalıd, qozla dolu ağaclar  çıxırdı. Qara moruq salxımları 

ilə    əllərimizi boyadıq. Qəbələ  bulağının büllur  sularında 

sərinlədik. Qəbələnin uçub dağılmış qala  divarlarını 

görəndə həyəcandan ürəyim çırpındı»»…

1

  

     



Qeyd etmək lazımdır ki,  Qəbələ qalası və onun ətrafı 

hələ, 1979-cu ildə Azərbaycan Respublikasının Ali soveti 

tərəfindən   qoruq-muzey  kimi   rəsmiləşdirilmiş, həmin  

ildən  onun mühafizə olunması  işinin təşkili Azərbaycan 

Respublikası  Mədəniyyət və Turizm Nazirliyinə  və rayon 

mədəniyyət və turizm şöbələrinə həvalə edilmişdir. 

          Qəbələ rayonu ərazisində 1464-cü ildə    inşa edilən 

Şeyx Bədrəddin türbəsi,  XV əsrin yadigarı  olan Şeyx 

Məhəmməd türbəsi, XVII əsrdə tikilmiş  Şeyx Mənsur 

türbəsi və başqa abidələr Qəbələnin turistlər üçün ən maraqlı 

                                                 

1

 Haqverdiyev T.Ş. Daşların hekayəti. Bakı 1989. səh. 33 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə