Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə5/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   125

 

13

yerində  abadlıq işlərinə yerli icra  orqanlarının qayğı 



göstərməsi turizmin inkişafına müsbət təsir edir, burada 

yaşayan insanların iqtisadi  imkanlarını artırır, həm də əksər 

rayonların işıq, qaz, su, yol və s. problemlərini həll edir. 

Eyni zamanda turizmin inkişafı  dövlət büdcəsinə  də xeyli  

miqdarda gəlir gətirir. Digər tərəfdən  ölkənin ekoloji 

problemləri həll olunur. Aparılan abadlıq işləri ətraf mühitin 

zərərli  tullantılardan təmizlənməsinə  və yaşıllıqların 

artırılmasına da səbəb olur. 

Bir şeyi nəzərə almaq lazımdır ki, dünya miqyasında  

turizm inkişaf etdikcə  onun ekologiya  və  iqtisadiyyatla 

vəhdət təşkil etməsi  qabarıq səkildə  nəzərə  çarpır. Bu üç 

sahə daima bir-birini tamamlayır, onları bir-birindən ayrı 

təsəvvür etmək mümkün  deyildir, hətta bu  sahələrdən 

birinin  zəifləməsi digər sahənin də  vəziyyətinə  təsir edir. 

Məsələn, iqtisadi  inkişafda baş verən  geriliklər ekoloji  

tarazlaşdırmaya və  turizmin    inkişafına da mənfi təsir 

göstərir. 

Turizmin  təşkilinin kompleks şəkildə planlaş-

dırılması bu sahənin idarə olunmasının  əsas komponent-

lərindən biridir. İdarəetmə prosesində    təşkil olduğu  yerin 

ətraf mühiti və sosial-mədəni xüsusiyyətləri nəzərə alınır. 

Onu da nəzərə almaq lazımdır ki,

 

qorunan bu  amillər - yəni 



ərazinin  ətraf mühiti və sosial-mədəni vəziyyəti turistləri 

özünə  cəlb edən  ən  başlıca amillərdir. Belə  ki    cazibədar 

mənzərə, zəngin  memarlıq abidələri, təmiz hava, çaylar və 

göllər,  əyləncəli  yerlər və    başqa diqqəti cəlb edən təbii-

coğrafi mühit turizmin təşkilinin imkanlarını  reallaşdırır. 

Belə    göstəricilərə  malik olan ərazilərdə turizm işinin 

təşkilinə daha az vəsait sərf etməklə çox qazanc əldə etmək 

mümkündür. Bu şərtlə ki, turistlərin  rahatlığına yaradılan 

kommunal  şərait onları qane etsin. Çünki təkcə  gözəl, 

cazibəli təbii-coğrafi  görkəmlə turistləri qane etmək 




 

14

mümkün deyildir. 



Turist müəyyən  planlaşdırılmış  əraziyə  təkcə seyr-

tamaşa, yaxud boş vaxtını  əyləncələrlə keçirmək  üçün 

gəlmir. Hər bir turist öz fərdi  maraqlarından asılı olaraq 

gəzdiyi yerlərin tarixini, mədəniyyətini, milli xüsusiy-

yətlərini, adət və  ənənələrini və s. yerli  maraqlı  cəhətləri 

öyrənməyə can atır. Bu cəhd onun  dünyagörüşünü

mənəviyyatını, estetik  duyumunu zənginləşdirir. O, uzun 

müddət gəzdiyi yerlərin yadda qalan təəssüratlarından həzz 

almaq istəyir. Məhz, təşkilatçı, turizm işini təşkil edərkən və  

onu planlaşdırarkən bu vacib amilləri nəzərdən  

qaçırmamalıdır. Belə ki, bu amillər birbaşa turistin mənəvi  

tələbləri ilə    bağlıdır. Onun mənəvi  tələblərini  öyrənib  

təmin etmək isə turizm təşkilatçısının borcudur. Bu 

məqsədlə turizm təşkilatçısı  ətrafda mövcud olan flora və 

faunanı, arxeoloji qazıntılar zamanı  əldə olunmuş tarix və 

mədəniyyət nümunələrini, qədim tarixə  və orijinal görkəmə 

malik olan memarlıq abidələrini dərindən  öyrənməlidir. 

