Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   245

 
37
millət və xalqla və nəhayət bəşəriyyətlə əlaqəsinin çoxşaxəli sosial mexanizmi bu hiss vasitəsilə hərəkətə gəlib 
həyata keçir. Bizi mənən qüvvətli edən, doğma vətənlə qırılmaz tellərlə bağlayan, onun naminə fədakar işlərə 
ruhlandıran da məhz bu hissin yüksək emosional təsir güjüdür. Tarixi dönüş anlarında, mühüm sosial məsələlə-
rin həllinə münasibətdə bu jəhət daha qabarıq surətdə meydana çıxır. Məsələn, son vaxtlar respublikamızın 
suverenliyinə qarşı sui- qəsdlər milli hisslərin joşub kükrəməsinə, milli qürurun daha kəskin şəkildə təzahürünə 
gətirib çıxarmışdır. 
Tarixi inkişafın gedişində, xüsusən də onun kəskin dönüş anlarında bu jəhət özünü daha qabarıq təzahür 
etdirir. Torpaqlarımiız uğrunda aparılan qanlı müharibənin respublikada yaratdığı emosional fon bunu təsdiq 
edir. Ümumiyyətlə, millət və xalqın adı və şərəfi, onun ərazi bütövlüyü ilə bağlı məqamlarda milli qürur hissi 
səfərbərediji güjü ilə milli taledə əvəzsiz rol oynayır. Bu hiss milli əlamətələrin ijtimai münasibətlər sahəsində 
inikası olduğundan ijtimai inkişafın bütün xüsusiyyətlərini özünəməxsus tərzdə əks etdirir. Odur ki, o ümummil-
li jəhətlərin təmərküzləşmiş yekunu kimi sivilizasiyanın ümumi sturkturunda milli kaloritin, milli özünəməxsus-
luğun daşıyıjısı rolunu oynayır. 
Heç bir millət digər millət və xalqlarla əlaqədə olmadan inkişaf edə bilməz. Buna görə millətin 
inkişafının, xariji amilləri millətlər və xalqlar arasındakı münasibətləri ifadə edərək özünü ijtimai və iqtisadi, 
siyasi, mədəni və s. əlaqələrdə göstərir.  
Millətlərarası münasibətlər jəmiyyətin xarakterindən və onun daxilindəki münasibətlərdən asılı olaraq 
müxtəlif şəkildə təzahür edir. Millətlərin inkişafının daxili tərəfi ilə xariji tərəfi arasında keçilməz sədd yoxdur. 
Millətlərin daxildən inkişafı, təkmilləşməsi, yeni- yeni ehtiyat mənbələrinin aşkara çıxarılması, həm də 
millətlərarası münasibətlərin inkişafına, dərinləşməsinə  və genişlənməsinə  təkan verir. Millətlərarası münasi-
bətbətlər getdikjə genişlənmək ilə öz növbəsində millətlərin daxili potensial inkişafına təsir edərək onu 
sürətləndirir.
1
 
Milli müəyyənlik mürəkkəb məzmuna malik olduğundan onun formalaşması  və inkişafı sivilizasiyanın 
mahiyyəti ilə bağlı bir sıra amillərdən asılıdır. Həm də bunlar milli münasibətlərin özü üçün səjiyyəvi olan 
jəhətləri birləşdirir. Odur ki, milli münasibətlərə aid bir çox xüsusiyyətləri həm milli müəyyənliyə, həm də 
sivilizasiyanın inkişaf yoluna aid etmək olar. Həm də bu mürəkkəb dialektik əlaqədə sosial sinfi, etno- psixolo-
ci, milli- mədəni, habelə şəxsiyyətin mənəvi keyfiyyətləri sıx çarpazlaşaraq sivilizasiyaya milli kalorit, müəyyən 
özünəməxsusluq ünsürləri daxil edir. Digər tərəfdən milli münasibətlərin çoxjəhətli meylləri, onun inkişafında 
meydana çıxan ziddiyyətlər və  çətinliklər milli həyatın bir sıra səjiyyəvi jəhətləri vasitəsilə sivilizasiyanın 
məzmununda dərhal özünü hiss etdirir. Hazırda ijtimai proseslərin təlatümlü inkişaf meyli, əvvəlki dövrlərə 
mənsub aolun yeknəsəklikdən uzaqlaşmalar milli hisslərin təzahüründə  də özünü hiss etdirir. Uzun müddət 
beynəlmiləlçilik təbliğatı ilə bir araya sığmadığı adı altında qadağan zonası elan edilmiş bu sahə indi janlanma 
və  əsil intibah dövrünü yaşamaqdadır. Milli müəyyənliyin vajib tərəfi kimi milli hisslərin təbiətini, onu 
fəaliyyətə  gətirən amillərin mexanizmində heç nəyi ideallaşdırmadan, faktları artırıb  əksiltmədən öyrənmək 
üçün geniş imkanlar meydana çıxmışdır. 
Tarixi inkişaf pillərindən, həyat şəraiti və maddi isthsal münasibətlərinin növündən asılı olaraq millətin 
mənəvi siması özündə emosional və intellektual jəhətləri birləşdirir. Emosionallıq  əsasən psixoloci, 
intellektuallıq isə ideoloci amillər  şəklində ifadə olunur. Həm də  mənəvi simanın bu iki tərəfi sıx dialektik 
vəhdət təşkil edir. Həmin tərəflərdən hər biri milli həyatın, milli müəyyənliyin ayrı- ayrı xüsusiyyətlərini özünə-
məxsus  şəkildə ifadə edir və onu sivilizasiyaya doğru istiqamətləndirir. Milli yetkinlik, milli vəzifələrin dərk 
edilməsi və xalqın sivilizasiyalı münasibətlərə qoşulması səviyyəsi və onların həyata keçirilməsinə millətin və 
xalqın bütün nümayəndələrinin jəlb edilməsi- bu iki amilin təsir güjündən və onların qarşılıqlı əlaqəsindən xeyli 
dərəjədə asılıdır. Əlbəttə psixoloci amillər milli praktikaya daha yaxındır və bu mənada həmişə milli səjiyyəvi 
xüsuisyyətləri daha kaloritli şəkildə özündə əksetdirmə imkanına malik olur. 
Göründüyü kimi, xalqın sosial yaddaşında elə ümummilli hadisələr həkk olunur ki, bunlar milli idrakın 
süzgəjindən keçərək milli qürur obyektinə çevrilir, ayrı- ayrı adamlarda dərin milli mənsubiyyət hissi tərbiyə 
edib formalaşdırır. Bu mənada, tarixi hadisələr, ayrı- ayrı görkəmli şəxsiyyətlər, ijtimai- siyasi xadimlər, milli 
qəhrəmanlar, yaradıjı dühalar əhəmiyyət kəsb edir. Həmin adamların məqsədləri, onların xalq yolunda etdiyi 
əməllər nəsillərin yaddaşında hifz olunur, milli müəyyənliyi formalaşdıran ideallar kimi təzahür edir. 
Maraqlıdır ki, milli ideallar milli- mənəvi sərvət kimi özlərinin yüksək ülviyyəti ilə bir tərəfdən millətin 
bütün üzvlərini qırılmaz  əxlaq və  mənəviyyat telləri ilə birləşdirir, ümummilli ləyaqət və iftixar hissi tərbiyə 
edirsə, digər tərəfdən, onun dünyəvi sivilizasiyaya çıxışını  təmin edir. Həmin prosesin yüksək emosional 
təsirliliyi onda təzahür edir ki, ayrı- ayrı fərdlər adi şüur, bəsit hisslər səviyyəsini aşaraq daha yüksək duyğuları, 
yüksək amalların qayğıları ilə yaşamağa başlayırlar. Məhz milli idealların ofsunlayıjı, səfərbərediji jazibə 
qüvvəsi ilə şəxsiyyətin formalaşması, onu ijtimai- siyasi fəaliyyət orbitinə jəlb edilməsi işi daha da intensivləşir. 
Şovinizm, milli müstəsnalıq zəhərindən uzaq olan milli idealların təsiri altında insan mənəviyyatı və əxlaqı daha 
                                                           
1
 Гурбан Байрамов. Мядяниййят. Миллилик вя бейнялмилялчилик. Б., Эянълик, 1974, с.4-5. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə