38
da ülviləşir, onun
sosial duyumu daha da güjlənir, jəmiyyət və xalq, son dərəjədə isə bütün bəşəriyyət qarşısın-
dakı məsuliyyətini daha aydın şəkildə müəyyənləşdirə bilir.
Mədəniyyətin səjiyyəvi jəhəti kimi xalqların sosial hafizəsində millətlərarası münasibətin,
mədəniyyətlərarası inteqrasiyanın olduqja humanist formaları, yəni millətləri mehriban qonşuluğa, əmək
yoldaşlığına, beynəlmiləl duyğulara səsləyən fomralar mövjud olur. Bu yaddaş, dil, sosial- psixoloci, etnik və
dini
fərqləri çox vaxt üstələyir, mövhumatın, zehniyyətin yaratdığı maneələri aradan qaldırmağa kömək
etməklə, müxtəlif sivilizasiyaların inteqrasiyasını mümkün edir. Bu jəhət ayrı- ayrı etnik qurpların qarışıq
yaşadığı regionlarda daha qabarıq surətdə özünü göstərir. Müxtəlif millətlərdən olan adamlar və ailələr arasında
dostluq və hətta qohumluq əlaqələrinin olması bu məsələlərdə tənzimləyiji rol oynayır. Bu jəhətlər insan
münasibətlərinin milli jəhətlərlə bağlı olan sahəsində sivilizasiyalı mənəviyyatı, millətlərarası əlaqələrdə sağlam
düşünjəni bərqərar edir, bu istiqamətdə toplanmış sosial tarixi təjrübəni həm qoruyub saxlayır, həm də onu yeni
keyfiyyətlərlə zənginləşirdirir. Qeyd edilənlər həm də sivilizasiyanın inkişafını təmin edən mühüm ehtiyat
mənbələrindən birinə çevrilir.
Həmin jəhətlər isə adamların milli vəzifələrlə bağlı fəaliyyətini jəmiyyət və sivilizasiya qarşısında duran
mühüm ijtimai vəzifələrin həllinə yönəltməkdə mühüm iş görür.
Milli müəyyənlik özündə millətin tarixi inkişafının bütün jəhətlərini əks etdirdiyindən zəngin məzmuna
malikdir, həm də bu zənginlik mahiyyətjə milli sərhədləri aşıb- keçir, bu prosesdə onun sivilizasiya ilə əlaqəsi
xeyli aydınlaşır.
Milli gerçəkliyə, millətin adı ilə bağlı olan müəyyənliklərə nəzər yetirsək sırf milli- əlahiddə
keyfiyyətlərlə yanaşı, digər millət və xalqların, ümumiyyətlə sivilizasiyanın tarixi inkişaf təjrübəsindən əxz
edilmiş çoxlu nümunələrlə rastlaşarıq. Çünki millət, xalq və etnik qrup bütün ətraf aləmdən, digər etnik qruplar-
dan
təjrid edilmiş deyildir, hər bir millət bəşər adlı ijtimai orqanizmin və bütövlükdə mədəniyyətin ayrılmaz
tərkib hissəsi olduğundan ümumbəşəri amillər milli jəhətlərin inkişafında öz işini görə bilir. Adətən milli
müəyyənliyi yalnız milli jəhətlərin daşıyıjısı kimi qələmə verib, onun məzmununda ümumbəşəri məqamları in-
kar etmək istəyirlər. Anjaq belə bir faktdan yan keçmək olmaz ki, millətə, onun mənəviyyatına, milli xarakter və
milli simaya həmçinin ümumbəşəri xarakterli hadisələr də müəyyən dərəjədə təsir edir. Digər tərəfdən, millət və
xalq məhz ümumbəşəri jəhətlər vasitəsilə mədəniyyətə daxil olur, oradan mühüm sosial təjrübəni əldə edərək
yüksək səviyyəyə çatır.
1
Beləliklə, milli müəyyənliyin məzmununda milli və ümumbəşəri jəhətlər ahəngdar
surətdə bir- birlərini
tamamlayıb qarşılıqlı dialektik vəhdət təşkil etdikdə millət və xalqı sivilizasiyalı proseslərə qoşmaqda fəaliyyət
göstərirlər. Bu mənada milli mənsiyybət hissinin məzmununda ayrı- ayrı millət və xalqlara aid olan milli
jəhətlərin ümumbəşəri jəhətlərlə nisbətin təkjə ilə ümuminin nisbəti kimidir. Dialektikanın qanunlarından aydın
olduğu kimi, təkjənin (millinin) ayrı- ayrı jəhətləri toplanaraq ümumidə (ümumbəşəridə) təzahür edib, ümumi
(ümumbəşəri) təkjənin (millinin) inkişafına yeni məzmun, yeni mahiyyət verir.
Son zamanlar, milli şüurun kəskin surətdə oyanışı milli amilin rolunu hədsiz dərəjədə artırmışdır.
Millət
və xalqlar milli özünəməxsusluq üzərində daha çox əsməyə, etnik proseslərin milli məqamlarına daha çox
diqqət yetirməyə həssaslıqla yanaşmağa çalışırlar. Etnik partlayışlar kimi qiymətləndirilə biləjək bu dəyişikliklər
həm milli müəyyənliyə, həm də onun inkişaf meylinə güjlü təsir göstərir. Lakin bu dalğada milli jəhətlərə hədsiz
uyub ümumbəşəri jəhətlərə lazımi əhəmiyyət verilməməsi son nətijədə milli mənsubiyyət hissinin
fəaliyyətin
dar bir sahəyə münjər edilməsinə gətirib çıxara bilər. Yalnız milli ənənələr ruhunda tərbiyə edilib ümumbəşəri
əxlaq normalarından bəhrələnməyən milli mənsubiyyət hissi mühafizəkar millətçiliyə gətirib çıxarar, milli
tərəqqi üçün o qədər də imkanlı perspektivlər vəd edə bilməz.
Milli jəhətlər millətin sosial portretini, sosial orqanizm kimi birliyin səjiyyəvi əlamətlərini özündə
birləşdirir. Tarixi inkişaf prosesi, habelə millətin tarixi inkişaf təjrübəsi və digər sosial məqamlar bu portretin
ayrı- ayrı jizgilərini yaradır. Millət və xalq bu ölçülər daxilində dərk edilir. Əgər ayrıja
bir milləti səjiyyələn-
dirən müəyyənliyin obyektlərini ilk növbədə milli əlahiddə jəhətlər- xalq həyatı ilə, onun etnik xüsusiyyətləri və
tarixən yaranıb formalaşmış düşünjə tərzi, adət və ənənələrlə bağlı ünsürlər təşkil edirsə, onun ümumbəşəri
tərəflərini bütün bəşəriyyətin adı ilə əlaqəli, qlobal əhəmiyyət kəsb edən motivlər qidalandırır. Həm də bu za-
man ijtimai- siyasi inkişafda mühüm rol oynayan ümumbəşəri faktlar milli əlamətlərin məzmununu ümumbəşəri
proseslərlə varislik əlaqələri ilə zənginləşdirir.
2
Mədəniyyətin ümumbəşəri jəhətlərini milli jəhətlərin sadəjə toplusu kimi təsəvvür etmək olmaz. Bu di-
alektik sintezdir, millinin ən yaxşı jəhətlərini əxz etmiş, onlara yeni məzmun
və görkəm vermiş dialektik
seçmədir. Ümumbəşərinin miqyas genişliyi, əhatəliyi bu yolla təmin edilir. Bu prosesdə milli təfəkkürün hüdud-
ları daha da genişlənir, milli müəyyənlik özünün arxaik, məhdud jəhətlərindən azad olunur, daha demokratik,
humanist və sivilizasiyalı məzmun alır. Çünki milli jəhətlər öz qınına qapanıb qalarsa, millət və xalqların
mənəvi simalarının mütərəqqi nailiyyətlərindən bəhrələnməzsə, belə halda milli lovğalıq, milli
xudbinlik boy
1
Рогачев П.М. и Свердлин М.А. Патриотизм и общественный прогресс, М., Политиздат, 1977, с.26.
2
Давыдов В.П. Обшечеловеческое и классовое при переходе к рыночным отношениям. Социально- политические
науки, 1991, №6, с.10.