Onlar əsasında  ekskursiya  mətnləri hazırlamalıdır. Bundan 

başqa yerli əhalinin  etnoqrafiyası, folkloru, adət və  

ənənələri haqqında məlumatlar toplamalıdır. Təbii ki, hər 

bir  ərazinin və  bölgənin  özünəməxsus rəqsləri, milli 

geyimləri, xalq sənəti nümunələri,  фолклору vardır. Nəzərə 

almaq lazımdır ki, bu инъясянят sahələrи  də turisti təbiətin  

gözəlliklərindən az maraqlandırmır. 

Turistlərin xalqın mədəni irsinə olan marağı tarix və 

mədəniyyət abidələrinin qorunub mühafizə olunmasını daha 

da reallaşdırır. Turizm mərkəzləri tarix və  mədəniyyət  

abidələrinin əhəmiyyətini, həm də kommersiya maraqlarına 

uyğun olaraq qiymətləndirməyə  və onların mühafizə olun-

ası  imkanlarını genişləndirməyə    məhkumdurlar. Məsələn,  

möhtəşəm  qalalarıн, məbədlərin,körpülərin  dağıdılıb məhv 

edilməsi  ərazinin mədəni  əhəmiyyətini itirər, turistlərin 




 

15

maraq dairələrini nəzərə  çarpacaq dərəcədə  məhdudlaşdıra 



bilər. Bunun da  nəticəsində turizm  təşkilatçılarının iqtisadi 

maraqlarına kifayət qədər ziyan dəyər və onlar özlərinin 

fəaliyyətlərini  dayandırmağa məcbur olаrlar. 

Əsaslı inkişaf  modeli olan turizmin konkret 

məqsədləri olmalıdır. Bütün turizm  təşkilatçıları da həmin 

məqsədlər uğrunda fəaliyyət  göstərməlidirlər. 

Turizmin inkişaf modeli aşağıdakı məqsədlər  istiqamətində  

qurulmalıdır: 

-  Əhalinin yaşayış  səviyyəsini yüksəldə biləcək variantlar  

düşünülməli, bu variantlar tez bir zamanda  insanların 

iqtisadi və  mədəni səviyyəsinin yaxşılaşmasına müsbət təsir  

göstərməlidir; 

-Turist marşrutları  kənardan gələnləri razı salmalı, onların 

zövqünün və    dünyagörüşlərinin inkişafına müsbət təsir 

etməlidir; 

-Ətraf mühit nəinki qorunmalı, eyni zamanda 

 

gözəlləşdirilməlidir. Yollar  abadlaşdırılmalı, otellərdə 



turistlər üçün bütün  rahatlıqlar yaradılmalıdır; 

-Ardıcıl olaraq  turizmin təbii, mədəni və sosial sahələrə təsir  

vasitələri  öyrənilməli, onlar iş prosesinə tətbiq  edilməlidir. 

Bu vəzifənin həyata keçirilməsi  prosesində beynəlxalq 

turizm təcrübəsindən də istifadə olunmalıdır; 

-Yerli sektorlarla iş birliyi yaradılmalı, onların fəaliyyəti ilə 

turizm  təşkilatlarının fəaliyyəti iqtisadi maraqlar  kontek-

stində    əlaqələndirilməlidir. Bu qarşılıqlı  iş prosesi hər iki 

tərəfin maraqlarına cavab verməlidir. 

Turizmin təşkili prosesində bir çox yerli  sektorlar 

külli miqdarda gəlir  əldə edirlər. Bu yerli sektorların 

siyahısına mehmanxanaları, kiçik  şəxsi otelləri,müxtəlif 

ictimai iaşə    mərkəzlərini, nəqliyyat  vasitələrini, xalq 

yaradıcılıq müəssisələrini, ekskursiya-informasiya mərkəzlə-

rini və s. aid etmək olar. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə