Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


 Mədəniyyətin qorunması və müdafiəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   245

 
57
1.13. Mədəniyyətin qorunması və müdafiəsi 
 
 
Mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və 
əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları  təkcə olduqları formada, ilkin vəziyyətlərində 
saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda onlardan istifadə etməyi bacarmaq təşkil edir. 
Mədəni irs müasir mədəni hadisələrin funksiyalarını özündə cəmləşdirir. Bütün bunlarla yanaşı mədəni irs, 
bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri 
mədəni irsin qorunması və müdafiəsinin təminidir. Bütün cəmiyyətlərdə bu prosesə diqqətlə yanaşılır. Bütün başqa 
ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla qarşılıqlı  əlaqə, 
əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, 1972-ci ilə Yuneskonun tərkibindəki ümumdünya mədəni və təbii 
irsinin qorunması haqqında Konvensiya (1972-ci il) və Tarixi ansamblların qorunması üzrə tövsiyələr (1976) 
hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni əməkdaşlıq sisteminin yaradılması oldu. 
Komitənin ümumdünya mədəni irsinin siyahısına Azərbaycan memarlığının bir neçə abidə ansamblı  və 
abidəsi daxil edilmişdir. Bunlar aşağıdakılardır: Naxçıvanda Əcəmi yaradıcılığının şah əsəri Mömünə xatun və 
Yusif ibn Küseyr türbələri, Bakıda Qız qalası,  Şirvanşahlar sarayı ansamblı,  Şəki Xan sarayı. Bu abidələrin 
dünya mədəni irsinin siyahısına daxil olması həmin abidələrin sivilizasiyaların təsiri ilə əlaqələndirilərək onların 
beynəlxalq səviyyədə müdafiəsini təmin edir. 
Tarixi və mədəni sərvətlərin qorunması və müdafiəsi bir çox digər beynəlxalq aktların hazırlanmasını da 
həyata keçirir. Bu mənada YUNESKO-nun sıx  əməkdaşlıq apardığı  təşkilatlardan biri də tarixi yer və tarixi 
abidələrin qorunması üzrə Beynəlxalq  şurası – İKOMOS-dur. Bu təşkilat 1965-ci ildə 88 ölkənin 
mütəxəssislərinin səyi ilə yaradılaraq  əsas məqsədi tarixi mədəni abidələrin bərpası  və konservasiyasıdır. 
İKOMOS-un təşəbbüsü ilə dünyada mühafizə işi ilə bağlı bir sıra təkmilləşdirici əhəmiyyət kəsb edən sənədlər 
qəbul edilmişdir. Bunların arasında tarixi park və bağların qorunması üzrə Florenti Beynəlxalq Xartiya (1981), 
Tarixi yerlərin müdafiəsi üzrə Beynəlxalq Xartiya (1987), Arxeoloji irsin istifadəsi və qorunması üzrə 
Beynəlxalq Xartiya (1990) hazırlanmışdır. 
Ümumdünya tarixi – mədəni irs məsələləri ilə  məşğul olan və xüsusilə  bərpa, konservasiya sahəsində 
Benəlxalq tədqiqatlar aparan təşkilatlardan biri də Roma mərkəzidir (İKOMOS). Bu təşkilatın 80 ölkədən çox 
nümayəndəsi mövcuddur. Bu mərkəz abidələrin qorunması, bərpası üzrə mütəxəssislərin hazırlanması, 
tövsiyələrin tərtibinə nəzarət edir, elmi tədqiqatçıların fəaliyyətini əlaqələndirir. 
 
1.14. Mədəniyyətdə mentalitet problemi 
 
 
Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. 
Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi 
mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində 
«əql, düşüncə  tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni 
ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, - desək, 
yanılmarıq. 
İnsanların təfəkkürü haqqında danışılarkən antropoloji və ya mədəni ştrixlər nəzərə alınır. Mentallıq fərdi 
və kollektiv şüurun spesifik səviyyələri ilə  səciyyələndirilir. Bu səciyyəsinə görə, mentallıq təfəkkürün 
özünəməxsus tipidir. Hər hansı bir konkret ictimai və ya şəxsi hadisəyə fərdi münasibətə əvvəlki sosial təcrübə
sağlam düşüncə, maraqlar, emosional təəssürat da təsir göstərir. Bunun ardınca qeyd etmək olar ki, mentallıq 
insanın özündən çox-çox əvvəllərdən mövcud olan təbii və sosial komponentlərin ümumiliyidir. 
Müstəqil fenomen kimi mentallığı ictimai əhval-ruhiyyədən, qiymət dəyərlərindən, ideologiyasından 
fərqləndirmək lazımdır. O, daha çox davamlı vərdişləri, bacarıqları, kollektiv və emosional şablonları təzahür 
etdirir. Dəyərlər dərk ediləndir, onlar həyat qaydalarını müəyyən edir. Mentallıq isə psixikanın  ən dərin 
qatlarından çıxış edir, onun daşıyıcıları heç də həmişə onu şifahi, əyani şəkildə ifadə etmirlər. Mentallıq daha 
çox tədqiqatçılıq yolu ilə digər mentallıqlarla müqayisədə öyrənilir. 
Mentallıq və ideologiya bir-birindən fərqlənir. Mentallıq da ideologiya kimi hərəkət tərzlərini əsaslandırır, 
lakin heç də həmişə davranış sxemlərini, hesabatlarını nəzərdə tutmur. İdeologiya isə, təfəkkürün forması kimi 
daha təhliledici məzmun kəsb edir. Mentallığın xarakterinə ənənələr, mədəniyyət, bütün sosial strukturlar təsir 
edir. 
Mentallıq anlayışından arxaik quruluşların, mifoloji şüurların təhlilində daha çox istifadə olunur. Müasir 
gündə o daha geniş miqyas almışdır. Bu anlayışdan müxtəlif tiplərdən olan birliklərin mənəvi, ruhi həyat 
tərzlərinin müqayisəsi və ya öyrənilməsində daha məqsədəuyğun  şəkildə istifadə edirlər. Xüsusilə, Avropa və 
Amerika, Qərb və Afrika mədəniyyətlərinin fərqləndirilməsi, müqayisəsi zamanı  əlverişli  şəkildə istifadə 
məqsədəuyğundur. Bundan əlavə, mentallığın köməkliyi ilə Avropa mədəniyyətinin ayrı-ayrı tarixi inkişaf 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
58
mərhələlərinin (antik, orta əsrlər, yeni dövrün) xarakteristikası da verilir. Hətta totalitar və bürokratik mentalitet, 
milli və uşaq mental şüuru haqqında da şərhlər mövcuddur. 
Amerikan filosofu R.Emerson «mentallıq» anlayışını  dəyər və  həqiqətlərin ilkin mənbəyi olan ruhun, 
mənəviyyatın metafizik əhəmiyyəti haqqında təhlillərində tətbiq etməklə, bunu elmə gətirmişdir. 
Bundan sonra kulturologiyada bu mədəniyyət tipi tədqiqat obyektinə çevrildi. 
«Amerikada demokratiya» (1835) kitabının müəllifi fransız sosioloqu A. de Tokvil ABŞ-da ictimai şüuru 
tədqiq edərək amerikalının milli xarakterinin formalaşmasında ilkin vərdiş, ehtiras, düşüncələrin mənşəyini, 
başlanğıclarının tədqiqinə cəhd göstərmişdir. Tokvil belə bir nəticəyə gəlir ki, ABŞ-da yaşayan hər kəs öz əqli 
fəaliyyətini eyni qaydalara istiqamətləndirir. Bu isə kollektiv mentallıq haqqında ideyanın formalaşmasına təkan 
verdi. 
Kulturologiyada mentallıq, mentalitet problemləri alman-amerikan alimi E.Frommun, c.Lefevr, L.Fevr, 
M.Blok və digərlərinin tədqiqatlarında da özünəməxsus yer tutmuşdur. 
Mentallıq problemi görkəmli psixoanalitik Z.Freydin yaradıcılığında da mühüm yer tutur. Xüsusilə, onun 
kollektiv psixologiyaya aid tədqiqatlarında bu problem özünün əhəmiyyətli yerini tutmuşdur. O, kollektiv 
psixologiyasını öyrənmək məqsədilə «arxaik» irsə, sosioloji, intellektual və mənəvi məqamlara istinad edir ki, 
bu da mentallıq haqqında təsəvvürlərin formalaşmasına yaxından kömək edir. 
 
 
1.15. Elitar və kütləvi mədəniyyət anlayışları. 
«Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri 
 
 
«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil 
edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını 
zəruriləşdirən  ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi 
haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir. 
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların  əsərlərində 
təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər 
bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. 
Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji 
ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir. 
Elitistlər («elita» sözü mənşəcə fransız «elite» sözüdür, mənası  «ən yaxşı, seçilmiş» deməkdir. Elitist – 
elitizm nəzəriyyəçisidir) təsdiq edirlər ki, hələ lap qədimlərdən insanlıq iki təbəqəyə – hökmranlıq edən qrup və 
kütləyə – bölünürdü. Bu nəzəriyyəyə görə elitanın  əlində xüsusi qabiliyyət və idarəetməyə xas olan siyasi 
hakimiyyət gəlməlidir. Xalq kütlələrini isə elitistlər elitanın hər bir əmrini gözüyumulu şəkildə  həyata keçirən 
kütlə kimi qiymətləndirirlər. Sözsüz ki, bu nəzəriyyələr istismarçı siniflərin özünəməxsus ideologiyasının ənənəvi 
baxışlarının nöqteyi-nəzərləridir.  
Əsrlər boyu elitizm «kütləvi cəmiyyət» haqqındakı  təlim və  nəzəriyyələr, burjua ideologiyası, kapitalist 
istismarının məhsulları, nəticələri kimi qiymətləndirilir və şərh olunurdu. Bu barədə yüzlərlə əsərlər, elmi-tədqiqat 
işləri araşdırılaraq təhlil edilib. Bu təhlillər sovet quruculuğu illərində SSRİ-də, habelə sosializm quruluşunu seçən 
kommunist ideologiyalı ölkələrdə, həmçinin Azərbaycanda, «bizim cəmiyyətə» yad bir təlim kimi çatdırılıb. Güya 
kommunizm quruluşunda belə nəzəriyyələr qeyri-mümkündür. 
Əslində bu problemlərin kökünü tarixin inkişafında bu təlim və  nəzəriyyələrin təşəkkülündə axtarmaq 
lazımdır. Elitizm nəzəriyyələrinin yeni təlimlərinə tarixdə xalq kütlələri və  şəxsiyyətin roluna idealist baxışın 
sadəcə olaraq köhnə  təkrarı kimi yanaşmaq düzgün olmazdı. Bu təlimlərin müəllifləri müasir ictimai 
münasibətlərin daha elmi təhlillərini verməyə çalışaraq ən yeni arqumentlər axtarır və qəti şəkildə inandırmağa 
çalışırlar ki, yalnız elitizm və «kütləvi mədəniyyət» probleminin düzgün mövqeyini öyrəndikdən sonra 
zəmanəmizə xas olan dinamik hadisələrin, sülh və müharibələrin səbəblərini tapmaq olar. 
Elita və «kütləvi cəmiyyət» nəzəriyyələri geniş vüsət tapmış digər kulturoloji və sosioloji nəzəriyyələrlə 
sıx bağlıdır. Bunlar inhisarçı imperializmin mahiyyətini  şərh edən sosial stratifikasiya, sosial mobillik, 
«kapitalizmin transformasiyası» haqqındakı təlimlərdir. 
Bəs ümumiyyətlə elitizm nəzəriyyələrinin mənşəyi necədir? Bu nəzəriyyələrin kökü haradan başlanır?  
Tərəqqipərvər Amerika sosioloqu Barkli yazır ki, elitizmin genealogiyası Platondan Nitsşeyə, daha sonra 
Hitlerə ötürülmüşdür. Bu ifadədə müəyyən həqiqət mövcuddur.  
Gəlin bu nəzəriyyələrin mənbələrini araşdıraq. 
Hələ marksizm təşəkkül tapmamışdan çox-çox əvəllər yüz illər  ərzində belə bir təsəvvür hakim mövqe 
tuturdu ki, tarixi prosesi irəliyə aparan, onu inkişaf etdirən istismarçı  təbəqədən çıxmış ayrı-ayrı görkəmli 
şəxsiyyətlər olub və xalq kütlələri heç bir tarixi yaradıcılığa malik deyil. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə