Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   245

 
51
mürəkkəb insanın bədii obrazının yaradılmasında psixoloci və lirik problematik təsvirsiz keçinmək mümkün 
deyildir. 
XX əsrin 70-80-ji illərində Azərbayjan yazıçıları mövjud sosial problemlərin fakta söykənən, sübut tələb 
edən təhlinini verməyə biganəlik göstərərək onu curnalistlərin öhdəsinə buraxmışdı. Vaxtı ilə aktual 
problemlərə toxunan, jiddi məsələlərlə məşğul olanlar indi tarixi və ya bədii-sənədli əsərlər yazmaqla başlarını 
qatırlar. Deməli, bədii publisistikamız itirir, bədii ədəbiyyatımız, nəsrimiz isə bundan bir şey qazana bilmir. 
Həm də  ədəbi prosesdə müşahidə olunan bu jəhət müasir həyat adamlarının özlərinə  məxsus fərdi 
xarakterlərinin açılmasına bədii obrazlarının yaradılmasına mənfi təsir göstərmişdir. Bədii publisistikamızda isə 
obrazların təsvirində, janlandırılmasında iqtisadi göstərijilərdə qiymətləndirmə kimi birtərəfli üsul davam 
etmişdir. Narahatlıq doğuran səbəblərdən biri də odur ki, bədii-publisistik  əsərlərdə iqtisadi göstərijilər 
qəhrəmanın həyaitını tamamlayan vasitəyə çevrilmiş, onların xarakterləri rəqəmlər çərçivəsində 
standartlaşdırılmış, fərdi jəhətlər üzə  çıxarılmamışdır. Ona görə  də belə  əsərlərdə adamlar təsərrüfatla bağlı 
ümumi problemlər içərisində itib batmış, mənəvi, sosial mühitdən ayrı düşmüşdür.
1
 
Milli dil söz sənəti ilə –milli ədəbiyyatla birbaşa təmasdadır. Onların tarixində  və taleyində müştərək 
məqamlar, yəqin ki, bu tarixin özü qədər qədimdir. Dil, xüsusən, onun əlifbası  mədəniyyətin taleyi ilə  ən 
yaxından bağlıdır.  Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın jismləşməsi, etnik mədəniyyətin maddi vüjud 
kəsb etməsidir. O dəyişəndə  həmin  əlifbada predmetdəşən mənəvi mədəniyyət də sonrakı  tərəqqidə  iştirak 
etməkdən qalır. İyirmi-qırxınjı illər ərzində eyni nəsl üç əlifba işlədib. İki on il müddətində xalqın əlifbası iki 
dəfə dəyişib. Nətijədə təkjə torpağımız yox, əlfibamız da iki yerə parçalanıb. İki əlifbalı bir xalq! Dünyada ikinji 
belə fenomen yoxdur. Əlifba bizim tariximizi də, joğrafiyamızı da iki yerə bölüb. Şimalımızla Jənubumuz 
arasında da Araza çevrilib. Hanısının  əlifbanın, yoxsa Arazın? Bizi daha zirehli, keçilməz sərhədlə ayırdığı 
barədə hətta mübahisə etmək olar: axı onlardan biri torpaqdan, ikinjisi mənəviyyatdan keçir! Birinjinin qılınjla 
tarix, ikinjinin qələmlə özümüz yaratmışıq. Hətta Füzuli üç dildə bir əlifbada yazıb, amma bizim xalq indi bir 
dildə, üç əlifbada yazır! Dil kimi əlifba ilə milli ruhun «mən»in arasında ağrı  və  əsəb siniri şəriklidir. Daha 
doğrusu, dil kimi əlifbada da suverenliyin statusunu ifadə edən komponentlərdən biridir, milli-mənəvi 
müstəqilliyin üzvi tərkib hissəsidir. Otuzunju illərdə milli yaddaş  və «mən»  əleyhinə çevrilən zorakı 
kollektivləşmənin- damarda kirəjləşmənin  əlifbada ifadəsi «kirilləşmə» olub. Yazıda totalitarlıq, totallaşma 
məhz kirilləşmə  şəklində meydana çıxıb. Düşünjədə bir stereotip bir qəlib, bir ştamp olduğu kimi, istəyiblər 
yazıda da bir əlifba olsun. 
 Qeyd etmək lazımdır ki, əlifba siyasi problemdən çox ekoloci problemdir. Ona mühasibatı iqtisadiyyat, 
bazar  əlaqələri kontekstində yox, mənəvi və  əxlaqi dəyər və  sərvətlər kontekstində qiymət vermək olar. 
Məsələni etiket, çap dəzgahı, piştaxta, məişət və güzəran səviyyəsində də qoymaq mümkündür, mənəvi-əxlaqi 
dəyər və sərvət, milli-mədəni tarix və tale səviyyəsində də. Hər halda elə şeylər var ki, hesab sayğajına vurmaq 
olmaz.  Ədalətin, vijdanın bərpası neçəyə başa gəlir məgər bu sualı verirlər?! Torpağın müdafiəsinin bahası 
nədir? Bu sualı da vermirlər.  Əlifba dəyişimi məhz milli müqəddəsliyə münasibətdə büraxılmış  səhv idi və 
mütləq düzəlməli idi. İndi həmin səhvimizin əlli yaşı var, sabah- yetmiş, yüz yaşlı səhvi düzəltməyin bahası da-
ha böyük olajaq.
2
 
Qəhrəmanın  şəxsi duyğuları, düşünjələri, ailə qayğıları, adamlara, ətraf mühitə münasibəti də belə 
əsərlərdə əks etdirilə bilməmişdir. 
Əslində isə iqtisadiyatın elmi-texniki amillər hesabına yenidən qurulması, şəxsiyyətin hərtərəfli inkişafı 
ədəbiyyat və injəsənətin qarşısında da böyük vəzifələr qoymuşdur. İjtimai inkişafın gedişi, həyatın gündən-günə 
yeniləşərək dəyişməsi mənəvi mühitin də  həmahəng olaraq yenilişməsini və  təkmilləşməsini tələb edir. Bu 
qarşılıqlı prosesdə  ədəbiyyat həyatın bədii təsvirində yeni keyfiyyətlər qazanır. Jiddi və  kəskin həyat 
problemlərinin əks etdirilməsi, zamanın ön plana çəkdiyi müasir fəal insanın bədii obrazının yaradılması, yeni 
həyat hadisələri  şəraitində onun müsbət və  mənfi bədii axtarışlarının  əsasını  təşkil edir. Qəhrəmanın zamana 
uyğun və zamanla müqayisədə müəyyənləşən xarakteri nə qədər əhatəli və hərtərəfli təsvir olunarsa, əsərin bədii 
nətijələri də müasir tələblərə o qədər ətraflı javab vermiş olar. 
Ədəbiyyat və injəsənətin inkişafında başlıja xətt xalqın, müasir insanın həyatı ilə  əlaqəni 
möhkəmləndirməkdə, mövjud gerçəkliyi yüksək bədiiliklə əks etdirməkdən, qabaqjıl jəhətləri ilhamla və parlaq 
surətdə göstərməkdən ibarətdir. 
İjtimai gerçəklikdə mənəvi bir sərvət kimi vijdanın və digər əxlaqi dəyərlərin hansı yeri tutduğunu məhz 
dilə baxıb, səhvsiz təyin etmək olar. Onlar həyatda reallaşa bilməyəndə də, heç olmasa, sözdə, dildə realaşırlar. 
Zorakılıq dövründə isə həm həyatdan, həm də dildən eyni vaxtda qovulurlar. Və dil ən əbədi vəzifəsini mənəvi 
sərvətlər dövriyyəsində irsiliyin fasiləsizliyi üçün müqəddəs javabdehliyini itirmiş olur. 
Sivil dünyanın bu vaxta qədərki bütün tarixi göstərir ki, millətlər arasındakı qarşılıqlı mənəvi zənginləşmə 
məhz fərqli, fərdi, milli sərvətlər arasında zənginləşmə prosesidir. Bura əliboş, paysız, hədiyyəsiz,  əlavəsiz 
                                                           
1
 Бах: Исмайыл Вялийев. Эюстярилян ясяри. с.297-298 
2
 Йашар Гарайев. Эюстярилян ясяри. с.463-464 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə