Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   245

 
41
Milli müəyyənliyin inkişaf dialektikası belədir ki, mədəniyyətin ayrı- ayrı nümunələri, jəmiyyətin mühüm 
mənəvi sərvətləri,  əxlaqi və davranış normaları  əvvəljə adi şüur səviyyəsində milli mənlik  şüurunun 
məzmununda bərqərar olur, sonrakı prosesdə isə onun məzmununun mühüm ünsürünə çevrilir. Mədəniyyətin 
fəal təsiri altında milli mənlik şüurunun adi şüur səviyyəsini aşaraq nəzəri şüura çevrilməsi, onun məzmununda 
ideoloci və sosial- psixoloci amillərin tarazlaşması prosesi gedir, millət sivilizasiyadakı yeri və rolunu daha 
dəqiq və aydın təsəvvür edə bilir. 
Beləliklə, mədəniyyət millət və xalqın «yaddaşını» əks etdirən, onun sivilizasiya ilə əlaqəsini nizama sa-
lan mühüm bir salnamədir. Keçmişin dərk edilməsi onun qorunub hifz edilməsi nəinki millətin mənəvi 
simasının formalaşmasında, habelə mədəniyyətin zəngin və hərtərəfli inkişafında böyük rol oynayır. Bu jür ta-
rixi varislik isə  ənənə  və ideallara çevrilərək milli müəyyənlik və qürur hissini formalaşdırır. Məhz bu jəhəti 
nəzərdə tutaraq bəzi tədqiqatçılar sivilizasiyanı müəyyən tarixi mərhələdə mövjud olan sosial- mədəni birlik 
kimi səjiyyələndirir.
1
 Belə sosial- mədəni birlik xalqın mənəviyyat və ədəbiyyatında öz təzahürünü biruzə verir. 
Məsələn, Nizaminin «Xəmsə»si, Füzulinin «Leyli və  Məjnun»u, Ü.Hajıbəyovun və başqa 
mütəfəkkirlərinmizin yaradıjılığı Azərbayjan xalqının milli müəyyənlik obyekti, eyni zamanda dünya 
sivilizasiyasının ayrı-ayrı sistemlərindən biri kimi özünü göstərir. 
Keçmiş sosial dəyərliliyin qiymətləndirilməsi  şəxsiyyətin mənəvi aləmi ilə  qırılmaz surətdə bağlı olub, 
onun həm yetkinlik, həm də sivilizasiyalılıq dərəjəsini müəyyən edir. Burada isə mədəniyyət öz təsirli və tənzi-
mediji rolunu ifa edə bilir. 
Jəmiyyətin mədəni səviyyəsi nə qədər yüksək olursa, hər bir adamın mədəni inkişafı nə qədər yuxarı olursa bu-
rada ijtimai- siyasi proseslərin jərəyanı da bir o qədər rəvan baş verir, sosial konfliktlər və ziddiyyətlər də asanlıqla 
həll edilir. Bu mənada, mədəniyyəti jəmiyyətdə  mənəvi- psixoloci iqlimi tənzimləməkdə  və beləliklə  də 
vətənpərvərlik hisslərinin özünün ifadəsində  və deməli milli müəyyənliyin formalaşmasında  əvəzsiz fəaliyyət 
göstərir. 
Belə şəraitdə ijtimai münasibətlərin mədəniyyətlə bağlı olan sahəsi daha da genişlənir, insan fəaliyyətinin 
«arxa plana» keçmiş bir çox növləri də üzə  çıxır. Deməli, mədəniyyət insanlararası münasibətlərin bütün 
formaları üzərinə yayılaraq bu münasibətləri səjiyyələndirən çox mühüm keyfiyyət göstərijisinə çevrilə bilir. 
İndi ijtimai həyatın bir çox sahələrində yaranmış ziddiyyətlərin, o jümlədən də milli münasibətlər 
sahəsindəki gərginliyin köklərini həm də  mədəniyyətlərin inkişafı  və qarşılıqlı  təsiri sahələrində  də axtarmaq 
zəruridir. Baş verən milli münaqiləşəlrin mərkəzində  həm də  şəxsiyyətin mədəni inkişaf səviyyəsi ilə bağlı 
problemlərin də dayandığını göstərmək vajibdir. Çünki imperiya dövrünün bayağı deformasiyaları bu sahədə də 
jiddi nöqsanların yaranmasına gətirib çıxarmışdır. 
Yuxarıda qeyd edilənlər əyani surətdə təsdiq edir ki, müasir sivilizasiya şəraitində milli mədəniyyətlərin 
qarşılıqlı zənginləşməsi və bu işin millətlərin mənəvi simasına təsir göstərməsi imkanı daha böyükdür. Həmin 
vəziyyət milli müəyyənliyin sosial bazasını genişləndirir, onun zəngin inkişafı üçün daha əlverişli şəraitin yara-
nmasına gətirib çıxarır. 
Xalqın milli müəyyənliyi onun mədəniyyət və sənət tarixi ilə sıx əlaqədardır. Hər bir xalqın mədəniyyət 
tarixi onun milli, estetik fəlsəfi təfəkkürün tarixidir, onun fikri, dini- mənəvi dünyasıdır. Bu, xalq həyatı  və 
dünyagörüşü ilə bağlı elə tarixdir ki, onun hər mərhələsi, bu mərhələləri təmsil edən dühanı, mütəfəkkiri, xalqın 
tarixi, şərəfli, qanlı- qadalı keçmişini, mədəniyyətini mənəviyyatını öyrənmək, ondan qiymətli irs kimi istifadə 
etmək, onu dərk etmək üçün mühüm sərvətdir. Min illərin dərinliyindən bu sərvəti çıxarıb müasir insanın 
xidmətinə vermək olduqja vajibdir. Bu isə keçmişlə müasir dövr arasında fikri, mənəvi elmi əlaqə yaratmaq, 
xalqın estetik, tərbiyəsində mühüm iş görmək deməkdir. 
 
 
1.12.Estetik mədəniyyətin inkişafında bədii irsin rolu 
 
Estetik mədəniyyətin insanın maddi və mənəvi fəaliyyəti ilə əlaqədə təhlili həm müasir fəlsəfədə, həm də 
kulturoloci  ədəbiyyatda geniş  əksini tapmışdır. Doğrudur, bir sıra tədqiqatçılar bu əlaqənin konkret izahında 
müxtəlif mülahizələrlə  çıxış edirlər. Həmin mülahizələrdən  ən populyar olanı estetik mədəniyyəti insani 
fəaliyyətinin xüsusilə onun ədəbi-bədii fəaliyyətinin nətijəsi hesab edən mülahizələrdir. Doğrudan da çox vaxt 
ümumiyyətlə, mədəniyyətə tərif verərkən ona daxil olan fəaliyyət növlərini (maddi, mənəvi, elmi, ijtimai-siyasi, 
bədii, ekoloci və s.) sadəjə olaraq sadalamaqla kifayətlənirdilər. Anjaq son dövrlərin fəlsəfi kulturoloci 
ədəbiyyatında belə bir konsepsiya da geniş yayılmışdır ki, mədəniyyətə təkjə insan fəaliyyətinin nətijələri deyil, 
həm də həmin fəaliyyətin özü daxildir. 
Jəmiyyətin insanların fəaliyyəti sayəsində yaradılmış predmetlər aləmi (maddi və  mənəvi sərvət) 
mədəniyyətin varlığının anjaq zahiri formasını təşkil edir.  
                                                           
1
 Бах: Советская социология. Социологическая теория и социология практики. М., 1982, т.1, с.49-50. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
42
Müasir dövr, mühit və zaman nə qədər qarışıq, bir-birini əvəz edən hadisələrin dərki nə qədər çətindirsə, 
müasir insan, onun düşünjələri də bir o qədər mürəkkəb, bəzən də anlaşılmazdır. Lakin zəmanə insanı, onun 
hadisələrə və ətrafa münasibətini müəyyən çərçivələrlə, hüdudlarla əhatələdiyinə görə mədəniyyətin xarakterik 
xüsusiyyətlərini, onun mənəvi-psixoloci mənzərəsini öyrənmək, ona qiymət vermək də vajib və mümkündür. 
Zəmanəmizin mürəkkəb və ziddiyyətli insanı onun xarakterindəki kəskin və rəngarəng boyalar, mədəniyyətin 
fərdi və ümumi xüsusiyyətlərinin dərki bu problemin ardıjıl öyrənilməsini irəli sürür. Mədəniyyətin formalaşması, 
təkamülü jəmiyyəti, siyasi sistemləri jiddi düşündürdüyü kimi bu, müxtəlif elm sahələrinin də jiddi tədqiqat obyekti-
dir.  İnsan münasibətlərinin jiddi xarakteri, təbiətin və jəmiyyətin dialektik inkişafı, kainat və kosmoloci proseslər, 
onların mənəvi mühitə təsiri də bu baxımdan jiddi və aktualdır. 
Ona görə də mədəniyyət problemi ilə, demək olar ki, bütün mövjud elmlər məşğuldur. Müasir estetikada 
mədəniyyət, onun mahiyyəti, inkişafı ilə bağlı bütün ziddiyyətlər və ziddiyyətlərin həlli yollarının 
müəyyənləşdirilməsi sahəsində jiddi tədqiqatlar davam etdirilməkdədir. Bu da təsadüfi deyildir. Çünki 
mədəniyyət məsələsi bütövlükdə bəşəri məsələdir, bütün dövrlərin, keçmişin, bu günün və gələjəyin problemi-
dir. Problemlər məhz mədəniyyətin öz təbiətindən, mahiyyətindən doğur və daim öyrənilməlidir. Müasir elmi-
fəlsəfi jəhətlərə görə mədəniyyət mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət janlı 
sistemdir. Mədəniyyət həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bir sıra ijtimai qanunauyğunluqlara tabe-
dir; Mədəniyyətin inkişafı  nətijəsində insan şüuru psixoloci və  mədəniyyət səviyyəsində spesifik 
qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, morfoloci orqanizm kimi kainatda materiyanın 
ən yüksək, mütəşşəkkil formasıdır. Deməli, insan bütövlükdə bioloci, sosial və psixi-mənəvi ölçülərin təşkil et-
diyi tamlıqdır.
1
  İnsan mahiyyətnin açıqlanmasında, onun min bir rəngə çalan fərqli xüsusiyyətlərinin üzə 
çüıxarılmasında bədii ədəbiyyat bütövlükdə mədəniyyətin özünəməxsus fərdi jəhətləri ilə həmişə böyük, qlobal, 
fəlsəfi-psixoloci tədqiqatlar üçün geniş imkanlar yaratmışdır. 
Mədəniyyət- məzmununa görə olduqja zəngin anlayış olub, özündə insanın təkjə ümumi və xüsusi 
əlamətlərini deyil, həm də nadir, unikal xassələrini də əks etdirir. İnsanı şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, 
daha dəqiq desək, insan üçün xarakterik olan sosial keyfiyyətlər, onun sosial spesifikası  və  mədəniyyətdir. 
Şəxsiyyət anlayışına adətən fərdin təbii-fərdi xarakteristikasını daxil etmirlər. İnsanın sosial fərdiyyəti boş yerdə 
və təkjə bioloci şərtlər əsasında yaranmır. İnsan konkret tarixi zamanda və sosial məkanda, praktiki fəaliyyət və 
tərbiyə prosesində formalaşır. Ona görə  də sosial fərd olan insana mədəniyyət həmişə müxtəlif, rəngarəng 
amillərin təsiri və sintezini konkret surətdə yekunlaşdırır. Və mədəniyyət özü insanın sosial-mədəni təjrübəsini 
toplaya bilməsi üçün zəruri əhəmiyyət daşıyr və o da öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir.  
Bədii söz sənəti həmişə insanı, onun dəyişən, yeniləşən, xarakterini hərtərəfli təsvir edir. Formalaşmış 
ənənəvi xüsusiyyətlərin, dini-ideoloci amillərin, təhsil-tərbiyə sisteminin, siyasi qurum və texniki inkişafın 
doğurduğu ziddiyyətlər fonunda dəyişən insanın səjiyyəvi jəhətlərinin bədii boyalarla üzə  çıxarılması olduqja 
böyük əhəmiyyət daşıyır. Qədim dövrlərdən gələn ümumi xüsusiyyətlərlə yanaşı, qazanılan yeni fərdi keyfiyyət 
və qüsurların nədən ibarət olması, nədən doğması suallarını  bədii təsvirlərlə janlandırmaqla  ədəbiyyat və 
injəsənət mədəniyyətə yeni baxışı formalaşdırır və onun yeni xüsusiyyətlərini müəyyən ləşdirir. 
İnsanın insana, jəmiyyətə münasibətindəki ziddiyyətlərin onun həyatı, mənəvi-intellektual qabiliyyətləri 
ilə  əlaqəli jəhətlərinin görünməsi, təhlillərdən keçirilməsi müasir mədəniyyətin  əsas və vajib 
problemlərindəndir.  İnsan yaşadıqja yaşa dolduqja topladığı  nəzəri bilikləri həyatda qazandığı  təjrübələrlə 
müqayisə edir, müəyyən nətijələr çıxarır. 
Elə buna görə  də dünya, insan və  həyat haqqında düşünjələr həmişə diqqət mərkəzində olur. Müəyyən 
həyat təjrübəsi olan zəngin ömür yolu keçmiş insanların düşünjələri daha maraqlıdır. 
XX  əsrin sonu, XXI əsrin  əvvəllərində meydana gələn  ədəbi-fəlsəfi, estetik əsərlərdə zaman və 
mədəniyyət problemi jiddi surətdə  nəzərdən keçirilir. Tanınmış  tədqiqatçı Yaşar Qarayevin «Meyar 
şəxsiyyətlir», «Tarix yaxından və uzaqdan», Bəkir Nəbiyev
2
, S.Əsədullayev
3
, A.Hajıyevin
4
 realizmə  və 
qəhrəman probleminə  həsr olunmuş kitablarında, yazıçı Anarın elmi-publisistik çıxışlarında, filologiya emləri 
doktorları  Şamil Salmanov və Akif Hüseynovun, filosoflardan A.Şükürovun və b. poeziya və  nəsrimizdə, 
fəlsəfədə insan və  mədəniyyət problemi ilə bağlı  qənaət və axtarışları diqqəti jəlb edir. Həmin müəlliflərin 
əsərlərində insan spesifik sosial varlıq kimi təhlil edilir, onun müxtəlif məqam və situasiyalarda üzə çıxan xarak-
terik jəhətləri təhlil edilir. Son yüzilin bədii və  fəlsəfi tədqiqatlarında mədəniyyətin mürəkkəb problemlərinin 
üzə çıxarılması və təhlil edilməsi ijtimai proseslərdə fərdin fəavllğıının artması ilə bağlıdır. Hər bir fərdin sosial 
subyekt kimi ön plana çıxarılması da gələjəkdə fərdi fəaliyyətlərin əhəmiyyətinin artajağını göstərən amil kimi 
                                                           
1
 Шцкцров А. Фялсяфя. Бакы, Елм, 1997, с.328 
2
 Нябийев Б. Роман вя мцасир гящряман. Бакы, Йазычы, 1987.  
3
 Асадуллайев С. Эстетический идеал и социальная активность писателя. Баку, Язычы, 1982, Духовное общение и 
взаимное познание. Баку, Язычы, 1986. 
4
 Гаджиев А. В поисках героя. Баку, Язычы, 1981 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə