Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə16/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   125

 

47

qiymətləndirilmiş, onun inkişafının konkret yolları  



göstərilmişdir. 

         Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-

iqtisadi  əhəmiyyət kəsb etmir. Çox mürəkkəb  məkanda 

yerləşən  ölkəmizin dünyaya daha real şəkildə  təqdim  

edilməsinə də böyük ehtiyac vardır. Azərbaycanın ərazilərini 

tədricən işğal etmək istəyən Ermənistan dövlətinə qarşı  əks 

təbliğat və  təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları 

dünya xalqlarına  çatdırmaq  üçün turizm əlaqələrinin  çox 

ümdə əhəmiyyəti vardır. 

          Məlumdur ki, turizm səfərlərinə  gələn xaricilərin 

çoxu  öz  ölkəsinin tanınmış, yaxud da  йцксяк intellektə 

malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin  tarixi 

və  mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş 

məlumatlar verməklə biz, Azərbaycanı  bütün dünyaya 

tanıtmış oluruq. Onların  çoxu  öz  ölkələrinə    qayıtdıqdan 

sonra gördükləri və  eşitdikləri haqqında ictimaiyyətə 

məlumatlar verir,  kütləvi  informasiya vasitələrində çıxışlar  

edirlər. Bütün bu  reallıqları  nəzərə alaraq Azərbaycan 

dövləti turizmin sistemli şəkildə inkişafına  çalışır. 

       


Turizmin    qloballaşması  müasir dövrün reallığıdır. 

Turizmin təşkilinə  üstünlük verən  ölkələr dünyanı tam 

şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-яmanlığın 

qorunmasına  çalışırlar.  Çünki müharibələr, münaqişələr

terror hadisələri turizmin inkişafına mane olan ən başlıca  

amillərdir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan 

dövləti isə  öz turizm siyasətini erməni terrorizminin ifşası 

üzərində qurmalı, Ermənistan dövlətinin regionda həyata 

keçirtdiyi işğalçılıq  siyasətini dünya ictimaiyyətinin nəzərinə 

çatdırmalıdır.  

            Məlumdur ki, Azərbaycan Avropa və Asiya 

qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə  ölkəmizin 

güclü turizm potensialına malik olduğunu bir daha 



 

48

təsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi  



quruluşu  bütün  il boyu  xaricdən turist qəbul etmək 

imkanına malikdir. Ölkəmizin ayrı-ayrı  bölgələrində nadir 

memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya 

miqyasında görmək istəyən  çoxlu insanlar vardır. Mezolit, 

neolit və eneolit dövrləri haqqında maraqlı  məlumatlara 

malik olan bu möhtəşəm abidənin  şöhrəti bütün dünyaya 

yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış 

olmaq hamı üçün maraqlıdır. 

XVIII  əsrin gözəl sənət nümunəsi və incisi, 

özünəməxsus  memarlıq quruluşuna malik olan Şəki xan 

sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və  

məbədlər, eləcə  də  Şəkinin ecazkar təbiəti və s. turistlərin 

diqqətini özünə cəlb edən amillərdir. 

       


Neftin  necə  çıxması ilə maraqlanan milyonlarla 

insanlar vardır. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin 

bulaqları  və  əzəmətli  dağları, və meşələri erməni işğalı 

altındadır. Sözsüz ki, zaman gələcək bu ərazilərimizi  erməni 

işğalından azad edəcəyik və  həmin  ərazilər beynəlxalq 

turizm  marşrutuna daxil olacaqdır. 

         Sovet  dövründə Azərbaycanda müxtəlif  turizm 

obyektləri yaradılmış, müalicəvi  əhəmiyyət kəsb edən 

sanatoriyalar tikilmişdir. Hələ 1980-ci ildə Azərbaycan 

respublikasının rəhbəri olan Heydər  Əliyevin təşəbbüsü ilə 

Xəzər sahillərində bir çox kurort zonaları yaradılmışdır. 

Eyni zamanda ayrı-ayrı yaradıcı  və  əmək  təşkilatlarının 

əməkdaşlarının istirahətini təşkil etmək  üçün müxtəlif 

istirahət-əyləncə  mərkəzləri inşa edilmişdir. Bu məqsədlə 

Abşeronun şimal sahillərində kurort-rekreasiya tipli binalar  

tikilmişdir. Lakin Ermənistanın Azərbaycana təcavüzü 

nəticəsində yaranmış qaçqınlar ordusunun böyük bir hissəsi 

Mərdəkanda, Zaqulbada, Bilgəhdə  və başqa yerlərdə inşa 

olunmuş pansionatlarda yerləşdirilmişlər. 



 

49

       



Hal-hazırda qaçqın və  məcburi köçkünlərin  öz 

doğma ərazilərinə yaxın yerlərdə yerləşdirilməsi üçün dövlət 

səviyyəsində  əməli işlər görülür. Belə ki, son dövrlərdə 

Azərbaycan neft fondunun hesabına Ağdam, Bərdə, Fцzuli 

və başqa rayonların  ərazilərində qaçqın və  məcburi 

köçkünlər üçün bütün şəraiti olan  şəhərciklər salınıб. Dövlət 

2006-cı ildə bu işin tam şəkildə  həyata keçirilməsi  üçün 

müxtəlif tikinti təşkilatları ilə  müqavilələr bağlamışdır. 

Planlaşdırılmış olan bu iş sona çatdırıldıqdan sonra 

Abşeron 


ərazisindəki turizm-sanatoriya  bazaları 

boşaldılaraq yenidən  əvvəlki təyinatına uyğun istifadə 

olunacaqdır. 

         Qeyd  etmək lazımdır ki, 2002-ci ildə  təsdiq  edilmiş 

Dövlət Proqramında həm yerli, həm də xarici istehlakçıların 

turizm-əyləncə xidmətinin  təşkili üçün bir sıra əməli işlərin 

görülməsi  nəzərdə tutulmuşdur. Proqramda eyni zamanda 

aşağıda qeyd  olunan məsələlərin həllinin vacibliyi 

 

göstərilmişdir: 



-тurizm sahəsində  dövlət siyasətini həyata keçirmək və bu  

sahənin  üstün  cəhətlərinin inkişafını  təmin edən zəruri 

bazaların yaradılması; 

-юlkədə turizmin  proporsional inkişafının təmin edilməsi; 

-мövcud turizm sistemində  əldə olunmuş  mütərəqqi 

təcrübəyə  əsaslanaraq müstəqil Azərbaycan Respublika-

sının strateji maraqlarına cavab verən  müasir xidmət 

sisteminin formalaşdırılması; 

-тurizm sənayesinin  yaradılması  və idarə olunması 

istiqamətlərinin müəyyənləşdirilməsi; 

-тurizm sahəsindən  əldə olunan vəsaitin artırılması  və 

onların dövlət və yerli büdcələrə daxil edilməsi; 

-тurizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılması, 

onun beynəlxalq standartlara uyğunlaşdırılması; 

-юlkəmizin turizm müəssisələrinin beynəlxalq  turizm 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə