Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   245

 
49
görə də «daha böyük uğurlar» qazandıra-qazandıra ədəbiyyat öz obrazlarının çoxunu saxtalaşdırmışdı, obrazlı 
təfəkkür biçimi olan bədii söz sənəti müəyyən mənada təfəkkür faktını yox, hay-küy, kampaniya siyasətinə 
çevrilmişdi. 
Ədəbi aləmdə ustalıqla yaradılmış  əhvalatlar, bədii təxəyyül məhsulu olan maraqlı hadisələr az deyil. 
Qalın-qalın istehsalat romanları, kənd romanları, ailə-məişət romanları yaradılıb.  Əlbəttə, onların mədəni, 
mənəvi mühitdə heç bir əhəmiyyəti olmadığını və lazımi rol oynamadığını da söyləmək olmaz. Bununla belə, 
demək olmaz ki, yaradılan bədii əsərlərin, ədəbi qəhrəmanların hamısı dövrün və zamanın tələblərindən doğmuş 
və oxujunun daim artan tələbatını ödəmişdir.
1
 
Üç böyük tarixi mərhələnin (rus, türk, İran inqilabları, Oktyabr və Aprel çevrilişləri, sovet sayağı sosia-
lizm dövrləri) narahat sənətkarı olan Javid öz əbədi tanrı, harmoniya və  həqiqət axtarışları ilə birlikdə bizim 
epoxamıza da daxil olur və azad müstəqil suverən milli şüuru bu gün yenidən düşündürməkdə davam edir. Əsrin 
əvvəlinin inqilab və intibah dövrünün bədii düşünjəsi və fəlsəfi ovqatı olan bu şer bir də ona görə indi də bu 
qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də Javidə 
yenidən qaytarır. Ehkam və həqiqət, xeyir və şər, xaos və harmoniya, müharibə, ədəbiyyat və ölüm, - İblis, Al-
lah, mələk, planet, kainat miqyası və ölçüləri müasirlərimizi dərindən narahat etməyə başlayır və o bu «əbədi» 
suallara javabları yenə də ən yeni çağdaş bədii prosesdə yox, Javidin irsində tapır. Mədəniyyət və əxlaq, vijdan 
və zəka öz mənəvi böhranını da, pərvazını da həmişə sənətdə yaşayır və məhz sənət günümüzün təzadlarını sona 
qədər dərk etməkdə bizə də kömək edir. 
Qeyd etmək lazımdır ki, artıq özünə bəraət və qiymət qazanmış, görkəmli bədii əsərlərlə yanaşı, tənqidçi və 
ədəbiyyatşünas diqqətindən kənarda qalan, nəzəri jəlb etmədən daha çox kütləviliklə yayılan, orta səviyyəli 
«əsərlərin» təhlükəsindən çox deyilmişdir. Nəzəriyyəçilər bunu kütləviliyin doğurduğu ötəri hal kimi qeyd 
etdiklərindən  ədəbiyyatçılar isə onu «jansıxıjı  mətbuatda» nisbətən bədii zövqə meylin təzahürü hesab 
etdiklərindən, o qədər də  əhəmiyyət verməmişlər. Lakin bu «əhəmiyyətsiz»  əsərlər sovet hakimiyyəti illərində 
ardı-arası  kəsilmədən yaranmış, yayılmış  və müəyyən mənada öz təsirli rolunu da oynamışdır. Keçən  əsrin 
əvvəllərində ədəbi irsin öz plana çıxması, xüsusilə satirik publisistikanın döyüşkənlik ənənələri sonrakı dövrlərdə 
jiddi təqib və təsirlərə uğradığından güjdən düşmüşdür. Bədii irsin fakt yükü onun təsir vasitələri jəbbəxanasında 
başlıja faktorlardandır. Hayıflar olsun ki, ijtimavi proseslər və bu proseslərin insan psixologiyasına təsiri, mənəvi-
əxlaqi mühitdə doğurduğu duyğular o zamanlar kifayət qədər ədəbi fakt materialına çevrilməmişdir. 
Nəzəri jəhətdən tam əsaslandırılmamış, praktikada sınanmamış və özünü doğruldajağına tam əminlik ha-
sil olmadan 20-30-ju illərdə dövlət, xalq haqqında əsassız təriflər verilmiş və sonrakı illərdə bu təriflərin təsiri 
altında, zorla, tapşırıqla həyat faktları yaratmağa çalışmışlar. Bu baxımdan, millətlərin inkişaf edərək bir-birnə 
qaynayıb qarışmaqla silinib getməsi, yox olması fikri geniş yayılaraq, beynəlmiləlçilik adı altında ədəbiyyat və 
obrazlar vasitəsi ilə xalqlara sırınmışdı. Deməli, çox yerlərdə milli məktəblər bağlanmış, milli ənənələrə  və 
köklərə ögeylik, soyuqluq aşılanmışdı. Bu isə yavaş-yavaş milli dillərin sıxışdırılmasına, milli kadrlara 
inamsızlıq yaranmasına, müəyyən mənada kosmopolit insan obrazlarının zühur etməsinə gətirib çıxarmışdı. 
Milli mədəniyyətə, adət-ənənəyə qeyri-elmi, qərəzli münasibət inamsızlıqla yanaşı, ədəbi elmi və siyasi 
mühitdə əjaib varlıqlar formaşmasına səbəb olmuşdur. 
İjtimai-siyasi mühitdə yaranan bu jür qeyri-mütənasiblik xətti ədəbi aləmə də öz damğasını basmışdır. Uy-
durma nəzəriyyələrə  əsasən bunlara, hətta qanuni hal kimi baxılmış, 30-ju illərdə «xalq düşməni» adı ilə sadə 
adamlara və qabaqjıl ziyalılara vurulan damğalar eyni zamanda ədəbi obrazlara da «yapışdırılmışdır». 
XX  əsrin 30-ju illərində ölkənin türkdilli xalqlarının yeni əlifbalarının latın qrafikası  əsasında 
formalaşdırıldığı bir dövrdə  təkrar  əlifba dəyişikliyi bu xalqların milli mədəniyyət və inkişafına jidd zərbə 
vurmuşdur.  İndiyədək nə elmi, nə  də  ədəbi və publisistik əsələrdə  ərəb  əlifbasının ləğv edilməsinin səbəbləri 
aydın  şərh edilməmişdir. «İslam  əlifbası», «dini əlifba» hesab edilən  ərəb qrafıkasını  ləğv edənlərin fikrinjə, 
guya  əlifbanın dəyişilməsi bu millətlərin elmi və  mədəni inkişafını sürətləndirmişdir. Latın qrafikasının 
dəyişməsini təşkil edənlər isə Stalinin bədnam tərifindən qorxaraq, haçansa əlifba, dil birliyinə nail olajaq 
xalqların sonradan ərazi və siyasi birlik qazana biləjəkləri iddiasına  əsaslanmış  və qohum xalqları bu yolla 
Türkiyədən, İrandan və bütövlükdə Şərq ölkələrindən uzaqlaşdırmağa çalışmışlar.
2
 
Çox çəkmədi ki, bu «zəmin», bünövrə dövlət siyasəti səviyyəsində real, hakim rəsmi ideologiyasının 
özünə çevrildi. Dünya təjrübəsinə hər hansı meyl kosmopolitizm, milli ənənələrə güvənmək isə millətçilik kimi 
damğalandı. Milli dillər, milli əlifbalar, milli yaddaş sürəkli və zorakı represiyaya məruz qaldı. 
Tarixdə misl görünməmiş miqyasda və kütləvilikdə ifrat totalitar hadisə sənətin və ədəbiyyatın büsbütün 
siyasi-ideoloci stereotipə, mütləq, dəmir normativə, bürokrata, dəftərxanaya tabe tutulması kimi paradoks baş 
verdi. Milli-mənəvi özgələşmə bədii düşünjənin özündə, strukturunda və tərzində onun təşkilinin sxemində və 
modelində başladı.  
                                                           
1
 Исмайыл Вялийев. Эюстярилян ясяри. с.287-288 
2
 Исмайыл Вялийев. Эюстярилян ясяри. с.289-290 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə