Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   246

 
16
Təsərrüfat fəaliyyətinin vüsətli beynəlmiləlləşməsi nəticəsində qlobal problemlər planetar xarakter kəsb 
etməklə insanların, ümumi bəlaya qarşı birləşməsinə səbəb oldu. Şişirdilmədən qeyd etmək lazımdır ki, qlobal 
problemlərin təşəkkülü və güclənməsinə siyasət və mədəniyyətdə sinfi və milli stereotiplər güclü zərbə vursa da, 
digər tərəfdən dünyanın hərbi düşərgələrə bölünməsi üzrə fikirlərin aradan qaldırılmasına  əhəmiyyətli  şəkildə 
təsir göstərir. Bu məqamda humanist mədəniyyətin rolu durmadan artır. 
Elmi  ədəbiyyatlarda qlobal problemlərin sonuncu «siyahısı» yoxdur: onların kəmiyyət və xarakteri 
müəlliflərin müxtəlif fikir və fərziyyələri ilə ölçülür. Belə ki, əgər Roma klubu qlobal problemlərin insanın ətraf 
aləmə, dünyaya güclü müdaxiləsi nəticəsində formalaşması ideyasını irəli sürürdüsə, marksist nəzəriyyələr bunu 
kapitalist istehsalının kortəbiliyində, burjua ictimai inkişafının anarxiyasında, mənfəətə görə rütbələrin 
artımında, müstəmləkələrin soyğuçuluğunda və digər bu kimi hadisələrdə görürdülər. Başqa sözlə deyilsə, bir 
konsepsiya elmi-texniki tərəqqini, digər konsepsiya isə kapitalizmin çürüməsində yaranan qlobal problemlərin 
mənbəyini qəbul edir. 
Müxtəlif müəlliflərin həmin «siyahı»ya münasibəti müxtəlifdir. Tariximizin sovet dövrünü əhatə edən 
ədəbiyyatlarda dünyanı iki qütbə – Qərb və  Şərqə bölmək  əsas səbəb idisə, indi təbiətin çirklənməsi və 
korlanması, enerjinin ənənəvi mənbələrinin dükənməsi, «demoqrafik partlayış» və s. qlobal problemlər kimi 
aktuallıq təşkil edir. 
Mədəniyyətlə bağlı qlobal problemlər içərisində müasir insanın onu əhatə edən aləmdən, mühitdən 
kənarlaşması, uzaqlaşması üstünlük təşkil edir. 
Məlum olduğu kimi, «kənarlaşma, yadlaşma» mənəvi mənada ilk dəfə Hegel tərəfindən təhlil edilmişdir. 
Bu anlayış altında o, daxili pozğunluğu, ayrılmanı, mənəvi «dezinteqrasiya»nı başa düşürdü. Marks da insanın 
konkret ictimai-iqtisadi formalarda kənarlaşması problemini təhlil etmişdir. 
Mənəviyyat, mənəvi ruh aləmində  kənarlaşma, yadlaşmanın  əsas simptomu hamıya tanış olan kütləvi 
mədəniyyətdir. Kütləvi mədəniyyət narkotik kimi insanların, kütlələrin öz keçmişini yaddan çıxarması, 
unutmasını təmin etməklə, cəmiyyət və təbiət qarşısındakı məsuliyyətin unudulmasına şərait yaradır. 
Qlobal problemlərin öyrənilməsi prosesində «ekologiya» anlayışına tez-tez rast gəlmək mümükündür. 
Belə ki, ekoloji amillərin təsirinin qeydi və nəzərə alınması olmadan müasir sivilizasiya ölümə məhkumdur. Ona 
görə də, bu anlayışın izahına ehtiyacın olması, ilk növbədə, onun mədəni proseslərlə birbaşa əlaqəsindən irəli 
gəlir. 
«Ekologiya» anlayışı  qədim yunan dilindən «oikos» - ev, vətən sözündən  əmələ  gələrək sonralar 
insanların onu əhatə edən təbiət, təbii aləmə münasibətlərini tədqiq edən elm sahələrindən biri kimi dərk olunur. 
Ekologiya problemlərinin öyrənilməsində iki qarşılıqlı proses: bir tərəfdən maddi mədəniyyət yaradan insanların 
istehsalat fəaliyyətinin təbiətə  təsiri; digər tərəfdən isə  təbiətin, təbii mühitin sağlamlığı, populyasiyası, geno-
fonda  əkstəsiri öyrənilir. Bütün bunlar bioloji və fizioloji əlaqələrin sintezinə  gətirir. Lakin insan heyvandan 
fərqli olaraq maddi- fizioloji ölçüdə uzun müddət mövcud olmur. Bu çərçivədən kənara çıxan insan, xalis insani 
mühit kimi məhz noosferi yaratdı. Beləliklə, insan yeganə varlıqdır ki, iki «doğma evə» sahibdir: bunlardan bi-
rincisi təbiət; ikincisi isə, onun özünün yaratdığı  mənəvi, mədəni dəyərlər aləmi. Ona görə  də, son dövrlərdə 
«ekologiya» anlayışı, həm təbiətə, həm də insanın «ruhu»na aid edilərək «mənəviyyatın ekologiyası», 
«mədəniyyətin ekologiyası», anlayışlarını yaradıb. 
«Bioloji» ekologiya ilə  mədəniyyətin ekologiyası arasındakı  fərqin müəyyən edilməsinə ilk dəfə 
D.S.Lixaçov cəhd göstərərk burada yaddaşın, mənəvi varisliyin, keçmişlə  əlaqədəki rolunu, əhəmiyyətini daha 
qabarıq şəkildə izah etmişdir. İnsan ömrünün uzadılmasında təkcə təbii ekologiya deyil, insanın tarixən yaratdığı 
mənəviyyat, mədəniyyətin ekologiyasının da qorunmasına böyük ehtiyac var. Mədəni aləmin qorunması – təbiətin 
qorunması qədər vacib və zəruridir. Əgər təbiət insanın bioloji varlığı, mövcudluğu üçün zəruridirsə, mədəni aləm 
onun «ruhi oturaq»lığı yaşaması üçün vacibdir. Yeni bilik sahəsi kimi, mənəviyyatın ekologiyasının öyrənilməsi, 
tədqiqi və genişləndirilməsi müasir kulturologiyanın əsas tədqiqat predmetlərindən birini təşkil edir. 
 
 
 
1.6. Maddi və mənəvi mədəniyyət 
 
 
Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və  mənəvi mədəniyyət. 
Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğ-
undur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini  əhatə edir. Buraya əmək 
vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.  
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun 
bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir. 
Həmçinin buraya insanların bir-birilə  əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti də  şamil 
edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
17
mədəni fəaliyyətin iki növü – yaradıcı  və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər 
hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tirajını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri 
ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi is-
tehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya 
mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli 
özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər. Müasir gündə digər xalqların bir çox 
nailiyyətlərini özündə əxz edən və dünya sivilizasiyasına özünün «heç nə»yini təqdim edən ölkələr də az deyil! 
«Kütləvi mədəniyyət» - belə bir mədəniyyətin ən qabarıq sübutudur. Bu, antimədəniyyətdir! 
Mədəniyyətin maddi və  mənəvi növlərə bölünməsi bəzən dəqiq və mübahisəsiz təsəvvür edilir. Lakin 
məsələyə diqqətlə yanaşdıqda bir sıra sualların ortalığa çıxdığının şahidi oluruq. Məsələn, yüksək bədii məzmun 
və  dəyərli məişət  əşyaları, memarlıq və geyim nümunələrini hara aid etməli? Və ya istehsal münasibətlərini, 
əmək mədəniyyətini hansı növə aid etmək düzgün olardı – maddi mədəniyyətə, yoxsa mənəvi mədəniyyətə? Bir 
çox tədqiqatçılar onu maddi mənəviyyata aid edirlər. Lakin bu məsələyə digər aspektdən yanaşmalar da vardır: 
bunlardan birincisi, insan əməyi nəticəsində təbiətin yaradıcı surətdə əşyavi məhsula çevrilməsi ilə əlaqədardır. 
Daha doğrusu, yaradılan maddi substansiyanın nə  təbiət, nə  də Allah tərəfindən deyil, məhz insan zəkası  və 
əməyi, fəaliyyəti ilə bağlı olması yanaşmaları da mövcuddur. Bu mənada maddi mədəniyyət aləmi mövcud ob-
yektiv dünyanın «insaniləşmiş» hissəsini, «ikinci kainatı»nı təşkil edir ki, onu həm görmək, həm ona toxunmaq, 
həm də hiss etmək olur. Sonuncu halda ətirlərin rahiyyəsi qızılgülün ətrindən prinsipial cəhətdən fərqlənir, çünki 
onların birincisi, insanın düşüncəsi, əqli ilə, digəri isə təbiət tərəfindən yaradılır. 
Real həyatda maddi və  mənəvi mədəniyyət bir-birindən ayrılmazdır. Məsələn, kitab bir tərəfdən maddi 
mədəniyyət nümunəsidirsə, digər tərəfdən mənəvi mədəniyyətin tərkib hissəsidir. Çünki o, həm ideya, estetik 
hiss, məzmun daşıyıcısıdır. Hətta musiqinin özü belə notlaşma prosesində maddiləşir. Başqa sözlə desək, nə 
qədər primitiv olsa da, sırf maddi mədəniyyət yoxdur, onlar, həmçinin mənəvi tərəflər və məqamlarla əhatələnir. 
Mədəniyyətin maddi və  mənəvi başlanğıcları haqqında marksist formulada çox aydın  şərh verilir: «Kütlələr 
tərəfindən mənimsənilən ideyalar maddi gücə çevrilir». 
Belə bir məqamda sual ortalığa çıxır: bəşəriyyətin müxtəlif inkişaf mərhələlərində bu vəhdət özünü necə 
büruzə verir? Suala cavab yekdildir: cəmiyyətin inkişafı, demoqrafiyası, texniki imkanların yüksəlməsi, 
mədəniyyət məhsullarının zaman və məkan çərçivəsində ötürülməsi imkanlarının genişləndirilməsi bu prosesin 
baş verməsinin başlıca amilləridir. 
 
1.7. Mədəniyyətin funksiyaları 
 
 
Geniş mənada mədəniyyət, yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və 
zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada 
mədəniyyətin  ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai 
funksiyaların reallaşdırılmasını  təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində  mədəniyyətin bir sıra 
funksiyaları formalaşmışdır:  ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya
kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası. 
Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq. 
Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii 
(təbiət) və sosial şəraitə uyğunlaşmanı  nəzərdə tutur. Əgər  ən qədim  əcdadlarımız üçün heyvan dərisi, od 
mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, ska-
fandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə, 
mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə  təbiətin deyil, həm də 
cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və 
strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe 
və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının 
əsasını qoymuşdur. 
Dərketmə (qnoseoloji) funksiyası öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmi-
texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: bir tərəfdən, biliklərin 
sistemləşdirilməsi, təbiət və  cəmiyyətin inkişaf qanunlarının açılmasına yönəldilibsə, digər tərəfdən, insanın 
özü-özünü dərketməsinə yönəldilir. Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib.  İnsan öz 
qəlbi və ruhunun kəşfindən çox, dünya və  cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə 
bilmişdir. 
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik 
və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə  çərçivəsində 
fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün ma-
raq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur.  İnsanın özündə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə