Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə228/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   245

 
332
göstərir. O, gələcəyə böyük inamla baxmır, nə keçmişə «əlvida» deyir, nə də müasirliklə axıradək vəhdətdə olur. 
Bu xüsusiyyətlər onun antisosiallığını nümayiş etdirir. Modernizm melanxoliya, dekadans-tənəzzül ilə 
çulğalanmış bir cərəyandır. Ona görə  də, modernizmin bir çox tərəfləri özünün gələcək inkişafını avanqarda 
davam etdirir. Bu mənada avanqard daha ardıcıl və  məqsədə  səciyyə  kəsb edir. Avanqard cəmiyyət və elmə 
müraciət edən, gələcəyə istiqamətlənmiş modernizmdir. 
«Modern» üslubu (1890-1910) modernizmdən avanqarda keçid cərəyandır. Onun görkəmli nümayəndələri 
Belçikada X.Van de Velde, Avstriyada Y.Olbrix, İspaniyada A.Qaudi, Şotlandiyada Ç.Makintoş, Rusiyada 
F.Şextel hesab edilir. Bu cərəyan daha çox memarlıq və dekorativ-tətbiqi sənət də geniş vüsət tapmışdı. «Mod-
ern» bir çox hallarda simvolizmi davam etdirir, burada demək olar ki, tənəzzül halı yoxdur. «Modern»in əsas 
manifesti «incəsənətdə total yeniləşməni» təkid etmək idi. «Modern»in nümayəndələri müasir texniki-
konstruktiv imkanlardan geniş şəkildə istifadə edir, lakin bununla yanaşı, maşınlara etimadsızlıq göstərirdilər. 
«Modern» «sənət sənət üçündür!» konsepsiyasını qəbul etmir, anarxizmə maraq göstərir, ictimai həyatı sənətin 
köməyi ilə yenidən qurmağa cəhd edir. 
Avanqardın ilk cərəyanı fovizm (190-1908) hesab olunur. Bu cərəyan romantizm, impressionizm, postim-
pressionizm xəttini davam etdirərək Şərq və Afrika sənətinin təsirlərini özündə birləşdirirdi. Onun əsas tərəfdarları 
A.Matiss, M.Vlamink, A.Deren, A.Marke hesab edilir. Onlar incəsənət qarşısında «bənzətmə» deyil, daxili həvəs 
əsasında «reallığı qurmaq», «dünyanı yenidən yaratmaq» məqsədini qoymuşlar. Bu cərəyan üçün əsas keyfiyyət
ifadəlilik, bunun üçün təmiz vasitələrin tanılmasıdır. Bu zaman başlıca ünsür təmiz rəng hesab edilir. Bu cərəyan 
incəsənətdə fərdi, şəxsi, subyektiv başlanğıcın inkişafına kifayət qədər təsir göstərdi.  
Modernizm və avanqardın əsas cərəyanlarından olan ekspressionizm (1905-1920) Şərq sənətinin təsirində 
təşəkkül tapmışdı. Bu ruhda çəkilmiş ilk nümunə Norveç rəssamı E.Munkun «Çığırtı» (1893) əsəridir. Alman 
rəssamlarından E.Kirxner, E.Nolde, M.Pexşteyn, F.Mark, P.Kleye bu cərəyanın ən məşhur nümayəndələridir. 
Rusiyada bu cərəyana çox yaxın olan rəssamlardan M.Larionov və N.Qonçarovanın adlarını çəkmək olar. 
Ekspressionizm ənənəvi sənətdən daha qabarıq şəkildə qırıldığını nümayiş etdirərək gələcəyə açıq formada cəhd 
göstərir. Adından məlum olur ki, bu sənətdə ekspressiya, yəni ifadəlilik başlıca yer tutur. Bu məqsədə nail ol-
maq üçün təsvir olunan əşyanın proporsiyasının pozulmasına və deformasiyasına ciddi şəkildə yol verilir. 
Ekspressionizm ifadə vasitələrinin seçimində, subyektiv başlanğıcın güclənməsində geniş  şəkildə 
maksimalizmə yol verir. Ekspressionist-rəssamlar daxili mənəvi gərgin formalar yaratmışlar. Onlar öz 
rəsmlərini parlaq, acı  qırmızı  və ya göy rəngli boyalar əsasında yaradırlar. Ekspressionizm irrasionalizm 
fəlsəfəsinə, V.Diltey, F.Nitsşe, Z.Freyd konsepsiyalarına  əsaslanır, elmə skeptik münasibət bəsləyirlər. Bu 
cərəyan üçün sosial və antihərbi mövqe əsas yer tutur. O həyata faciəli münasibəti fiadə edir. 
Avanqardizmin mühüm cərəyanlarından birini də kubizm təşkil edir (1908-1930). Onun görkəmli 
nümayəndələri P.Pikasso, J.Brak, F.Leje, R.Delone hesab edilir. Bu rəssamlar bədii dilin yeni radikal 
yeniləşməsinə  cəhd göstərirlər. Sənət bu sənətkarlar üçün müstəqil  əhəmiyyət kəsb edən plastik formalar 
deməkdir. Bu cərəyan müasir elmə, xüsusilə, A.Eynşteynin, A.Puankare, Q.Minkovskinin nəzəriyyələrinə isti-
nad edir. Pikasso kubizm haqqında deyirdi ki, o gördüyünü deyil, bildiyini çəkir. Onun məşhur  əsərlərinə 
«Avyon gözəlləri», «Üç maskalı musiqiçi», «Sülh göyərçini» aiddir. Kubizmdə müasir sivilizasiyasının başlıca 
atributlarına – zavod, boru, şüşə qab çap mətnləri, çətir və sairənin təsvirinə üstünlük verilir.  
Avanqardizmin radikal variantı olan futurizm (1909-1925) daha çox İtaliyada geniş vüsət tapmışdı. Onun 
nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdu. 
Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. Onlar sənaye 
sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. 
Əvvəlki estetikanın  əvəzinə onlar enerji və sürət estetikasına, «lokomotiv, avtomobil estetikası»na 
üstünlük verirdilər. Bu cərəyan yüksək səviyyədə sosiallaşdırılmış və siyasiləşdirilmişdir. 
Avropa avanqardının sonuncu cərəyanı sürrealizm (1924-1940) simvolizmin, ekspressionizmin və da-
daizmin təsiri altında təşəkkül tapmışdır. O geniş miqyasda beynəlxalq vüsət tapmışdı. Onun başlıca 
nümayəndələri Fransada A.Breyton, İspaniyada S.Dali, Belçikada R.Maqritt, İngiltərədə Q.Mur sayılır. Bu 
cərəyan Z.Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir. Bu cərəyan subyektivizmin qatı 
formalarının tərənnümçüsüdür. Surrealistlərin ilham mənbəyini fantastik yuxular, qarabasmalar təşkil edir. 
S.Dali bu cərəyanın aparıcı nümayəndəsidir. Onun «Üzən zürafə», «Vətəndaş müharibəsi», «Payız hanniballığı» 
əsərlərini göstərmək olar. Bu cərəyan öz qarşısına insanın sosial, mənəvi, intellektual azadlığına nailolmanı 
qoymuşdur. Bu cərəyan həm də incəsənətin kommersiyalaşmasına qarşı çıxış edirdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr həm də  çətin ziddiyyətlər,  əksliklər dövrü kimi tarixdə  dərin iz 
buraxmış bir dövrdür. Bu tarixi dövrdə baş verən bir çox ictimai-siyasi hadisələr dünya mədəniyyəti tarixində 
görünməmiş mənzərələr yaratdı. Belə hadisələrdən ən məşhuru 1917-ci ildə Rusiyada baş verən Oktyabr Sosial-
ist inqilabı oldu. Bu hadisə xalqa və onun mədəniyyətinə nə gətirdi? Oktyabr inqilabı siyasi, iqtisadi, mədəni 
sahələrdə yenidənqurulmanın bütöv bir kompleksini təşkil etdi. İnqilabdan dərhal sonra yeni mədəniyyət – pro-
letar mədəniyyətinin  təşkili məqsədilə silsilə  tədbirlər kompleksi həyata keçirilməyə başladı. 1917-ci ilin 
noyabrında A.V.Lunaçarskinin sədrliyi ilə Xalq Maarifi Komissarlığı (XMK) aparıcı hökumət qurumu kimi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə