30
Varlığın estetik jəhətdən qavranılması haqqında danışarkən xüsusilə demək lazımdır ki, gözəllik haqqında
mühakimələr müxtəlif səbəblərdən asılıdır.
Bədii mədəniyyət jəmiyyətin estetik mədəniyyətinin anjaq bir hissəsidir.
Estetik fəaliyyət estetik
mədəniyyət sisteminə ijtimai praktikanın müxtəlif sferalarını jəlb edir. Eyni zamanda elmi- texniki inqilabın
estetik fəaliyyətə qarşılıqlı təsir prosesi baş verir. Bu iki tendensiya qovşağında estetik fəaliyyətin maddi istehsal
sistemində yeni növü- dizayn yaranmışdır. O, müasir estetik mədəniyyətin mühüm elementi olmuşdur. Dizaynın
məqsədi nətijə etibarı ilə maddi sərvətlər istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət- bədii konstruksi-
yalaşdırma əsasında estetik dəyər alır.
Maddi istehsal sistemində jismin estetik dəyəri onun istehlak keyfiyyətinin göstərijilərindən biri kimi
çıxış edir. Lakin dizayn anjaq hazır məhsul istehsalı ilə məhdudlaşmır. O, hələ öz
rolunu itirməmiş köhnə
əşyanın modernləşdirilməsindən, jəmiyyətin tələblərini ödəyən yeni məmulat layihəsi verilməsindən başlana
bilər. Lakin dizayn insanın bütün əşya mühitinin estetik təşkili ilə başa çatmalıdır. Dizaynerin bilavasitə vəzifəsi
çox yaxud az dərəjədə məhdud görünə bilər: məmulatın funksiyaları və konstruksiya xüsusiyyətləri nəzərə
alınmaqla məqsədyönlü və mükəmməl formasının yaradılması. Lakin onun daha böyük vəzifəsi məhz insanın
tələblərinə uyğun münasib əşya mühiti təşkil etməkdir. Estetik jəhətdən mütəşəkkil mühitin (məişət
və istehsalat
mühitinin) özü insanın davranışını jəmiyyətin qəbul etdiyi və bəyəndiyi normalara uyğun olaraq
istiqamətləndirir və həyata keçirir, yəni insanın davranış mədəniyyətində «əşyalaşır».
Dizaynın mədəni- estetik funksiyası bunula da qurtarmır. Dizayn injəsənət və istehsalat arasında
vasitəçidir, injəsənətin yaratdığı bədii sərvətləri və ifadəli vasitələri texnikaya çevirməyə imkan verir. Bədii
konstruksiyavermə, öz növbəsində texniki vasitələrin estetik baxımdan interpretasiyasına şərait yaradır.
Estetik baxımdan dəyərləndirmə, estetik tərbiyə insanın ideya- mədəni yüksəlişində kömək etməklə
yanaşı o bir sıra səjiyyəvi vəzifəyə malikdir. Həmin səjiyyəvi vəzifələr sırasında aşağıdakıları xüsusi qeyd
etmək lazımdır.
1. Milli vətənpərvəlik idealı əsasında estetik zövqün formalaşması;
2. İjtimai praktikanın hər bir sahəsində yüksək estetik fəaliyyətə qabiliyyət və tələbatın formalaşması;
3. Bədii yaradıjılıq üçün vərdişlərin və qabiliyyətlərin təkmilləşməsi və inkişafı;
Estetik mədəniyyətin tərkib hissəsi olan injəsənətin insanların formalaşmasında misilsiz rolu vardır. İdeal
öz konkret obrazlı təjəssümünü injəsənətdə tapır. İnjəsənət müxtəlif estetik təsir
amillərini vahid sistemdə
birləşdirməyə imkan verir. Estetik ideal müəyyən tarixi şəraitdə ijtimai praktika əsasında əmələ gəlir və
jəmiyyətin dəyişməsi ilə dəyişir. Sənətkarın siyasi, fəlsəfi, etik, estetik baxışlarının təsiri altında qərarlaşan este-
tik idealı əsas etibarı ilə bədii metod və tendensiyanı, sənət əsərinin məzmunu və formasını müəyyən edir. Este-
tik ideala sənətkar müxtəlif üsullarla, bilavasitə müsbət qəhrəman obrazları yaratmaqla (S.Rəhimovun Şamo,
S.Vurğunun Vaqif, Anarın Təhminə obrazları) və yaxud bilavasitə təsvir olunan hadisələrə öz münasibətini
bildirməklə nail olur. İnjəsənətin müxtəlif canrlarında idealın bu və ya başqa şəkildə təjəssüm olunması üsulu
üstünlük təşkil edəf bilər.
Hələ qədim dövrlərdən estetik mədəniyyətin mühüm elementi memarlıq olmuşdur. Memarlığın
mütəşəkkil həyati mühit kimi əsasını təjrid olunmuş və eyni zamanda təbiətlə bağlı məkan təşkil edir. Memarlıq
məkanı onların həyat fəaliyyəti formalarına uyğun təşkil edərək insanların müəyyən davranış üsubunu müəy-
yənləşdirir.
Memarlıqda olan estetik prinsiplər
qismən təbiətə, məsələn, praktiki memarlığına da nüfuz etmişdir. Lakin
bütövlükdə təbiət uzun müddət mədəniyyətin təsirindən kənarda qalmışdır. İntensiv urbanizasiya prosesi təbiəti
getdikjə daha inadla mədəniyyət sisteminə jəlb edir. Təbii mühitin o jümlədən Landşaftın estetik dəyərinin
qorunması inkişaf edən jəmiyyətin mühüm mədəni tələbatı olmağa başlamışdır. Bu aktual sosial- mədəni tələbatın
əsasında estetik mədəniyyətin yeni sferası- ekoloci estetika yaranmaqdadır.
Estetik tərbiyə sistemi estetik təhsilsiz mükəmməl sayılmaz. Estetik tərbiyə- insanda həyatda gözəllik və
ülviliyi qavramaq,
düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bajarığının əldə edilməsinə və
təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemidir. Estetik tərbiyənin məqsədi jəmiyyət üzvlərinin əqli, siyasi,
əxlaqi və fiziki jəhətdən hərtərəfli inkişafına kömək etmək onlarda gözəllik hissini təkmilləşdirmək, gözəllik
qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır. Estetik tərbiyənin əhəmiyyəti və məqsədi
estetik sərvətləri
dünyagörüşü səviyyəsinə qaldırmaq, onu şəxsiyyətin bütöv dünyagörüşü sisteminə qatmaqdadır. İnsan
tərəfindən dərk edilərək onlar şəxsiyyətin gerçəkliyə öz münasibətinin əsasını təşkil etməyə başlayır. Bəzən es-
tetik mədəniyyət sahəsinə injəsənətin elə növləri daxil olur ki, o insanların tərbiyəsindən çox, onların
pozulmasına gətirib çıxarır. Nətijədə milyonların zövqü korlanır. İnsanlar ənənəyə hörmət etmir, tarixi- etnik
köklərini unutmaq yolunu tuturlar. Simasızlıq, ideyasızlıq və ya dünyagörüşü dolaşıqlığı və s.
bir çox injəsənət
əsərlərin sücetini, məzmununu təşkil edir. Milli mədəniyyət- musiqi, kino, teatr, ədəbiyyat və s. böhran
vəziyyətinə düşür. Bunun qarşısını isə dövlət səviyyəsində almaq lazımdır.
İnsanların həyat fəaliyyətinin əsas forması olan əməkdə estetik başlanğıjın aşkara çıxarılması xüsusi
əhəmiyyət kəsb edir. K.Marks əməyə yalnız
yaşamaq vasitəsi kimi baxan, zövq almağı yalnız əməkdən azad vax-
tla bağlayan bir çox iqtisadçılarla mübahisəsində qeyd edirdi ki, hər bir insan normal vəziyyətində normal əmək
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir