Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə4/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   125

 

10

sabitləşdirir və turizmin azad inkişafına mane olan regional 



amilləri aradan  qaldırır. 

Ümumiyyətlə, turizmin inkişafı 

aşağıdakı  

istiqamətlərdə sosial, iqtisadi və texnoloji əhəmiyyət kəsb 

edir: 

1.Turizmin təşkili  əsasında yeni iş yerləri açılır və 



müəssisələr yaranır. 

2.Yerli əhalinin əlavə gəlir və  qazanc əldə etmək imkanları 

meydana gəlir. 

3.Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni 

bazar açılır. 

4.Ölkədə turizmin inkişafının yeni  infrastrukturu 

formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal 

sahələr modernləşdirilir. 

5.Turizmin inkişafı ilə  əlaqədar olan yeni  ixtisaslar və  

texnologiyalar meydana gəlir. 

6.Ətraf mühitin  qorunmasının  əhəmiyyəti daha  düzgün 

dərk olunur və bu istiqamətdə  cəmiyyət tərəfindən  əsaslı 

işlər görülür. 

7.Torpağa münasibət yaxşı  mənada köklü  şəkildə  dəyişir, 

ona qayğı artır. 

8.Dövlət səviyyəsində  səhiyyə xidməti də yeni keyfiyyət 

zəminində inkişaf etdirilir və  dünya standartlarına 

uyğunlaşdırılır. Beləliklə  də,  cəmiyyətin həyatında  əsaslı 

inkişaf baş verir. 

Turizmin inkişafına diqqət yetirərkən belə bir sual da 

meydana  çıxır. Turizm ətraf mühitə  zərər yetirə bilərmi? 

Əslində elmi əsaslarla, konkret proqramlarla həyata 

keçirilən turizm heç vaxt ətraf mühitə zərər gətirə bilməz. Bu 

şərtlə ki, yerli  resurslar turizm səfərlərində  iştirak edən  

insanların da tələbatlarına uyğunlaşdırılsın. Onların axını 

yerli insanlar üçün problemlər yaratmasın. Yəni turizmin 

təşkili ilə bağlı olan bütün problemlər vaxtında  öz həllini 



 

11

tapa bilsin. Bunun üçün hər bir ölkədə kifayət qədər görüləsi 



işlər vardır. Bu görüləsi işlər turizmin inkişafının aşağıdakı 

amillərindən ibarətdir: 

-Görməli yerlərin abadlaşdırılması  və    istirahətin təşkilinin 

müasir tələbata uyğun olan formaları; 

-Turistlərin  qidalanması  üçün yerlərin yaradılması, onlara 

yüksək xidmət infrastrukturunun təşkili; 

-Nəqliyyat vasitələrinin xidmət  tələblərinə uyğunlaş-

dırılması. Bu vasitələrdən istifadə edərkən texniki 

təhlükəsizliyə əməl edilməsi; 

-Yerli baza  infrastrukturlarının  turistlərin tələbatına  

уйьунлашдырылмасы. Su, elektrik, qaz təchizatının, kanalizasi-

yaların, telekommunikasiya sisteminin lazımi səviyyədə 

olması; 

-Təbiət qoynuna gəzintilər zamanı  tullantılarla  ətraf 

mühitin çirklənməsinin qarşısının alınması; 

-Səfərlər  zamanı  görməli yerlər haqqında informasiya xid-

mətinin təşkili; 

-Turistlərin təhlükəsizlik xidmətinin təşkili. 

Tələb olunan bu inkişaf amillərinin düzgün yerinə 

yetirilməsi xidmətin konkret standartlara uyğunlaşdırılma-

sından  çox asılıdır.  Əgər xidmət sahələri dünya  

standartlarına uyğun  şəkildə  təşkil  olunmursa belə  ölkədə, 

yaxud  ərazidə  turizmin dinamik  inkişafını  təşkil etmək  

mümkün deyil. İnfrastrukturların pis təşkili antireklam  

xarakteri daşıyır.  İnsanların həyat səviyyəsi də turizmin 

inkişafına təsir edən amillərdən biridir. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra ölkədə 

ictimai quruluş dəyişmiş, bazar  iqtisadiyyatı şəraitinə uyğun 

olaraq turizmin təşkilində də azad fəaliyyət prinsipləri xüsusi 

yer tutmağa  başlamışdır. Belə ki, indi ayrı-ayrı  şəxslər 

tərəfindən xüsusi  xidmət obyektləri və  müəssisələri yara-

dılır.  Ölkədə bir-birindən asılı olmayan dövlət və qeyri-




 

12

dövlət turizm  assosiasiyaları  fəaliyyət göstərir. Lakin 



onların fəaliyyətləri xüsusi müqavilələr 

əsasında 

əlaqələndirilir, beynəlxalq turizmin tələblərinə 

uyğunlaşdırılır. 

Məsələn, turizm ilə məşğul olan dövlət assosiasiyaları 

turizm sənayesi ilə  məşğul olan  sahibkarlarla iş birliyi 

qurur. Bu iş birliyi əsasında hər iki təşkilat bəhrələnir və 

eyni zamanda yerli əhalinin yaşayış  səviyyəsinin yüksəl-

məsinə  təsir göstərən iqtisadi nailiyyətlər  əldə edir. Belə ki, 

turizm sənayesinin istehsal etdiyi məhsulların  satışından 

əldə olunan gəlirlər hesabına həm burada işləyən insanların 

vəziyyəti yaxşılaşır, həm də  bəzi sosial  narazılıqlar aradan 

qalxır. 

Qeyd etmək  lazımdır ki, turizm marşrutuna daxil 

edilən rayonların iqtisadi-mədəni səviyyəsi  turizmin 

təşkilinin müasir tələblərinə uyğun gəlməlidir.  İlk növbədə 

həmin rayonlarda turizmin inkişafına imkan  yaradan yerli 

resurslar olmalıdır.  Əgər hər hansı bir rayonun iqtisadi  

bazası    zəifdirsə  və bu rayonlarda turistlərin rahatlığına 

təminat yarada biləcək infrastrukturlar yoxdursa həmin 

rayonun turizm  marşrutuna daxil edilməsi vacib deyil. Yeni 

rayon  ərazisində turistlərin gəzintiləri təşkil olunan 

 

nəqliyyat yolları  bərbad vəziyyətdədirsə  вя  яэяр burada 



gecələməyə  bütün komunal şəraiti olan otellər yoxdursa

belə rayonun turizm marşrutuna daxil edilməsi həm 

problemlər yaradar, həm də turizmi təşkil edən təşkilatın 

imicini heçə endirər. Buna görə də  turizmin təşkili kompleks 

xarakter daşımalı, onun problemləri konkret layihələr 

əsasında aradan qaldırılmalı, eyni zamanda turizmin 

təşkilinə  dövlət  əhəmiyyətli iş kimi yanaşılmalıdır. Məhz 

turizmi təşkil

 

edən  ölkənin təşkilatçılığı sayəsində  bütün 



ərazilərdə abadlıq işləri aparılmalı, ayrı-ayrı  bölgələrin 

turistləri qəbul etmək hazırlığı artırılmalıdır.  Ölkənin hər 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə