------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
5
fərqlərə, o cümlədən; (rəng, soy, ruhiyyə və istedadlara) işarə edir. Bunların özü
də Allahın qüdrət və əzəmət nişanələrindəndir.
Sonrakı ayədə Allahın digər nemətlərindən olan yuxuya işarə edərək
buyurur:
ا
ً
تا َب ُس ْم
ُ
ك َم ْو
َ
ن ا
َ
ن
ْ
ل َع
َ
ج َو
9. “Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik”.
“Subat” sözü
(
ً
تا َب ُس
ا
)
bir işin tətil edilməsi – istirahət mənasında işlədilir.
Subat kəlməsi bu ayədə çox incə bir məqama işarə edir, belə ki, yuxu zamanı
insanın ruhi və cismi fəaliyyətlərinin böyük hissəsi istirahət edir. Bu qısa müddətli
tətil və fasilə bədən üzvlərinin istirahət etməsinə, yenidən qüvvə toplamasına, ruh
və cismin güclənməsinə və insanın şadlanmasına səbəb olur.
İnsan ömrünün üçdə bir hissəsinin yuxuda keçməsinə baxmayaraq, hələ
də onun sirr və mahiyyəti lazımi qədər tanınmamışdır. Hətta məlum deyil ki, hansı
amil insanın beyninin müvəqqəti olaraq fəaliyyətdən dayanmasına, gözlərinin
yumulmasına səbəb olur.
Buna baxmayaraq, yuxunun insan həyatında və onun sağlamlığında böyük
rolu danılmazdır. Buna görə də psixoloqlar ilk növbədə xəstələrinin yuxu
məsələsini –proqramını tənzimləməyə çalışırlar.
Təbii və normal şəkildə yatmayan insanlar bir sıra problemlərlə
qarşılaşırlar. O cümlədən: yorğunluq, narahatlıq, əsəb gərginliyi, qəmgin olmaq,
solğunluq və s.
Amma qaydasında yatanlar yuxudan şad, enerjili qalxırlar. Normal bir
yuxudan sonra mütaliə etmək çox faydalı olur. Belə yuxudan sonra insan elmi və
fikri işlərində müvəffəqiyyətə daha tez nail ola bilir. Bütün bunların hamısı
yuxunun insan həyatındakı böyük rolunu və əhəmiyyətini çatdırır.
ا ًساَب ِل
َلْيَّللا اَنْل َع َج َو
10. “Biz gecəni (hər şeyi bürüyən) örtük etdik”.
Uyğun ayəyə əsasən, gecə yer üzərinə və onda yaşayan bütün varlıqlar
üçün libas və örtük mənasındadır. Gecə, həyatın yorucu fəaliyyət və çalışmalarını
məcburi şəkildə tətil edir, sakitlik və istirahət səbəbi olan qaranlığı onlara hakim
edir. Nəticədə yorğun ruh və bədənlər istirahət edir, yenidən şad və təravətli
olurlar.
Bunlardan əlavə, gecə özünün qaranlıq pərdəsini dünyaya yaymaqla,
günəşin şüaları, nuru da çəkilir. Əgər günəş mütəmadi olaraq dünyaya nur saçaraq
şüalarını yaysa, bütün bitkilər yanar, heyvanlar tələf olar və artıq yer üzündə
yaşamaq imkansız olar.
Ona görə də, Qurani-kərim dəfələrlə bu məsələyə toxunaraq buyurur:
“De: “Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün Qiyamət gününə kimi
həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı rahatlıq
tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!””.
4
Gecənin mənəvi faydaları da vardır: Gecə namazı qılmaq, Allah-taala ilə
razü-niyaz etmək, ondan bağışlanmaq diləmək və s.
ا
ً
شا َع َم َرا
َ
ه
َّ
نلا ا
َ
ن
ْ
ل َع
َ
ج َو
4
“Qəsəs” surəsi, ayə 72.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
6
11. “Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik”.
Gündüzün özü də İlahi tərəfindən böyük və misilsiz bir nemətdir. İnsanı
hərəkətə gətirir, çalışmaq hissi yaradır. Bitkilər, heyvanlar günəşin nuru sayəsində
inkişaf edir və böyüyür.
Gecə ilə gündüzün bir-birini əvəz etməsi, onlarda olan dəqiq və tədrici
dəyişikliklər Allah-taalanın yaradılış aləmindəki nişanələrindəndir. Eyni zamanda,
onların bu hərəkətləri insanların yaşayışını tənzimləmək üçün təbii bir təqvim
hesab olunur.
Sonrakı ayə göylərin yaranmasına işarə edərək buyurur:
ا
ً
دا
َ
د ِش ا
ًعْب َس ْم ُك
َ
ق ْو
َ
ف ا
َ
ن ْي
َ
ن
َ
ب َو
12. “Sizin başınızın üstündə yeddi (qat) möhkəm və sabit göy qurduq”.
“7” rəqəmi burada “çoxluq” və “mübaliğə”ni çatdırır, çoxlu səma
qatlarına, planet və qalaktikalara və yaxud da yer ətrafında olan çoxsaylı hava
qatlarına işarə edir. Bu hava qatları zahirdə nazik və zərif olmasına baxmayaraq, o
qədər möhkəmdir ki, yer kürəsini göydən gələn səma daşlarından, meteroidlərdən
qoruyur.
ا
ً
جا
َّ
ه َو ا
ً
جا َ ِ
سِ ا
َ
ن
ْ
ل َع
َ
ج َو
13. “Olduqca parlaq və hərarətli bir çıraq (günəş) yaratdıq”.
“Vəhhac” kəlməsinin mənası alovdan yüksələn “nur” və “hərarət”dən
ibarətdir. Bu iki xüsusiyyətin Günəş üçün qeyd olunması, bütün maddi dünyanın
əsasını təşkil edən iki böyük nemətə – nur və istiliyə işarə edir.
Günəşin nuru təkcə insan dünyasını, yer kürəsini və günəş mənzuməsini
işıqlandırmır, əksinə bütün canlı varlıqların inkişafında böyük rol oynayır. Onun
istiliyi insan, bitki və heyvanların həyatında birbaşa təsirlər qoyur. Bunlardan
əlavə, buludların yaranmasının, küləyin əsməsinin, yağışın yağmasının əsasını
təşkil edir.
Günəş ultra bənövşəyi şüaları nəticəsində yer üzündəki mikrobları məhv
edir. Əgər bu şüalar olmasaydı, müxtəlif xəstəliklər yaranardı, yer kürəsi böyük bir
xəstəxanaya çevrilər və qısa bir müddət ərzində yer üzündə canlı varlıqların kökü
kəsilərdi.
Günəş öz sağlam, havayı, daimi və uyğun fasilədən (həddindən artıq
yandırıcı və soyuq olmadan) nurunu bizim ixtiyarımızda qoymuşdur.
Əgər günəşdən alınan enerjinin qiymətini digər enerji mənbələrinin
qiyməti ilə müqayisə etsək, çox böyük bir rəqəm fərqi yaranar.
“Ulduzlar dünyası” kitabının müəllifi Anne Terry White yazır:
–Əgər qərar olsaydı, günəşdən alınan havayı istilik və nur üçün pul
ödənilsin, yer üzünün insanları hər saat üçün 1.750.000.000 dollar pul ödəməli
olardı.
(İndi siz müqayisə edin, 1gun, 1 ay və 1 il nə qədər olardı.)
Günəşin Yer kürəsindən neçə dəfə böyük olması barədə fikir ayrılığı vardır:
1.300.000 dəfə böyükdür.
437.437 dəfə böyükdür.
300.000 dəfə böyükdür.
Onun yer ilə məsafəsi 150.000.000 km-dir. Günəşin xarici səthinin hərarəti
6.000, daxili hərarəti isə 20 milyon dərəcə ehtimal olunur.