Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

 
 
159 
 
       
 
 
       Şəkil 96. Türbənin bəzəmə motivindən nümunələr. 
 
Türbənin  xarici  səthi  həndəsi  ornamentlə  naxışlanmışdır.  Möminə 
Xatun  türbəsinin  on  səthinin  doqquz  tağçasının  şəkilləri  bir-birindən 
tamamilə  fərqlənən  həndəsi  ornamentlərə  malikdir.  Türbənin  giriş  qapısı 
olan  onuncu  səthin  tağçasında  doqquz  səthdən  birinin  ornamentləri  təkrar 
edilmişdir. Ornamentlər  başlıca  olaraq  kərpicdən  və  firuzəyi  kaşılardan 
yığılmışdır.  Ornamentlərin  əsasında  çoxguşəli  ulduzlar  və  çoxbucaqlılar 
durur. Memar müxtəlif ornamentləri bir-biri ilə əlaqələndirərək ahəngdarlıq 
yarada bilmişdir. 
Türbənin  yerüstü  hissəsinin  içəri  tərəfi  zəngin  dekorativ  bəzəkdən 
mərum olmaqla başlıca olaraq sadədir. İş tərəfdə 20 m hündürlükdə yerləşən 
kitabə qurşağı və dör ədəd böyük ölçülü medalyon vardır. Medalyonlar gəc 


 
 
160 
 
üzərində  oyma  üsulu  ilə  işlənmiş  həndəsi  və  bitki  ornamentlərindən 
ibarətdir.  Özünəməxsus  kompozisiyada  işlənən  medalyonların  özəyinin 
"Allah"  sözü  təşkil  edir.  Bu  özəyin  ətrafında  çoxguşəli  ulduzların  arasında 
Ömər, Osman, Əli sözləri yazılmışdır.  
   Culfa  karvansarası  Culfa  rayonunun  Gülüstan  kəndində,  Araz 
çayının sol sahilindədir. Culfa (Gülüstan) karvansarasının qalıqları 1974-cü 
ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam 
üzə çıxarılmışdır.  
 
 
Şəkil 97. Culfa karvansarası. 
 
Bakı-Culfa  dəmiryolu  xətti  çəkilərkən  (1939-1940)  karvansaranın 
təqribən  yarısı  dağılmışdır.  Tədqiqatlar  nəticəsində  Culfa  karvansarasının 
Azərbaycanda  yolüstü  karvansaralar  içərisində  ən  görkəmli  və  möhtəşəm 
abidə  olduğu  müəyyənləşdirilmişdir.  Ümumi  uzunluğu  37  m  olan  Culfa 
karvansarasının  eyni  tipi  Araz  çayının  sağ  sahilində,  demək  olar  ki, 
bütünlüklə  salamat  qalmışdır.  Karvansaraların  hər  iki  sahildə  üzbəüz 
yerləşməsi  hələ  Araz  çayı  üzərində  körpü  tikilməzdən  əvvəl  burada  çay 
bərəsinin  işlədiyini  göstərir  və  karvansaraların  tikilmə  dövrünü  XIII  əsrin 
əvvəllərinə aparıb çıxarır. Karvansara çaydaşıdan tikilmiş və gəc məhlulu ilə 


 
 
161 
 
suvanmışdır. Culfa  karvansarasının içərisində çoxlu  yaşayış otaqları vardır. 
Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal 
tərəfində  sağ  və  solda  tağ  formasında  dərin  divar  oyuqları  olan  böyük  zal 
mövcuddur.  Bu  zal  haqqında  qəti  fikir  söyləmək  çətindir.  Lakin  belə  plan 
quruluşuna malik köhnə məscidlər də məlumdur.
  
 
              
 
       Şəkil 98. Möminə xatın türbəsinin sərdabəsi. 
 
Qarabağlar Türbə Kompleksi.   Naxçıvan  Muxtar  Respublikasında 
yerləşən  tarix  və  mədəniyyət  abidələr  yalnız  Azərbaycan  tarixi  üçün  deyil, 
həm  də  Yaxın  Şərq  və  Cənubi  Qafqaz  tarixinin  öyrənilməsi  üçün 
əhəmiyyətlidir.  Muxtar  respublikamızdakı  bir  çox  tarixi  abidələr  dünyada 
bənzəri  olmayan  mədəniyyət  inciləridir.  Belə  mədəniyyət  incilərindən  biri  
də  Qarabağlar  Türbə  Kompleksidir.  4  iyul  2016-cı  ildə  Qarabağlar  Türbə 
Kompleksinin  bərpası  və  tədqiq  olunması  haqqında  Naxçıvan  Muxtar 
Respublikası Ali Məclisi Sədrinin Sərəncamı qüvvəyə minmişdir. 
 


 
 
162 
 
 
             
 
 
            Şəkil 99. Qarabağlar türbəsi. 
 
Qarabağlar Türbə Kompleksi Orta əsr Azərbaycan memarlığının nadir 
sənət  əsərlərindəndir.  Şübhəsiz  ki,  belə  mədəniyyət  inciləri  birdən  birə 
yaranmamış,  mədəni  inkişafımızın  təkamülünün  nəticəsi  olmuşdur. 
Araşdırmalara  əsaslanaraq  demək  olar  ki,  nadir  konstruksiyalı  memarlıq 
abidələri  Naxçıvanda  hələ  Eneolit  və  Tunc  dövründən  başlayaraq  inşa 
olunmuşdur. Tədqiqatlar göstərir ki, Kəngərli rayonunun ərazisi, o cümlədən 
Qarabağlar  kəndi  Azərbaycanın  dünya  əhəmiyyətli  tarix-mədəniyyət 
abidələrinin qruplaşdığı əsas regionlardan biridir.  
 
Qarabağlar  kəndinin  ərazisində  aşkar  olunan  ən  qədim  abidələr 
hələlik  Eneolit  dövrünə  aid  olsa  da,  burada  daha  qədim  abidələrin  aşkar 
olunacağı  gözlənilir.  E.ə.  III  minillikdən  başlayaraq  Qarabağlar  kəndində 
qala tipli yaşayış məskənləri formalaşmışdır. Hazırda bu kəndin ərazisində I 
Bəzəkli,  II  Bəzəkli,  Qalacıq,  Qarabağlar  qalası,  I  Suzqunlar,  II  Suzqunlar 
qalası  adı  ilə  qeydə  alınan  müdafiə  istehkamları  mövcuddur.  Bu  abidələrin 


 
 
163 
 
tədqiqi  Orta  Tunc  dövründən  başlayaraq  Qarabağlarda  memarlıq  sənətinin 
inkişaf etdiyini təsdiq edir.  
 
 
 
 
Şəkil 100. Qarabağlar türbəsinin qoşa minarəli baştağı. 
 
Tarixi  mənbələrin  verdiyi  məlumata  görə,  Qarabağlar  Orta  əsrlərdə 
Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi 
olub.  Qarabağlar  ətrafında  böyük  Orta  əsr  yaşayış  yerlərinin, 
karvansarayların  aşkar  olunması  onun  tarixi  ipək  yolunun  üzərində 
yerləşməsi  ilə  bağlı  olmuşdur.
 
Şəhərin  Yaxın  Şərq  ölkələri  ilə  Avropanı 
birləşdirən  mühüm  karvan  yollarının  üstündə  yerləşməsi  sayəsində  burada 
sənətkarlıq,  ticarət,  iqtisadi  həyat  xeyli  tərəqqi  etmişdi.  Şəhər,  adından  da 
göründüyü  kimi  çoxlu  bağ  və  yaşıllıqlarla  örtülmüşdü. Bəzi  mənbələrin 
məlumatlarına görə şəhərin əsasını XII əsrdə Şirvanşah Mənuçöhr tərəfindən 
qoyulub. Şəhərin Elxanilər dövründə (1256 – 1353) salınıb inkişaf etməsi ilə 
də bağlı məlumatlar vardır. Maraqlıdır ki, Qarabağlar türbəsinin də tikilməsi 
həmin dövrə təsadüf edir. 
 
Türbənin  Qarabağlar  kəndində  tikilməsi,  şübhəsiz  ki,  bu  kəndin 
Elxanilər  dövlətinin  mühüm  iqtisadi-mədəni  mərkəzlərindən  biri  olduğunu 
göstərir.  Tarixi  mənbələrdən  məlumdur  ki,  qədim  dövrdən  başlayaraq  Orta 
əsrlərədək  Orta  Asiyada  yaşayan  türk  tayfalarının  Azərbaycana  axınları 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə