Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə2/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   125

 

4

əsas yer tutur. Turizmə olan bu münasibətin əsasında sözsüz 



ki, ilk növbədə  ölkənin sosial-iqtisadi maraqları dayanır. Bu 

sosial-iqtisadi maraqların təminatı  üçün isə, Azərbaycan 

Respublikasının kifayət qədər  imkanları  və    təbii-coğrafi  

potensialı vardır. Dünyada mövcud olan 11 iqlimin 9-nun 

Azərbaycanda  olması bu ölkənin turizm üçün  əlverişli bir 

məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu 

faktın  özü Azərbaycanın beynəlxalq turizm marşrutuna 

daxil olması üçün kifayət edir. Ölkəmizin dənizi, aranı, dağı, 

meşələri,  çayları, bulaqları, gölləri, yaylaqları turistlərin 

buraya cəlb olunması  üçün diqqəti  çəkən  obyektlərdir. 

Ölkəmizdə sahibkarlıq inkişaf etdikcə bu  obyektlərin hər 

birində turizm  mərkəzlərinin yaradılması imkanları artır. 

       Digər tərəfdən Azərbaycan  xalqının maddi  rifahı 

yaxşılaşdıqca turizm səfərlərinə çıxmaq  meylləri də çoxalır. 

Artıq imkanlı azərbaycanlıların xarici turizm səfərlərinə 

çıxanlarının da  sayı    gündən-günə artır. Bu gün insanların 

hər birinin  maraqlarının tam şəkildə    təminatı  üçün turiz-

min təşkili ilə  məşğul olan peşəkar  kadrlara çox böyük 

ehtiyac vardır. Peşəkar turizm  mütəxəssisləri ayrı-ayrı  böl-

gələrin fiziki və iqtisadi coğrafiyasını  dərindən  öyrənməli

həmin  bölgələrdə  turizmin    təşkilinin təcrübi və    elmi 

əsaslarını işləyib  hazırlamağı  bacarmalıdırlar. 

        Digər tərəfdən turizm mütəxəssisləri  üçün dünya 

haqqında geniş informasiyaya yiyələnmək  texnologiyası 

mövcuddur. Bu texnologiyalar içərisində  telekanallarla 

yanaşı  internetin sürətli inkişafı xüsusi əhəmiyyət kəsb edir. 

İnternetdə olan informasiya  bolluğu beynəlxalq turizmin 

imkanları ilə daha geniş şəkildə tanış olmaq imkanı yaradır. 

İnternetdə yayılan  informasiyalardan istifadə etməklə turiz-

min alternativ  variantlarını, xidmət obyektlərini, onun 

təşkilinin təcrübi əsaslarını öyrənmək mümkündür. 

Sözsüz ki, inkişaf etmiş  ölkələrin turizm sahəsində 

əldə etdiyi  təcrübəni müqayisəli  şəkildə  öyrənməyə ehtiyac 

vardır. Belə  ölkələrdən  Fransa, Испанийа, Yunanıstan, 




 

5

Türkiyə, Avstriya, Amerikanın və başqa  ölkələrin adını 



xüsusi olaraq qeyd etmək lazımdır. Aparılan  araşdırmalara 

görə bu və ya digər  ölkələrin milli  gəlirinin 30 faizdən 

çoxunu turizm  sahəsindən əldə olunan gəlir təşkil edir. 

Beynəlxalq turizm  ildən-ilə inkişaf edir. Aparılan  

hesablamalara görə 2020-ci ilə  qədər  turizm özünün  ən  

yüksək inkişaf həddinə  çatacaq. Belə ki, həmin ildə  dünya 

üzrə  turistlərin sayı 1,5 milyard nəfərdən çox olacaqdır. Bu 

da indiki dövrlə  müqayisədə iki dəfə  çoxdur. Təbii ki,  bu 

inkişaf daxilində Azərbaycan Respublikasının da öz payı 

olacaqdır. Məhz bu faktlar turizm ilə    məşğulluğun  

aktuallığını çox  qabarıq şəkildə üzə çıxarır. 

Azərbaycanda turizm işi elə peşəkarlıqla təşkil  

olunmalıdır ki, o beynəlxalq bazarda mövcud olan güclü  

rəqabətə davam gətirə bilsin. Deməli, bu rəqabətə davam 

gətirmək  üçün turizm sahəsində iqtisadi kadrların hazır-

lanması məsələsi həmişə aktual olaraq qalır. 

Lakin, Azərbaycanın indiki vəziyyəti turizmin 

inkişafına qismən də olsa mane olur. Belə ki, turizm üçün 

daha  əlverişli olan Dağlıq Qarabağ  və onun ətrafında olan 

11 rayon бу  эцн Ermənistanın işğalı  altındadır.  Еляъядя, 

işğal altında olan  torpaqlarımızdan  məcburən qaçqın

 

düşənlər qaçqın  şəhərciklərində, istirahət evlərində, 



mehmanxanalarda və s. yerlərdə müvəqqəti olaraq məskun-

laşmışlar. Bu da turizmin  infrastrukturunun zəifləməsinə 

özünün  güclü  təsirini göstərir. Belə bir fakt  məlumdur ki, 

hələ Sovet  dövründən qalmış ayrı-ayrı  pansionatlarda da 

qaçqın və məcburi köçkünlər  məskunlaşmışdır. 

        Ancaq buna  baxmayaraq bu gün Azərbaycanın turizm 

üçün  əlverişli  coğrafi  şəraiti, müxtəlif iqlim  qurşaqlarının, 

zəngin heyvanat  aləminin, dənizinin və    dənizsahili  qum-

luqların, qədim mədəni tarixi irsin,   milli  ənənələrin, zəngin 

milli mətbəxin olması diqqəti cəlb edən amillərdir. 

«Böyük  İpək Yolu»nun Azərbaycan  ərazisindən 

keçməsi  ölkəmizin dünyaya  inteqrasiya  olunmasına təkan 




 

6

verir.  Ümumiyyətlə,  Çindən gəlib Azərbaycan  ərazisindən 



keçən «Böyük  İpək Yolu»nun  (e. ə. II əsrdə  kəşf olunub) 

yenidən bərpası başqa  ölkələrin də beynəlxalq turizm  

bazarında iştirak etməsinə  əlverişli  şərait yaradır. 

Ümumdünya Turizm təşkilatı da bu gün «Böyük  İpək 

Yolu»nun bərpasına xüsusi maraq göstərir. Bu təşkilat 

Ukraynanın Sudak  şəhərində «Böyük  İpək Yolu ilə Krım 

2003» adlı beynəlxalq forum keçirmiş, bu məsələni  

reallaşdırmaq  və onun  həllini  sürətləndirmək  üçün hələ 

1991-ci ildə Xivədə, 1994-cü ildə Səmərqənddə, 2002-ci ildə 

Buxarada xüsusi  bəyannamələr qəbul etmişdir. Həmin 

təşkilatın səyi nəticəsində  «Böyük  İpək Yolu»nun turizm 

layihəsinə 24 dövlət üzv olmuşdur. 

Sevindirici haldır ki, son illərdə Azərbaycana gələn və 

Azərbaycandan başqa  ölkələrə gedən  turistlərin sayı  

gündən-günə artır. Məsələn,  əgər 1996-cı ildə Azərbaycana 

203.3 min turist  gəlmişdirsə,  2004-cü ildə  ölkəmizə  gələn 

turistlərin sayı 1 milyon 300 min nəfərdən artıq olmuşdur. 

Hal-hazırda bu rəqəm iki dəfə artmışdır. 

Azərbaycanda turizm marşrutlarına daxil olan çoxlu 

memarlıq abidələri, qədim qaya təsvirləri və mənzərəli yerlər 

vardır. Bütün bunlar Mədəniyyət və Turizm nazirliyinin 

müvafiq  şöbələri tərəfindən  öyrənilmiş  və konkret 

proqramlar işlənib hazırlanmışdır. Eyni zamanda bütün 

turizm  resursları  öyrənilib təhlil olunmuşdur. Həmçinin, 

turizmin maddi-texniki  bazası üzərində kompleks şəkildə iş 

aparılır.  İndi  ölkəmizin müxtəlif  ərazilərində  dünya 

standartlarına uyğun gələn otellər,  əyləncə  mərkəzləri, 

istirahət zonaları yaradılır. Turizmin təşkilinin müxtəlif 

forma və  metodları işlənilir. 

Bizim təqdim etdiyimiz bu dərslik, məhz turizm 

sahəsi  üzrə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetində  təhsil alan tələbələrin peşəkarlaşmasına 

kömək etmək məqsədi daşıyır. 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə