Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

 
 
131 
 
Araşdırmalar göstərir ki, qazan bolqarların bir qolu olmuşdur. Bu fakt Sünik 
əhalisinin bolqar türklərindən ibarət olduğunu təsdiq edir. Qor və Qazan  adlı 
iki qardaşın oğuz [oğur] türklərinin adlı-sanlı nəslindən olduğu da müəyyən 
olunmuşdur.  Mənbələrdə  Cənubi  Azərbaycan,  Naxçıvan  və  ona  yaxın 
ərazilərdə  məskunlaşan  kəngərlilərin  yaşadığı  yer  “Kəngərlilərin  vilayəti”, 
oradakı  dağ  isə  “Kəngərlilərin  dağı”  adlandırılmışdır.  Musa  Kalankaytuklu 
yazır  ki,  “bütün  bunlar  xristian  dinini  məhv  edib  və  bizi  zərdüşt  dininə 
bağlamaq  istəyən  II  Yezdəgirdin  [438-454]  taxta  çıxmasından  iyirmi  il 
qabaq olub”. Yəni 418-ci ildə. 
II  Şapur  [309-379]  hunların  [xəzərlərin]  hücumuna  qarşı  mübarizə 
aparsa  da  xəzərlərə  qarşı  ciddi  mübarizə  I  Qubadın  [446-531]  zamanında 
olmuşdu.  O,  Dinavərədək  irəliləyən  xəzərləri  geri  çəkilməyə  məcbur  etmiş 
Gürcüstan və Aranı geri almışdı. Ərəb mənbələri bu haqda məlumat verərək 
yazırdı: “O, Arran ölkəsinə daxil oldu və ər-Ras [Araz] adı ilə məhşur olan 
çayla  Şirvan  arasında  olan  bütün  torpaqları  tutdu.  I  Xosrov  Ənuşirəvanın 
[531-578]  dövründə  xəzərlərə  qarşı  mübarizə  daha  da  artdı.  O,  Dərbənd 
keçidini möhkəmləndirdi. 
Bir  tərəfdən  hunların  hücumları,  digər  tərəfdən  isə  İranın  Bizansla 
müharibələri ölkənin təsərrüfatına ziyan vurduğu və ölkə başdan başa talan 
edildiyi  üçün  Ənuşirəvanın  dövründə  Sünik  hakimi  Sasanilərin  vassallığını 
qəbul edir. 
 
Ərəb  mənbələrində  Naxçıvan  Aranın  bir  vilayəti  olan  Basfurcanın 
mərkəzi  kimi  göstərilir.  Yaqut  Həməvi  yazır  ki,  “Basfurcan  Arranda  bir 
vilayətdir.  Paytaxtı  Nəşəva,  ona  Naxçıvan  da  deyirlər”.  Bu  mənbələrdə 
Basfurcan  və  Sisacan  ayrı-ayrı  ölkələr  kimi  xatırlanır.  Yəqubi  xəzərlər 
haqqında  məlumat  verərək  yazır  ki,  “onlara  xaqan  adlanan  padşah  başçılıq 
edir.  Onun Arran,  Curzan,  Basfurcan  və  Sisacan  üzərində  Yəzid  Balaş adlı 
canişini vardır. Yaqut  Həməvi və Bəlazurinin məlumatına  görə  Sasani şahı 
Ənuşirəvanın  Sisacanda  [Sünik]  Vays,  al-Kilab  və  aş-Şahabuş  qalalarını 
bərpa etdiyi haqqında məlumat vermişdir. Sonuncu Naxçıvanda olan Şahbuz 
oykonimi  ilə  uyğundur.  Hazırda  Şahbuz  rayonunun  Şahbuz  kəndi  [Kənd 
Şahbuz]  yaxınlığında  eyni  adlı  qala  var.  Bu  qala  xalq  arasında  Şapurqala 
adlanır. 
Ərəb mənbələrinin məlumatları xəzərlərin VI əsrdə [531-ci ildən gec 
olmayaraq]  Naxçıvan  ərazisində  məskunlaşdığını  göstərir.  Xəzərlər 
sasanilərin  aldıqları  əraziləri  yenidən  ələ  keçirirlər.  Naxçıvanda  xəzər 
sərkərdələrinin  adı  ilə  bağlı  yer  adları  bunu  bir  daha  təsdiq  edir.  Şahbuz 
rayonunda  Şada,  Ordubadda  Vənənd,  Şərurdakı  Qarxun  toponimləri  hun, 
xəzər,  bolqar  sərkərdələrinin  adı  ilə  bağlıdır.  Lakin  sasanilər  müəyyən 


 
 
132 
 
müddət  yerli əhalini tabe  etsə  də  onlar  müstəqilliklərini qorumuş,  sasanilər 
isə  onlarla  hesablaşmalı  olmuşlar.  Təsadüfi  deyil  ki,  sasanilər  Dərbənd 
keçidini qorumaq üçün Sünik ordusundan istifadə etmişdir. 
Cənubi Qafqaz hakimlərinin İranın paytaxtında keçirilən hərbi keçidlə 
bağlı  Musa  Kalankaytuklu  maraqlı  məlumat  verir.  Bu  məlumata  görə  hərbi 
mərasimdə  alban  və  erməni  sərkərdələri  ilə  bərabər  Sünik  sərkərdəsi  də 
iştirak  etmişdir.  Daha  sonra  keçidə  digər  sərkərdələrdən  daha  tez  qatılan 
Alban hökmdarı Cavanşirə göstərilən ehtiramdan bəhs edilir.  
Mənbələrin  məlumatları  Erkən  Orta  əsrlərdə  Naxçıvanın  Cənubi 
Qafqazın  sosyal-siyasi  həyatında  mühüm  rol  oynadığını  göstərir.  Naxçıvan 
şəhəri  Sasanilərin  Cənubi  Qafqazda  əsas  dayaq  məntəqələrindən  biri 
olmuşdur. Naxçıvanın rolu o qədər mühüm olmuşdur ki, müəyyən dövrlərdə 
Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüşdür. 
VII əsrin əvvəlində Naxçıvan yenidən Sasani-Bizans müharibələrinin 
meydanına  çevrilir.  Bizans  Sasanilərin  tərkibində  olan  Naxçıvana  bir  neçə 
dəfə hücum edərək şəhəri mühasirəyə almışdılar. Lakin  II Xosrov Pərvizin 
göndərdiyi  ordu  şəhəri  mühasirədən  azad  edir.  Müharibənin  gedişində 
Bizans  hökmdarı  İraklinin  xeyirinə  dəyişiklik  yarandıqdan  sonra  II  Xosrov 
İrakli üçün əlverişli müqavilə bağlamaqdan imtina etdir. O, 625-ci ildə 120 
min  nəfərlik  qoşunla  Naxçıvana  hücum  edir  və  şəhəri  dağıdır.    Naxçıvanı 
işğal  etdikdən  sonra  İrakli  Arazı  keçdi  və  Cənubi  Azərbaycanın  paytaxtı 
Qazaka  şəhərini  tutur.  Atəşpərəstlərin  bu  şəhərdəki  baş  məbədi  bizanslılar 
tərəfindən  dağıdıldı.  İrakli  çoxlu  əsir  və  qənimətlə  qışlamaq  üçün  Arana   
getdi. Bunun səbəbi Bizansın xəzərlərlə müttəfiq olması idi.  
Bizans işğalı uzun sürmədi. Bir müddətdən sonra sasanilər Naxçıvanı 
yenidən  ələ  keçirdilər.  Rəvayətə  görə  Sasani  şahı  III  Yezdəgird  Naxçıvan 
qalasında  bərpa  və  təmir  işləri  aparmışdır.  Buna  görə  qala  bir  müddət 
“Yezidabad”  adlandırılmışdır. Ümumiyyətlə,  Sasanilər Naxçıvan  ərazisində 
olan  bir  sıra  yaşayış  məntəqələrində  bərpa  işləri  aparmışdır.  Lakin  bəzi 
mənbələrin  bu  qalaların  Sasanilər  tərəfindən  inşa  olunması  ilə  bağlı 
məlumatları həqiqətə uyğun deyildir. 
Naxçıvan  strateji  cəhətdən  əlverişli  mövqedə  yerləşdiyindən  burada 
Sasanilərə  məxsus  zərbxana  olmuşdur.  Bu  həm  də  Naxçıvanın  mühüm 
sənətkarlıq və ticarət mərkəzi olması ilə bağlı idi. Bu zərbxana Azərbaycanın 
ən  qədim  zərbxanalarından  biridir.  Y.A.Paxomov  müəyyən  etmişdir  ki, 
üzərində  “naxç”  işarəsi  olan  sikkələr  məhz  Naxçıvanda  zərb  olunmuşdur. 
Digər  zərbxanalara  nisbətən  daha  böyük  olan  Naxçıvan  zərbxanası  ərəb 
istilasınadək  fəaliyyət  göstərmişdir.  Naxçıvan  zərbxanasında  ilk  sikkə  533-
cü  ildə  Sasani  şahı  I  Xosrovun  adından,  son  sikkə  isə  638-ci  ildə  III 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə