Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   245

 
47
müzakirə məjlislərini yada salır. Sənətkarın qələbəsini sənətin və həqiqətin qələbəsi kimi dəyərləndirir. «Tarix-
imiz kimi gözlənilməz», «Qeyri-standart düşünən bir adam», «millətin  ən maraqlı  şəxsiyyəti» kimi 
qiymətləndirilən J.Jəfərovun özündən gətirilən sitat onun obrazına tamlıq gətirir: «Yazıçı ağır təbiətli ola bilər
səhv edə bilər, şəxsiyyətində jiddi nöqsanlar ola bilər. Lakin masasının arxasına keçəndə, qələmi əlinə alanda, o, 
yalnız həqiqətə qulluq etməli, ali ədalətə riayət etməlidir».
1
 
İsmayıl Şıxlı, onun yaradıjılığı və şəxsiyyəti barədə söhbətlərdə Dostoyevskinin xatırlanması həyat həqiqəti və 
bədii həqiqət barədə fikrin haçalanması maraq doğurur: «»Dostoyevski bizim insanlar haqqında, reallıq haqqında 
bilik və təsəvvürlərimizi genişləndirir, dünyanı özümüzü dərk etməyə kömək edir, imkanlarımızın hüdudlarını bitməz 
edir – fikirləri yaradıjı şəxsiyyət və bədii əsər barədə maraqlı və doğru fikirlərdir. Lakin yazıçı və alim İ.Şıxlının buna 
etirazı var və bu etirazın özü də şəxsiyyətin zənginliyi və müxtəlifliyi, həm də fərdiliyi baxımından maraqlıdır. «Bu 
jür bilikləri mən elmin vasitəsi ilə  qəbul etmək istərdim, elmi tədqiqatlardan götürməyi üstün tutardım,  ədəbiyyat 
işıqlı olmalıdır».
2
 
Aktyor, recissor və estetik Medi Məmmədovun şəxsiyyəti ilə də bağlı maraqlı və fərqli jəhətlər diqqəti 
jəlb edir. 1923-jü ildə Hüseyn Javidin mühazirələrini dinləyən Mehdi Məmmədov bütün həyatı boyu onun təsiri 
altından çıxa bilməmişdir. Javid əsərlərini tamaşaya qoya-qoya insan haqqındakı  fəlsəfi-nəzəri düşünjəyə öz 
recissor qiymətini verə bilmişdir. Onun tamaşaya hazırladığı  və  əksəriyyətində baş rollarda oynadığı 
L.Tolstoyun «Janlı meyit», M.Qorkinin «Həyatın dibində», J.Məmməlquluzadənin «Dəli yığınjağı», 
S.Vurğunun «İnsan», H.Javidin «Xəyyam», «İblis»  əsərlərində «bəşəriyyətin qarşısında tarix boyu tam 
kəskinliklə duran» fəlsəfi suallar qoyulmuşdur. Mehdi Məmmədovun bu barədə fikri çox sərrast və 
düşündürüjüdür: «Hüseyn Javid və mən? Məni narahat edən sualllara yalnız o javab verir. «İblis»in qırmızı xətli 
ideyası  mənə doğmadır və çox yaxındır. Bir də müasirdir. Əsəri bir növ özüm üzübəri çevirdim ki, qayəsini 
tutmaq mümkün olsun. Mən inanıram ki, bu taleyüklü ağır dövrdə bəşəriyyət ölüm və olum arasında çırpınan 
bir zamanda, dövlət başçılarının xalqların və kontinentlərin taleyi ilə oynadığı bir vaxtda, mənim «İblis»im 
adamlara çoxşey xatırlada bilər. Hüseyn Javid bəşəriyyətə böyük ideyaları xatırladır, böyük hisslər aşılayır!»
3
 
Bütün bunlardan sonra müasir yazıçı, zamanımızın insan psixologiyasına üz tutub onun ziddiyyətli 
tərəflərini təsvir edən İsa Hüseynovun özünün şəxsi duyum, tarixə və bu günə münasibətindən doğan fəlsəfi fi-
kri də maraqlı və gözlənilməzdir. Dünya, Allah, İnsan, Jəmiyyət qarşılığında və qarşıdurmasında adilik və aqil-
lik, adilik və sadəlik, məzlumluq və zülmkarlıq, tiranlıq-hökmranlıq və məhkumluq kimi insan xislətində özünü 
göstərən xüsusiyyətlərdən doğan jəhətlər maraqlı bədii-fəlsəfi təəssüratlar oyadır. Yazıçının «Yanar ürək», «Te-
leqram», «Tütək səsi», «Saz», «Kollu koxa», «Quru budaq» və b. əsərlərində şəxsi müşahidə, təjrübə və zəngin 
bədii təxəyyül daha jiddi nətijələrə gəlmək üçün ona geniş imkanlar vermişdir. «Xeyir və şər, olum və ölüm, 
şəxsiyyət və hakimiyyət, insan və zaman- vajib fəlsəfi məsələlər burada adi, sadə, aydın, əhatəli formada əks 
olunur. Baş qəhrəman, müəllifin mərkəzi ideyasını təjəssüm etdirən obraz isə yumruqla danışan, totalist siste-
min hökümət başçısı tərəfindən əzilən və təqib olunan «kiçik» insandır».

 
Ədəbiyyatın, ümumən sənətin  əsas predmeti olan insan üzərindəki fəlsəfi düşünjələr bu günkü narahat 
dövrümüz üçün olduqja əhəmiyyətlidir. Diqqəti jəlb edən başlıja jəhət isə keçid dövründə narahatlıqlar 
içərisində nigaran yaşayan insanlara ümid vəd etməkdir. Bu mənada «daxili azadlığını qoruyub, özünə sadiq 
qalmaqla xoşbəxtliyə çatan» insanın sözləri əzəmətli səslənir: «İnsan öləri də olsa bu dünyaya xoşbəxt olmaq 
üçün gəlib. Məhz xoşbəxt adamın ruhu gələnləri salamlayajaq, onlara mənəvi qida verəjək!» 
İnsan ömrü enişli-yoxuşludur, onun xoşbəxtliyə, işığa doğru yolu sərt döngələrdən, gözlənilməz 
çınaqlardan, sarsıntılardan keçir. Bütün yolların son ujunda ümid edilən bir işıq yanır və bütün insanlar həmin 
işığa doğru irəliləyirlər. Ruh deyilən şey isə sənət, ilham, istedad deyilən məfhum kimi insanlara qanad verib 
onu geniş üfüqlərə doğru istiqamətləndirir.
5
 
Son zamanların əbədi araşdırmalarında klassik ədəbiyyata yeni, müasir estetik tələblərlə yanaşmaq xeyli 
maraqlı və səjiyyəvi jəhətlərin üzə çıxarılmasına imkan vermişdir. Dövrün, siyasətin, ideoloci təsirlərin nə qədər 
güjlü olmasına baxmayaraq poetik təfəkkür həmişə aydın və sağlam görünür. bu baxımdan S.Vurğunun ədəbi 
irsinə yeni baxış, onun insan fəlsəfəsinə verdiyi töhfələrin öz təravət və əhəmiyyətini saxladığını göstərir. Şairin 
«Həyat fəlsəfəsi»şerindi də insanla bağlı problemlərin əbədi və həmişə aktual olduğunu göstərməkdədir: 
 
Quşlar qatar-qatar ellərdən keçər, 
Bəşər nəsil-nəsil dünyadan köçər. 
İnsanlıq gah zəhər, gah şərbət içər… 
Əzəldən belədir hökmü zamanın 
                                                           
1
 Ялибяйли Э.Дцшцнян дцнйамыз. С.17 
2
 Йеня орада. с.136 
3
 Йеня орада. с.136 
4
 Йеня орада. с.141 
5
 Исмайыл Вялийев. Ядябиййатда инсан консепсийасы тарихи тяшяккцлц вя инкишаф мярщяляляри. «Эцняш» 
няшриййаты, Б., 1999, с. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
48
Düyünlü bir sirri var asimanın! 
 
Göründyü kimi müasir ədəbiyyat da, estetik-fəlsəfi tədqiqatlar da bütövlükdə insan problemi üzərində 
düşünür və dünyanın gələjəyi üçün narahatlıq doğuran məsələləri təhlil etməklə elmi qənaətlərə  gəlir, yeni 
dəlillər və arqumentlər «insanşünaslığ»ı daha da zənginləşdirir.
1
 
Avropa da, Şərq də bizə sosial-iqtisadi inkişaf üçün hazır ideyalar və çeşidli qəliblar təklif edir. Lakin 
kənar modelləri mlli özündə sınaqdan keçirən növbəti poliqon olmaq daha bizə yaraşmaz. Milli dövlətdə ideya 
da milli özüldə doğmalı, kənardan, hazır gəlməməlidir (sosializmin məlum modeli kimi). Hələ durğunluq 
illərində ziyalıları Şuşada milli ekologiya ilə sənaye və təsərrüfat qurujuluğu arasında təzad narahat etmişdi və 
bunu mətbuatda bildirmişdilər. Real gerçəkliklə milli mahiyyəti arasında həmin təzad, fərq indi daha qabarıq 
görünür. Xalqın etnik təşəkkülünün, sosial-siyasi inkişafının,  ədəbiyyat və  mədəniyyət tarixinin yeni milli 
konsepsiyası, elmi təlimi hazırlanmalı, milli deformasiya, istisnasız, bütün sahələrdə  və  səviyyələrdə aradan 
götürülməlidir: strategiyada, metodologiyada, idarə üsulunda, təşkilat modelinin özündə! Sual oluna bilər ki, hər 
şeyin «millisi» bizə bu qədər niyə lazımdır? Çünki hər  şeyin məhz «millisi» bu vaxta qədər bizdən bu qədər 
uzaq olub-sözlüyündə «Azərbayjan» istilahı olmayan ensiklopediyalar buraxmışıq, mətinində və ruhunda millət 
anlayışı  və  mənafeyi olmayan konstitusiyalar qəbul etmişik, «jumhuriyyət», «musavat», «Rəsulzadə» kəlmə-
lərinin yeril-dibli kəsilib atıldığı faksimeillər, «elm»i mətnlər, «akademik» nəşrlər yaratmışıq! 
Qeyd etmək lazımdır ki, XX əsrin  əvvəllərində özünəməxsus inkişaf mərhələsinə yüksəlmiş romantik 
ədəbiyyatda insan-jəmiyyət, jəmiyyət-millət və millət-şəxsiyyət problemi çox maraqlı elmi nətijələrə gəlməyə 
imkan verir. Bu dövrlə bağlı  tədqiqatlarda dövrün xarakter və  tələblərinə, sənətkarların üslubuna və  fəlsəfi 
istiqamətinə görə insan problemini əks etdirən xeyli axtarışlar aparılmışdır. M.Hadi, A.Səhhət, H.Javid, A.Şaiq, 
A.Divanbəyoğlu və J.Jabbarlı yaradıjılığında bu problemə diqqət yönəldilmişdir. Mir Jəlal, Jəfər Xəndan, 
Məmməd Arif, Məmməd Jəfər, K.Talıbzadə, Ə.Mirəhmədov kimi görkəmli ədəbiyyatşünaslarımızın əsərlərində 
yeri gəldikjə məsələyə münasibət bildirilmiş, əhəmiyyətli fikirlər söylənilmişdir. Midhəd Ağamirovun iri həjmli 
«Məhəmməd Hadinin fəlsəfi görüşləri» kitabında da ədəbiyyatımızın həmin mərhələsi və Hadi kimi böyük fi-
losof-sənətkarın yaradıjılığında insan axtarışları elmi-nəzəri baxımdan təhlil edilmişdir.  
Sosializm dövründə illərində  ədəbi qəhrəman, obraz, xarakter problemi ilə bağlı çoxsaylı  tədqiqatlar 
yaranmış, maraqlı, həm də ziddiyyətli, xüsusilə bu günün gözü ilə yanaşanda daha aydın nəzərə çarpan fərqli 
nətijələr çıxarılmışdır. 
 Zaman  dəyişir, adamlar, siyasətlər və ideologiyalar da dəyişir. Ona görə  də bu dəyişkən dünyada 
ədəbiyyata, sənətə münasibətlərin də dəyişməsi təbiidir. 
Bütün bu müşahidələri belə ümumiləşdirmək olar ki, XX əsrin altmış-doxsanınjı illər ədəbiyyatı öz ruhu, 
mahiyyəti etibarilə total recimlə heç vaxt barışmamış, ona müxalif olmuş və bugünkü istiqlal və demokratiya 
hərəkatı üçün ideya-mənəvi zəminin hazırlanmasında fəal iştirak etmişlər. Məhz həmin  ədəbiyyatın o zaman 
hələ gənj oxujuları by axınlaşan milli-azadlıq hərəkatının artıq fəal liderləri oldular. Bunu unutmaq, tarixi dan-
maq qeyri-mümkünür. Lakin təəssüf ki, inqilabi keçid dövrünə xas estetik ifratlar, irsə münasibətdə meyar kimi 
tarixiliyin pozulması halları bəzən nəinki son bir neçə on ilin, hətta sosialist realizmindən daha əvvəlki dövrün 
bizə yaxın iki yüz ilin hadisələrinə verilən qiymətlərdə öz əksini tapır. M.F.Axundov, Zərdabi, Mirzə  Jəlil, 
Ə.Haqverdiyev və N.Nərimanov, hətta M.Ə.Sabir artıq gör neçənji dəfədir ki, növbəti daş-qalağın, birtərəfli, 
məhdud-nihilist təftişin hədəfi olur. Onlar artıq milli-mənəvi intibahın yox, müstəmləkəçi və  hərbi-feodal çar 
reciminin, ruspərəst və imperiyapərəst ədəbi meyillərin numayəndəsi kimi «təhlil» olunurlar! 
Əsil həqiqət, tarixi fakt isə odur ki, istər son iki yüzilliyin, istərsə də yaxın «yetmiş ilin» siyasət teatrında 
ədəbiyyatın oynadığı rol heç də bir mənalı olmayıb. Tragik əxlaqi dərslər, milli-mənəvi təjrübə tam halda dərk 
olunmalıdır. Ədəbi-tarixi zənjirdə halqalardan birini (lazım olmayanı!) götürüb bir tərəfə artmaq və bu zaman 
yenə də ona tam halda nəzər sala bilməyin mümkün olduğuna inanmaq milli-tarixi və elmi şüurda «sosialist rea-
lizmi təjrübəsi»nin ən ajı dərslərindən biri olaraq qalır. 
Mədəni-ədəbi irs konkret zamanda ijtimai mühiti, insanı və ijtimai-siyasi durumu nejə janlandırıb və indi 
vəziyyət nejədir? yazılanlarla, deyilənlərlə  nə  dərəjədə  qənaətlənmək olar? Nəyi bəyənirik, nəyi bəyənmirik, 
niyə  bəyənmirik və ya bəyənirik?  Ədəbi irsimiz, elmi araşdırmalarımız bu sorğulara zamanında javab 
vermişdirmi? Ədəbiyyat zəmanəyə nejə güzgü tutmuş, zəmanə insanlarının obrazı nejə janlandırılmışdır? 
Realizm prinsipinə sadiq qalan XX əsr ədəbiyyatı təəssüf ki, heç də həmişə həqiqət prisnsiplərinə sadiq 
olmamışdır. Şübhəsiz, bu o demək deyil ki, həmin dövr ədəbiyyat tariximiz büitövlükdə yanılmalar, uydurmalar 
tarixi olub. Biz bütövlükdə Sovet dövrü ədəbiyyatının ana xəttini danmaq fikrində deyilik. Anjaq döngəli-
dönümlü siyasətlər, işartılı-kölgəli  əməllər,  şüarlarla yüksəlmələro,  şapalaqla üz qızartmalar, rəqəmlərlə, dia-
qramlarla irəliləmələr öz damğasını  ədəbiyyata, xüsusilə  bədii obrazlara da vurub. Siyasi-ideoloci proseslərə, 
xüsusilə sosializm yarışına ədəbiyyat da böyükhəvəslə qoşulub və bu səbəbdən də çox zaman kütlədən, xalqdan 
ayrılı. Bədii irsimiz isə az qala unudulmuş, ideoloci tədbirlərə «javab vermək» üçün səfərbər edilməkdədir. Ona 
                                                           
1
 Йеня орада. с.285-286 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə