62
mütləqləşdirilməsi,
elmi-texniki inqilabda, elmi və menecer elitasının fəaliyyət və təfəkkürünün rolunun həddən
artıq yüksəldilməsi məhsulu kimi qələmə verilmişdir.
Müasir elitar plüralizm nəzəriyyəsinin əsas nəzəri köklərindən birini cəmiyyətin inkişaf amilləri ilə icti-
mai həyatın müxtəlif tərəflərinin – siyasət, iqtisadiyyat, mədəniyyət, din və s. mexaniki əlaqəsi ideyası tutur.
Beləliklə, sosial inkişaf prosesində əsrlər boyu hakim sinif kimi qiymətləndirilən dövlət adamları ilə,
seçilmiş qrup və şəxsiyyətlərlə xalq kütlələri və siniflər arasındakı münasibətlər materialist və idealist baxışların
mübarizəsi obyektinə çevrilmişdir. Bu təbəqələrdən biri cəmiyyətin üst hissəsini əhatə edən «elita», digəri isə
yerdə qalan çoxluq – kütləni təşkil edirdi.
Dünyanın irəliləməsində, tarixi inkişaf prosesində hər iki tərəfin özünəməxsus rolu olmasına
baxmayaraq
çox illər ərzində «burjua ideologiyası», «kommunist ideologiyası» mövqelərindən çıxış edən müxtəlif
nəzəriyyələr tarixdə birincilik rolunu da «elitaya», ya da xalq kütlələrinə verməyə cəhd göstərmişlər. Bu sadə
fikirlərin üzərində müxtəlif nəzəri mövqe və cərəyanlar, təlim və nəzəriyyələr formalaşmışdır.
Yuxarıda biz bu nəzəriyyələrin bəzilərini nəzərdən keçirməyə çalışdıq. Nəzərdən keçirdiyimiz nəzəri
mənbələrdə «elitar», «kütləvi» termini ilə bağlı hadisələrə –
mədəniyyətə, incəsənətə burjua cəmiyyətinin
mənəvi həyatının mürtəce məqamı kimi yanaşılır. Məhz bu səbəbdən müəlliflərin hamısı kütləvilik və ya
elitarlıqda yalnız neqativ xüsusiyyətləri görməyə çalışırlar. Lakin elitarizm nəzəriyyələrinin müəllifləri isə bura-
da yalnız müsbət keyfiyyətləri zəruriləşdirərək qiymətləndirirlər.
Bu məqsədlə yenə tarixə müraciət edək. Antik fəlsəfə elitar dünyagörüşünün banisi Platon tərfindən
formalaşdırılmışdır. Özünün «İdeal dövlət»ində Platon demokratiyanı demosa qarşı qoyaraq idarəetmənin 4 ti-
pini müəyyən edir: timokratiya (şöhrətpərəstlərin hakimiyyəti), oliqarxiya (varlıların hakimiyyəti), demokratiya
(kütlələrin azadlığı), tiranlıq (birinin hamı üzərində hökmranlığı; bu tipi Platon demokratiyanın məhsulu hesab
edir).
Lakin Platonun bu «İdeal dövlət»indəki əsas humanist
cəhət ondan ibarətdir ki, o, insanın qabiliyyət və
bacarıqlarını hər şeydən üstün hesab edərək, məhz bu xüsusiyyətə görə insanların bir idarə tərəfindən digərlərinə
keçmək imkanını qeyd edir. Platona görə bacarıqsız, qabiliyyətsiz hakim nümayəndələr ən aşağı kastalara layiq-
dir, və ya əksinə, aşağı kastaya mənsub olan nadir istedad və vərdişə malik olanlar ali təbəqəyə köçürülə bilər.
Platonun bu nəzəri qaydasını əsas götürərək Amerika elitar nəzəriyyələrin tədqiqatçıları olan K.Pryüit və A.
Stoun onu elitanın dövriyyəsi nəzəriyyələrinin sələfi adlandırırlar. Platon
nəzəriyyəsi təkcə elitarizm
ideyalarının gözəl təsviri ilə deyil, həmçinin XX əsrin elitaristlərinə dərin təsiri ilə əhəmiyyət kəsb edir. Belə ki,
Platonun sosial sistemin stabilləşməsində yaxşı idarə edən hakimin olmasının zəruri hesab edilməsi haqqındakı
ideyası müasir elitar nəzəriyyələrin əksəriyyətində səslənir.
Orta əsrlərdə kilsənin ilahi və dünyəvi iyerarxiyasını təbliğ edən təlimlərdə kütlənin feodal hakimlərinə
sözsüz təzimi və kilsənin aliliyi ideyası ön plana çəkilirdi. İohan Solsberiyski dövləti insan orqanizmi ilə
eyniləşdirərək bu «bədəndə» ruhanilik – mənəviyyatı, hökmranlıq – başı, kəndlilər isə, ayaqları ifadə edirlər.
Orta əsrlərdə Allahpərəst kimi tanınan
Foma Akvinski deyirdi ki, kütlələr heç bir tərəddüd etmədən «Al-
lah tərfindən seçilmiş» hakimlərinə tabe olmalıdırlar. Özü də, bu müəllif onu da qeyd edir ki, tabe olmanı bədən
hərəkətləri ilə həyata keçirtmək lazımdır. Mənəviyyatın ruhi hərəkətləri isə yalnız Allaha tabe olmaları vacibdir.
Foma Akvinski feodal sistemin aşağıdakı iyerarxik pilləkən əsasında təsəvvür edirdi: «insanlar – mələklər –
müqəddəslər – Allah».
Hakimlər və tabe olunanlar münasibətləri problemlərinə dair baxışlarda Nikolo Makiavellinin
dünyagörüşü ziddiyyətlidir. O, bir tərəfdən İtaliyanın inkişafını ləngidən feodallara qarşı çıxış edirsə, digər
tərəfdən kütlələrin etirazlarına səbəb olan buntlardan ehtiyat edirdi. O, hakimlərin xalq arasında optimal uyğun-
luq və əlaqə yaratmasının tərəfdarı olub, möhkəm, güclü hakimiyyəti bunda görür. Makiavelli hökmdarların
tiranlıq hakimiyyətlərini kütlələrin buna dözərək «ikiüzlülüyə» çevrilməsinə görə məzəmmət edir. O, qeyd edir
ki, hökmranlıq etmək üçün dövlət adamı insan fəaliyyətinin əsas
amillərini bilməli, kütlənin maraq, zövq,
meyllərini öyrənməli, onlara uyğun hərəkət edərək xalqı özünə tabe etdirməlidir. Tabe edilənlər isə öz
hakimlərindən qorxmalı, onlara təzim etməli, vergilərini ödəməlidirlər.
C.Lokkun fikrinə görə isə dövlət çoxluğun iradəsinə müvafiq hərəkət etməlidir. O,
dövlətin bölünməsi
təlimini inkişaf etdirib.
XVIII əsrin fransız maarifçi və materialistləri tiranlıq və despotizmi amansızcasına tənqid edərək xalqın
maraqlarının tapdandığını, onların feodal hakimləri tərəfindən ən zəruri hüquqlarının əlindən alınmasını ifadə
edirdilər.
Helvetsi yazırdı ki, «Aristokratiya hakimiyyətin bütün formalarını qəsb edərək» xalqı kölə vəziyyətinə
gətirib çıxarır. XVIII əsrin fransız materialistləri öz ideyalarında ikili mövqe tuturdular. Bir tərəfdən, xalqın
qabaqcıl nümayəndələri ilə birgə kütlə Bastiliyanı ələ keçirirlərsə, digər tərəfdən, bu ideya sahibləri istismarçı
mövqe tutaraq xalq kütlələrindən qorxurlar. Bu qorxu xalq kütlələrinin ictimai həyatı müstəqil formada idarə edə
bilməyəcəyi inamında təzahür edirdi. Bu materialistlərin fikrinə görə, kütlələr maariflənmiş siniflərdən çıxmış
liderlərin arxasınca getməlidirlər. İctimai həyatın şərhində sırf idealist mövqe tutan fransız materialistləri belə bir
nəticəyə gəlirlər ki, tarixin yaradıcıları «ağıllı, zəkalı qanunverici şəxslər»… maariflənmiş hakimlərdir.
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir