Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə8/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   125

 

22

nizamnaməsini hazırlamaq lazımdır. Nizamnamə  hüquqi 



sənəd kimi təsdiq olunandan sonra təşkilata konkret 

istiqamətlərdə 

fəaliyyət göstərmək imkanı verir. 

Nizamnamədə  təşkilatın rəhbər orqanının, eləcə  də  bütün 

strukturlarının  hüquqi fəaliyyət istiqamətləri göstərilir. 

Nizamnamədən sonra təşkilatın rəhbərliyi və onun konkret 

məvacibi müəyyənləşdirilir. Bu rəhbərlik direktorlar 

şurasından da ibarət ola bilər.  Əgər  belədirsə, direktorlar 

şurası  üzvlərinin adları    açıqlanır və onlar təşkilatın 

nizamnaməsi  əsasında fəaliyyətə başlayırlar. Direktorlar 

şurası  turizm    təşkilatının aparıcı    işçilərini dəqiqləşdirir və 

onların funksiyalarını  müəyyən edir. Onların vəzifə 

səlahiyyətlərinə aydınlıq gətirir. Təbii ki, ilk növbədə  

təşkilatın aparıcı menecerlərini tapır və onların adlarını 

kollektiv qarşısında, həmçinin, birgə  əlaqələr yaratdıqları 

təşkilatlarda açıqlayırlar. Bundan sonra şirkətin turizm 

məhsulları haqqında geniş ictimaiyyətə  məlumatlar verilir.  

Şirkətin bu tipdə  əlaqələrinin genişləndirilməsi onun real 

fəaliyyət imkanlarını daha da artırır, şirkət haqqında yalan 

məlumatların yayılmasının qarşısını alır. Bu əlaqə metodu 

hər iki tərəfin  mübadilə etdiyi məlumatların dərk edilməsinə 

və  onların effektli olmasına  şərait yaradır. Buna görə  də 

ayrı-ayrı    müəssisələrlə turizm şirkətinin yaratdığı    əlaqələr 

sistemli  şəkildə  həyata  keçirilir. Bu baxımdan ilk növbədə 

əlaqələrin təşkili  metodlarını nəzərdən keçirmək lazımdır. 

 

1.3. Turizm əlaqələrinin təşkilinin 



 forma və metodları 

 

İlk  öncə  əlaqələr yaradılmasından  əvvəl  işgüzar 



turizm  fəaliyyətinin məqsədi, forma və metodları dəqiqləş-

dirilməlidir. Daha doğrusu,  müəyyən qrupa göstəriləcək 

xidmət sahələrinin  əhatə dairəsi müəyyən edilməlidir. 



 

23

Əlaqələr  üçün hazırlanan  informasiyalar da  işgüzar 



fəaliyyətin xidmət sahəsini, onun məkan və zamanını 

əvvəlcədən reallaşdırmalıdır.  Şirkətin xidmət imkanları 

təkrarən nəzərdən keçirilməlidir. Göstəriləcək xidmətin 

planı tutulmalı,  əks tərəfin isə  göstərilən xidmət müqa-

bilində  ödəyəcəyi məbləğ  əvvəlcədən müəyyənləşdiril-

məlidir. Bundan sonra mövcud məlumatlar sifarişçiyə 

çatdırılmalıdır, eyni zamanda sifarişçinin onun  qarşısında 

irəli  sürülən  şərtlərə  münasibəti  öyrənilməlidir. Həyata 

keçirilən bu prosesə  məlumat mübadiləsi deyilir. Belə ki, 

qarşılıqlı  məlumat mübadiləsi aparmadan hər iki tərəfin 

maraqlarını təmin etmək mümkün  deyildir. 

Məlumat mübadiləsi prosesində  əsasən  şifahi 

sözlərdən, müxtəlif  jestlərdən və  kütləvi  şəkildə yayılması 

nəzərdə tutulan yazılı  materiallardan geniş istifadə olunur. 

Müştəriyə  göndərilən məlumatlar verbal və qeyri-

verbal xarakter daşıya bilər. Yəni  həm şifahi, həm də yazılı 

formada ola bilər. Qeyd olunan əlaqə  üsullarının seçimi 

şirkətin menecerlərinin istəyindən və  imkanlarından  çox 

asılıdır. 

Ümumiyyətlə,  əlaqə  mübadiləsi yaratmaq turizm 

işinin təşkilinin  ən  çətin və  əsas sahələrindən biri kimi 

qiymətləndirilməlidir.  Çünki, məlumat mübadiləsi zamanı 

çox tez-tez anlaşılmazlıqlar baş verir və bu da turizm işinin 

təşkilinin səmərəliliyinə  öz mənfi təsirini  göstərir. Bu 

çətinliklər hansı hallarda  baş verir? Qoyulan bu sual  

mübadilə zamanı yaratmış  çətinliklər haqqında əvvəlcədən 

düşünmək imkanı verir. Həmin  çətinliklər  əsasən 

aşağıdakılardan ibarətdir: 

- Məlumatların  qeyri-müəyyən olması; 

- Məlumatın hər iki tərəfdən düzgün şərh edilməməсi; 

-Sifarişçinin, yaxud təşkilatçının alдыьы  məlumatı yanlış 

qavraması; 




 

24

- Tərəflərin baxışlarının və  intellektual   səviyyələrinin bir-



birinə uyğun gəlməməсi; 

- Məlumatın bilərəkdən, yaxud bilməyərəkdən təhrif 

olunması; 

-  Əlaqələrin intensiv şəkildə olması  üçün rabitə xidmətinin 

qənaətbəxş olmamaсı; 

- Canlı  əlaqələrin yaradılması prosesi üçün nəqliyyat 

vasitələrinin çatışmazlığı və ya nasazlığı. 

Etiraf etmək lazımdır ki, qeyd olunan bu hallar ən 

peşəkar fəaliyyət göstərən turizm şirkətlərində  də baş verə 

bilər. Məsələn, hələ kifayət qədər iş  təcrübəsi olmayan 

təşkilatçı menecer sifarişçiyə xidmət məlumatlarını kifayət 

qədər dəqiq  çatdıra  bilməməyi ucbatından müəyyən 

çətinliklər yarana bilər. Eyni zamanda turist səfərinə 

hazırlaşan  şəxs,  yaxud qrup onu  yanlış başa düşə bilər. 

Buna görə  də menecer əks tərəfin məlumatı  qavramaq 

səviyyəsini dönə-dönə yoxlamağa və  ətraflı izahatlar 

verməyə  məcburdur. Əks halda xoşa gəlməz hadisələrin baş 

verməsi nəticəsində o, öz işini itirə bilər, yaxud da inzibati 

cəza ilə üz-üzə qalar. 

Məhz bu  deyilənləri nəzərə alaraq fəal  dinləmə 

prosesi turizm işinin səmərəliliyini artıran  ən başlıca  

amillərdən biri hesab edilir. Fəal dinləmə  olmadan 

 

həmsöhbəti inandırmaq, onun maraq və    tələblərini təmin 



etmək mümkün deyildir. Həmsöhbətini inandırmaq üçün isə  

xoşsifət olmaq, aydın  tələffüzlə  həmsöhbəti anlatmaq 

qabiliyyəti  əsas sərtdir. Həmsöhbətin verdiyi məlumata 

reaksiya  verərkən təmkinli, geniş    məlumatlı  görünmək 

lazımdır. 

Müasir mərhələdə turizm xidmətləri haqqında 

məlumat mübadiləsi aparmaq üçün daha böyük imkanlar 

mövcuddur.  İnternet saytları vasitəsi ilə      məlumatların  

toplanılması  və    alınması  işi də  sərfəli və  əhatəlidir. Bu 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə