Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

 
 
153 
 
Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə 
olunmamışdır.  Bu  abidədə  yazılar  müxtəlif  ölçülü  kərpiclərin  hörgüyə 
düzülüşü nəticəsində əldə edilmişdir.
   
 
               
  
 
  
  Şəkil 90. Möminə xatın türbəsi. 
 
  Möminə 
xatın 
türbəsi 
Azərbaycan 
memarı Əcəmi 
Naxçıvaninin şah  əsəri,  Naxçıvan-Marağa  memarlıq  məktəbinin ən  dəyərli 
abidələrindən biridir. Türbə Naxçıvan şəhərində yerləşir. 
Türbənin kitabəsində: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük 
qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan 
/Cahan  Pəhləvan  atabəy  Əbu  Cəfər  Məhəmməd  ibn  Atabəy  Eldəniz 
...dünyanın  və  dinin  cəlalı,  islamın  və  müsəlmanların  namusu  Möminə 
xatunun xatirəsinə tikməyi əmr etdi!..." yazılmışdır. 
 


 
 
154 
 
             
 
 
            Şəkil 91. Möminə xatın türbəsinin qoşa minarəli baştağı. 
 
Tədqiqatçı Ə. Ə. Ələsgərzadə baştağın üzərindəki çərçivədə abidənin 
tikilmə  tarixinin  "məhərrəm  582"  (miladi 1186)–cı  il  olduğunu  müəyyən 
etmişdir. Vaxtilə türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata 
və  tarixi  qaynaqlara  görə  belə  bir  nəticəyə  gəlinmişdir  ki, "...türbə 
Məhəmməd  Cahan  Pəhləvanın  ölümündən  bir  az  öncə  bitmiş,  baştağ  isə 
onun  ölümündən  sonra  tikilmişdir.  Şübhəsiz  ki,  Məhəmməd  Cahan 
Pəhləvanın  özü  də  bu  türbədə  dəfn  edilmişdir".Tədqiqatçı Cəfər  Qiyasi bu 
fikrə  onu  da  əlavə  edir  ki,  yerli  əhali  arasında  abidənin  "Atabəy  Günbəzi" 
adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna işarədir. 
  


 
 
155 
 
     
 
 
    Şəkil 92. Möminə xatın kompleksinə daxil olan məscid. 
 
Möminə  xatın  türbəsinin  ümumi  quruluşu  Naxçıvan  memarlıq 
məktəbi  üçün  xarakterikdir.  Türbə  yeraltı sərdabə və yerüstü  qülləvari 
hissədən  ibarətdir.  Yusif  Küseyir  oğlu  türbəsi  ilə  müqayisədə  memar  bu 
türbənin  xarici  bəzəyində  həndəsi  ornamentlərin  daha  mürəkkəb 
kompozisiyasından  istifadə  etmişdir.  Ornamentlərdə  rəngli  kaşılardan 
istifadə edilməsi türbənin zahiri görünüşünə daha xoş görkəm vermişdir. 
XIX əsrə və XX əsr əvvəllərinə aid rəsm və fotoşəkillər onun vaxtilə 
böyük bir  memarlıq  ansamblının  tərkib hissəsi olduğunu  təsdiq edir. Türbə 
orta həcmli daşlardan inşa olunmuş, bişmiş kərpiclə üzlənmişdir.  
 


 
 
156 
 
    
 
 
    Şəkil 93. Möminə xatın türbəsinin kərpic bəzyi. 
 
Türbənin  sərdabəsi  planda  onbucaqlıdır.  Sərdabə  yuxarıya  doğru 
daralan  çatmatağlarla  tamamlanmışdır.  Tağlar  sərdabənin  ortasında  inşa 
edilən qalın onüzlü dayağa söykənmişdir ki, bu da sərdabənin örtüyünü daha 
da dayanıqlı etmişdir. 
Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq 
məqsədi  ilə  memar  onun  tinlərindən  qarşı  künclərə  kərpic  qabırğalar  – 
nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da 
biçimcə  abidəni bəzəyən  və  riyazi ahəngdarlığa əsaslanan  naxış quruluşları 
ilə  bir  köklüdür.  Karkasların  araları  saya  naxışlı  kərpic  hörgüsü  ilə 
üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur. 
Türbənin  yerüstü  hissəsi  xaricdə  onbucaqlı,  içəridə  isə  dairəvidir. 
Sərdabə  və  xarici  üzlərdən  fərli  olaraq,  Əcəmi  qüllənin  iç  tərəfində 
mürəkkəblikdən  uzaq  olmuş,  sayalığa  və  bütövlüyə  üstünlük  vermişdir.  İç 
məkanın uca silindrik tutumu sferik günbəzlə örtülmüşdür.  
Türbənin  kürsülüyü  gövdəsi  kimi  onüzlü  şəkildə  olub,  cilalanmış  iri 
daş  bloklarla  üzlənmişdir.  Türbənin  gövdəsi  yuxarıda  piramidal  örtüklə 
tamamlanmışdır. Lakin bu örtük hazırda qalmamışdır. Indiki halda türbənin 
yerüstü hissəsinin hündürlüyü  25 metrə yaxındır. Vaxtilə piramidal örtüklə 
birlikdə hündürlüyü 35 metr olmuşdur.  


 
 
157 
 
Onüzlü gövdənin qalın künc dayaqları bir qədər irəli çıxmış və dərin 
düzbucaqlı  taxçalar  yaratmışdır.  Taxçaların  üst  hissəsi  tağvari  formada  
stalaktitlərlə tamamlanmışdır. 
 
        
 
        
          Şəkil 94. Möminə xatın türbəsinin kərpic bəzyi. 
 
Stalaktit  və  tağlar  adi  və  kaşılı  kərpicdən  düzəldilən  ornamentlərlə 
örtülmüşdür.  Türbənin  üzərində  kitabələrdən  ibarət  memarlıq  bəzək 
elementləri  diqqəti  cəlb  edir.  Kərpicdən  yığılan  kitabə  türbənin  görkəminə 
xüsusi  gözəllik  vermişdir.  Ə.  Ələsgərzadənin  fikrinə  görə onüzlü  türbənin 
bütün  üzləri  yuxarıda  Yasin  surəsinin  mətni  ilə  haşiyələnmişdir.  İki  dəfə 
təkrar  olunan  bu  surə,  bir  dəfə  bir  üzdən  beşinci  üzə,  ikinci  dəfə  altıncı 


 
 
158 
 
üzdən onuncu üzədək davam edir. Yasin surəsi ilə haşiyələnmiş taxçalar  lap 
yuxarıda başqa bir yazı qurşağı ilə əhatə olunmuşdur.  Bu, kaşı ilə işlənmiş 
97  sm  hündürlüyündə  olan  bu  kitabə  türbənin  sifarişçisini  və  kimin 
xatirəsinə  inşa  edilməsini  göstərən  əsas  kitabədir.  Kitabəli  frizin  arxasınca 
türbənin tamamlayıcı çadırına keçid üç cərgədə yerləşdirilmiş stalaktitlə həll 
edilmişdir.  
 
                 
 
     Şəkil 95. Türbənin giriş qapısı üzərindəki kitabələr. 
 
Giriş  qapısı  türbənin  şərq  tərəfində  yerləşdirilmişdir.  Giriş  qapısı 
dayaz  sivri  tağça  içərisinə  salınmış,  onun  üstündə  kərpicdən  kufi  xətti 
ilə "Bənna  Əcəmi  Əbu  Əkr  oğlu" kitabəsi  yığılmışdır.  Baştağ 
kompozisiyasının  üstündə,  tinləri  birləşdirən  düzbucaqlı  çərçivədə  eyni 
xəttlə türbənin tikinti tarixi yazılmışdır (1186). 
 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə