176
Atomun Bor modeli. Rzerfordun izah edə bilmədiyi bu çətin vəziyyətdən çıxış
yolunu 1913-cü ildə danimarkalı fizik
Nils Bor göstərdi. O, postulatlar (isbatsız qə-
bul olunmuş təriflər) şəklində atom modelinin təkmilləşmiş nəzəriyyəsinin əsas qa-
nunlarını formalaşdırdı.
Birinci postulat: atom sistemi yalnız hәr birinә müәyyәn enerji uyğun gәlәn xü-
susi stasionar hallarda – kvant hallarında ola bilәr. Stasionar hallarda atom
elektromaqnit dalğaları şüalandırmır vә udmur.
İkinci postulat: atom böyük enerjili stasionar hallardan kiçik enerjili stasionar
hala keçdikdә şüalanma baş verir. Bu zaman elektron uzaq orbitdәn nüvәyә yaxın
orbitә keçir. Әksinә, atom enerji udduqda kiçik enerjili stasionar haldan böyük
enerjili stasionar hala keçir. Bu zaman elektron nüvәyә yaxın orbitdәn uzaq orbitә
keçir.
1. Atomun Tomson modelində başlıca çatışmazlıq nə idi?
2. Atomun Rezerford modelinin müddəaları nədən ibarətdir?
3. Atomun Rezerford modelinin çətinlikləri nə idi?
4. Atomun Bor modelinin postulatlarını ifadə edin.
Atom nüvəsinin və nüvə reaksiyaları
nəzəriy-
yəsinin inkişafında böyük xidməti olmuşdur.
1922-ci ildə Nobel mükafatı almışdır.
Nils Henrik David Bor
(1885-1962)
Danimarka fiziki
Yaradıcı tәtbiqetmә
Məsələ.
İş vərəqində 8-ci element olan oksigen və 17-ci element olan xlor atomunun
planetar modelinin sxemini çəkin. Onların nüvələrinin və elektronlarının ümumi elektrik
yüklərini müəyyənləşdirin.
Nəticəni müzakirə edin:
Oksigen və xlor atomlarında uyğun olaraq neçə elektron orbiti var?
Bu elementlərin uyğun olaraq nüvəsinin yükü neçə kulondur?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1.
Tomson modelinə görə, atom...
2. Rezerford modelinə görə, atom...
3. Borun birinci postulatı–...
4. Borun ikinci postulatı–...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
4
177
• IV fəsil •
Atom və atom nüvəsi
•
L
AZER
Spontan şüalanma. Çox qızdırılan cismin işıq şüalandırması
hadisəsini
Bor
nəzəriyyəsi belə izah edir. Cismi qızdırdıqda onu təşkil edən atomlardakı elektronlar
əlavə enerji alaraq daha böyük enerjili orbitə keçir. Belə hadisə atomun “həyə-
canlanmış” vəziyyəti adlanır. Lakin atom həyəcanlanmış vəziyyətdə uzun müddət qala
bilmir, o aldığı əlavə enerjini şüalandıraraq öz dayanıqlı vəziyyətinə qayıdır. Qız-
dırılan cisimdə atomun həyəcanlanmış vəziyyət alması və şüalanması öz-özünə baş
verdiyindən belə şüalanma
spontan şüalanma adlanır. Spontan şüalanma nizamsız
olur: işıq şüalanması müxtəlif istiqamətlərdə müxtəlif tezliklərdə baş verir. Odur ki,
belə şüalanmalar zəif olur. Elektrik lampası, şam, göyqurşağı, tonqal, Günəş, qütb
parıltısı və s. şüalanmaları spontan baş verir.
Mәcburi şüalanma. ABŞ fiziki A.Eynşteyn 1919-cu ildə üzərinə düşən işığın
təsiri ilə həyəcanlanan atomların görünən işıq şüalandırdığı ideyasını irəli sürür.
Atomun yuxarı enerji sәviyyәsindәn aşağı enerji sәviyyәsinә özbaşına (spontan)
deyil, xarici tәsir altında keçmәsi mәcburi şüalanma adlanır.
1954-cü ildə rus fizikləri N.Basov və A.Proxorov, ABŞ alimi Ç.Tauns elektro-
maqnit dalğalarını gücləndirmək məqsədi ilə iş prinsipi məcburi şüalanmaya
4.3
Belə şüalanmaya misallar göstərə bilərsinizmi?
Çox qızdırılmış cisimlərin işıq şüalandırması
necə baş verir?
Məlumdur ki, çox qızdırılmış
cisimlər işıq şüalandırır.
Öz-özünə şüalanmadır, yoxsa
məcburi?
Təchizat: müxtəlif işıq
mənbələrinin şəkilləri.
İşin gedişi:
1. Verilən təsvirləri araşdırın və
onların hansında işıq
şüalanmasının öz-özünə,
hansında
isə məcburi baş
verdiyini müəyyənləşdirin.
2. Aşağıdakı cədvəli iş vərəqinə
köçürün
və müəyyən
etdiyiniz şüalanmaları uyğun
xanalarda yazın.
İşığın öz-
özünə
şüalanması
İşığın
məcburi
şüalanması
Nəticəni müzakirə edin:
İşığın öz-özünə və məcburi şüalanmasını hansı əlamətinə görə müəyyən etdiniz? Nə üçün?
Araşdırma
1
LAYİHƏ