Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   246

 
26
Məlum olduğu kimi insan həm dərk edir və həm də yaradır, qurur. Sual oluna bilər. İnsana qədər təbiətin
maddi varlığın estetik xassəsi mövjud olmuşdurmu? Əlbəttə ki, yox! Çünki hər şey insanla başlanır. 
Estetik fəaliyyətin obyektə uyğun olaraq səmərəli xarakteri hər bir perdmetin estetik dəyərinin təsdiqində 
reallaşır. Predmetin estetik dəyəri subyektin aşkara çıxardığı  və qiymətləndirdiyi obyektiv daxili və xariji 
əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir. Təbiət, yaxud sosial hadisə predmetinin estetik dəyəri o, nə  qədər 
böyük həjmdə qeyri- estetik sərvətlər əhatə edə və bir yerdə əlaqələndirə bilsə bir o qədər artır: 
Elmi- texniki tərəqqinin  şəxsiyyətin estetik mədəniyyətinə  təsiri probelmi müasir estetikanın  ən az 
öyrənilmiş və mürəkkəb problemlərindən biridir. Problemin mürəkkəbliyi şəxsiyyətin esteik mədəniyyətinin son 
nətijədə bütün jəmiyyətin bütöv inkişafı ilə müəyyən olunması ilə əlaqədardır. 
Şəxsiyyətin estetik mədəniyyəti təkjə ijtimai münasibətlərlə, jəmiyyətin mədəniyyəti ilə, onun elmi- tex-
niki nailiyyətlərlə  şərtləndiyi kimi eyni zamanda onların öz xüsusi fəallığının məhsulu kimi özünü göstərir. 
İnsan  ətraf aləmi təkjə passiv surətdə müşahidə etmir, həm də yaradıjılıqla onu dəyişdirdiyini başa düşür. 
Deməli, insanın şüuru oybektiv dünyanı təkjə əks etdirmir, eyni zamanda onu yaradır. 
Elmi- texniki tərəqqi estetik mədəniyyətin bir sıra dəyişikliklərində səbəbkar rolunda çıxış edir. Estetik 
mədəniyyətin anlaşılmasının çıxış nöqtəsi fərdi yaradıjılıq formasında sosial və  mənəvi dəyərlərin 
mənimsənilməsidir. Elmi- texniki tərəqqinin təsiri altında təkjə estetik mədəniyyət deyil, həm də müasir həyat 
tərzi də dəyişir.
1
 
Estetik dəyərin, tutaq ki, utilitar yaxud mənəvi dəyərdən fərqli olaraq bu jür qeyri- spesifikliyi» ona 
ümumiləşdiriji universal xarakter verir. Estetik dəyər heç də  əşyanın hər hansı müəyyən keyfiyyətləri ilə 
məhdudlaşmır. 
Estetik dəyər onu təşkil edən predmet keyfiyyətlərinin yüksək dərəjədə  gərginliyinin ifadəsidir. Bu 
«keyfiyyət qeyri- müəyyənliyinin» nətijəsində estetik dəyər həmişə yeni təjrübə üçün açıqdır, onu tələb edir və 
qabaqjadan duyur. Lakin təjrübəini tamamlamaq və qabaqjadan duymaq qabiliyyətinin özü subyektin aləmə 
münasibəti ilə şərtlənir və yalnız bu jəhətdən aktual mövjuddur. 
Deməli, estetik dəyər dünyaya universal münasibət nəzərdə tutur və universallığı subyektdə formalaşdırır, 
onu estetik münasibətlər sisteminə jəlb edir. 
Gerçəklik, bizi əhatə edən aləm, estetik baxımından tərbiyədə mühüm rol oynayır. Tədqiqatçılardan biri 
obrazlı şəkildə çox sərrast demişdir: gözəllik insan həyatına çoxsaylı qapılardan daxil olur. Günəşin doğmasından, 
aylı gejədən quşların jəh- jəhindən qumda «sehirli qala» düzəldən uşağın yaradıjılıq fərəhindən və s. daxil olur. 
Gözəllik hissləri daşa dönməyə, qloballaşmağa imkan vermir. Kobud, estetik hissləri inkişaf etməmiş insan nəinki 
təbiət hadisələrinin və yaxud injəsənət  əsərlərinin gözəlliyini duymur, həm də insanın dərdi və sevinji yanından 
etinasızlıqla, biganəliklə keçib gedir, əsil gözəl olan şeyi saxta olan şeydən fərqləndirə bilmir. 
Yaradıjılıq çoxjəhətlidir. Rəssamlıq  əsəri və ya kinofilm yaradanlar və yaxud teatr səhnəsində müxtəlif 
adamların obrazlarını janlandıranlar, zavod sexlərindəki dəzgahlarda gözəl detal yonanlar da yaradıjılardır. 
İnsan hər işdə ustadır. Ona görə  də injəsənətdə olduğu kimi, əməkdə mühüm bir qayda mövjuddur. Təkjə  nə 
düzəltmək deyil, nejə düzəltmək də vajibdir.  
Göründüyü kimi, estetik fəaliyyətin subyektə uyğun olaraq səmərəliliyi subyektin gerçəkliyə estetik 
münasibətində  və yaradıjılıq fəaliyyəti qabiliyyətində reallaşır. Fərdin estetik münasibəti onun nəyə- təbiət 
hadisələrinə, istehsal fəaliyyətinin məhsuluna və ya başqa adama oriyentasiyasından asılı olmayaraq- həmişə 
dialoq xarakteri daşıyır: burada həm başqa fərd, həm təbiət perdmeti, həm də şəxsi «mən» insan üçün dialoq 
münasibətlərinin eyni əhəmiyyətli partnyorlar kimi çıxış edir. Nətijədə estetik münasibətlər əsasında şəxsiyyət 
nəinki predmetin dəyərini mənimsəmək hesabına, həm də digər  şəxslərlə  mənəvi zənginliklərin qarşılıqlı 
mübadiləsi və öz dəyərini özünün dərk etməsi sayəsində  hərtərəfli irəliləyir.  İnsanın, janlı aləmin bütün 
tərəflərinə istiqamətlənən estetik münasibəti ona başqa fəaliyyət sahələrində yaranmış sosial əhəmiyyətli təjrü-
bələrin müxtəlif variantlarını duymaq imkanı yaradır. Bu təjrübə estetik münasibətlər vasitəsilə elə mənimsənilir 
ki, ijtimai ideal şəxsiyyətin daxili imperativ əhəmiyyətini qazanır. Obyektdən və ya şəraitdən kəskin asılılıqdan 
azad estetik münasibətlər fantaziya üçün geniş meydan açır, subyektə  bərqərar olmuş  təfəkkür və davranış 
stereotipləri çərçivəsindən kənara çıxmaq imkanı verir, insanın idrak və praktik fəaliyyəti üçün evristik bünövrə 
formalaşdırır. 
Həmin bünövrə üzərində qeyri- şablon təfəkkür və yaradıjı situativ darvanış formalaşır və inkişaf edir. 
Estetik mədəniyyətin mühüm kateqoriyalardan birinin gözəllik olduğu heç kimdə  şübhə doğurmur. 
N.Q.Çernışevski yazırdı ki, təbiətin müxtəlif aləmləri üzrə gözəl həyatdır, insan və insana həyatı yaxından 
xatırladan həyatdır- fikrini ətraflı bir surətdə sübut etməyi mən ona görə artıq bilirəm ki, təbiətdə gözəlliyi təşkil 
edən, insanı xatırladan (və ya şəxsiyyətdən xəbər verən) keyfiyyətdir; sübut edirlər ki, təbiətdə gözəl yalnız ona 
görə gözəldir ki, insana bir işarədir. Buna görə də insanda gözəlin həyat olduğunu göstərdikdən sonra bir daha 
                                                           
1
 Долуханов С.И. Научно- технический прогресс и эстетическая культура личности// Эстетическое сознание и ху-
дожественная культура общества. Изд. Московского Университета, 1981, с.8-9. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə