Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə12/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   125

 

35

informasiyalarla zəngin olur. Bu  informasiyaların  çox 



hissəsi həm də    mədəniyyət bazasını inkişaf etməsinə  şərait 

yaradır.  İnsanların mədəniyyət bazasını inkişaf etdirmədən 

onlara çatdırılan  informasiyaların düzgün  qavranılması da 

mümkün deyildir. Belə ki, mədəniyyət bazasının 

zənginləşməsi hər bir fərdin informasiyanı düzgün qavramaq 

qabiliyyətinin inkişafına kifayət qədər мцсбят təsir göstərir. 

       

Qeyd  etmək lazımdır ki, бу  эцн turizmin təşkili  



prosesini kulturoloji proseslərdən ayrı  təsəvvür etmək 

düzgün deyildir. Çünki, turizmin  təşkili  əslində  hər bir 

fərdin asudə vaxtının mədəni təşkili  forması kimi nəzərə 

çarpır.  İnsanlar yalnız  özlərinin asudə  vaxtlarında turist 

səfərlərinə  çıxır, bu və ya digər formada  istirahət və 

əyləncənin  əsas iştirakçıları olurlar. Elə bu səbəbdən də 

tətbiqi kulturologiya elmi turizmə  kulturologiyanın  böyük 

bir sahəsi kimi yanaşır, «həm də asudə vaxt şəraitində sosial-

mədəni fəaliyyətin bir növü kimi baxır ki, onun da  tərbiyəvi 

əhəmiyyəti birbaşa olaraq aşağıdakılardan asılıdır: 

-turist-ekskursiya işinin istiqaməti və    nəzəri-ideoloji 

səviyyəsi müasir tələblərə nə dərəcədə cavab verir?; 

-səyahət və ekskursiyalar zamanı    kütlələrin sosial-mədəni 

fəaliyyətinin  təşkilində istifadə olunan formalar hansı 

pedaqoji yanaşma və  metodlarla təmin olunur;  

-bu fəaliyyət nəticəsində  insanların əldə etdikləri yeni bilik 

və  bacarıqlar gələcəkdə onlara lazım ola bilərmi?; 

-səyahət və ekskursiyalar zamanı  şəxsiyyətin sosial 

özünüdərketmə, kollektivçilik hissinin möhkəmlənməsi

ictimai fəallığın artması, istedadın və s. imkanlarınын  üzə 

çıxарылması  araşdırılır».

1

 



      

Turizmin   təşkili  asudə  vaxtın   səmərəli  keçirilməsi  

                                                 

1

 



Tətbiqi kulturologiya. Bakı, “Mars-Print”, 2004, səh.199-200.

 

 




 

36

 



prinsipinə  əsaslanır. Belə ki,  asudə vaxt ərzində turistlər  

tarix və  mədəniyyət abidələri ilə, təbiətlə tanış olmaqla 

yanaşı bir sıra mədəni-kütləvi tədbirlərin də    iştirakçılarına  

çevrilirlər. Bu fəaliyyət prosesində  hər bir turistin  fərdi 

qabiliyyət və    bacarığından istifadə edilərək istirahət və 

əyləncənin kütləviliyinin təminatına  şərait yaradılır. Bu 

prosesdə hər bir fərdin dünyagörüşünün  formalaşması üçün 

müxtəlif  əyləncə vasitələrindən istifadə olunur. Müxtəlif 

sahələri özündə əks etdirən maraqlı viktorinalar, sual-cavab  

gecələri, digər düşündürücü intellektual oyunlar keçirməklə 

turizmin məzmunu maraqlı  proqramlarla zənginləşir, həm 

də  maarifləndirici, pedaqoji-tərbiyəvi proseslər baş verir. 

Turizm  iştirakçıları onların hər birinə lazım ola biləcək yeni  

biliklərə yiyələnirlər. Lakin,  biliklərə yiyələnmə prosesi 

təhsil prosesindən fərqli olaraq şən-emosional bir vəziyyətdə 

baş verir. Biliklərə yiyələnmə prosesi əyləncələrlə  müşayiət 

olunur. 

      


Mədəni-maarifləndirmə prosesi həm də insanlar 

arasında  ünsiyyət yaratmaq vasitəsinə  çevrilir. Bu ünsiyyət 

rəsmiyyətdən uzaq olan əyləncəli  əlaqələr zəminində baş 

verir  вя  бу  просес insanlar arasında mədəni  əlaqələri 

dostluq, tanışlıq mərhələsinə  çatdırır. Təbii ki, insanı 

əlaqələrin  genişlənməsi bir növ mədəni  ünsiyyətin  özünü  

qloballaşdırır, ayrı-ayrı 

fərdlər arasında dünyəvi 

münasibətlər formalaşdırır. Bu pedaqoji  proses  etnik  və 

milli zəmində    dünyanın   müxtəlif yerlərində baş verən 

separatizmin, beynəlxalq terrorizmin  qarşısının alınmasına 

da mədəni-siyasi zəmin yaradır. 

      

Turizmin  təşkili prosesində  nəzərdə tutulan mədəni-



maarifləndirici proqramlarda insanin ekoloji mədəniy-

yətinin formalaşmasına təsir göstərə biləcək müxtəlif 

vasitələr də    nəzərdə tutulur. Meşə  əraziləri,  çay və  göl 



 

37

ətrafları  təbiəti  çirkləndirə biləcək zərərli  tullantılardan 



təmizlənir. Bu iş  əsasən  təhsil  məktəblərinin  şagird və  

tələbələri ilə həyata keçirilir. Belə ekoloji təmizlik tədbirinin 

həyata keçirilməsində də əyləncəli oyun növlərindən istifadə 

olunur.  Çünki, yalnız  əyləncəli oyun növlərindən istifadə 

etməklə  uşaq və yeniyetmələri təbiətin  mühafizəsinə  cəlb 

etmək daha  çox effekt verir. 

      

Turistlərə  göstəriləcək bütün mədəni xidmət növləri 



əvvəlcədən proqramlaşdırılır. Mədəni-kütləvi tədbirlərin 

təşkilatçısı mədəniyyət və  incəsənətdən məlumatı olan tam  

hazırlıqlı, peşəkar  şəxslər olur. Onlar turistlərə  təqdim 

edəcəkləri mədəni tədbirlərin texniki vasitələrinin təşkilinin 

də məsuliyyətini daşıyırlar. Mədəni-kütləvi tədbirlər planı da 

həmin  şəxslər tərəfindən  hazırlanır. Mədəni-kütləvi 

tədbirlər forma və xarakterinə  görə  müxtəlif ola bilər. 

Forma seçimi  turizm şirkətinin və təşkilatçının  imkanların-

an  çox asılıdır. Eyni zamanda turizm səfərinin  məkanın 

yaratdığı imkanlar da mədəni-kütləvi işin seçim şərtlərindən 

biri kimi qiymətləndirilməlidir. Turizmin təşkil olunduğu 

yerdən asılı olaraq mədəni-kütləvi tədbir kimi idman 

 

yarışlarından, poeziya gecələrindən, 



özfəaliyyət 

yaradıcılığından, kino və  bədii  ədəbiyyat  vasitələrindən və 

s. xidmət sahələrindən geniş istifadə olunur. 

      


Turistlər  üçün mədəni-kütləvi işin təşkili prosesində  

iştirakçıların  arzu və istəkləri də    nəzərə alınır. Digər 

tərəfdən turistlərin sosial və yaş tərkibinə də  diqqət yetirilir. 

Mədəni-kütləvi  tədbirlər onların hər birinin mənəvi 

tələbatının  ödənilməsi istiqamətinə    yönəldilir. Bu işin 

öhdəsindən yaradıcı  şəkildə  gəlmək  üçün turizm 

təşkilatlarında imkan daxilində 5-10 nəfərdən ibarət  Bədii 

Şura yaradılır. Bədii  Şura  üzvləri ayrı-ayrı  bədii 

kollektivlərlə  əlaqə yaradır, muzeylərin, kitabxanaların və 

həmin  ərazidə yerləşən bir sıra mədəniyyət müəssisələrinin 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə