Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

 
 
48 
 
müxtəlif tipli alətlərin qalıqları onların uzun müddət istifadə olunduğunu və 
müxtəlif inkişaf mərhələlərindən keçdiyini göstərir.  
 
 
 
Şəkil 31. Duzdağ. Araşdırmaların xəritəsi. 
 
Daş  çəkiclərin  həcminə  və  işlənmə  üsullarına  əsaslanaraq  müxtəlif 
elmi  mülahizələr  irəli  sürmək  olar.  Bəzi  kiçik  həcmli  daş  çəkiclər  duz 
bloklarının  üzə  çıxarılmasında,  bəziləri  blokların  sərhədlərinin  müəyyən 
edilməsində,  daha  ağır çəkiclər isə  duz  blokların  qırılmasında və tunellərin 
yaranmasında istifadə edilmişdir.  
Tədqiqat  zamanı  daş  duzun  emal  edilməsi  əzici  alətlər  üçün  istifadə 
olunan  dən  daşları,  əzici  alətlər  sürtkəclər  və  dəstəklər  birbaşa  iş 
platformalarından  tapılmışdır.  Əzgi  daşları  və  sürtgəclər  bazaltdandır.  Bu 
material  Qafqazın  Neolit  və  Tunc  dövrü  yaşayış  yerlərində  əzici  alətlərin 
hazırlanmasında  istifadə  edilmişdir.  Ümumiyyətlə,  parçalanmış  halda  açkar 
edilın  bu  tip  alətlər,  ehtimal  ki,  mədənə  ikinci  dəfə  istifadə  olunmaq  üçün 
gətirilmişdir. Ərazidən müxtəlif cinsli çay daşlarından hazirlanan konusvari 
və  slindirik  formalı  dəstəklər  də  tapılmışdır.  İşlənmə  izlərinin  ilkin 
araşdırmalarının  nəticələri  göstərir  ki,  onlar  qida  hazırlamaq  üçün  deyil 
yumşaq  faydalı  qazıntıların  emalı  üçün  işlənmişdir.  Bu  onu  göstərir  ki, 


 
 
49 
 
duzun ilkin emalı bilavasitə karxanaların yaxınlığında yerləşən ərazilərdə - iş 
yerlərində olmuşdur.  
Duzdağ  mədənlərindən  tapılan  müxtəlif  formalı  daş  alətlər  ehtimal 
etməyə  imkan  verir  ki,  duzun  sadə  üsullarla  çıxarılması  ilə  bərabər  yüksək 
texniki  biliyə  əsaslanan  daha  strukturlaşdırılmış  və  mürəkkəb  istismarı  da 
mövcud olmuşdur. Daş alətlərin və çəkiclərin müxtəlif tiplərə bölünməsi də 
duz  çıxarma  zonaları  ilə  onların  emalı  həyata  keçirilən  platformalardakı 
“emalatxanalar”  arasında  əməyin  təşkilinin  müəyyən  formasının  mövcud 
olduğunu  göstərir.  Aşkar  edilmiş  daş  alətlərin  heç  də  hamısı  duz  çıxarmaq 
üçün  olmamışdır.  Onların  bəzisi  həmçinin  əmək  alətlərinin  yenidən 
düzəldilməsi  və  duzun  şaxtada  birbaşa  emalı  üçün  istifadə  olunmuş  və 
daşımaq üçün yararlı vəziyyətə salınmışdır. Əmək alətlərində saxlanmış izlər 
onların funksiyasını və istismar prosesini aydınlaşdırmağa imkan verir.  
Duzdağdan  həmçinin  xeyli  miqdarda  keramika  məmulatı  aşkar 
olunmuşdur. Bu tip material mədənin cənub-qərb və şimal-qərb yamacından 
2-ci  və  4-cü  pəncərələrdən  tapılmışdır.  Qədim  işlənmə  ərazilərindən  kiçik 
keramika  parçaları  ilə  yanaşı  yaxşı  saxlanmış  tapıntılar  da  əldə  edilmişdir. 
Cənub-qərb yamacda Erkən Dəmir dövrünə aid toxunulmamış bütöv qədəh, 
2-ci  Pəncərədən  isə  Kür-Araz  mədəniyyətinə  aid  küpənin  parçaları  aşkar 
olunmuşdur.  Bütün  keramika  parçaları  saxlanma  dərəcəsindən  asılı 
olmayaraq  toplanırdı.  Belə  ki,  onların  gilinin  tərkibi  və  işlənməsi  minimal 
dərəcədə  olsa  da  xronologiyanı  müəyyən  etməyə  imkan  verirdi.  Bəzi 
diaqnostik  formalar,  xüsusilə  uzun  bir  zaman  ərzində  mövcud  olan  Erkən 
Tunc dövrünə aid eroziyaya uğramış “Naxçıvan qulpları” toplanmış ümumi 
materialın əksəriyyətini təşkil edirdi.  
1,  2,  3  və  4-cü  Pəncərələrdən  aşkar  olunan  keramika  məmulatının 
müqayisəli analizi müəyyən xüsusiyyətləri üzə çıxarmağa imkan verir. 
Təpənin cənub-qərb  yamacında  yerləşən 2-ci Pəncərə saman qarışığı 
olan  keramika  Kür-Araz  mədəniyyətinə  aid  keramika  parçaları  ilə 
xarakterizə  edilir.  Bəzi  keramika  parçalaları  Erkən  Dəmir  dövrünə  aiddir. 
Lakin  onlar  açıq-aşkar  azlıqdadır.  Erkən  Tunc  və  Dəmir  dövrünün 
keramikası  1-ci  Pəncərədə  nisbətən  bərabərləşmiş,  lakin  buradan  Eneolit 
dövrünə  aid  keramika  aşkar  olunmamışdır.  Qeyd  etmək  lazımdır  ki,  Erkən 
Tunc dövrünə aid keramika 1-ci pəncərədə 2-ci Pəncərəyə nisbətən azdır. 
Maraqlıdır  ki,  Cəhri  Xorundakı  təzahürlərdə  [3-cü  Pəncərə]  Son 
Eneolit  və  Erkən  Tunc  dövrünə  aid  keramika  məmulatına  rast 
gəlinməmişdir.  Cəhri  Xorundan  aşkar  olunan  keramika  məmulatının 
əksəriyyəti ya Dəmir dövrünə,  ya da Orta əsrlərə aiddir. Qədim mədənçilər 


 
 
50 
 
bu  duz  təzahürünə  olduqca  az  gəlmişlər.  Onlar  ya  bu  marşrutla  hərəkət 
etməmiş, ya da o zaman bu təzahürlər mövcud olmamışdır. 
Orta Tunc dövrünə aid keramika məmulatı Pəncərələrdə, demək olar 
ki,  rast  gəlinməmişdir.  Bəzi  təsadüfi  tapıntılar  təpənin  cənub  yamacında 
aşkar  olunmuşdur.  Onların  hamısı  monoxrom  boyalı  olub  qırmızı  rəng 
üzərindən  qara  rənglə  naxışlanmışdır.  Məlum  olduğu  kimi,  Van  da  daxil 
olmaqla  Cənubi  Qafqazda  Orta  Tunc  dövrünə  aid  keramika  [Naxçıvan 
istisna  olmaqla]  başlıca  olaraq  qəbirlərdən  aşkar  olunmuşdur.  Ehtimal  ki, 
şaxtalarda  Orta  Tunc  dövrü  fəhlələri  tərəfindən  istifadə  olunan  keramika 
müəyyən  funksional  mahiyyət  daşımışdır,  lakin  bu  hələlik  tam 
aydınlanmamışdır.  
Son  Tunc  və  Erkən  Dəmir  dövrünə  aid  keramika  parçaları  texnoloji 
xüsusiyyətlərinə  görə  az  fərqlənir.  Onları  ayırmaq  üçün  başqa  dəlillər 
olmadığından  bu  tip  keramikanı  Son  Tunc  və  Erkən  Dəmir  dövründə 
birləşdirmək daha  düzgün  olardı. Lakin Son Tunc  dövrünə  aid naxışlanmış 
keramika  parçalarına  da  rastlanmışdır.  Onlar  boz,  boz-qara  rəngli  olub 
qabların  çiyin  hissəsini  əhatə  edən  çərtmə  və  qabarıq-batıq  xətlətlərdən 
ibarətdir.  Maraqlıdır  ki,  Son  Tunc  və  Erkən  Dəmir  dövrünə  aid  keramika 
məmulatı başlıca olaraq 2-ci Pəncərədən aşkar olunmuşdur. 
Orta  əsr  keramikasına  gəldikdə,  demək  olar  ki,  onların  əksəriyyəti 
təpənin cənub yamacında 4-cü Pəncərədən, az miqdarda isə 1-ci Pəncərədən 
aşkar  olunmuşdur.  Sonuncuda  onlar  Dəmir  dövrü  keramikası  ilə  birlikdə 
aşkar olunmuşdur. Orta əsr keramikası 4-cü Pəncərənin simal qurtaracağında 
daha  çox  toplanmışdır.  Burada  gips  yataqları  da  aşkar  olunmuşdur.  Lakin 
hələlik  karxananın  nə  üçün  açıldığı  hələlik  məlum  deyil.  Karxanada  gips, 
duz,  yaxud  onların  hər  ikisi  çıxarıla  bilərdi.  Orta  əsrlərə  aid  keramika  gil 
məhluluna  salınmış,  içərisində  dulus  çarxının  izləri  qalan  daraqvari 
ornamentlə  naxışlanmış  sadə  keramikadan  ibarətdir.  Bununla  bərabər  göy 
şirli, yaşıl və qara rənglə naxışlanmış keramikaya tez-tez rastlanır. Antik və 
Sasani dövrünə aid keramika məmulatı indiyədək aşkar edilməmişdir.  
Əgər  daş  alərləri  keramikanın  yayıldığı  zonalar  üzrə  bölüşdürsək 
görərik ki, daş alətlərin aşkar olunduğu zonalar başlıca olaraq Son Eneolit və 
Erkən  Tunc  dövrünə  aid  keramikanın  konsentrasiya  olunduğu  ərazilərlə 
uyğun  gəlir.  Bu  faktlar  daş  alətlərin  daha  çox  tarixəqədərki  dövrün  son 
mərhələsində  istifadə  olunduğunu  ehtimal  etməyə  imkan  verir.  Bu  fikir  I 
Kültəpə  və  II  Kültəpənin  stratiqrafik  tapıntıları  ilə  təsdiq  olunur.  Xüsusilə 
Kür-Araz  mədəniyyətinə  aid  qabbro-doleritdən  hazırlanmış  daş  çəkiclər 
arasında  böyük  uyğunluq  vardır.  Lakin  bu  daş  alətlərin  müxtəlif 
kateqoriyalarının  morfoloji  analizi  zamanı  aydın  xronoloji  fərq  aşkar 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə