Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə226/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   245

 
328
istedadlı xalq yazıçısı idi. O, 1847-ci ildən 9 seçilmiş  nəsr  əsərlərindən ibarət kitab, şer kitabı, təmsillər nəşr 
etmişdir. Lujits mədəniyyəti tarixinə o xalq müdrikliyinin yorulmaz yazıçısı kimi daxil olmuşdur. 1902-ci ildə o, 
«Serb atalar sözləri»ni çap etdirmişdir. 1907-ci ildə onun «Tapmacalar» toplusu (bura 900 tapmaca daxil idi) 
nəşr edilir. O həm tarixi, həm də müasir süjetlərə hekayələr yazırdı. Onun «Yan Manya» adlı novellası daha çox 
diqqət cəlb edir. Burada Kaliforniyaya müraciət etmiş lujitsin mürəkkəb taleyi əks olunmuşdur. Lujits öz vətəni 
üçün darıxır və nəhayət geri qayıdır. 
Serb-lujits  ədəbiyyatının klassiki Yakub Bart-Çişinski lujits ədəbiyyatını ümumavropa səviyyəsinə 
qaldırmışdır. O bir çox Avropa dillərini bilir, doğma dilə Homerin hekzametrlərini, Şeksprin sonetlərini, Ler-
montovun  şerlərini və s. tərcümə etmişdir. Öz ədəbi proqramına o, «kəndlilər üçün milli məzmun daşıyan 
əsərlərin yaranmasını» daxil etmişdir. Buna misal olaraq onun «Nişanlı» (1847) eposunu, «Qoca serb» adlı ta-
rixi şer dramını və s. yazmışdır. Lujits kəndliləri yunker və kapitalistlərdən qoruyaraq kəskin satiralar yazmışdır. 
Bu satiralar onun yaradıcılığının realistik gücünü sübut edir. Xalq ənənələrini qoruyaraq Çişinskiy fəlsəfədə və 
ədəbiyyatda yaranan yeni cərəyanları (məsələn; naturalizm) inkar edirdi. 
Serbiya və Çernoqoriya ədəbiyyatı. 
Bu ölkələrin  ədəbiyyatı slavyan xalqlarının  ədəbiyyatının təsiri altında inkişaf edirdi. Romantizmin 
ənənələri geniş yayılmışdı. Serbiyada romantik poeziya sahəsində üç dahi şair böyük uğurlar əldə etmişdilər.  
İ.İ.Zmay (1833-1904) lirik, silsilə əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. «Qızılgül», «Solmaz güllər» 
şerlər toplusu nəşr olunub.  
Ç.Vakşiç (1832-1878) – «Torpaq», «Dərzi qadın» kimi poemalarında yaşıdığı zəmanədən şikayətlənərək 
satirik duyğulu əsərlər yaratmışdır. 
L.Kostiç (1845-1910) poeziyası XX əsrin sonlarından tədqiq olunmağa başlamışdır. O, faciələr müəllifi 
kimi məşhurlaşmışdır. «Serblərin köçürülməsi» ən məşhur romanlarındandır. 
Çernoqoriya ədəbiyyatının görkəmli nümayəndələri S.Markoviç, M.Mişiç, L.Lazareviç, Y.Veselinoviç və 
b. olmuşlar. S.Markoviç (1846-1875) realizm nümunələrini üzə çıxaran bir çox məqalələrin müəllifidir. «Poe-
ziya və düşüncələr», «Reallıq və poeziya», «Xalq və yazıçılar» kimi məqalələrdə realizm nəzəriyyəsini  əks 
etdirmişdir. 
Yeni realist poeziyanın inkişafı S.Matavulyanın (1852-1908) yaradıcılığı ilə bağlıdır. «Uskok», «Bakonya 
fra Brne» romanlarının, bir çox hekayə, ədəbi-tənqidi məqalələrin müəllifi kimi şöhrət qazanmışdır. 
Məşhur komedioqraf Branislav Nuşiç (1864-1938) ömrünün əlli ilindən çoxunu milli teatra və ədəbiyyata 
həsr etmişdir. Bir çox yumoristik hekayələr və felyetonlar yazmışdır. «Xalq deputatı», «Yarpaqlar», «Şübhəli 
şəxs» əsərlərinin müəllifidir. 
Xorvatiya ədəbiyyatıƏdəbiyyat xalqa təkan verən, xalqı milli azadlığa çağıran yeganə vasitə idi. Bunu 
sübut edən amillərə M.Boqoviçin yaradıcılığında rast gəlmək olar (1816-1893). Xüsusən də bu amilləri onun 
kəndli hərəkatını təsvir edən «Matiya Qubets, kəndli şahzadəsi» pyesində görmək olar. 
Realizmə doğru dönüşə «Visnats» (1869-1903) jurnalının naşiri, publisist A.Şenaa nail olmuşdur. 
Yaradıcılığa romantik şair kimi başlamışdır. Daha sonralar isə tənqidi əsərləri ilə çıxış etmişdir. «Zərgərin var-
dövləti», «Kəndli üsyanları» kimi əsərlərlə yanaşı o, bir çox tarixi əsərlərin yaradıcısı kimi də tanınmışdır. Bu 
əsərləri o, faktlara və  sənədlərə  əsasən yazmışdır. Daha sonra realizmi onun davamçıları olan A.Kovaçiç, 
Y.Kozarts, E.Kumiçiç təbliğ etmişlər.  
E.Kumiçiç (1850-1904) yaradıcılığı müasir cəmiyyətin romanlarda təsviridir. «Olqa və Lina», «Xanım 
Sabina», «Yetim» romanlarında burjua cəmiyyətini tənqid atəşinə tutmuşdur. 
S.S.Krançeviç (1865-1908) – faciəli şerlər müəllifi kimi tanınmışdır. «Seçilmiş şerlər», «Şerlər» adlı şer 
kitablarının müəllifidir. 
Xorvatiya ədəbiyyatı XIX-XX əsrlərdə digər mərkəzi və cənub-şərqi Avropa ölkələrində olduğu kimi ro-
mantizm və realizm cərəyanlarının bir-birini əvəz etməsi ilə xarakterizə olunur. 
Macarıstan. 
 İncəsənət.  Macırıstanda azadlıq hərəkatının güclənməsi, xalqın azadlıq  əhval-ruhiyyəsinin artması öz 
əksini incəsənətdə, elmdə tapdı. 
Ədəbiyyata nisbətən təsviri sənət zəif inkişaf edirdi, aparıcı yeri memarlıq tutur. cəmiyyətin diqqətini 
klassik üslublu memarlıq nümunələri cəlb edir. Bütün ölkədə ictimai, təhsil, mədəni binalar tikilməyə başlayır. 
Peşt və Buda şəhərlərində (Əvvəl hələ birləşməmişdilər) tikinti işləri sürətlə aparılırdı.  
Bu dövrün məşhur memarı Mixail Pollak olmuşdur. Onun yaradıcılığının zirvəsi Budapeşt muzeyi hesab 
edilir. Bu, klassisizmin ən gözəl nümunəsi olmuşdur. Heykəltəraşlığın inkişafı daha çətin şəraitdə baş verirdi. 
Maddi cəhətdən baha olduğundan memarlıq tikililərində heykəltəraşlıq istifadə olunmurdu. Bu da 
heykəltəraşları sənətkarlarla eyni səviyyəyə salmışdır. 
Heykəltəraşların nümayəndələrindən Vyana akademiyasının banisi İştvan Ferensinin adını  çəkmək olar. 
O, «Pastuşka» və «cokonda» heykəllərinin müəllifidir. Onun hazırladığı Korvinin «Atlı» heykəli uğur  əldə 
etmişdir. İtaliya təsiri ilə yaratdığı bu heykəl daha çox antik ənənələrlə dolu idi.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
329
XIX-XX  əsrlərdə  rəngkarlığın inkişafında mühüm yer portret və  mənzərə janrına verilirdi. Mənzərə 
rəngkarlığının inkişafında Karoya Markonun yaradıcılığının böyük əhəmiyyəti olmuşdur.  İlk dəfə Macarıstan 
təbiəti onun əsərlərində  təsvir olunmuşdur. «Vişeqrad»  ən məşhur  əsərlərindəndir. Yaradıcılığına  İtaliya 
rəngkarlığı ilə tanışlıq müsbət təsir göstərmişdir. «Alfid mənzərəsi»ndə bunu daha aydın göstərmək olar. 
Mikloşa Barabaşanın rəngkar və qrafik kimi fəaliyyəti Macarıstan təsviri sənətində xüsusi yer tutur. Bu 
janrlarda işləsə də xüsusi yer portret janrına verilir. Janrın, rəngkarlığın banisi hesab edilir. «Rumın ailəsi» əsəri 
janrın, rəngkarlığın nümunəsidir.  İnqilabdan sonra inqilabın mədəniyyətə  təsiri olduqca böyük olur və bütün 
yaranan əsərlər inqilabi pafosla dolur (1848-ci il inqilabı). Ədəbiyyatda olduğu kimi təsviri sənətdə də romantik, 
XX  əsrin  əvvəllərində isə realist istiqamətlər yaranır. Bütün bu əlamətləri rəngkarlıq  əsərlərində müşahidə 
etmək mümkündür. Tədricən tarixi janr inkişaf etməyə başlayır. Tarixi janrın görkəmli nümayəndəsi Viktor 
Madaras olmuşdur. «Laslo Xunyandinin ağlaşması», «Zrini və Franqeran» kimi əsərlərin müəllifidir. 
«Ağlaşma» əsərində inqilabda həlak olmuş qəhrəmanları təsvir etmişdir.  
Tarixi janrda işləyən rəssamlardan B.Sekey, Ş.Vaqner, D.Bentsur, M.Madaras kimi rəssamların adlarını 
çəkmək olar. Macar incəsənətində qrafika ustası Mixail Ziçinin adını çəkməmək qeyri mümkündür. O, bir çox 
ədəbi əsərlərə illüstrasiyalar çəkməklə məşğul olmuşdur. 
Mikkoş İjo – görkəmli heykəltəraş olmuşdur, ilk dəfə o yaradıcılığında kəndli obrazı yaratmışdır. Onun 
yaradıcılığı patriotik ideyalarla dolu olmuşdur. O, şair Şandor tetefiyə heykəl-abidə hazırlayarkən vəfat etmişdir.  
Mikay Minkaçi görkəmli rəssam kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa sənətkar emalatxanasında 
başlamışdır, bir müddət Parisdə yaradıcılıq fəaliyyəti göstərmişdir. 1869-1870-ci illər arasında «Ölümə məhkum 
olunmuşun kamerası»  əsərini yaratmış, bu əsər dövrün sosial ziddiyyətlərinin bədii  əksidir. Uzun müddət bu 
əsər üzərində işləyən rəssam bir neçə eskiz və etüdlərlə bu mövzuya müraciət etmişdir. Əsərin baş qəhrəmanı 
kasıb, köməksizlərin müdafiəçisi olmuşdur. «Gecə  səfilləri», «Nahardan sonra görüş»  əsərləri daha 
diqqətəlayiqdir. 
Sandor Bixari Minkaçinin təsiri ilə yaradıcılığa başlamışdır. mənzərə janrını XX əsrin  əvvəllərində Pal 
Sinen Meris inkişaf etdirmişdir. «Yelləncək», «May gəzintisi» kimi əsərlərə  şən  əhval-ruhiyyə, parlaq kalorit 
xasdır. 
Bu dövrün nəhəng memarlıq abidəsi 1884-1904 illər ərzində İmre Şteynenin rəhbərliyi altında tikilən parla-
ment binası olmuşdur. 
XIX-XX əsrlərdə incəsənətin inkişafını şəhər meydanında, küçələrdə, iri parklarda yaranan abidələr sübut 
etsə də, digər ölkələrlə müqayisədə bu ölkədə incəsənətin səviyyəsi, həlli priyomları olduqca zəif olmuşdur. La-
kin bütün bunlara baxmayaraq təsviri sənətdə Milli ruh, millilik xüsusiyyətlərinin olmasını müsbət hal kimi 
qəbul etmək olar. 
ƏdəbiyyatXIX əsrin II yarısında Macar ədəbiyyatında romantizm mühüm rol oynayırdı. Bununla belə
bu dövrdən başlayaraq tənqidi realizmin təməli qoyulur. Macar romantizminin əsas idealı Milli azadlıq idi ki, 
burada  şəxsi azadlıq haqqında heç düşünülməmişdi.  Ədəbiyyatda «təbiilik», reallıq artırdı. Xalq məktəbinin 
başçısı olan tənqidçi və yazıçı Pol Dyulay (1826-1909) realist-estetikanı ilk olaraq zənginləşdirmişdi. O, həm də 
«Köhnə malikanənin sonuncu sahibi» adlı (1857) povestin də müəllifi idi. Bu povest realist səpkidə yazılmışdır. 
Burada tərs maniakal mülkədar traqikomik obraz kimi yadda qalır. 
Bu dövrə aid olan İmri Madaça və Yanoşa Vaydu kimi ədiblərin də adını çəkmək yerinə düşər. Onların 
hər ikisinin yaradıcılığında faciəvi  əhval-ruhiyyə görmək olar. Bu faciəlik pessimizmlə bağlı deyildir. 
Zadəganlığın ümidləri doğrultması belə faciəli səbəb olurdu. 
Emre-Madaç (1823-1864) özü zadəgan ailəsinin bir üzvü olmuşdur. Onun «İnsanın faciəsi» (1861) əsəri 
bəşəriyyətin lap qədim dövrdən (Qədim Misir) başlayaraq təsəvvür edilən gələcəyə qədər (Buz bağlamış yer bir 
dövrü  əhatə edir. Burada iştirak edən 3 əsas obrazdan biri olan Lyudsfer Adəmi Həvva ilə birlikdə  qədim 
dövrdən, antik dövrdən, qaranlıq orta əsrlərdən, inqilabi Fransadan, İngiltərədən keçirir, ona barbarlıq göstərir. 
Burada Həvva artıq ruhdan düşmüş Adəmi sevindirəcək və Lyudsferi rüsvay edərək uşaq gözlədiyini bildirir. 
Buradan belə bir söz meydana çıxır ki, «İnsan mübarizə aparmalı və inanmalıdır».  
Madaç həm də lirik-fəlsəfi şerlər də yazmışdır. O, 1862-ci ildə «Mozeş» dramını yazır. 
İlk böyük macar rəssamı olan və qəti qərarla bu sahədən ayrılan şair Yanaş Vayda (1827-1897) idi. Kiçik 
məmur olan Vaydanın ümidlərini liberal-zadəganlar doğrultmuşdular. Məhz bu dövrdə  də onun poeziyası 
faciəvi, kədərli notlarla zəngin olur. Bu bəzən Lermontov tərzinə  də  bənzəyirdi. Onun lirikası bu allahsız və 
başqa sakitləşdirici illüziyaların olmadığı bir dünyadır. 
Vayd lirik sevgi şerləri («Sevginin lənəti» və s.) yazır. Bu sevgi lirikasının motivlərinə vəfasızlıq, soyuq 
xəyanət hissi xasdır. 
Digər realist şair Yanoş Azan demokrat olmuşdur: «Keçmişə bir nəzər» və s. kimi lirik şerlər yazmışdır.  
Bu dövrdə yaşayıb yaratmış nasirlərdən biri Daslo Aran olmuşdur. Onun şer şəklində yazdığı «İlğımlar 
qəhrəmanı» romanı marağı  cəlb edən  əsərlərdəndir. Bu əsərlərdə zadəganın zəngin halı  təsvir edilir. O öz 
istəklərinə çatmaq üçün mütləq vasitələrdən istifadə edir. Lakin heç bir şey alınmadığını görüb bütün ümidlərini 
üzür. Bu əsərdə əsas o fikir qeyd olunur ki, insan gərək boş arzulara uymasın. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə