Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   245

 
59
Bu nəzəriyyələrin ilk qığılcımlarına quldarlıq aristokratiyasının ideoloqlarının fikirlərində rats gəlirik. 
Onların nəsihətlərinin mahiyyətini bu fikir təşkil edir ki, tarixi Allahın seçdiyi kəslər – zabitlər, kahinlər, 
filosoflar yaradır; onlara səcdə edən və tabe olanlar isə qullardır. 
Sokrat öyrədirdi ki, cəmiyyəti əsil biliklərə yiyələnən, azlıq təşkil edən «ən yaxşı insanlar» idarə edir. 
Platon isə belə hesab edirdi ki, dövləti aristokratlar idarə edərək demosu (xalqı) öz hakimiyyətində 
saxlamalıdır. Bu, dövlət idarəçiliyində demosun iştirakını qəti rədd edir, onu müdrikliyə yad olan, həqiqətdən kənar 
baxışlara xas olan kütlə kimi qiymətləndirir.  
Platonun «İdeal dövlət»ində sənətkarlar, əkinçilər və digərlər xeyirxah məşğuliyyətlərdən kənarlaşdırılır. 
Eyni prinsiplə Palton özünün «ruh» haqqında təlimində  də  çıxış edir. Platonun təliminə görə ruhun ən zəkalı 
hissəsi filosoflarda - idarəedən hakiməlrdə, affektiv hissəsi isə – qulluqçu əsgərlərin qəhrəmanlıqlarında, 
intizamı qoruyanlarda cəmlənir. Çalışan kütlələrdə isə ruhun həsrət, tamah, həvəs hissəsi təzahür edir. Qullardan 
yalnız qoyulmuş qanunlara ciddi riayət etmək, əməksevərlik və tabe olmaq tələb olunur. Platon demokratiyanın 
ən böyük nöqsanını demokratik cəmiyyətdə «kim nə istəyir onu edir» prinsipini və çoxluq təşkil edən «işçi 
adamların birləşərək demokratiyanın möhkəm tərəfinin təşkili»ndə görürdü. 
Orta  əsrlərdə feodalizmin ideoloqları belə bir təlim irəli sürürdülər ki, kütlə sözsüz olaraq hakimlərə tabe 
olmalı; bu ideoloqlar dünyanı, cəmiyyəti iyerarxiya pilləkəni kimi təsəvvür etməyə çalışırdılar. Hakim sinif kimi 
burjuaziyaya xalq kütlələrini təqib etməkdə haqq qazandıran və sivilizasiyanın əldə etdiyi inkişafı da bu hakim sinfə 
aid edən ideoloqlar üstünlük təşkil edirdilər. 
Nitsşe söyləyir ki, xalq kütlələri – sürüdür, onları bütün vasitələrlə qul formasında saxlamaq lazımdır. 
Onlar «seçilmiş, ən layiqlilərin yüksəklikdə möhkəm durması üçün binövrə və körpüdən böyük olmayan» bir 
şeydir.  
Tarixdə xalq kütlələrinin rolunu inkar edən, bu işdə yalnız ayrı-ayrı «seçilmiş» adamların, 
nümayəndələrin, hakim sinif və qrupların yaradıcılığını  zəruri hesab edən idealist nəzəriyyədən tarix boyu 
hökmran təbəqələr mənəvi silah kimi istifadə etmişlər. 
Elita nəzəriyyəsi – tarixdə xalq kütlələri və şəxsiyyətin rolunun idealist baxışlarının tərkib hissəsidir. Bu 
baxışlar iki formada çıxış edir. Birincisi, qəhrəman və kütlə haqqındakı nəzəriyyələrdə tarixin subyekti ayrıca 
götürülmüş şəxsiyyətdir; ikincisi, elita nəzəriyyələrində isə – tarixin subyekti ayrıca götürülmüş qəhrəman deyil, 
bütünlükdə hakim sinif və onların başçıları elan edilir. Hər iki forma bir-birinə yaxın olub, hətta bir-birini 
tamamlayır. Çünki onların yaradıcıları da eyni filosoflardır (E.Lederer, S.Xuk və digərləri). 
Elitizmin nəzəri  əsasını  fəlsəfi idealizm təşkil edir. Mövcudluğuna görə elita nəzəriyyələri bir sıra 
xüsusiyyətlərə malikdir. Elita nəzəriyyəsi sübut etməlidir ki, zəhmətkeş kütlə hakim siniflərsiz onların dövlət 
aparıtı olmadan keçinə bilməz; ikincisi bu nəzəriyyələr ona görə mövcuddur ki, istismarçı siniflə istismar olunan 
sinif arasındakı kəskin fərq vəziyyətini gizlədə bilsin. 
Hələ lap qədim zamanlarda istismarçıların mənafeyinə qulluq edən ideoloqlar tarixin subyektini təkcə ha-
kim sinfin ayrıca bir nümayəndəsi ilə deyil, həmçinin tabe edən böyük bir sosial təbəqəsi ilə ölçürdülər. 
Platon bunlara quldarlıq aristokratiyasını aid edirdisə, feodal cəmiyyətində bunları şahlar, kapitalizmdə isə 
«sənayenin kapitanları» olan ayrı-ayrı sahiblər dəstəsi əvəz edirdi. 
Elita nəzəriyyəsinin geniş vüsətinin səbəblərini aydınlaşdırmaq üçün onun sinfi və ideoloji köklərini 
axtarıb üzə çıxarmaq lazımdır. 
Subyektiv idealistlər hətta ictimai inkişafın özünün təkanverici amilini ayrı-ayrı  fərd və  şəxsiyyətlərdə 
görürdülər.  İctimai həyatın  əsas qnoseoloji məsələsinin idealist həllindən çıxış edən subyektiv idealistlər 
cəmiyyətin maddi həyat  şəraitində  zəhmətkeş kütlələrin fəaliyyətinin rolunu nəinki inkar edirlər, bunu heç 
tanımaq belə istəmirlər. 
Materialistlərin fikrinə görə özünəməxsus qanunauyğunluqlara xas olan ictimai həyat – obyektiv reallıq 
olub, ilkindir, insan şüuru isə ictimai mövcudluğunun inikası olub ikinci sıranı tutur. Lakin tarixi prosesin ob-
yektiv qanunauyğunluqlarını  təsdiqləməklə materialistlər heç də tarixin avtomatik bir proses olduğunu iddia 
etməyə çalışmırlar.  Əksinə onların fikrincə  şüur və  əqidəyə malik olan insanlar obyektiv aləmin 
qanunauyğynlyqlarını qavrayaraq, dərk edərək praktiki fəaliyyətlərini buna müvafiq surətdə həyata keçirirlər. 
Beləliklə, materialistlər, o cümlədən marksizm nəzəriyyəsinin nümayəndələri bu fikirdən irəli gələrək 
xalq kütlələrinin, sinif və təbəqələrin, partiyaların, ayrı-ayrı şəxsiyyətlərin fəal yaradıcı rolunu təsdiqləyirlər. 
Hələ Spinoza və Hegel «insan azadlığı» haqqındakı  məşhur ali təlimində bu keyfiyyətin dərk etmə 
prosesində zəruriliyini təsdiqləyən təriflər vermişlər. Azadlıq – insanın təbiət və cəmiyyətin obyektiv qanunları 
haqqında dərin biliklərə  əsaslanaraq ondan praktikada istifadəyə yönəlmiş yaradıcı  fəaliyyətdir. Azadlığın 
kateqoriyası ondan ibarətdir ki, insan tarixin subyekti olmaqla şüurunda  ətraf aləmi saf-çürük edərək özünün 
istehsal və ya inqilabi-dəyişdiricilik fəaliyyəti ilə ona (yəni tarixə, aləmə) fəal təsir göstərir. 
Fəlsəfə tarixinə burjua fəlsəfəsi kimi daxil olmuş, müasir fəlsəfi cərəyanların bir qolu olan «azadlıq və 
zərurət» məsələsi iki istiqamət üzrə izah edilir. Birinci istiqamət subyektiv idealistlərlə sıx bağlı olan volyuntar-
ist; ikincisi isə obyektiv idealizmlə bağlı olan fatalist istiqamətdir. Hər iki fəlsəfi istiqamətin ümumi cəhəti 
tarixdə xalq kütlələrinin rolunu azaltmaq, istismarçı elitanın rolunu həddən artıq şişirtməkdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə