Dərslik «Əl-məHDİ (əc)»



Yüklə 296,56 Kb.

səhifə6/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

11 



 

 

 



 

ا



ً

با َ

ََ

سِ 

َ

لَ َو ا

ً

د ْر

َ

ب ا

َ

هي ِف 

َ

نو

ُ

قو

ُ

ذ

َ

ي 

َ

لَ

 

24.  ”Onlar  orada  nə  bir  sərinlik  (görəcək),  nə  də  içməyə  bir  şey 

tapacaqlar”.  

ا

ً

قا َّس

َ

غ َو ا ًمي ِم

َ

ح 

َّ

لَ ِإ

 

25. “Qaynar sudan və irindən başqa!”.  

“Həmim” (ا ًمي ِم

َح) qaynar su, “ğəssaq” (اًقا َّس َغ) isə yaradan axan çirk və qan 

mənalarında işlədilir. 

Cəhənnəm əhli üçün bu formada cəzaların təyin edilməsi və onlara şiddətli 

əzabların verilməsi bir dəstə  üçün maraqlı görünə  bilər, bu səbəbdən də  növbəti 

ayədə buyurulur:  

ا

ً

قا

َ

ف ِو 

ًءاَز َج

 

26. “(Dünyadakı əməllərinə) uyğun cəza olaraq”. 

Niyə  də  belə  olmasın!?  Halbuki,  onlar  məzlumların  qəlblərini  incitdilər, 

onlara zülmlər etdilər. Bu əməllərinə görə də, belə əzablara, irinli-qanlı sulara layiq 

görüldülər.  

Daha  sonra  bu  cür  cəzalandırmanın  səbəblərinə  toxunaraq  Allah-taala 

buyurur: 



ا

ً

با َس ِح 

َ

نو

ُ

ج ْر

َ

ي 

َ

لَ او

ُ

نا

َ

ك  ْم

ُ

ه

َّ

ن ِإ

 

27.  “Həqiqətən,  onlar  haqq-hesab  çəkiləcəyinə  heç  bir  ümid 

bəsləmirdilər”. 

Onlar  qiyamət  gününə  inanmır,  onun  əzabından  qorxmurdular.  Onların 

qiyamət və haqq-hesab gününə etinasızlığı və ona əhəmiyyət verməməsi daha çox 

tüğyan  edərək  digər  insanlara  zülm  etmələrinə  səbəb  olmuş  və  nəticədə,  onlar 

üçün  belə  ağır  cəzaların  hazırlanmasına  gətirib  çıxarmışdır.  Həqiqətən,  Qiyamət 

günündən  qafil  olmaq,  itaətsizlik  və  tüğyan  etmək  belə  cəzaların  verilməsinə 

səbəb olur. 

Diqqət  yetirmək  lazımdır  ki,  ayədə  işlədilən  “la  yərcunə”  sözü  “rəca” 

kökündəndir  və  “ümid”  mənasını  verir.  Əgər  insan  haqq-hesabın  olacağına  ümid 

etsə, o, pis əməlləri yerinə yetirməkdən qorxub çəkinər və əks təqdirdə, nədənsə 

qorxub-çəkinməkdən  söhbət  gedə  bilməz.  Cəhənnəm  əhli  Qiyamətə  ümid 

etmədiyindən,  onlarda  qorxu  məsələsi  yoxdur  və  dünyada  hər  bir  günaha 

mürtəkib olmuşlar.  

“İnnə”  sözü  təkidi  bildirir  və  “kanu”  sözü  də  keçmiş  davam  edici  zamanı 

ifadə edir. “Hisaba” sözü qeyri-müəyyən halda və inkar formasında işləndiyindən, 

onun  ümumiliyi  ifadə  etdiyi  məlum  olur.  Yəni  onlar  ümumilikdə  haqq-hesab 

gününün olacağını unutmuş və ona ümid etmirdilər.  

Nəticədə,  onlar  Qiyamət  gününü  unutduqları  üçün  heç  bir  günahdan 

çəkinməmiş və belə bir aqibət və cəzaya düçar olmuşlar. 

Sonrakı ayədə Allah-taala dərhal belə buyurur: 



ا

ً

با

َّ

ذ ِك ا

َ

ن ِتا

َ

يآ ِب او

ُ

ب

َّ

ذ

َ

كَو

 

28. “(Onlar) bizim ayə və nişanələrimizi israrla təkzib edirdilər”. 

Nəfsi istəklər onlara o qədər qalib gəlmişdi ki, Allahın  əzəmət və  hidayət 

nişanələrini  inkar  edərək  yalan  sayırdılar.  İstəyirdilər  ki,  bu  yolla  öz  qeyri-şəri  və 

haram istəklərini əməldə həyata keçirə bilsinlər.  




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

12 



 

 

 



 

Ayədə  işlədilən “nişanələr”  ifadəsi  geniş mənadadır  və  aləmi  əhatə  edən 



bütün təkvini, təşrii nişanələrə, möcüzələrə, peyğəmbərlərin sünnə və ənənələrinə 

də şamildir. Bütün bu nişanələri təkzib edənlərə verilən bu cür cəzalar həqiqətdə 

onlara layiqdir. 

Daha  sonra  Allah  tüğyan  edən  bu  şəxslərə  xəbərdarlıq  edərək  günahlara 

görə cəzaların nəzərdə tutulduğunu bildirir və belə buyurur: 

ا

ً

با

َ

ت ِك 

ُ

ها

َ

ن ْي َص

ْ

ح

َ

أ  ٍء ْ ي

ََ

ش  َّل

ُ

كَو

 

29.  “Biz  hər  şeyi  (bir-bir)  sayıb  (Lövhi-məhfuzda)  yazmışıq  (və  ya:  əməl 

dəftərində yazıb təsbit etmişik)”. 

Yəni ey zalım və günahkarlar, elə güman etməyin ki, pis əməlləriniz cəzasız 

qalacaq.  Eyni  zamanda,  sizə  verilən  şiddətli  cəzaların  ədalətsiz  olduğunu  da 

düşünməyin! 

İnsanın  böyük  və  kiçik,  gizli  və  aşkar  əməllərinin,  hətta  etiqad  və 

düşüncələrinin belə qeyd edilməsi məsələsi əksər ayələrdə bildirilmişdir.  

Məsələn,  “Qəmər”  surəsinin  52-53-cü  ayələrində  belə  buyurulur:  “Onlar 

nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində 

və Lövhi-məhfuzda) qeyd edilmiş, hər bir kiçik və böyük (əməl onda) yazılmışdır”. 

“Yunis”  surəsinin  21-ci  ayəsində  buyurulur:  “Həqiqətən,  bizim  elçilərimiz 



etdiyiniz məkr və hiylələri yazırlar”. 

“Yasin”  surəsinin  12-ci  ayəsində  isə  Allah-taala  buyurur:  “Biz  hər  bir  şeyi 



(insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-

məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. 

Əməl dəftərləri günahkarların əllərinə verildyi zaman, onlar fəryad edərək 

deyərlər:  “Vay  olsun  bizə!  Bu  necə  yazıdır  ki,  heç  bir  kiçik  və  böyüyü  (bizim 

zehnimizdən  keçirdiklərimizin,  qəlbi  inanclarımızın  və  bədənimizin  hərəkətlərinin 

heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!”.

13

  



Şübhəsiz, insan belə bir etiqada malik olsa, əksər günahlardan çəkinər və 

bu, onunla günah arasında maneə amilinə çevrilər. 



ا

ً

با

َ

ذ

َ

ع 

َّ

لَ ِإ 

ْم ُك َدي

ِز

َ

ن 

ْ

ن

َ

ل

َ

ف او

ُ

قو

ُ

ذ

َ

ف

 

30.  “Odur  ki,  (əzabı)  dadın!  Biz  sizə  əzabdan  başqa,  əsla  bir  şey 

artırmayacağıq!”. 

Otuzuncu ayədə ayənin ifadə tərzi dəyişir və günahkarlara xitab edilir, belə 

ki,  onlar  nə  qədər  fəryad  etsələr  də,  dünyaya  qayıdıb  əməllərini  təlafi  etməklə 

bağlı nə qədər xahiş etsələr də onlara heç bir əhəmiyyət verilməyəcək və əzabdan 

başqa,  onlar  üçün  heç  nə  artırılmayacaq.  Bunun  səbəbi  onların  dünyada  haqqa 

dəvət  edən  peyğəmbərlərin  müqabilində  dayanmaları  və  itaət  etməmələri 

olmuşdur.  Onlar  peyğəmbərlərə  belə  deyirdilər:  “Nəsihət  etsən  də,  etməsən  də, 

bizim üçün birdir (iman gətirməyəcəyik)!”.

14

  



Belə  cəzalar,  Quran  ayələri  onlara  oxunduğu  zaman,  onların  nifrətinin 

artmasına  səbəb  olan  kəslər  üçün  nəzərdə  tutulmuşdur:  “Həqiqətən,  biz  bu 



Quranda  onların  xatırlamaları  və  öyüd-nəsihət  almaları  üçün  (Allahın  tövhidi, 

                                                      

13

 “Kəhf” surəsi, ayə 49. 



14

 “Şuəra” surəsi, ayə 136. 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə