Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə11/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   125

 

32

      



Kənd turizmi özünəməxsus rəngarəngliyə malikdir. 

Bu turizmə  əsasən ailəvi  şəkildə maraq göstərilir.  İnsanlar 

ekoloji  gözəlliklərə malik olan ərazilərdə ildə bir dəfə ailə ilə 

birlikdə istirahət  etməyini, kəndin təbii  imkanlarından 

yararlanmağı  xoşlayırlar. Sözsüz ki, cəlbedici təbii  coğrafi  

quruluşa malik olan kəndlər insanları özünə daha çox  cəlb 

edir. Dağlarda, meşə  ərazilərində,  çay və  göl  ətrafında 

yerləşən  kəndlərdə dincəlmək və  səmərəli istirahət etmək 

insanlar üçün çox maraqlıdır. 

      


Dağ  kəndlərində turistlər  üçün at çapmaq yarışları, 

atla müxtəlif tarixi yerlərə  səyahətlər, mənzərəli  guşələrə 

gəzintilər təşkil etmək olar. Bu gəzintilərin  özünəməxsus  

infrastrukturları  və iaşə    xidmət sahələri də yaradılmalıdır. 

Bu vasitə ilə  sənaye mərkəzlərindən uzaq olan kəndlərdə 

insanların böyük  bir qrupunu işlə təmin etmək  imkanı da 

yaranır. 

       


Meşə,  çay və  göl  ətrafındakı  kəndlərdə  də atlardan 

istifadə etməklə turistlərin istirahət və  əyləncəsini maraqlı 

gəzinti və  səfərlərlə zənginləşdirmək mümkündür. Çaylarda 

və  göllərdə    qayıqlarla gəzintilər təşkil edərkən turistlərin 

təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirmək lazım 

gəlir. Dağ turizmi zamanı  alpinizmə maraq göstərən 

insanların maraqlarını  nəzərə almaqla yanaşı onlar üçün 

həmin təhlükəsizlik  tədbirləri görməyə böyük ehtiyac vardır. 

Bu növ istirahət və    əyləncəni təşkil edən turist təşkilatçısı 

təhlükəsizliyi təmin etmək üçün bəzi qorxulu dağ ərazilərinə, 

qayalara çıxmağa ciddi  qadağalar  qoymalıdır. 

       


İnsanlar arasında dini ziyarət  zəminində  müxtəlif  

müqəddəs  yerlərə turizm səfərlərinə çıxmaq istəyənlərin də 

sayı kifayət qədər  çoxdur. Bunların  əksəriyyəti,  əsasən, 

dindar insanlardır. Azərbaycan müstəqillik  əldə etdikdən 

sonra  əhali arasında  Məkkə,  Mədinə  və  Məşhədi ziyarət 

etmək istəyən insanların sayı    gündən-günə    artmış  və 




 

33

artmaqdadır. Hətta  Ümummilli liderimiz Heydər  Əliyev və 



онун  лайигли  давамчысы  İlham  Əliyev dövlət səviyyəsində 

müqəddəs Kəbəni ziyarət etmişlər. Bu fakt      bir daha sübut  

edir ki, dini turizmə maraq  ölkəmizdə kütləvi hal almışdır. 

Heç  kəs  üçün sirr deyil ki, Qafqaz müsəlmanları idarəsi və 

Mədəniyyət və Turizm Nazirliyi müsəlman dindarların 

maraqlarına təminat  yaratmaqla hər il xeyli gəlir əldə etmək 

imkanı qazanırlar. 

     


Qeyd  etmək lazımdır ki, dini turizmin spesifik 

 

xüsusiyyətləri digərlərindən fərqlənir.  Çünki, dindarların 



ibadətləri ilə müxtəlif  ehkamları vaxtında icra etmək istəyi 

ilə  əlaqədar fərqli baxışlar  mövcuddur. Onların bütün  

ehtiyaclarını yerinə yetirmək üçün bu növ turizm təşkilatçısı 

İslam dinini və onun  ehkamlarını  və  müqəddəs yerlərə 

ziyarətin  infrastrukturu ilə bağlı  tələbləri yaxşı bilməlidir. 

Ziyarət səfəri zamanı  bələdçi dindara lazım olan bütün 

xidmət sahələrini təşkil etməli, hətta səfərin xarakterinə 

uyğun geyimlər haqqında məlumata malik olmalı,              

bu istiqamətdə  konkret işlər görməlidir. 

      


Qeyd  etmək lazımdır ki, müxtəlif  dinlərdən olan 

insan qruplarının  öz etiqadlarına uyğun müqəddəs yerlərə  

getmək arzuları vardır. Turizm təşkilatçısı onların bütün  

tələblərini bilən və  yerinə yetirməyi  bacaran şəxs  olmalıdır. 

       

Bu  faktdan  aydın olur ki, hər bir turizm səfərinin  



özünəməxsus konkret məqsədləri vardır. Bu məqsədləri 

bilmədən turizm  səfərləri təşkil etmək məqsədəuyğun 

deyildir. 

         Turist  təşkilatçısı ilk növbədə  hər bir səfərin  

məqsədini və funksiyasını  müəyyənləşdirib onlara uyğun 

olan xidmət növlərini təşkil etmək haqqında düşünməli və 

çevik  əməli tədbirlər  görməlidir. Bu müxtəlif  vəzifələrin 

icrası üçün  iri  turist  təşkilatları  konkret  icra   funksiyaları  

 



 

34

üzrə ixtisaslaşmış menecerlərə daha çox ehtiyac hiss edirlər. 



Turist təşkilatı  vəzifə    bölgüsünü  də xidmətin xarakterinə 

görə  aparırlar. 

       

Turizm təşkilatları  müxtəlif təşkilatlararası əlaqələn-



dirmə  işləri yaratмагла  da  turizm    xidmətləriни  мцасир 

стандартлар  сявиййясиндя qura  bilirlər. Zaman keçdikcə bu 

təşkilatlar arasında vahid бир  iş birliyi yaranır. Turist  

təşkilatları arasında   aparılan rəqabət isə  daha  sivil 

xarakter alır. Bir-birini  sıxışdırıb meydandan çıxarmaq 

prinsiplərinə deyil, bir-birinin işinə  yardımçı olmaq 

prinsipinə əsaslanırlar. 

         Öz təşkilatı fəaliyyətlərini əlaqələndirmək üçün turist 

təşkilatları arasında müqavilələr bağlanılır və  hər bir 

 

təşkilat  müqavilələrin  şərtlərinə  əməl edir. Bunun dа 



nəticəsində turizm təşkilatları ölkə daxilində bir sistem kimi 

formalaşır. Regional turist  şirkətlərinin fəaliyyəti də bu 

sistem daxilində inkişaf edir. 

 

2.2. Turist qrupları ilə 



 mədəni-maarifləndirici iş 

 

       



Turizm  insan  kütləsini  özündə    birləşdirən bir sahə 

olduğu  üçün burada insanların mədəni  ünsiyyətinin və 

onların maarifləndirilməsinin də  böyük ictimai-siyasi вя 

културоложи  əhəmiyyəti vardır. Hər  şeydən  əvvəl nəzərə 

almaq lazımdır ki, turizm təkcə insanların səyahətlərinin 

təşkilinə, onların  mənəvi həzzinə xidmət etmir, eyni 

zamanda turizm insanları  müxtəlif bilgilərlə maarif-

ləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək 

funksiyalarını yerinə yetirir. Təbii ki, turistin maarifləndi-

rilməsinin məzmunu ekskursiyaların predmet və    məzmu-

nundan  даща  çox asılı olur.  Elə buna görə  də turizmin  

ekskursiya marşrutları  əsasən tarixi, coğrafi və s. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə