29
Biologiya fənninin tədrisində müasir təlim metodlarının tətbiqi
Müasir dövrdə bütün digər tədris fənləri kimi, Biologiya fənninin tədrisinə də
baxış dəyişmişdir. Lakin bu heç də o demək deyildir ki, əsrlər boyu yetişmiş alim-
lərimizdən, pedaqoqlarımızdan, təcrübəli müəllimlərimizdən imtina edilir. Ümumi
təhsilin məzmununda baş verən dəyişikliklər cəmiyyətin inkişafına uyğun olaraq
keyfiyyət və səmərəliliyin yüksəldilməsi ilə bağlıdır. Təhsilə cəlb edilmiş uşaqlara
yaş və fizioloji xüsusiyyətləri, əqli inkişafları nəzərə alınmaqla “nələri və hansı
həcmdə öyrətmək” sualı mütəxəssisləri həmişə düşündürmüş, bununla əlaqədar
çoxsaylı eksperimentlər aparılmışdır. Dünyada inkişaf sürətləndikcə bu sual daha
qabarıq şəkildə gündəmə gətirilmiş, problemin həlli baxımından müxtəlif mövqelə-
ri əks etdirən yanaşmalar meydana çıxmışdır.
Biologiya fənn proqramının məzmununu əhatə edən standartlar nəticəyönümlü
və şagirdyönümlü olduğundan onların reallaşdırılmasında fəal/interaktiv təlim
üsullarından istifadə edilməsi məqsədəuyğun hesab edilir. Tədris prosesində inte-
raktiv təlim üsullarından istifadə şagirdlərin təhsilə, elmə marağını artırmaqla yana-
şı, onlarda əməkdaşlıq, yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərinin formalaşmasına
imkan yaradır. Bununla yanaşı, müasir təlim üsullarından düzgün istifadə dərsdən-
yayınma, təlimə marağın azalması və s. kimi halların qarşısının alınmasına gətirib
çıxarır. Bu işdə isə həmişəki kimi əsas yük yenə də müəllimin üzərinə düşür. Müəl-
lim
daim öz üzərində işləməli, şagirddə maraq, həvəs, özünəinam hissi yaratmalı və
onun hörmətini qazanmağı bacarmalıdır.
Lakin unutmaq olmaz ki, bütün pedaqoji yanaşmalar bütün fənlər üçün eyni
dərəcədə keçərli deyildir. Hər bir fənnin spesifik xüsusiyyətləri vardır. Bu xüsusiy-
yət Biologiya fənnində özünü daha qabarıq göstərir. Tarix müəlliminin pedaqoji ya-
naşması biologiya müəlliminin yanaşması ilə eyniyyət təşkil edə bilməz. Tarixdə
sözlər və müzakirələr əsasdır. Müəllim dərsin gedişində düzgün sualqoyma bacarı-
ğına malik olmalı, şagirddən istədiyini almaq üçün ona aydın olan fikirləri səslən-
dirməli, tapşırıqlar təfəkkürün növlərinə xidmət etməlidir. Biologiya fənninin tədri-
si zamanı isə bütün bunlarla yanaşı, praktik bacarıqların formalaşdırılması əsas
götürülür. Biologiya fənninin tədrisində uzun illərdir aşağıdakı təlim metodlarından
istifadə olunmuşdur:
LAYİHƏ
30
Metodlar
şifahi
söhbət
təcrübə
eksperiment
müşahidəetmə
obyektlərin tanınması və
müəyyən edilməsi
təbii obyektlər
təsviri vəsait
izah
nəql
Məntiqi Problemin qoyulması. Əlamətlərin
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
ləşdirmə.
Plan əsasın
-
da
söhbət və frontal sorğu
Texniki Lövhədə, sxemlərdə, cədvəllərdə verilən sual
-
lar üzərində
iş
Məntiqi Problemin qoyulması. Əlamətlərin
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
ləşdirmə.
Planlı Əyani
vəsaitlərin şagirdlər tərəfin
-
dən parta üzərində plan
üzrə müşahidəsi
və s.
Texniki
Şəkillərin və
sxemlərin
lövhədə
aşılamaqla
preparat
-
ların, canlı
obyektlərin
və s.
n
ü-
mayişi.
Məntiqi
Problemin qoyulması. Əlamətlərin
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
ləşdirmə.
Planlı
Fərdi, qrup,
frontal iş
və ya
müəllimin
iştirakı ilə
işin müxtəlif
hissələrə
bölünməsi.
Obyektlərin
müəyyən olun
-
ması
və təcrü
-
bənin qoyul
-
ması məqsədilə
təlimatlandırıcı
cədvəllərdən
istifadə olun
-
ması.
Müxtəlif
laboratoriya
avadanlığında
istifadə etməklə
təcrübələrin ye
-
rinə yetirilməsi.
Şəkillər
, herba
-
ri, kolleksiyanın
hazırlanması.
məruzə
əyani
praktik
LAYİHƏ