321
Kornel Ulyevski (1823-1897) yaradıcılığında inqilabi əhval-ruhiyyə üstünlük təşkil edirdi. «Ətirsiz
güllər» (1848), «Moskvalılar üçün» (1862) adlı şerlər kitabının müəllifidir.
M.Ramonovski (1833-1863). Qəhrəmanlıq mövzusunda işləyən şairin «Sonçalı qız» poeması Polşa
sənətkarlarının və tacirlərinin mübarizəsini əks etdirir. Onun yaradıcılığında o dövr Polşa ədəbiyyatına
xas olan oda,
dua, mahnı və himnlərə rast gəlmək olar.
T.Lenartoviç (1822-1893) şifahi xalq ədəbiyyatı ilə dərindən maraqlanmışdır. 40-cı illərdə folklor
nümunələrini bir yerə yığıb «Lira» (1855) və «Yeni lira» (1859) adı ilə nəşr etdirmişdir.
V.Sırokomlya (1823-1862) «Poçtalyon» (1844) adlı qaveida müəllifidir (qaveida – polyak şifahi xalq
ədəbiyyatında şer formalı hekayə). Əsasən təhkimli kəndlilərin həyatını təsvir edirdi.
T.K.Norvaid (1821-1883). Yaxşı təhsil almış şair bir çox – Fransa, İtaliya, Almaniya, İngiltərə kimi
ölkələrdə olmuşdur ki, bu da onun yaradıcılığına müsbət təsir göstərmişdir. Onun «Assunta», «Möhür» kimi
fəlsəfi poemaları var. Lirik əhval-ruhiyyəli əsərlərinin arasında «Spartak», «con Braun», «Şopenin fortepiano-
su», «Matəm rapsodiyası» kimi əsərlər diqqətəlayiqdir.
Əsrin 40-60-cı illərində realist istiqamət inkişaf edir. Realist janrın banilərindən Kraşevski (1812-1887)
dövrünün məşhur şairi, dramaturqu, publisisti olmuşdur. Balzak, Dikkens, Qoqolun yaradıcılığı ilə tanışlıq onun
yaradıcılığına böyük təsir göstərmişdir. O həmişə təhkimçiliyə qarşı çıxaraq, təhkimçiliyi «Ulyana», «Savkanın
hekayəsi» kimi əsərlərdə tənqid etmişdir. Onun nəsrində realizm və romantizm birləşir.
Kojenevski (1797-1863) realizm janrında yazılmış 2 böyük romanın müəllifidir: «Alverçi», «Fırıldaqçı».
60-80-cı illərdə ədəbiyyatda baş vermiş ən böyük nailiyyət gənclərin yaratdığı «Lşeqdad tiqodnyovı»
(«Həftəlik icmal») jurnalıdır. Onun banisi Aleksandr Sventoxovski olmuşdur (1824-1915).
Romantizm ənənələrini davam etdirən Zıqmunt Milkovski öz əsərlərini Teodor Tamali Yoj təxəllüsü ilə
yazırdı. Slavyan silsiləli əsərlərə daxil olmuş ən məşhur roman «Uskoki» (1870) romanıdır.
1863-cü ildən satirik istiqamətin inkişafı artmışdır, onun nümayəndələrindən Y.Lyam, M.Baleyteki,
U.Najimski kimilərinin adlarını çəkmək olar.
Y.Lyam (1838-1886) bir sıra felyeton və satirik povestlərin müəllifidir. Ən yaxşı əsərləri «Möcüzəli ka-
ryeralar», «Qızıl suyu üçün boş» əsərləridir. O və onun davamçıları olan Ojeliko, Senkeviç, Prus əsərlərində
aşağı təbəqəli insanları təsvir etməyə üstünlük verirdilər.
E.Ojeliko (1841-1910) polyak ədəbiyyatında məişət janrı romanının banisi hesab edilir. Onun
yaradıcılığının polyak ədəbiyyatı ilə fransız, çex, rus, belorus ədəbiyyatı arasında əlaqələrin yaranmasında
böyük rolu olmuşdur. Onun «Aclıq illərində», «Qəfəsdə», «Bronviçlər ailəsi», «Vatslavanın gündəliyi»
əsərlərində bütün bunlar çox gözəl əks olunub. Əsərlərinin əsasını məhəbbət mövzusu təşkil edir.
H.Senkeviç (1846-1916) Polşada klassik üslubun banilərindən hesab edilir.
Ömrünün çox hissəsini
səyahətdə keçirmiş və «Səyahət məktubları» əsərində bunu əks etdirmişdir. Onun «Musiqiçi Yanko», «Mələk»
adlı romanları diqqətəlayiqdir. Əsərlərinə rəngarənglik, çoxobrazlılıq xasdır. Yumordan faciəyə axıcı keçid, iro-
niya yalnız onun əsərləri üçün xarakterik idi. Senkeviç yaradıcılığında tarixi romanlara da müraciət etmişdir.
«Xaçlar» bu qəbildən olan böyük tarixi epopeyadır.
B.Prus (1847-1912) ixtisasca riyaziyyatçı olsa da, ədəbi fəaliyyətlə də məşğul olmuşdur. Yaradıcılığa yu-
moristik hekayələr və publisistik məqalələr yazmaqla başlamışdır. Uşaq obrazlarının mahir yaradıcısı olmuşdur,
uşaqların dünyaya baxışı onun əsərlərində əsas yer tuturdu. «Uşaqlıq günahları», «Sbasın əhvalatları» hekayələri
buna misaldır.
A.Diqasinski (1850-1923) naturalistik tendensiyaları yayan görkəmli nümayəndə olmuşdur. Yaradıcılığa
xarici ədəbiyyatı tərcümə etməklə 45 yaşından başlasa da özündən sonra dəyərli ədəbi irs qoymuşdur.
Hekayələrin köməyi ilə o, klassik polyak ədəbiyyatına daxil olmuşdur. O, əsərlərində kəndli həyatını təsvir
edirdi və çox vaxt heyvanlar onun əsərlərinin əsas qəhrəmanları olurdu: «Sobaçya daeya», «Valk», «Sabaki i
lüdi».
Konopmitskayaya qədər poeziya janrında A.Asinin və V.Qamume yaratmışlar. Lakin realizm ideyalarını
poeziyaya ilk dəfə gətirən Konopmitskaya olmuşdur (1842-1910). O, şer, çoxlu novella, oçerk, ədəbi-tənqidi
məqalələrin müəllifi olsa da, ədəbiyyata lirik şair kimi, xüsusilə 3 seriyadan ibarət «Şerlər»i ilə daxil olmuşdur.
Digər şerlər toplusu «Xətlər və səslər» adı altında nəşr olunmuşdur.
Musiqi. Polşa musiqi mədəniyyəti qədim slavyan musiqi mədəniyyətinə aiddir. XIX əsrin birinci
yarısından Polşa musiqisinə böyük xəzinə bəxş edənlərdən dirijor,
bəstəkar, müəllim və yazıçı olan
K.Kurpinskinin adını qeyd etmək lazımdır. O, 26 operanın, baletlərin, simfoniyaların, uvertüraların yüksək milli
koloritdə yaradıcısıdır.
Ümumiyyətlə, Polşa musiqisi qədim xalq rəqs və mahnıları üzərində kökləndiyindən bütün dövrlərdə ya-
radan bəstəkarlar milli ənənələrə sadiq qalmışlar. XIX əsrdə Polşa opera xəzinəsində Manyuşkonun adı
əvəzsizdir.
XIX-XX əsrlərdə Polşa mədəniyyətində virtuoz sənətkarlar – dirijorlar E.Mlenarski, Q.Fitelberq, pianoçu-
lar Q.Lişetiski. İ.Qofman, Y.Turçiniski, skripkaçılar Quberman, İ.Lotto və bir çox müğənnilər yetişmişlər.
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir
322
Polşa musiqi mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli klassik operalar, simfoniyalar, konsertlər,
fortepiano əsərləri, vokal əsərlər bəxş etmişdir.
Bolqarıstan.
İncəsənət. XIX əsr bolqar xalqının yaddaşında milli özünüdərkin oyanması, türk işğalçılarına qarşı
aparılan mübarizə əksi kimi qalır. 1878-ci ildə Bolqarıstan azadlıq əldə edir. Bu dövr incəsənəti xalq
mübarizəsinin güclü amillərindən biri kimi iştirak edir. İlk dövrlərdə, yəni 40-cı illərin sonunadək milli
mədəniyyətin dirçəlməsi uğrundakı mübarizə kilsənin təsirindən azad olmaq uğrunda mübarizə ilə bağlıdır.
Şərqi xristian xarakterli bolqar kilsəsi heykəltəraşlığın sərbəst incəsənət növü kimi inkişafına mane olur.
Kilsənin təsiri altında əsasən dekorativ əhəmiyyət kəsb edən incəsənət əsərləri yaranırdı.
Misal üçün, kilsələrdə
oyma vasitəsi ilə yaradılan taxta ikonastasları göstərmək olar.
Bu dövrün kilsə rəngkarlığında yeni tendensiyalar yaranır. Artıq bu dövrün kilsə rəssamları portret
işləyəndə insanın fərdi xüsusiyyətini təsvir etməyə böyük maraq göstərirdilər. Donatorların portretləri çox
çəkilirdi.
Portret rəngkarlığı ilə yunan mənzərə rəngkarlığı da inkişaf etməyə başlayır. Müqəddəslərin obrazları ma-
vi səma, ağacların, göylərin fonunda təsvir edilir. Bəzən elə olur ki, peyzaj real bir mənzərəni təsvir edir. Bu da
xalq məişətinə olan maraqdan irəli gəlirdi. Adi məişət səhnəsini xatırladan əsərlərdən biri («Konstantin və Yele-
na») Plovolis kilsəsində yerləşir. Burada naməlum ikonaçı rəssam milli geyimdə Həvvanı, yer belləyən Adəmi
təsvir etmişdir.
Milli qürur hissinin oyanması ilə əlaqədar bolqar rəssamları hətta Məryəmi, İsa
peyğəmbəri təsvir edərkən
belə onların üz-gözlərini bolqarlara uyğunlaşdırırdılar. Məsələn, Prdon şəhər kilsəsində yerləşən «Məryəmin baş
örtüyü» ikonasında Məryəm kəndli paltarında təsvir edilmişdir.
Bu dövrün görkəmli rəssamlarından biri Zaxariy Zoqrafdır (1810-1853). Bu rəssamın yaradıcılığı
vətənpərvərlik və milli ləyaqət hissi ilə süslənmişdir. O daim xalq üçün yeni məktəblər açmaq, kitab dükanı,
mətbəə yaratmaq haqqında düşünürdü. O, ikonalar çəkir, dekor rəsmləri işləyir, bolqar kilsəsini restavrasiya
edirdi. Bu rəssamın yaradıcılığında Adəm və Həvvanın yaranması, günah işləmə kimi incil süjetlərinə rast
gəlinir. Təsvir olunmuş insanlar
tez-tez milli geyimlərdə, baş verən hadisə isə müasir bolqar evlərində vaqe olur.
Rəssamın bəzi əsərlərində sosial kinayə duymaq olar.
Zoqraf portretçi rəssam kimi də fəaliyyət göstərib. O, kilsə divarlarında çoxlu sayda donatorların
portretlərini çəkmişdir. Belə portretlər arasında rəssamın avtoportretinə də rast gəlirik. Rəssam bir neçə dəzgah
portreti də işləyib.
Zoqrafın yaradıcılığı öz realist meylini məhz portret rəngkarlığında daha aydın göstərmişdir.
Likova Obrazopesov (1827-1911) Zaxariy Zoqraf kimi kilsələrdə dekor rəsmləri çəkmişdir. O öz
rəsmlərinin motivinə doğma ölkəsinin təbiətini daxil etmişdi. Bu rəssam həm də milli məişəti əks etdirən əsərlər də
çəkmişdir. Rəssam Orlitsa kilsəsində «Çar Petranın İvan Rilskiy ilə görüşü» adlı divar rəsmi işləmişdir. Bu səhnəni
o bir neçə il sonra Belovoy kilsəsində də təkrarlamışdır.
Yuxarıda haqqında danışılan hər iki rəssamın yaradıcılığı kilsə rəngkarlığı çərçivəsində inkişaf etmişdir.
Krım müharibəsindən sonra (1853-1856) ölkədə inqilabi-milli hərəkat daha da güclənir.
Bu dövrdə artıq kübar təsviri incəsənət tam olaraq formalaşır. Portret, tarixi, mənzərə janrında, tarixi və
inqilabi qravürada əsərlər yaranır.
Bu dövrdə yaradıcılıqla məşğul olmuş rəssamlardan biri İtanislav Dospevskey idi. Bu rəssamın əsl adı Zo-
fir Zoqraf olmuşdur və o, Zaxariy Zoqrafın qohumu olmuşdur. Gənc yaşlarında
ikona çəkmə sənətinə
yiyələnmişdir. Bir qədər sonra o, Rusiyaya gedir, əvvəl Moskvada, daha sonra isə Peterburqda rəngkarlığı
öyrənir. Bolqarıstana qayıdandan sonra Dospevskey yenə də ikonaçı rəssam kimi fəaliyyət göstərsə də, portret
janrına böyük maraq göstərir. Bu rəssam portretlərdə öz müasirlərinin obrazlarını çox xarakterik yaratmışdır.
Rəssam bu obrazlara tez-tez romantik inqilabi hisslər bəxş edirdi. Onun tanınmış portretlərindən 2
avtoportreti-
ni, «Atanasa lamokvtsanın portreti»ni göstərmək olar. Bu rəssam öz həyat yoldaşına layiq olan ağıllı, fəal bolqar
qadınlarının portretlərini böyük məharətlə yaradırdı. Bu rəssamın həyatının son illəri çox faciəli olmuşdur. O
həbs edilmiş, İstanbul həbsxanasına göndərilmiş və orada öldürülmüşdür.
Bolqar incəsənətinin tanınmış şəxslərindən biri də Əhkalay Pavloviç (1835-1894) olmuşdur. O, 1860-cı
ildə bolqar inqilabçısı George Rokovski ilə tanış olur və onun kitablarına illüstrasiyalar çəkir. 8 ay Rusiyada
olduğu müddətdə rəssamın xarakteri formalaşır. Rəssam kilsə rəngkarlığına yenilik gətirmək istəyir, lakin bu o
qədər də uğurlu olmur. O, tarixi, məişət və portret janrında əsərlər yaradır. Rəssam xalqının ziyalılarını öz
portretlərində təsvir edir. O, sakit enerjili, özünə inamlı insanları təsvir etməyə üstünlük verir.
Belə portretlərə
misal olaraq rəssamın öz valideynlərinin, tarixçi L.Zlatarskonun, həkim D.Pavloviçin portretlərini göstərmək
yerinə düşər. Digər qadın portretlərinə gəldikdə isə rəssamın çəkdiyi «Lvetona Rodossovanın portreti»ni
göstərmək olar.
Pavloviçi haqlı olaraq bolqar tarixi janrının banisi hesab edirlər. O, Münhen Akademiyasının rəngkarlıq
sinfində dərs almışdır. Rəssam qədim bolqar tarixi mövzusunda bir sıra əsərlər işləmişdir. O, rus yazıçısı
Veltmanın sentimental, tarixi romanına illüstrasiyalar çəkmişdir. Rəssamın ən görkəmli əsərləri xalqın
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir