Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
 
28 
 
V  minillikdə,  yaxud  ondan  əvvəl  Şimal-Qərbi  İranla  (Cənubi  Azərbaycan) 
Naxçıvançay  vadisi  arasında  əsas  yol  olduğunu  göstərir.  Naxçıvançay  və 
Sirabçay hövzəsində  yapılan arxeoloji və geomorfoloji araşdırmalar e. ə. V 
minilliyin  sonlarına  doğru  Naxçıvanda  müəyyən  yaşayış  yerlərinin,  o 
cümlədən  Uzun  Oba  və  Dəyirman  Yeri  kimi  abidələrin  daşqına  məruz 
qaldığını və mədəni təbəqənin qalın torpaq qatı ilə örtüldüyünü göstərir. Bu 
hadisə  Naxçivanda  bəzi  yaşayış  yerlərinin  torpaq  altında  qalaraq  izsiz 
itdiyini göstərir.  
   
 
     Şəkil 15. Eneolit dövrünün boyalı keramikası: Uçan Ağıl (1-2),             
                      Uzun Oba (3-4) və Ovçular Təpəsi (5). 
 
Araşdırmalar  göstərir  ki,  Urmiya  hövzəsi  və  Culfa  Kültəpəsində 
başlıca olaraq Sünik obsidianından istifadə edilmişdir. Şübhəsiz ki, Arazdan 
cənubda  yerləşən  yaşayış  yerlərinin  Sünik  obsidianı  ilə  təmin  edilməsi 
Naxçıvançay, Sirabçay və Qahabçay vadisində yerləşən abidələr vasitəsi ilə 


 
 
29 
 
həyata  keçirilmişdir.  I  Kültəpə  və  Ovçular  Təpəsinin  obsidian  məmulatı 
arasında  az  da  olsa  Şərqi  Anadoludan  –  Meydandağdan  gətirilmiş 
obsidiandan da istifadə olunmuşdur ki, bu da Şərqi Anadolu ilə əlaqələrin  
olduğunu təsdi
q
 edir (Tablo 2).  
Babək  rayonunun  Sirab  kəndindən  şimalda  yerləşən  Uçan  Ağıl 
yaşayış  yerinin  yerüstü  materialları  boyalı  qablar  və  samanlı  keramika 
nümunələrindən  ibarətdir  (Şəkil  15,  1,  2;  Şəkil  17).  Abidədə  Kür-Araz 
mədəniyyətinə  aid  keramika  parçalarına  da  rast  gəlinmişdir.  Tapıntılar 
arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin 
aşkar  olunması  da  diqqətəlayiqdir.  Yaşayış  yerində  üç  yerdə  qazıntı 
aparılmışdır.  Birinci  sahənin  ölçüsü  5x5  m,  ikinci  sahənin  ölçüsü  5x5  m, 
üçüncü  sahənin  ölçüsü  5x10  m  olmuşdur.  Qazıntılar  mədəni  təbəqənin 
relyefdən  asılı  olaraq  20-60  sm  arasında  olduğunu  göstərir.  Uçan  Ağıl 
yaşayış  yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika 
nümunələri,  o  cümlədən  boyalı  qabların  parçaları  aşkar  olunmuşdur. 
Keramika  nümunələrinin  araşdırılması  onların  e.  ə.  V  minilliyin  birinci 
yarısına və Ovçular Təpəsindən əvvələ aid olduğunu təsdiq edir. 
Bu, abidələrdən götürülən karbon nümunələrinin analizi ilə də təsdiq 
olunmuşdur.  Uçan  Ağıl  yaşayış  yerindən  Culfa  Kültəpəsindən  məlum  olan 
Dalma  Təpə  tipli  boyalı  keramika  parçalarının  aşkar  olunması  bu  yaşayış 
yerləri  arasında  əlaqələrin  olduğunu  təsdiq  etməkdədir.  Ovçular  Təpəsi 
yaşayış  yerindən  götürülən  karbon  nümunələrinin  analizi  Son  Eneolit 
dövrünə  aid  nəticələr  vermişdir.  Bu  yaşayış  yerindən  Dalma  Təpə  tipli 
boyalı keramika aşkar olunmasa da, bir nümunə ilə təmsil olunan Ubeyd tipli 
boyalı keramika Mesopotamiya ilə əlaqələrin olduğunu göstərir. Qeyd edək 
ki,  Uçan  Ağıldan  aşkar  olunan  boyalı  keramika  nümunələrinin  biri  də 
Mesopotamiya ilə əlaqələrin olduğunu təsdiq edir. Bununla bərabər Sirabçay 
hövzəsindən  aşkar  olunan  Son  Eneolit  dövrü  keramikası  Ovçular  Təpəsi 
mədəniyyətində  fərqli  xüsusiyyətlərə  malikdir.  Ovçular  Təpəsindən  fərqli 
olaraq  Sirabçay  hövzəsinin  Son  Eneolit  keramikasında  darama  bəzəmələr 
yoxdur. Ovçular Təpəsindən sonraya aid olan bu mədəniyyət sarı və qırmızı 
rəngli, saman qarışığı olan keramika ilə təmsil olunmuşdur. Saman qarışığı 
olan  keramika  nümunələrinin  bir  qismi  cilalanmışdır.  Keramika 
nümunələrinin bir qismi isə qaba qum qarışığı olan gildən hazırlanmışdır. Bu 
yaşayış  yerlərinin  araşdırılması  Naxçıvanın  Erkən  və  Son  Eneolit  dövrü 
mədəniyyətinin  Urmiya  hövzəsi  və  Şərqi  Anadolu  ilə  əlaqələr  şəraitində 
inkişaf etdiyini göstərir.  


 
 
30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Tablo 1. Naxçıvanın Neolit və Eneolit yaşayış yerlərindən götürülən karbon nümunələrin analizinin nəticələri. 
 
 
Sampl İD 
Sample
 
Radiocarbon 
Age (BP)
 
δ
13
C (
‰) 
Date BC (95,4%)
 
1
 
Kultepe-2013-B-035
 
LTL14889A
 
6374 ± 50 
-
24.4 ± 0.4 
5473-5293 BC
 
2
 
Kultepe-2013-B-006
 
LTL14890A
 
6926 ± 45 
-
18.6 ± 0.2 
5903-5720 BC
 
3
 
Kultepe14-P1,002
 
LTL14935A
 
6477 ± 45 
-
21.3 ± 0.6 
5520-5341 BC
 
4
 
Kultepe14-D004
 
LTL14936A
 
7042 ± 45 
-
22.8 ± 0.6 
6014-5836 BC
 
5
 
Kultepe14-C021
 
LTL14937A
 
6548 ± 45 
-
19.6 ± 0.5 
5616-5466 BC
 
6
 
Kultepe14-A057
 
LTL14939A
 
6420 ± 45 
-
25.5 ± 0.3 
5475-5320 BC
 
7
 
Kultepe14-A072
 
LTL14940A
 
6355 ± 45 
-
23.9 ± 0.6 
5468-5399 BC
 
8
 
Kultepe13 AO12
 
LTL14035A
 
6462 ± 45 
-
26.6 ± 0.5 
5490-5320 BC
 
9
 
Kultepe14-C034
 
LTL15113A
 
7099 ± 50 
-
21.1 ± 0.6 
6070-5880BC
 
10
 
Kultepe14-C032
 
LTL15114A
 
7065 ± 50 
-
19.9 ± 0.5 
6040-5840BC
 
11
 
Deyirman Yeri
 
LTL14886A
 
5011 ± 45 
-
26.4 ± 0.3 
3946-3701 BC
 
13
 
Yeni Yol2013
 
LTL14894A
 
5063 ± 45 
-
22.1 ± 0.5 
3965-3761 BC
 
14
 
Yeni Yol2014-1007
 
LTL14895A
 
4853 ± 45 
-
17.1 ± 0.4 
3712-3622 BC
 
15
 
Serin Bulaq 2013-1
 
LTL14892A
 
4953 ± 40 
-
20.7 ± 0.4 
3902-3880 BC
 
16
 
Ucan Agil2013
 
LTL14893A
 
5585 ± 45 
-
21.9 ± 0.7 
4497-4344 BC
 
17  Sorsu 2013: 1008
 
LTL14063A
 
4945 ± 45 
-
27.7 ± 0.5 
3910-3870 BC
 
18  Uzunoba 15- 010 
LTL16019A 
5674 ± 45
 
-
20.3 ± 0.5
 
4620-4370 BC 
19 
Uçan Agıl 15
-2019 
LTL16009A 
5713 ± 45
 
-
23.4 ± 0.4
 
4690-4450 BC 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə