32
Müzakirə
Biologiya fənninin tədrisində müzakirə mövzu ətrafında fikir, məlumat, faktla-
rın təhlili və təkliflərin mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək
həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə
dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin
məntiqi və tənqidi təfəkkürünü, şifahi nitqini inkişaf etdirir. Müzakirə apararkən
əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə
olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını
nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və
ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Qərarlar ağacı
Biologiya fənninin tədrisində bu üsul qərarların qəbul edilməsi zamanı alterna-
tiv yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yolla-
rının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. Məsələn, qlobal ekolo-
ji problemlər müzakirəyə qoyulur. 4 və 6 nəfərdən ibarət qruplarda şagirdlər prob-
lemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+” və ya
“–” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar
hissəsində yazılır və üstü örtülür.
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumi-
ləşdirmək üçün müzakirə aparır.
Təqdimatlar
Təqdimat Biologiya fənni üçün çox əlverişli metoddur. Məzmun standartlarının
da əksəriyyəti təqdimatların hazırlanmasını tələb edir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexno-
logiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahi-
dələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələri-
nin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
2.1.1. Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və təq-
dimatlar hazırlayır.
LAYİHƏ
33
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin
xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğu-
nu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir,
məruzə və təqdimatlar hazırlayır.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdi-
matlar hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimat-
lar hazırlayır.
Təqdimatlar müxtəlif formalarda (elektron təqdimat, qəzet, buklet, kollaj, veb-
sayt və s.) və müxtəlif xarakterli ola bilər. Təqdimatla bağlı tapşırıq həm fərdi, həm
də qrup şəklində verilə bilər. Məqsəd şagirdləri fəaliyyətə, yaradıcılığa, təd-
qiqatçılığa sövq etməkdir. Şagirdlərin təqdimatları müxtəlif olduğundan onlara ma-
raq çox yüksəkdir. Bu üsul həm də şagird özünüqiymətləndirməsində də sə-
mərəlidir. Nəzərə almaq lazımdır ki, bu iş daha çox əmək tələb etdiyindən ona ve-
rilən vaxt da adekvat olmalıdır.
Bilirəm/İstəyirəm_bilim/Öyrəndim'>BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
1. Problem müəllim tərəfindən elan edilir.
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmə ləri qeyd
edir: Bilirəm/İstəyirəm bilim/Öyrəndim.
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyirlər və cavablar birinci sü tunda
qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
LAYİHƏ