Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə13/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   125

 

38

xidmətindən istifadə edəрək bədii-kütləvi işin mükəmməl 



proqramını hazırlayır və  onu həyata keçirir. 

      


Qeyd  etmək lazımdır ki, turistlər içərisində  mədəni-

kütləvi işin təşkilиня  хцсуси maraq göstərən, eyni zamanda 

incəsənətin müxtəlif növləri ilə    məşğul olan maraqlı 

adamlara dа  təsadüf edilir. Həmin insanların bədii-kütləvi 

proqramlarda iştirakı onların turist yoldaşları  tərəfindən 

çox maraqla qarşılanır. Belə turistlərin axtarılıb  tapılması 

prosesi  əsasən elə  kütləvi  tədbirlər zamanı baş verir. 

Təşkilatçının belə insanlarla həssaslıq və  nəzakətlə 

davranması onları bədii-kütləvi tədbirlərin əsas iştirakçısına 

çevirir. Bu insanlar dağ  və meşə  ərazilərində,  çay və  göl 

ətraflarında təşkil olunan turist səfərləri zamanı  özlərinin 

istedad və qabiliyyətlərini nümayiş  etdirməklə səfərin daha 

məzmunlu və  bədii-emosional olmasına yardımçı olurlar. 

Onlar arasında maraqlı  əhvalatlar, lətifələr danışanlar da 

tapılır. Nəqliyyat vasitəsi ilə uzaq səfərlər edərkən həmin  

insanların  özlərinə  məxsus istedad və  bacarıqlarından 

istifadə etməklə  turistlərin  əhval-ruhiyyəsinə  müsbət 

mənada təsir etmək mümkündür. 

      

 Qeyd  olunan  vasitələr səyyar turizm üçün  daha      



çox effekt gətirir.  Çünki səyyar turizmin  özünəməxsus  

xüsusiyyətlərindən biri də  məhz  iştirakçıların istedad və 

bacarıqlarından kifayət qədər istifadə etmək imkanının 

təmin edilməsidir. Bu vasitə ilə  həm də  turistlərin ictimai 

fəallıqları  artırılır, onların hər birinin sosiallaşdırılması 

prosesi baş verir.  

Mədəni fəaliyyətin təşkili işi turizm təşkilatçılarının 

əsas iş sahəsidir. Belə ki, turistlər yeyib-içməyə, passiv 

istirahətə, əyləncəsiz gəzintiyə meylli deyillər. Onların demək 

olar ki, əksəriyyəti turist səfərindən öz mənəvi ehtiyaclarını 

ödəməyə can atırlar. Sözsüz ki, bu ehtiyacların konkret 

mahiyyətini, məzmununu  öyrənmək  üçün turistlər arasında 




 

39

vaxtaşırı olaraq sorğular aparmaq lazım gəlir.    Bu      



sorğular sosiologiya elminin tələbləri  əsasında aparılır. 

Ümumiyyətlə, sosioloji tədqiqat metodlarından istifadə 

etmədən turistlərin mənəvi ehtiyaclarını  dəqiqləşdirmək 

mümkün deyildir. Buna görə  də  mədəni fəaliyyətin 

təşkilatçıları  hər bir turistin onların təqdim etdikləri 

proqramlara reaksiyasını 

öyrənmək 

üçün sosioloji 

 

müşahidələrdən geniş istifadə edirlər. Müşahidələr  əsasən 



vizual xarakter daşıyır. Yalnız bu proseslərdən istifadə 

etməklə turistlər arasında mədəni-kütləvi tədbirlərin təşkili 

və  keçirilməsi real səmərə verir. 

      


 Qeyd  etmək lazımdır ki, bir sıra bədii-кцтляви 

tədbirlərin həyata keçirilməsi prosesi texniki vasitələrin  

zənginliyindən  даща  çox asılıdır. Köhnə texniki təchizat 

vasitələri müasir turizm üçün demək olar ki yaramır. Бу ишдя 

мцасир  стандартлара  ъаваб  верян  технолоэийалара  истинад 

етмяк лазымдыр. 

      

 Lakin, nəzərə almaq lazımdır ki,  müasir dövrdə kino  



vasitələrindən istifadə  etməyin  texnologiyası da dəyişilib. 

İndi  əsasən audiovizual və bu kimi elektron  cihazlarından 

geniş istifadə olunur. Buna görə  də turist mərkəzlərində 

мцасир  televiziya şəbəkələri mövcuddur. Digər  tərəfdən 

turistlərin  məskunlaşdıqları  otaqların  əksəriyyətində 

мцасир televizorlar qoyulur. Turist ərazilərində  elmi-texniki   

tərəqqinin  imkanlarından istifadə edərək yeni 

texnologiyalar yerləşdirilir. Bu  baxımdan  elektron 

kitabxanalar da yaradılır.  İnternet vasitəsilə  turistlər daha 

çox  maarifləndirici  məlumatlar almaq  imkanına malik 

олурлар.  İnformasiya-kommunikasiya texnologiyalarından  

ünsiyyət  vasitəsi kimi də istifadə olunur. 

      

Lakin,  etiraf  etmək lazımdır ki, sovetlər məkanında 



yaşamış    insanların böyük bir qrupu бу  эцн  hələlik  yeni 

texnologiyalardan   istifadə   etmək    qabiliyyətlərinə   малик  




 

40

 



дейил. Buna görə də, turist  təşkilatçıları həmin qrupdan olan 

insanları  aşkar etməli, onlar üçün də asudə vaxtlarından 

səmərəli istifadə etmək imkanı  yaraтmalıdırлар. Bu qrupdan 

olan insanlar üçün мцасир електрон kitabxanalar, oxu zalları 

təşkil etməyə бюйцк ehtiyac vardır. 

          Ümumiyyətlə, kitabxanalar vasitəsilə turistlərin 

kütləvi mətbuatdan daha  geniş    məlumatlar almaq istəyi 

təmin olunur. Eyni zamanda kitabxanada yeni nəşr olunan 

ədəbi  əsərlərin oxucu müzakirəsini  keçirmək, bu 

müzakirələr zamanı maraqlı turistləri  çıxışlara,  əsər  

haqqında fikir  söyləməyə  cəlb etmək lazımdır. Bəzən 

turistlər arasında  yazıçılar,şairlər, tanınmış incəsənət  

xadimləri, xüsusi elmi xidmətləri olan alimlər də olur. 

Onlarla da maraqlı 

görüşlər keçirmək mədəni-

maarifləndirici prosesi daha da zənginləşdirir. Həm də belə 

görüşlər insanların əbədi şirin xatirələrinə çevrilir. 

           Turist təşkilatlarının мцасир стандартлара ъаваб верян  

radio  qovşaqları da  yaradılmalıdır. Radio qovşaqlarının 

yaradılması  turist təşkilatçılarının işini kifayət qədər 

yüngülləşdirir. Turistlərə    çatdırılacaq bütün məlumatlar 

radio qovşağı vasitəsilə    səsləndirilir. Elan xarakterli elə  

məlumatlar var ki, onlar dəfələrlə    təkrarlanır. Həmçinin, 

gün  ərzində radio qovşağı  vasitəsi ilə  müxtəlif musiqilər 

səsləndirilir. Eyni zamanda radio qovşağından istifadə  

edərək turistlərin özləri ilə də maraqlı verilişlər təşkil etmək 

olar. 

         Turist  ərazisində foto studiyaların, video çəkilişi 



xidmətlərinin təşkili də  mədəni  tədbirlər sırasına  daxildir. 

Bütün insanlar özlərinin uzaq ölkələrə etdikləri səfərlərindən 

öz ailələrinə daha maraqlı xatirələrlə qayıtmaq istəyirlər. 

Buna görə  də imkanlı    və ya tədbirli turistlər bu səfərlərə 

fotoaparatlar, yaxud video kameralar   götürürlər.  Lakin bu   



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə