Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   245

 
55
«Anamın kitabı»bütün dövrlərin «ana kitabı» olaraq qalır. «Kiçik adamları» və «artıq adamları», 
«ölüləri» və «diriləri», «saqqallı uşaqları» da millətə çevirən, xalqa öz «mən»ini genetik yox, milli səviyyədə 
dərk etdirən ibrətli  əsərləri bizə yaxın yüz ildə hamıdan çox və hamıdan kəskin Məmədquluzadə yazır. «Bir 
millət gərək bir kitaba, bir amala tapınsın»-  əsrin  əvvəlinin bu Mirzə  Jəlil təlimi doxsanınjı illərin də aktüal 
fəlsəfi –elmi təlimi, «milli ideologiyası» olaraq qalır.  
Ç.Aytmatovun «Əsrdən uzun gün» romanında da bir günün əhvalatı, adi dəfn mərasimi fonunda əsrimizin 
ən jiddi problemlərinə, dövrün kəskin beynəlxalq ijtimai məsələlərinə toxunulur. Dəmir yolu fəhləsi Yedigeyin 
düşünjələri, daxili monoloqu vasitəsi ilə yazıçı az qala bir əsrin hadisələrinə qiymət verir. Ən aktual problemlər 
belə, qəhrəmanın düşünjələri süzgəjindən keçirilərək təhlil olunur. Bününla da yazıçı yüksək emosional 
intonasiya ilə hadisələrin təhlilini verərək müasirlərimizin zəngin xarakterini açmışdır. Boranlı Yedigey obrazı 
ilə yazıçı 20-ji yüzil kimi mürəkkəb dövrdə yaşayan narahat insanın dolğun xarakterini bütün injəlikləri və 
fajiəviliyi ilə təsvir etmişdir. Bu əsərdə də publisistik pafos güjlüdür. Romanın publisistik tutumu heç də onun 
bədii yükündən, çəkisindən az deyildir. Hadisələrin psixoloci təsvirində, xarakterlərin tamamlanmısanda, yazıçı 
bədii detallardan ustalıqla stifadə edərək sənədli, real faktları  qəhrəmanın duyğuları süzgəjindən keçirərək 
məharətlə bədiiləşdirmişdir. Hətta mifik vasitələr, əhvalatlar belə qəhrəmanın psixikasına təsir edən real vasitə 
kimi götürüldüyündən həm əsərə, həm də xarakterə bütövlük, tamlıq gətirmişdir. Xarakterdəki ziddiyyətlər onu 
doğuran səbəblərlə birlikdə səjiyyələndirilmişdir. 
Yuxarıda qeyd olunduğu kimi, son illərin bədii nəsrindəki xarakter bənzəyişlərini doğuran səbəblərdən 
biri də obrazın ədəbi təjrübələr əsasında formalaşmasıdır. İnsan xaraktenini müəyyən edən bir çox jizgilər çox 
zaman həyatdan deyil, ədəbiyyatın bəlli qəhrəmanlarından götürülür. Əsər ustalıqla işlənəndə bu jəhət əslində 
ona daha da dolğunluq gətirməlidir, zəif işləndikdə isə qəhrəman özündən önjəliklərin köləsindən çıxa bilmir.  
Tarix sübut etmişdir ki, qabaqjıl mədəniyyətlə möhkəm tellərlə bağlı olan, özündən  əvvəlki  əsrlərin 
nəhəng simalarından hərtərəfli və mükəmməl öyrənən yazıçıların sənəti güjlü olur, belə  sənətkarlar həyat və 
mübarizə meydanında özünə layiq yer tuta bilir. M.Şoloxov rus mədəniyyətinin keçmişi ilə, xüsusən XIX əsr 
rus  ədəbiyyatı ilə olan əlaqəsindən danışarkən demişdir: «Elə yazıçılar var ki, onlara Tolstoy və Puşkin təsir 
etmir. Vallah mənə bütün yaxşı yazıçılar təsir edir. bu yazıçıların hər biri özünə görə yaxşıdır. Bax, məsələn, 
Çexov. Belə güman etmək olar ki, mənimlə Çexov arasında ümumi nə ola bilər? Lakin Çexov da təsir edir! 
mənim və başqalarının nöqsanı bundadır ki, həmin yazıçılar bizə az təsir edir». 
Buradan aydın olur ki, Səməd Vurğun nə üçün Nixami, Füzuli, Vaqif, M.F.Axundov, Sabir, Puşkin, 
Qorki, Ostrovski və başqa böyük sənətkarlardan dönə-dönə  və ilhamla bəhs etmiş, onlardan byrənməyə 
çağırmışdır. Məhz bu jəhəti nəzərə alaraq S.Vurğun yazmışdır. 
 
Unutmaq olmaz ki, doğrudan da biz 
 Böyük Sabirlərin varisləriyik. 
 
S. Vurğun klassik Azərbayjan poeziyasının zəngin  ənənəsindən nejə istifadə etmişdir? Bu zəngin irsə 
əsaslanan Səməd Vurğunun yaradıjılığındakı novatorluq nədən ibarətdir? 
1955-ji ilin aprelində Azərbayjan, Ermənistan, Gürjüstan Elmlər Akademiyalarının ijtimai bölmələrinin 
birgə elmi sessiyasındakı nitqində S.Vurğun demişdir: «Mən həmişə belə bir fikirdəyəm ki, ədəbiyyatın  əsil 
inkişafı  ən mütərəqqi və realist ənənələrin, estetik və  bədii görüşlərin yeni tarixi şəraitdə ardıjıl və yaradıjı 
inkişafı deməkdir». 
S.Vurğunun keçmiş irsdən istifadə edərkən böyük sənətkarlardan həyat həqiqətlərinin real verilməsini, 
gerçəklikdəki hadisələrin mahiyyətini, hansı yollarla işıqlandırmağı böyrənmiş  və dövrün zamanın tələblərini 
nəzərə almaqla onların yaradıjılığındakı humanizm, demokratizm, xəlqilik kimi nəjib jəhətləri inkişaf 
etdirmişdir. 
 Sənətkarı yaraldan, yaşadan, ona yüksək hisslər və  nəjib duyğular verən xalqdır. Hər bir böyük sənət 
əsərinin mövzusu xalqın həyat və mübarizəsindən alınır. Belə əsərlərin yaşadan da xalq olur. Məhz buna görə də 
Səməd Vurğun keçmiş irsə münasibətdə əsil xəlqilik məsələsini diqqət mərkəzində saxlayır və bu jəhətə xüsusi 
fikir verməyi tələb edirdi. 
Əlbəttə, sənətkar keçmiş irsdən öyrənərkən bu günün övladı olduğunu yaddan çıxarmamalı, texnologiya 
əsrinin tələblərini rəhbər tutmalıdır. Bəşər fikrinin yaratdığı  mədəniyyətin həqiqi və gözəl varisi olan müasir 
mədəniyyət sənətkarı mütərəqqi, humanist inqilabi injəsənət və elm əsərlərinə məhəbbətlə yanaşır, hər jür qara 
qüvvələrə  və ijtimai bərabərsizliyə qarşı mübarizədə bu zəngin irsdən ehtiram və ehtirasla istifadə edir. 
S.Vurğun yazır: «Müasir ədəbiyyat xalq idrakından, xalq mənəviyyatından danışdığı zaman, onun mənəvi 
keçmişinə böyük bir hörmət və məhəbbətlə yanaşmalı tariximizin həyat və mübarizə səhifələrini ilham və ürəklə 
vərəqləməlidir, lakin biz, tarixin uzaqlarına getdiyimiz zamanlarda belə, yenə öz əsrimizin övladı olduğumuzu 
unutmalıyıq. İnkimşaf yalnız qabağa irəliyə getməkdir»
1
 
                                                           
1
 С.Вурьун. «биз вя тарихи кечмишимиз», «Ядябиййат» гязети, 27 ийул, 1945 ъи ил 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
56
Nizaminin, Füzulinin, M.F.Axundovun, M.Ə.Sabirin, J.Jabbarlının və başqalarının dahiliyi bunda idi ki, 
onlar insana onun qüdrət və kamalına məhəbbət bəsləyir zəhmət adamını fiziki və mənəvi jəhətdən azad görmək 
istəyirdilər. 
Həmin sənətkarların böyüklüyü bir də bunda idi ki, onlar milli çərçivədə qapanıb qalmamış, dil və dini 
fərqlərindən asılı olmayaraq başqa xalqlara da hörmət və ehtiramla yanaşmışlar. Yaranmışların ən qüdrətlisi, ən 
şərəflisi, təbiətin ən mükəmməl əsəri insanı hesab edən dahi Nizami hamını azad görmək istəyir və deyirdi ki, 
zənjinin dərisi qara olsa da ürəyi ağdır, təmizdir. 
 «Hər yerdə yükün ağırı yazıq yoxsulların boynundadır» deyən mütəfəkkir filosof M.F.Axundov insanları 
hər jür zülmdən azad görmək istəyir, xalqların dostluq və qardaşlığını  təbliğ edr, millətçilik yayan baxışları 
jəsarətlə ifşa edirdi. 
Məhz Azərbayjanın qədim və  zəncin mədəniyyəti, xüsusən  ədəbiyyatı ilə yaxından tanışlıq, bu 
əbədiyyatın nəjib xüsusiyyətlərinə mükəmməl yiyələnmək S.Vurğunun dünyagörüşünün formalaşması, onun 
böyük sənətkar kimi yetişməsində  həllediji rol oynamışdır. «Yaxşılıq və  həqiqi xalq sifətlərini öz yurdunda 
anlamayan, öz ibtidai tərbiyəsində görməyən bir şəxs öz xalqının qədrini bilmədiyi kimi, başqasının da qədrini 
dərk etməkdən məhrum olajaqdır. Sosializm şəraiti insanlara məxsus olan milli vüqar hisinin üfüqlərini qat-qat 
genişləndirmişdir. Milli ideya məfkurəsi ilə silahlanmış bir insan, mən öz xalqıma nə dərəjədə xidmət edirəm? 
Sualı ilə yanaşı, bütün insanlığa da nə  dərəjədə o insan öz xalqının bütün dünya tarixində daha böyük şöhrət 
tapmasına, daha çox hörmət qazanmasına xidmət etmiş olur. Xülasə olaraq, əsrimizin gənj insanı bütün dünyanı, 
bütün bəşəriyyəti dərk etmək üçün yaşadığı torpağı, mənsub olduğu xalqı  dərk etməli. Yalnız bu yolla da 
insanlıq dərəjəsinə yüksəlməli, bütün xalqların mənəvi həyatının inkişafında iştirak etməlidir».

 
S.Vurğunun öz xalqının tarixinə açıq gözlə baxan, onun mədəniyyətində  bəşər mədəniyyəti xəzinəsinə 
daxil ola biləjək injiləri məharətlə seçməyi bajaran bir şəxsiyyət idi. O öz nəjib ruhunu, insanpərvər adətlərini öz 
gənjliyində miras kimi yaşadan bir xalqı bəxtiyar xalq hesab edir, onu daha böyük gələjəyi olduğuna inanırdı.
2
  
Müasirlərimizin xarakteninin müəyyənləşdirilməsində keçmişə qayıdışlar, hadisə içərisində hadisələrin 
təsviri son dövr nəsrimizdə daha çox müşahidə olunur. Bu jəhət və yenə yuxarıda qeyd etdiyimiz kimi, müasir 
xarakteirn açılmasında mifik elementlərdən istifadə  və s. Yusif Səmədoğlunun «qətl günü» romanında daha 
qabarıqdır. Yazıçı xarakterin dolğun təsvirinə nail olmaq üçün bədii keçidlərdən, mifik metaforik vasitələrdən 
ustalıqla istifadə edir, xarakteri bu günün və dünənin hadisələri fonunda geniş və inandırıjı təsvir etməyə nail 
olur. 
Şübhəsiz, tarix də  sərvətdir, özü də milli-əxlaqi sərvətdir və yarım  əsrdə unutduqlarımızın çoxu elə bu 
sərvətlə bağlı olub. Vijdan və yaddaş-elmi dəyər və mənəvi sərvət kimi,humanitar təhlil və tədqiqatlarda heç də 
həmişə iştirak etməyib. 
Etiraf edək ki, lap dünənə qədər az qala qədim hun və uzaq Manna haqqında daha çox şey (fakt, sənəd, 
həqiqət) bilirdik, nəinki  ən yaxın tariximiz olan Azərbayjan Jumhuriyyəti haqqında ikinji tərəfdən,  əslində 
jumhuriyyət barədə heç qeyri-stereotip fərdi baxış, oricinal milli «təlim»də yaratmışdıq: əgər Azərbayjanın milli 
dövlət qurujuluğu barədə müasir elmi fikir bu barədəki vulqar erməni millətçiliyinin məlum «konsepsiyasından» 
mahiyyətjə  fərqlənmirdisə, onu nejə «milli dövlətə dair milli təlim» saymaq olardı? Məhz Jumhuriyyəti və 
M.Ə.Rəsulzadəni milli tarixdən və yaddaşdan silməklə biz yeni azərbayjançılıq təliminin və Azərbayjan dövlət 
qurumunun banisi rolunu Stalinin adına yazmaq və beləliklə də onu qurama, saxta elan etmək üçün ən müasir 
erməni millətçiliyinə əla şans, əlavə fürsət vermişdik! 
İndi ijtimai elmlər qarşısında ehkamdan bu nankor neqativ yaddaşdan təmizlənməkdən vajib məqsəd 
dayanmır. Məhz ehkamdan ayrılan müasir humanitar İntibah üç ünvana qayıtmaq  əlaməti altında baş verir: 
tarixə, ekologiyaya, bir də milli soya, kökə və təkrarsızlığa! Vahid ümumbəşəri tərəqqidə bu üç sabit, üç əzəli 
istiqamətin üçünün də  mənşəyi və ünvanı Demokratik Jümhuriyyətin istiqlal təlimində var. Yetmiş illik 
yasaqdan və  təhrifdən sonra indi bizə yenidən görünməyə başlayan yaxın milli tariximizin böyük həqiqəti- 
Demokratik Respublikadır. 
Demokratik respublika az yaşasada millətə müstəqillik nə olduğunu, azadlıq nə olduğunu öyrədə 
bilmişdir. Həmin dövrün ziyalısı, yazıçısı, dövlət xadimidə Azərbayjan dövlətini təmsil etmişlər. Onlar keçmiş 
ənənələrin saxlanılmasına, mədəni, bədii irsin qorunmasına çalışmışlar. Keçmişin bədii irsinin o jümlədən, 
folklorun, xalq yaradıjılığının  şair və yazıçıların  əsərlərinin misilsiz rol oynadığı heç kimdə  şübhə doğura 
bilməz. 
                                                           
1
 Бах: С.Вурьун. «Милли вцгар вя эянълик», «Коммунист» гязети, 1 октйабр, 1944-ъц ил 
2
 Ъ.Гулийев. Сямяд Вурьун йарадыъылыьында естетика мясяляляри. Б., 1966, с.22-23  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə