Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   245

 
52
gəlsək, bu prosesə bizi heç buraxmazlar. Bura hər kəs öz təkrarsız, milli «mən»ini gətirib gəlir, onu itirib 
gəlmək olmaz! 
Mədəni-inqilabi gerçəkliyin suveren şüurun özü də millilik amilinə, o jümlədən milli dilə marağı ön plana 
çəkir. Bu vaxta qədərki bütün sosial, tarixi-ijtimai və  mədəni inqilabların güşə daşında məhz milli münasibət 
təlimi durub. 
 Jəmiyyətin yeni inkişaf mərhələsində insanın fəaliyyət dairəsinin daha da genişlənməsi  ədəbi prosesdə 
daha dolğun insan xarakterlərinin yaradılmasını  tələb edir. Yeni insanın ijtimai və  mənəvi mühitdə  hərtərəfli, 
inandırıjılıqla təsviri ijtimai və sosial vəziyyətlərin analitik təhlililinin dərinləşməsi təsvirdə üslub 
rəngarəngliyin çoxalması da məhz mədəniyyətin sosial-mənəvi aləminin zənginləşməsi ilə bağlıdır. 
Mövjud obyekiv dəyişikliklər  şəraitində  həyat və insan amilləri arasındakı qarşılıqlı münasibətlərin 
mürəkkəbləşməsi insanların xarakterinə də jiddi təsir göstərir. Bütün bunları genişliyi və mürəkkəbliyi ilə aşkar 
etmək üçün yeni bədii priyomlar, təsvir formaları tapılmalıdır. 
İnsanın daxili mənəvi aləminin getdikjə  zənginləşməsi,  şəxsiyyətlərarası münasibətlərin dərinləşməsi 
nətijəsində bədii ədəbiyyatda müasir insanın xarakterinin genişliyi ilə təsviri xeyli çətinləşmişdir. Bu problem 
yazıçı təsvirlərinin daha da çevikləşməsini, təsvir ustalığının artırılmasını, həyati proseslər içərisindən ümumi və 
fərdi xüsusiyyətlərin təjrid edib bədi təhlil süzgəjindən keçirilməsini tələb edir. 
Keçmiş  ədəbi təjrübələrdən fərqli olaraq, indi mənəvi aləmin təsvirinə, həyat hadisələrinin daxili-
psixoloci düşünjələrlə janlandırılmasına daha çox üstünlük verilir. Xarakterlər hərəkətlərin mexaniki təsviri ilə 
deyil, daim hərəkətdə olan fəal insanın düşünjələri, mübarizəsi, sarsıntısı və həyəjanları ilə janlandırılır. 
İnsan xarakterinin bədii  əsərdə hadisələrin qeyri-müəyyən axınında deyil, xarakterik hadisələrin 
qanunauyğun inkişafı prosesində, həyati münaqişələr və xüsusi vəziyyətlər içərisində müəyyənləşdiyi bəllidir. 
Kəskin sücet daxilində hadisələrin bir-birini əvəz etməsi və dedektiv amillərlə, süni effektlər və ədəbi priyomlar 
vasitəsi ilə diqqətin jəlb edilməsi insanların birtərəfli, sxematik təsvirinə  gətirib çıxarırsa, həyati hadisələr 
içərisində insanın psixoloci dəyişilmələrinin verilməsi, hadisələrin obrazı bütövləşdirən vasitə kimi 
səjiyyələndirilməsi insanın xarakterinin əsərdəki bütün obrazların qarşılıqlı əlaqələri fonunda açılmasına səbəb 
olur. Həyat ziddiyyətlərinin (ijtimai, təsərrüfat-iqtisadi, ailə, məişət və s.) insani münasibətlərin mürəkkəbliyi, 
hər gün qəbul edilən informasiyaların çoxalması, informasiya vasitələrinin güjlənməsi, müxtəlif idi, ekoloci 
təsirlər ədəbi müşahidələrin intensiv inkişafını və sayıqlığını vajib edir. 
Adamlararası münasibətlərin  ətraf mühitə  təsirinin artması bir tərəfdən xarakterlərin zənginləşməsinə 
səbəb olursa, digər tərəfdən yeni həyat hadisələri və münaqişələr də bədii obrazın mükəmməl, əhatəli təsvirində 
yazıçı işini xeyli çətinləşdirir, ondan daha geniş və dərin müşahidəçilik, daha səmərəli təsvir ustalığı ilə yanaşı, 
yeni təqdim və təhlil ustalığı tələb edir. Ona görə də indi sosial, iqtisadi və joğrafi mühitlər arasında insan xarak-
terinin bədii təsvir və  səjiyyələndirilməsində,  əvvəlki dövrlərdən xeyli fərqli olaraq, onun müəyyən mühit və 
vaxt çərçivəsində izlənilməsi və zahiri səjiyyələndirmədən daha çox, daxili-psixoloci təsviri üstünlük təşkil 
etməsi təbiidir. 
«Azərbayjanlılar- milliyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə  şərqlidirlər» 
(M.Ə.Rəsulzadə). 
Millətin və milli dilin adı və mənşəyi barədə yaxın keçmişdə hətta Ali Sovet və Milli məjlis səviyyəsində 
mübahisə getdiyni eşidəndə  hələ ötən  əsrin sonunun bir mətbuat padaksonu xatırlatmaq yerinə düşərdi. 
«Kəşkul» qəzetində (1890, №15) çıxan yazıda bir nəfər əjnəbi bir tiflisli azəriyə «millət» anlayışı barədə ən ib-
tidai  şəkildə  məlumat verir və «hansı millətdən olduğunu» on başa salırdı! Yüz il keçib, yeni əsr başlayıb. 
Doğrudanmı, bu xalq hələ  də «mən kiməm?», «Babam kimdir?»- sualına javab verməyə özünü hazır hesab 
eləmir? 
Hər kəs öz şəxsi şəjərəsini «əsilsiz» və «zatsız», «babasından bixəbər» elan eləyə bilər, lakin xalqı, milləti 
«babasından xəbərsiz» elan etməyə heç kəsin mənəvi haqqı yoxdur. Yüz ilin bundan əvvəlin milli şüurunun və 
bədii fikrinin bu barədə böyük narahatlığını və javabdehliyini ifadə edən son dərəjə səjiyyəvi misal kimi adını 
çəkdiyimiz yazını burada bütövlükdə xatırlatmaq yerinə düşərdi.  
Xarakterin təsvirində yazıçı təqdiminin, onun həyata baxış nöqtəsinin dəyişməsi də məhz son dövrlərdə 
daha çox diqqəti çəkir. Xarakterlərin səjiyyələndirilməisndə indi «o belədir» yox, «bax, beləyəm» prinsipinə, 
yəni obrazın içəridən, öz düşünjələri vasitəsi ilə dəyərləndirilməsinə üstünlük verilir. 
Bədii təsvirdə amillərin güjlənməsi bir tərəfdən  ədəbi prosesin özünün formalaşması  və  həyata 
münasibətinin artması ilə bədii nətijələrin daha yaxşı qavranılmasına və duyulmasına da imkan yaradır. Nəzəri 
ədəbiyyatda və ədəbi tənqiddə psixoloci nəsrin bu jəhətinin çözümündə onun müəyyən kəsir jəhətləri də qeyd 
olunur. Belə ki, xarakterləri müasir biçimdə, sırf psixoloci-fərdi təsviri çox zaman onun fəaliyyət məkanını 
kiçildir, qəhrəman öz mikromühiti çərçivəsindən çıxa bilmir. Zamana, dövrə  və hadisələrə münasibəti onun 
fərdi, özünəməxsus (dar, məhdud, bəzən də subyektiv) düşünjələri kimi görünür. Bədii obraz sosial mühit, 
jəmiyyət üçün xarakterik olmayan adi hadisələr üzərində qurulur, bu da çox vaxt konkret bədii nətijələrin hasilə 
gəlməsini çətinləşdirir. Bədii-psixoloci təsvirdə o qədər xırdaçılıqlara yol verilir, qəhrəman o qədər 
fərdiləşdirilir ki, o öz düşünjələri içərisində sanki yoxa çıxır, müasirləri ilə müqayisədə az qala «kənar adam» 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə