Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   245

 
50
İnzibati-amiranə sistem, aşkar volyuntar siyasi recim müxtəlif şüarlar- «radikal dönüş», «mədəni inqilab» 
kimi pərdələr altında öz populist kültür və jari konyuktur ədəbiyyat siyasətini bədii-estetik tərəqqinin bu vaxta 
qədərki qanunauyğunluqları əleyhinə çevirdi. Poeziyada, nəsrdə, estetik fikirdə sözün geniş mənasında həyatın 
yox, recimin zamanın yox, «sistemin» qayğıları və problemləri qaldırılmağa başladı. 
Xalq və jəmiyyət miqyasında qlobal mənəvi tərəqqi proqramının əxlaqi-ideoloci və əməli-təşkilati əsasında 
K.Marks, F.Engel və V.İ.Leninin sosialist kultur qurujuluğu nəzəriyyəsi, ümumiyyətlə ədəbiyyat və gözəl sənətlər 
sahəsində ordoks marksist görüşlərin inhisarı, xüsusən «Partiya ədəbiyyatı  və partya təşkilatı» (Lenin) adlı 
məqalədə irəli sürülən taktika və strategiya durdu. 
Azərbayjan  ədəbiyyatında XX əsrin 60-70-ji illərdə  İ.Şıxlı,  İ.Hüseynov, B.Bayramov, Q.Xəlilli, 
V.Babanlı, S.Əhmədli, Ə.Qasımov, J.Əlibəyli və başqaları həm bədii, həm publisistik əsərlərdə ijtimai-mənəai 
mühitin müəyyən problemlərini  əks etdirməyə, xalqın mənəvi-psixoloci vəziyyəti barədə aydın təsəvvür 
yaratmağa çalışmışlar. Bu, həmin dövr üçün az iş deyildi, anjaq yetərli də deyildi. 
1970-80-ji illər  ədəbiyyatında yazıçılarımız insan taleyi ilə bağlı  həyatın jiddi tarixi-bədii mənzərələrini 
yaratmağa çalışmışlar. 
XX  əsrin 70-80-ji illər nəsri insan xarakterlərinin psixoloci təsviri baxımından diqqəti çəkir. Bu dövr 
nəsrində ijtimai-siyasi mühitin, sosial-iqtisadi çətinliklərin yaratdığı iqlimdə insan psixologiyasının uğradığı 
aşınların, sarsıntıların təsviri maraqlıdır. 
 Tarixi  haqsızlıqların bədii  ədəbiyyata gətirilməsinə N.Xəzrinin «O uzaq gejə» povesti sübut ola bilər. 
Yazıçı dövrün hadisələrini bir ailə, bir kənd fonunda şəxsləndirərək haqsızlıqların jəmiyyətdə nejə rişələndiyni, 
insan mənəviyyatına nejə güjlü, sarsıdıjı  zərbələr vurduğunu göstərir. Elçinin «Ölüm hökmü» sənədli romanı 
fatkların zənginliyi ilə diqqəti jəlb edir. bütün yaradıjılığı boyu psixoloci-emosional təsvir üsuluna sadiq qalan 
yazıçı əsərdə tarixi faktların insanın mənəvi-psixoloci əhvalı ilə üzvi surətdə birləşdirərək ayrı-ayrı adamların 
deyil, bütöv bir dövrün xarakterini xarakterizə edir.  
Lakin tarixi bədii irsimiz xalqın və tarixi şəxsiyyətlərin taleyi ilə bağlı bir sıra jiddi problemlərin təsviri 
baxımından oxujulara hələ də məlum deyildir. Azərbayjan xalıqının ağır həyat yolu hələ elmi-bədii süzgəjdən 
tam keçirilməmişdir. Başı bəlalar çəkən, həmişə var-dövləti, bol sərvətləri talan edilən, parçalanan, dağıdılan, 
siyasət oyunçularının gizli təşkil etdikdləri tayfa davalarına başı qarışan, torpalqları da tarixi və  mədəniyyəti 
kimi,  əlifbası  və elmi kimi parçalanan Azərbayjan xalqının jiddi tarixi bədii irsi təzədən nəzərdən keçirməyə 
ehtiyajı vardır. 
Azərbayjan dilinin tarixi ilə bağlı hər hansı problemin həlli bu xalqın yalnız bir nəslinin, bir tayının, bir 
yarısının mənəvi milli haqqı və hüququ ola bilməz. Dilimiz, adımız, əlifbamız barədə axırınjı sözü bütün xalq-
ziyalıların tarixi nəsilləri və Arazın hər iki sahili birlikdə deməlidir. Dirilik və əbədililik etnosun tarixində irsi-
liyin fasiləsizliyindən yaranır. Bizim də fasiləsiz etnik tariximiz var. belə fasiləsizliyi Azərbayjanla həm 
ərazinin, həm etnosun, həm də dilin tarixində izləmək olar. Üstəlik, beynəlmiləllik də yalnız mütstəqil, bərabər, 
fərdi vahidlər kimi milliliyin mövjud olduğu yerdə, onların toplusu, jəmi kim yaranır. Elə buradan da milli 
mədəniyyətin, xüsusən milli dilin yalnız milli sərvət yox, həm də beynəlmiləl sərvət kimi əhəmiyyəti və rolu 
məsələsi meydana çıxır- əriyib-itən, aradan çıxan hər hansı şivə, hər hansı dil ümumbəşəri sərvət, beynəlmiləl 
mənəvi irs üçün də  əvəzsiz itki olur. Suverən, sivil jəmiyyətdə federasiyalarda milli dilə dövlət marağı 
səviyyəsində həssaslıq buradan irəli gəlir. 
Ədəbiyyat həmişə  həyatın bütün tərəflərinə aydın baxışı ilə sosial-siyasi və iqtisadi problemlərin jiddi 
bədii təhlilinə diqqəti genişləndirməyə çalışır,  şəhər və  kənd həyatının, istehsal və  mədəni qurujuluq 
problemlərinin, bu sferada çalışan adamların işi və həyatı, gündəlik qayğıları arzu və istəkləri, bir sözlə daxili, 
mənəvi aləmlərini təsvirə xüsusi əhəmiyyət verir. Bunu Azərbayjan  ədəbiyyatının inkişaf yoluna ötəri nəzər 
salmaqla da aydın görmək olar. Nəsr, poeziya və dramatkrgiyamızın inkişaf yolu bu problemlərin bədii 
təjəssümü ilə səjiyyəlinr. Doğrudur, ayrı-ayrı yazıçılarımızın yaradıjılıq imkanı və müxtəlif mərhələlərin sosial 
tələbləri ilə bağlı  ədəbi salnaməmizdə hadisələrin təsvirində  həyatı janlandırma, bədii inikas səviyyələri də 
müxtəlif olmuşdur. Bununla yanaşı, ədəbi inkişafda ölkənin ümumi ijtimai, sosial-siyasi mənzərəsi hələ də tam 
əksini tapa bilməmişdir. 
Müasir dövrün doğurduğu və inkişafın tələb etdiyi yeni problem yazıçıdan həyata və insana yeni 
münasibət tələb edir. Ona görə də bədii əsər zamanın hərəkətindən geri qalmamalıdır. 
 Təbiətə, təsərrüfata, torpağa, suya, doğma el-obaya, adamlara münasibətilə bağlı jiddi problematik 
mövzular təssüf ki, ədəbiyyatda xeyli zəif şəkildə öz əksini tapmışdır. Bədii irsimiz isə olduqja zəngindir. 
Həyat həqiqəti ədəbi-bədii əsərin başlıja xüsusiyyətidir. Ədəbi inkişafı daim artmaqda olan estetik tələblər 
səviyyəsinə irəlilətmək üçün zaman sənətkardan təsvir vasitələrini daha da təkmilləşdirməyi, yeni bədii üsullar-
da bədii həqiqətin inandırıjılığına nail olmağı ən başlıjası isə insana onun həyatına diqqətlə nəzər salmağı tələb 
edir. Ədəbi obrazın daxili aləminin açılmasında, xarakter yaradılmasında 70-80-ji illər bədii nəsrimizdə nəzərə 
çarpan psixoloci təsvir vasitələrindən bədii əsərlərdə kifayət qədər istifadə edilməmişdir. Publisistik obrazların 
təsvirində ötəri təhkiyə forması zünü doğrultmamışdır. Real gerçəkliyin görünən formada, fotoqrafik, reportac-
vari təsviri ilə  ədəbiyyat irəli aparmağın qeyri-mümkünlüyünü həyat sübut etmişdir. Bədii  əsərdə çağdaş 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə