Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   246

 
45
qurban gedən insanları, bu insanların hərəkətlərindən doğan fajiələri göstərməklə öz tərbiyəvi funksiyasını 
yerinə yetirməyə çalışmışdır. Böyük rus yazıçısı M.F.Dostoyevskinin dəyərli kəlamının burada yad edilməsi 
yerinə düşür. «Ən əvvəl ali ideya, yalnız sonra pul». M.Ə.Sabirin «Adəmi adəm eyləyən parədi, parəsiz adəmin 
günü qarədi» ironiyası da təsadüfi deyil. Ona görə də bütün zəmanələrin ən vajib suallarından biri kimi qoyulan 
sual müasir mərhələdə də olduqja düşündürüjüdür: "«Nədir pulun sirri?» Nədədir evləri yıxan və tikən dünyaları 
yıxan və dağıdan kontinentləri və ölkələri satın alan, ailələri pozan, insanları göylərə qaldıran, rəzil, yazıq, 
vəziyyətə salan pulun güjü?» 
«Tarix, həyat, təjrübə mütləq bir qüvvəylə nümayiş etdirir ki, pul dəhşətli düşmən olub insanın əleyhinə 
pozuju qüvvə kimi hərəkət etməyə qadirdir». Dünyanın məşhur söz ustaları bunu bədii əsərlərində real, gerçək 
təsvirlərlə bir daha «təkrar-təkrar» göstərmişlər. Balzak, Tolstoy, Puşkin, Qoqol, Mirzə Fətəli, Mirzə Jəlil, Sabir 
və başqaları pulun pozuju rolunu, onun doğurduğu ijtimai və psixoloci xəstəlikləri injə  bədii vasitələrlə 
göstərmişlər. 
İnsanın mənəvi-psixoloci həyatında tamahın, nəfsin pozuju xüsusiyyətləri, harınlaşma və ajgözlüyün 
doğurduğu mənəvi xəstələiklrin ağır və ajı təsirləri ədəbi əsərlərin ötəri deyil, daimi problemləri kimi zaman-
zaman yeni çalarlarla təsvir olununb. Bədii qənaətlərdən doğan fikirdə bu belə görünür: «Pul insanın 
mahiyyətinin barometridir, pul insanlığın  əsas meyarıdır,  əxlaqın göstərijisidir. Pula hərislik insanı harınlığa 
aparır. İnsan harınlaşdıqja mənəvi keyfiyyətlərini itirir, psixoloci sarsıntıya məruz qalır, baxışı ilə daxli arasında 
əlaqələr qırılır, gözü qəlbinin aynası ola blmir. Göz də öz funksiyasını itirir. Belə adam «baxır, görmür».
1
 
Mədəniyyət insanı  təqlid etmir, onu əks etdirir. İnsanı daha səjiyyəvi, daha gözəl boyalarla yenidən 
təzahür etdirir. Hazırda mədəniyyət bu günün mürəkkəb insanın çoxjəhətli psixoloci aləmini göstərə bilir. Klas-
sik  əsərlərdəki insanlara, mənfi və müsbət obrazlara müasir baxış  əslində çağdaş insanın xarakterindəki yeni 
keyfiyyətləri görmək üçün vajibdir. Estetik təfəkkürdə klassikanın yeni təhlili, müqayisəli baxışlar bu günkü 
psixoloci duruma aydınlıq gətirmək üçün olduqja gərəklidr. Nizamiyə, Şekspirə, Mirzə Fətəliyə yeni mürajiətlər 
ötən dövr müddətində az fakt vermir. Şekspir zamanındakı insanın psixologiyasının mürəkkəbliyi, insani 
münasibətlərdəki dramatizm ziddiyyəti və jiddiyyəti bu gün daha güjlü, daha dəhşətli və daha güjlüdür. «Kral 
Lir»in fəlsəfi fajiələr zənjirinə indinin yeni halqaları əlavə olunmuşdur. «Ajgözlüek, hərislik, məkrliklə yanaşı 
irəliləyir. Hərisliyin  ən yüksək,  ən təhlükəli səviyyəsi  şöhrətpərəstlik, hakimiyyətpərəstlikdə üzə  çıxır. «Kral 
Lir»in fajiəsi hakimiyyət fajiəsidir. Kralı- yaltaqlıq, məkrlik və yalan əhatə edir, «korlara ağılsızlar» başçılıq 
edir». Kral yalnız hakimiyyətdən düşəndən sonra həqiqi insanı görür və dərk edir. Lakin artıq gejdir. 
Bu vaxta qədərki mədəniyyət tarixlərində irs kimi aldığımız  ədəbi xammalı yerləşdirməyin, onu təsnif 
etməyin üsulu kimi tarixi formasiya prinsipini əsas götürürdülər. Yalnız tarixi-xronoloci meyarlara əsaslananlar 
da az deyildi. Hətta xariji ədəbiyyatşünaslıqda  ədəbi dövr, mərhələ vahidi kimi ayrıja, müstəqil  şəkildə  bədii 
mətni əsas götürən və ədəbi prosesin təhlilini həmin mətnlərin təhlili yolu ilə həyata keçirən nümunələrə də rast 
gəlmək mümkün idi. Ayrı-ayrı fəlsəfi və bədii-estetik hərəkatları əsas götürüb ədəbiyyat tarixinin qurmaq üsulu 
son dövrlərdə daha çox nüfuz qazanıb. Məsələn, Avropa ədəbiyyatı tarixləri, adətən aşağıdakı sxemlə başlayır: 
antik dövr, orta əsrlər, renessans, maarifçilik, romantizm, realizm, modernizm və s. Ədəbi irsidə bu jür tarixi 
bölgü çərçivəsinə salırlar.  
Dil, ərazi (məkan) amili də elmi-tarixi təsnifin təjrübəsində tez-tez özünü göstərir. Amma nə dili, nə də 
ərazini mütləqləşdirib, təsnifin meyarını yalnız bünlardan ibarət etmək yenə özünü doğrultmaz: yer üzündə 
bütün  ərazilərdə bizim ana dilimizdə yazılan  ədəbiyyat Azərbayjan  ədəbiyyatıdır və Azərbayjanın tarixi 
ərazisində azərbayjanlı sənətkarın təfəkkürü və lhamı ilə bütün dillərdə qələmə alınan ədəbiyyat (Nizaminin və 
Xaqaninin fars, Füzulinin fars və ərəb dilində irsi) yenə Azərbayjan ədəbiyyatıdır. 
Müxtəlif zəmanələrin, regionarın və xalqların ədəbiyyatına mürajiət etməklə müasir estetik təfəkkürdə in-
san aləminin aktual, mühüm problem və psixoloci sarsıntılarını  təhlil etmək mümkündür. Gözlənilməz 
müqayisələr məjrasında  Şərqə-Nizamiyə, qərbə-Kafkaya, Kamyu, Sartr və başqalarına mürajiət edən 
G.Əlibəylinin müasir eksistensialistlərə örnək kimi Nizami poeziyasını misal çəkməsi təsadufdirmi? Şübhəsiz ki 
yox! Avropa mistisizmi və  şərq təsəvvüfü işığında Nizami daha uja, daha nurlu görünür. çünki iki qütbü 
birləşdirən körpü kimi onun ideyaları bütün sahillərindən rişə toplamışdır. «İyrənj dünyaya çox yaxın olma, 
mənəvi aləmini özün qur, nura və tanrıya qovuş, öləri insan kimi bədbinliklərin ağuşunda sürünmə.  İnsanın 
öləriliyi ona dərsdir». «Ölüm astanasında büğün janlılar eyniləşirlər: nə şöhrət, nə dövlət, nə tajı-taxt, nə millət 
fərqi etmir. Ölüm qəddarjasına fərqləri yoxa çıxarır».
2
  
İnsanın ömrünü uzadan, əbədiləşdirən onun mənəvi dünyasıdır. Nizamilər mənəvi sərvətləri 
yaşatmaqdadır. Onun ədəbi qəhrəmanı dirilik suyunu əldə etməsə də Nizami ədəbi həyatı ilə əbədiyyətə qovuşa 
bilmişdir. Bu günkü estetik düşünjəmizdə Nizamiyə və Şərq İntibahının görkəmli nümayəndələrinə mürajiət və 
münasibətlərdə də bu özünü göstərir. Bu doğrudur ki, «Nə xalq, nə də ayrılıqda bir kəs yalnız maddi sərvətlərini 
                                                           
1
 Исмайыл Вялийев. Ядябиййатда инсан консепсийасы. Тарихи тяшяккцлц, инкишаф мярщяляляри. Б., «Эцняш» 
няшриййаты. 1999, с.279-280 
2
 Ялибяйли Э. Дцшцнян дцнйамыз. С.83 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə