Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

 
 
51 
 
edilməmişdir.  Xronoloji  cəhətdən  fərqlənən  keramika  məmulatı  ilə  daş 
alətlərin  müəyyən  kateqoriyası  arasında  heç  bir  fərq  izlənilməmişdir. 
Bununla  belə  daş  alətlərin  müəyyən  qrupu  ilə  tunellər  arasında  müəyyən 
uyğunluq  var.  Son  Eneolit  və  Erkən  Tunc  dövrünə  aid  keramika  tunellərin 
çıxışında,  adətən  tunellərdən  bir  qədər  aşağıda  yerləşən  təbii  mənzillərdə 
aşkar  edilmişdir.  Bunun  əksinə  olaraq  Orta  əsr  keramikası  başlıca  olaraq 
açıq  karxanaların  yaxınlığında  aşkar  olunur  və  olduqca  nadir  hallarda  daş 
alətlər və tunellərlə bağlanır. Məsələn 1-ci Pəncərədə Orta əsr keramikasının 
aşkar  olunduğu  zonada  iki  tunel  çıxışı  vardır,  lakin  4-cü  Pəncərənin  şimal 
hissəsindəki açıq duz karxanasının ətrafında minlərlə Orta əsr keramikasının 
parçasına  rastlanmışdır.  Kür-Araz  keramikası  ilə  müqayisədə  Son  Tunc  və 
Erkən Dəmir dövrünə aid keramika olduqca az aşkar olunmuşdur. Beləliklə, 
daş  alətlərin  bir  qismi  tunellərdən  duz  çıxarmaq  və  birbaşa  tunellərin 
qazılması üşün istifadə edilmişdir. İlkin nəticələr göstərir ki, bu tip istismar 
üsulu  Son  Eneolit  və  Erkən  Tunc  dövründən  mövcud  olmuşdur.  Lakin  II 
Kültəpədən  aşkar  olunan  daş  alətlər  nəzərə  alınarsa  demək  olar  ki,  duz 
istehsalı Orta Tunc dövründə də davam etmişdir. 
Duzdağda dörd mövsümdə aparılan sistematik araşdırmalardan sonra 
onun tarixəqədərki dövrün son mərhələsində mühüm əhəmiyyət kəsb etdiyi 
göz  önünə  çıxarılmışdır.  Duzdağın  istismarının  miqyasından  da  göründüyü 
kimi  duzun  funksiyası  “İkinci  ərzaq  inqilabı”  zamanı  e.  ə.  V  -  IV 
minilliklərdə  Mesopotamiyanın  böyük  hissəsində  və  Qafqazda  meydana 
gələn struktur dəyişikliklərini anlamaq üçün əsas açarlardan biridir. Bununla 
bağlı olaraq aşağıdakı əsas nəticələri çıxarmaq mümkündür: 
Birincisi,  2-ci  Pəncərədə  mütəmadi  aşkar  olunan  saman  qarışıqlı 
keramikaya əsasən aydın olur ki, mədənin istismarı e. ə. V minilliyin ikinci 
yarısında  başlamışdır.  Bu  onu  göstərir  ki,  İspaniyadakı  Kardona  [La 
Müntania  del  Sal]  ilə  birlikdə  Naxçıvan  Duzdağı  dünyanın  ən  qədim 
mədənlərindən  biridir.  Kardonada  duz  yataqlarının  ətrafında  insan 
fəaliyyətinin  ən  qədim  izləri  e.  ə.  4200  və  3600-cü  illərə  aid  edilmişdir. 
Erkən  mədən sənayesi ilə bağlı fikirlər uzun müddət ərzində antikvarlar və 
yerli  kənd  əhalisi  tərəfindən  toplanan  173  bütöv  və  sınmış  daş  alətlər 
əsasında söylənmişdir.  Bu alətlər duz mədənindən aşkar olunan iki qəbirin 
oxşar  daş  alətləri  ilə  müqayisə  əsasında  tarixləndirilmişdir.  Qəbirlərin  özü 
isə  aşkar  olunan  digər  materiallar  əsasında  Orta  Neolit  dövrünə  aid 
edilmişdir.  Belə  görünür  ki,  Duzdağda  duzun  erkən  çıxarılması  ilə  bağlı 
məsələlər  Kardonadakı  faktlardan  daha  tutarlıdır.  Belə  ki,  duz  mədənində 
müxtəlif xronoloji dövrlərə aid keramika məmulatı ilə birlikdə  yüzlərlə daş 
əmək  aləti  də  aşkar  olunmuşdur.  Aydındır  ki,  Duzdağında  aşkar  olunan 


 
 
52 
 
arxeoloji  materiallar,  xüsusilə  xeyli  informasiya  verən  keramika  məmulatı 
tarixəqədərki  dövrün  son  mərhələsindən  başlayaraq  müasir  dövrədək  duz 
sənayesinin  inkişafının  müxtəlif  cəhətlərini  öyrənmək  üçün  gözəl  imkan 
yaradır.  
 
İkincisi  qeyd  etmək  lazımdır  ki,  Duzdağdakı  erkən  duz  istehsalı 
prosesi  intensivliyi  ilə  fərqlənir.  Son  Eneolit  və  Erkən  Tunc  dövrü 
keramikasının proporsiyası xüsusilə yüksəkdir. Naxçıvanda, həmçinin qonşu 
Urmiya  və  Van  rayonunda  Son  Eneolit  və  Erkən  Tunc  dövrünə  aid  qeydə 
alınan yaşayış yerləri ilə müqayisədə bu olduqca yüksək göstəricidir. E.ə. II 
minilliyin sonundan yaşayış yerlərinin artması, ehtimal ki, Dəmir dövrünə və 
Orta əsrlərə  aid keramika məmulatının artmasına səbəb  olacaqdır.  Hazırda 
duz mədənində yeddi pəncərədə aparlan sistematik araşdırmalar zamanı Kür-
Araz  keramikasının  üstünlüyü  tədqiqatların  məhdudluğu  ilə  bağlı  deyil. 
Müəyyən  yerlərdə sayı dəyişsə də Kür-Araz  keramikası Duzdağ  mədəninin 
bütün  ərazisində  üstünlük  təşkil  edir.  İndi  qarşıda  duran  əsas  sual  bundan 
ibarətdir:  Duzdağda  mədənçilk  işləri  daha  əvvəl  Erkən  Tunc  dövründə, 
yoxsa  Son  Eneolit  dövründə  başlamışdır?  Son  illər  Ovçulartəpəsində  aşkar 
olunan  tapıntılar  Kür-Araz  tayfalarının  Naxçıvanda  e.  ə.  V  minilliyin 
sonundan  məskunlaşdığını  göstərir.  Müəyyən  edilmişdir  ki,  Yaxın  Şərq 
ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal 
ehtiyatları,  o  cümlədən  duz  əsas  yer  tutmuşdur.  Eneolit  dövründən 
başlayaraq  duz  həmçinin  mübаdilə  vаsitəsi  оlmuş,  ticаrət  məqsədilə  Şərq 
ölkələrinə  аpаrılmışdır.  İnsanların  məişətinə  daxil  olan  duz  onların 
ideologiyasının  formalaşmasında  müəyyən  yer  tutmuş,  duzla  bağlı  inamlar 
yaranmışdır.  Bu  tip  inamlar  Azərbaycan  xalqı  arasında  xüsusilə  geniş 
yayılmışdır. 
 
Erkən  Tunc  dövrü  abidələri.    E.ə.  V  minilliyin  sonu  və  IV 
minilliyin  əvvəlində  -  Erkən  Tunc  dövründə  Naxçıvanda    Kür-Araz 
mədəniyyəti  formalaşmışdır.  Bu  dövrdə  qədim  Nахçıvаn  sаkinlərinin 
tаriхində  əsаslı  ictimаi-iqtisаdi  dəyişikliklər  оlmuşdur.  Еnеоlit  dövründə 
əsаsı  qоyulаn  tunc  mеtаllurgiyаsı  inkişаf  еtmiş,  mаldаrlıq  əkinçilikdən 
аyrılmış,  хış  əkinçiliyi  mеydаnа  gəlmiş,  yаylаq  mаldаrlığı  inkişаf  еtmiş, 
tаyfа ittifаqlаrı yаrаnmışdır.  Iqtisаdiyyаtın inkişаfı  və əhаlinin аrtmаsı yеni 
yаşаyış  yеrlərinin  sаlınmаsınа  səbəb  оlmuşdur.  Bu  dövrə  аid  I  Kültəpə,  II 
Kültəpə,  Аşаğıdаşаrх,  Оvçulаrtəpəsi,  I  Mахtа  Kültəpəsi,    II  Mахtа 
Kültəpəsi,  Хələc,  Ərəbyеngicə,  Hоvuzlu  yаşаyış  yеrləri,  Dizə,  Qаrаbulаq, 
Plоvdаğ, Хоrnu nеkrоpоllаrı qеydə аlınmışdır.  


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə